DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə55/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   51   52   53   54   55   56   57   58   ...   99

hara getdiyimizi soruĢdu. Bu azərbaycanlı oğlan Tehrana getdiyimizi bildirdi. Bunlar görüĢüb 
öpüĢdülər, ağladılar. Sürücü dedi ki, mən səni pulsuz aparacağam. Onlar məni də götürdülər 
və  biz  Tehrana  getdik.  Sürücü  bizdən  pul  almadı.  Bu  oğlan  Tehrana  çatanadək  bütün 
Azərbaycan Ģəhərlərini keçdikcə ağlayır, o ağlayanda sürücü də ona qoĢulurdu. Müəllif yazır 
ki, burada mən baĢa düĢdüm ki, xalqın parçalanması, bölünməsi nə deməkdir - bu adamlar 
bir-birini qətiyyən tanımırdılar, ancaq bu sərhəddən keçən kimi doğma qardaĢa çevrilmiĢdilər. 
Bax, bu ruhdur xalqı yaĢadan və məsələnin kökündə, mahiyyətində də o dayanır, hər Ģeyi də 
o həll edəcəkdir. 
-Allah qoysa. 
 
Bəy, Bütöv Azərbaycan mövzusuyla bağlı Sizə sonuncu sualı vermək istəyirəm. Yanılmıramsa 
Siz  bir  vaxtlar  Heydər  Əliyevə  Azərbaycanı  birləĢdirə  biləcək  güclü  bir  siyasətçi  kimi 
inanırdınız; bəs indi necə?
 
-Mən bunu Heydər Əliyev Moskvada yüksək vəzifə tutanda demiĢdim. Bir dəfə Moskvada bir 
çıxıĢında o bildirdi ki, bizim hələ baĢqa dərdimiz də var - Ġranda milyonlarca həmvətənimiz, 
qardaĢımız  zülm  və  istibdad  altındadır;  biz  onların  da  haqqında  düĢünməliyik.  Mən  onda 
fikirləĢdim ki,  H.Əliyev  elə  yüksək  məqama  çatıbdır ki,  dediyini  edə bilər,  buna  gücü  çatar. 
Çünki  Brejnevin  yanında  böyük  nüfuzu  var  və  bu  məsələnin  həlliyçün  ondan  kömək  istəyə 
bilər,  axı  bu,  Rusiyaya  da  xeyirdir  -  Sovet  dövlətinin  sahəsi  daha  da  böyüyər.  Həm  də  bu 
birləĢmə H.Əliyevin özünə də böyük nüfuz qazandırardı. 
Bu düĢüncəmin kökü haradan gəlirdi? Mərhum Seyid Cəfər PiĢəvəri Mircəfər Bağırova deyib 
ki, gəl bu məsələni Azərbaycan KP-nin bürosunda qoyaq və Azərbaycanı birləĢdirək. Belə də 
ediblər - Azərbaycanda KP MK bürosu çağırılıb və Azərbaycanın birləĢdirilməsi haqqında qərar 
qəbul edilib. 
-Neçənci ildə?
 
-1946-da  -  müharibədən  sonra.  Sov.ĠKP  MK  Siyasi  Bürosundan  xahiĢ  edilib  ki,  bu  məsələ 
haqqında  o  da  qərar  qəbul  etsin.  Mircəfər  Bağırov  bu  sənədi  Stalinin  yanına  aparıb.  Stalin 
onun  məsələyə  Siyasi  Büroda  baxılmaq  arzusunu  eĢidəndə  cavab  verib:  "Büro  mənəm.  Bu 
haqda heç söhbət də ola bilməz!". Sənədi məhv edib. Bağırov bunu olduğu kimi PiĢəvəriyə 
danıĢıb. Deməli, bu məsələni Moskvanın əliylə həll etmək olardı, bu Ģərtlə ki, birinci adam ona 
razılıq versin. Mən də Brejnevin buna gedə biləcəyini düĢünürdüm, çünki o zaman SSRĠ Yaxın 
və Orta  ġərqə  çox  güclü  təsir  göstərirdi.  Təkcə  bunu  xatırlayaq  ki,  Əfqanıstana  artıq  Sovet 
ordusu çıxarılmıĢdı. Azərbaycan məsələsini də bu kontekstdə həll etmək olardı.  
Ancaq sonradan gördüm ki, səhv düĢünmüĢəm - Azərbaycanı parçalayan elə Moskvadır, onun 
birləĢməsini  istəməyən  çoxlu  qüvvələr  var  və  Əliyev  bu  iĢin  öhdəsindən  gələ  bilməz.  Ġndi  - 
yenidən  Azərbaycana  baĢçılıq  etdiyi  bir  vaxtdasa  birləĢdirmə  məsələsi  onun  imkanlarından 
xaricdir - bu, Əliyevlik deyil. Heydər Əliyev son vaxtlar Tehrana gedəndə ona sual verdilər ki, 
sizdə Güney Azərbaycan problemi varmı? O dedi ki, bizdə belə problem yoxdur və bu haqda 
heç  düĢünmürük  də.  Deməli,  problemdən  tamamilə  qaçdı.  Amma  mənsə  prezident  olanda 


demiĢdim  ki,  bəli,  belə  problemimiz  var  və  biz  Azərbaycanın  Güneyindəki  xalqımızı  azad 
görmək istəyirik; biz xalqımız bütövlükdə azad olanda özümüzü azad sayacağıq. 
Ġndi də belə fikirləĢirəm ki, Azərbaycanın Quzeyi azad deyil - sadəcə olaraq, yarımmüstəqillik 
əldə etmiĢik və onu zorla saxlayırıq. Biz o zaman tam müstəqil olacağıq ki, Azərbaycan xalqı 
özünün  bütün  torpaqlarında  birləĢərək  müstəqil  dövlət  yaradacaq.  Mən  bunu  gəncliyimdən 
indiyədək demiĢəm və dediyimin də üstündəyəm.  
Səməd Vurğunun "Komsomol poeması"ndakı türk zabiti belə deyir: 
        Əvət, əfəndilər! Çərxin gərdiĢi
  
        Qocaman türklüyə gülmüyor çoxdan.
  
        Ümid gözləməyin atılan oxdan.
  
        Ayrılan qüvvələr birləĢməlidir,
  
        Vətən bir torpağa yerləĢməlidir!
  
Bundan o tərəfi yoxdur. Və yaxud:  
   
        Sahibsiz olan məmləkətin batması haqdır,
  
        Sən sahib olursansa Vətən batmayacaqdır!
  
Xalq öz Vətəninə sahib olacaq və o Vətən batmayacaqdır. Bunun baĢqa yolu yoxdur! 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Altıncı söhbət. MĠLLĠ ĠDEOLOGĠYAMIZ HANSIDIR?
 
Onlara  de  ki:  "Bizim  qarĢımıza  çıxara  biləcək  bir  elminiz  varmı?  Siz  yalnız  zənnə  qapılır  və 
yalan uydurursunuz!".
  
De  ki:  "Tutarlı  dəlil  yalnız  Allaha  məxsusdur.  Əgər  O  istəsəydi  sizin  hamınızı  doğru  yola 
yönəldərdi". 
 
(Qur’an, "Ənam" surəsi: 148-149) 
1988-də  Azərbaycan  Xalq  hərəkatı  baĢlayanda  bir  çoxları  yeni  milli  ideologiya  yaratmaq 
fikrinə düĢdü. Bu vaxt gur bir səs hamını diksindirdi və sanki yuxudan oyatdı: Bəylər, yeni bir 
milli ideologiya yaratmağa ehtiyac yoxdur, çünki o, çoxdan mövcuddur - MÜSAVATÇILIQ! 
Bununla  da  bütün  mübahisələrə  son  qoyan  həmin  gur  səsin  yiyəsi  hələ  yeniyetmə 
çağlarından Məmmədəmin Rəsulzadəni özünə mürĢid seçmiĢ Əbülfəz Elçibəydi. 
"Müsavatçılıq  Azərbaycan  xalqının  mənəvi  ehtiyaclarından  çox  təbii  Ģəkildə 
meydana  çıxıb  və  onu  ayrı-ayrı  Ģəxslərin  beyninin  məhsulu  saymaq  çox  yanlıĢ 
olardı" 
-Çox  təəssüf  ki,  bizim  hakimiyyət  dövründə  milli  ideologiyamızı  nəzəri  baxımdan 
təkmilləĢdirməyə  nə  vaxtımız  oldu,  nə  də  imkanımız  (təbii  ki,  bu  sahədə  bir  sıra  mühüm 
iĢlərin görüldüyünü də danmaq mümkün deyil), ancaq bizdən sonrakı müddətdə bu mövzuda
demək olar ki, heç bir iĢ getməyib. 
 
Bizim milli ideologiyanın əsasında üç təməl durur: türkçülük, çağdaĢlıq və islam. Bunların hər 
birinin  mahiyyəti  haqqında  Sizinlə  geniĢ  söhbət  etmək  istəyirəm.  Ancaq  tərkib  hissələrinə 
keçməzdən  qabaq  ümumən  müsavatçılıq  ideologiyasını  necə  gördüyünüz  çox  maraqlıdır. 
Çünki  müsavatçılığa  nəinki  bu  ideologiyanın  baniləri  Məmmədəmin  Rəsulzadə  və  Mirzəbala 
Məmmədzadənin,  hətta  çağdaĢ  müsavatçı  Nəsib  Nəsibzadə  və  Hikmət  Hacızadə  kimi  gənc 
ideoloqlarımızın  da  çeĢidli  (ancaq  bir-birini  tamamlayan)  baxıĢları  var.  Bəs  Əbülfəz  Elçibəy 
MÜSAVATÇILIQ termini altında nə düĢünür?
 
-MÜSAVATÇILIQ,  adını  çəkdiyiniz  üç  sütunuyla  təĢəkkül  tapıb;  bu,  inkaredilməzdir. 
Azərbaycan xalqı artıq müsavatçılıq ideologiyasıyla yaĢayır və ona meyllidir; qoy kim nə edir-
etsin.  
Türkçülük  haqqında.  Azərbaycanlıların  -  Azərbaycan  ərazisində  yaĢayan  əhalinin  yüzdə 
səksəni  TÜRKdür.  Azərbaycan  türk  yurdudur  və  türk  dünyasının  onurğa  sütunlarından 
birisidir,  kimsə  də  bunu  dana  bilməz.  Tarix  boyunca  ən  müxtəlif  qüvvələr  türkləri 
Azərbaycandan  yox  etməyə  dəfələrlə  ən  ciddi  Ģəkildə  çalıĢıblar,  onları  buradan 
təmizləməkçün  təkrar-təkrar  soyqırımlarına,  amansız  assimilyasiya  tədbirlərinə...  əl  atıblar. 
Rusiya  imperiyası  Azərbaycan  türklərini  məhv  etməkçün  adını  dəyiĢdirib,  onları  kiçik-kiçik 
hissələrə  parçalayıb.  Ġran  da  eynən  belə  edib  -  türkləri  səfəvilərə,  əfĢarlara,  qacarlara, 
qaĢqaylara, nə bilim nə qədər tayfalara bölüb ki, guya bunlar baĢqa-baĢqa Ģeylərdir.  


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə