DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə47/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   43   44   45   46   47   48   49   50   ...   99

məni  qucaqlayıb  dedilər  ki,  çıx  get.  Yəni  belə  də  yayılır  -  Əbülfəzin  öz  qohumu  dedi  ki, 
əmioğludurlar. 
-Bəy,  mətbuata  yol  tapıb  ki,  Heydər  Əliyev  Sizə  10  otaqlı  mənzil  və  maĢın  bağıĢlayıb. 
Ġstəyirəm buna münasibət bildirəsiniz. Ancaq cavab verməzdən qabaq mən də bir Ģey deyim 
-  indiyədək  çox  adam  Sizi  qınayırdı  ki,  Əbülfəz  necə  adamdır  ki,  özünə  bir  mənzil  düzəldə 
bilmir,  ancaq  camaata  gün  ağlamaq  istəyir?  Mənzil  alandan  sonra  da  qınayırlar  ki,  Əbülfəz 
niyə ev aldı, buna hansı hesaba ev verdilər?
 
-Mənim  heç  zaman  dəbdəbəli  evim  olmayıb.  Olubdur  vaxtilə  alçaq  məhəllələrdə  1-2  otaqlı. 
Xaricdən gələndə almıĢam. Sonra onu ehtiyacı olan birinə verərək çıxıb getmiĢəm, kirayələrdə 
qalmıĢam.  Mən  həbsxanada  olanda  qardaĢım  Almurad  bəy  mənzil  aldı,  mən  də  gəlib 
həmiĢəlik burada qaldım. Bunu hamı bilir.  
Prezident olanda da evim yoxdu. Polyaniçko çıxıb Moskvaya getmiĢdi. Bir dəfə televiziyada bir 
veriliĢ  oldu,  Polyaniçko  dedi  ki,  Bakıdan  ötrü  ürəyim  darıxır;  çalıĢacağam  ki,  ora  qayıdım. 
Bizim adamlar fikirləĢdilər ki, Polyaniçko gəlməmiĢ evini əlindən alaq, belə fikirlərə düĢməsin. 
Ancaq  bu  mənzili  dövlət  adamlarından  birinin  ayağına  yazmaq  lazımdı.  Kimə  dedilərsə 
götürmədi. Pənah bəy də, Ġsa bəy də razı olmadılar. Axırda məni "biĢirdilər" ki, Sizin xaricdən 
Ģəxsi  qonaqlarınız,  dostlarınız  gələndə  onları  öz  evinə  aparmağınız  yaxĢıdır.  Prezident 
otaqlarında  qalmağınız  düz  deyil,  həm  də  axı  hamını  prezident  sarayında  qəbul  etmək 
mümkün  olmur,  mehmanxanaya  yerləĢdirirsiniz.  Özü  də  bu  mənzil  Prezident  Aparatına 
yaxındır;  ailəniz  də  qalar,  qonaq  da  qəbul  edərsiniz.  Nəysə,  razılaĢdım,  mənim  adıma 
yazdılar, ancaq eləcə də qaldı. Özüm bircə dəfə gedib baxdım ki, bu nə evdir. Baxdım, dedim 
ki, bura mənim yerim deyil - burada yaĢaya bilmərəm. 
-Dəbdəbəliydi?
 
-Dəbdəbəli deyəndə ki, yaxĢı təmirli evdi. 
-Neçə otaqdı?
 
-Vallah, bilmirəm - 4, ya 5 otaqdı. Otaqların 1-2-sinə baxdım. Bir də krantları açdım, gördüm 
ki,  suyu  yoxdur.  Dedilər  ki,  burada  olmursunuz,  ona  görə  su  gəlmir,  köçsəniz  açılacaq. 
Vəssalam. Oradan o çıxan oldum, bir də getmədim. Bunu hamı bilir. 
-Heç orada yaĢamadınız?
 
-Qətiyyən. 
-Ailəniz də?
 
-Heç  on  dəqiqə  belə!  Bakıya  qayıdandan  sonra  fikirləĢirdim  ki,  ora  köçə  bilərəm.  Sonra  elə 
oldu  ki,  getmək  istəmədim  -  mən  çoxlu  adamları  qəbul  edəcəyəm,  onlarla  görüĢəcəyəm, 
oradasa  polis  durur,  gələnlərə  icazə  verilməlidir  və  s.  Özümü  belə  çərçivəyə  salmaq 
istəmədiyimə görə o evdən imtina etdim. ġəhər rəhbərliyinə bildirdim ki, baĢqa ev versəniz, 


qardaĢımın ailəsinin də mənim ailəmlə yaĢamasına imkan yaratsanız (onun da ailəsi böyüyüb; 
oğlu  evlənib.  Ġndi  bu  mənzildə  dörd  ailə  yaĢayır)  mən  bu  mənzili  təhvil  verərəm.  Belə  də 
razılaĢdıq. Onu da deyim ki, həmin mənzilin qiyməti çox yüksəkdi. Çünki həm Ģəraiti gözəldi, 
həm də dənizin qırağındadı. 
-Deyilənə görə, yarım milyon dollara yaxın qiyməti var.
 
-Bilmirəm. Bəziləri 400 min dollar deyir, bəziləri də bundan çox. Mən elə Ģeyləri çox bilmirəm 
də, qarıĢmıram da.  
Nəysə, həmin mənzilimin əvəzində Azadlıq prospektində mənə 10 otaqlı (iki ailə üçün; hərəyə 
5 otaq), 140-160 min dollarlıq ev verdilər. Orderini də almıĢıq, amma hələ hazır deyil. Yaza 
kimi  hazır  olub-olmayacağı  bəlli  deyil.  Çox  güman  ki,  mən  tezliklə  kirayədə  yaĢamalı 
olacağam,  çünki  uĢaqlar  kənddən  gəlməlidir,  məktəbə  qoyulmalıdır.  QardaĢımın  bu 
mənzilindəki  dörd  ailənin  içinə  mən  onları  gətirim?  Buna  görə  də  yeni  evə  köçənədək 
kirayədə qalmağa məcburam. 
-Bəs maĢın bağıĢlama məsələsi?
 
-Bu dövlət adama maĢın verəndir? Mən desəm də siz inanarsınız? O, camaatı acından qırır. 
Eks-prezidentlər  haqqında  Milli  Məclis  qanun  çıxarsaydı  və  ona  uyğun  olaraq  mənim 
haqqımda  qərar  qəbul  etsəydi  mən  hər  Ģeyə  razı  olardım,  çünki  mədəni,  demokratik 
dövlətlərdə  keçmiĢ  prezidentlər  haqda  belə  qərarlar  çıxarılır  və  onlar  evlə,  maĢınla,  Ģəxsi 
mühafizəçilərlə təmin edilir. BaĢqa sözlə, onların rəsmi imtiyazları olur. Rəsmi olmayan Ģeyə 
mən qol qoymaram.  
MaĢına gəlincə, mənim yaxın adamlarımdan biri girov qoyaraq pul götürüb. MaĢını özünə alıb, 
ancaq  mənim  maĢınım  olmadığına  görə  müvəqqəti  istifadədən  ötrü  mənə  verib.  Məni 
müĢayiət  edən  maĢınlar  da  təmənnasız  dostlarımın,  tanıĢlarımındır;  könüllü  Ģəkildə  məni 
mühafizə edirlər. Yoxsa mənim maĢınım yoxdur; bu, "Hürriyyət" qəzetinin uydurmasıdır.  
Bilirlər  ki,  prezident  seçkisinə  gedəcəyəm,  belə  sözlərlə  məni  camaatın  gözündən  salmaq 
istəyirlər. Ancaq mən belə Ģeylərə əhəmiyyət verən deyiləm. 
-Azərbaycan televiziyasının Ģəxsiyyətinizi dəfələrlə təhqir etməsinə baxmayaraq 17 noyabrda 
Siz  həmin  televiziyada  DirçəliĢ  günümüzlə  bağlı  çıxıĢ  etməyə  razılıq  verdiniz  və  bir  çox 
adamların fikrinə görə, bununla iqtidara təslim olduğunuzu bildirdiniz, çünki Az.TV Sizdən üzr 
istəməmiĢdi.
 
-Birincisi,  Azərbaycan  televiziyası  Azərbaycan  dövlət  televiziyasıdır  və  heç  kimin  dədəsinin, 
babasının  mülkü  deyil.  Həm  də  məni  orada  təhqir  edənlər  televiziya  iĢçiləri  yox,  Heydər 
Əliyevdir  -  nə  deyiblərsə  onun  göstəriĢiylə  ediblər.  Buna  görə  də  televiziyanı  o  qədər  də 
təqsirkar saymıram - onun rəhbərləri də, əməkdaĢları da əli-qolu bağlı qullardır.  
C.Cabbarlının  "Od  gəlini"  əsərində  deyilir  ki,  "köksündə  kölə  qəlbi  döyünür".  Televiziya 
rəhbərlərinin  də köksündə kölə qəlbi  döyünür.  "Qapı  qulları"  deyirlər bunlara;  onlardan  heç 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə