DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə54/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   50   51   52   53   54   55   56   57   ...   99

arasında nə qədər barıĢıq və yaxınlıq yaransa da onlar yenə tamam ayrı-ayrı sistemlər olaraq 
qalır.  
Dünyanı  dərk  etməyin  bir  neçə  yolu  var:  dinlə,  fəlsəfəylə,  tarixi-məntiqi  metodla.  Amma 
Füzuli tamam baĢqa yol seçib. Məsələn, o deyir ki, Tanrı həzrət peyğəmbərə vermədiyi Ģer 
yaratmaq  bacarığını  mənə  bəxĢ  etdi  və  mən  dünyanı  Ģerin  gözüylə  gördüm  -  deməli, 
poeziyayla da dünyanı görmək olar.  
Bütün  bu  açıqlamalardan  sonra  yenidən  əsas  mətləbə  dönürəm.  Ġdealist  düĢüncədə  millət 
böyük  bir  ruhdur,  ruhun  törədicisidir;  deməli,  o  parçalana  bilməz.  Millətimiz  yalnız  ərazi 
baxımından  parçalanıb.  Ruhu  təmsil  edən  millətin  mədəniyyəti,  ədəbiyyatı,  dili,  tarixi  və 
baĢqa  göstəriciləridir ki, bunlardan  da heç  biri parçalanmayıb;  Azərbaycanın  Güneyində  də, 
Quzeyində  də  hətta  yeməklər  də,  bayramlara  münasibət  də  eynidir.  Müsəlman  olmaqlarına 
baxmayaraq  Azərbaycan  müsəlmanıyla  ərəb  müsəlmanı  arasında  böyük  fərqlər  var,  çünki 
onlara milli xarakter hopub. 
-Türk əxlaqıyla ərəb əxlaqı bir deyil axı...
 
-Çox maraqlı bir fakt. Qurd ağzı bağlamaq qədim Ģaman sistemidir və tərtəmiz türk adətidir. 
Dəmir ən müqəddəs varlıqdır və qurdun ağzını məhz onunla bağlamaq olar. Qəribəsi nədir - 
qurdun  ağzını  bağlayanda  vaxtilə  türkcə  Ģaman  duaları  oxuyardılar,  indisə  Qur’an’dan  ayə 
oxuyurlar. Görürsünüzmü türk təfəkkürü islamla necə çulğaĢıb. Ərəbdəsə belə Ģey yoxdur.  
Sonra Novruz bayramını götürək. Bu qədim türk bayramı Ərgənəkondan gəlmə sistemdir, indi 
girib farslığa, Ġrana. Farslar onu "nou ruz" ("yeni gün") edərək götürüb təqvimə də salıblar 
(fərvərdin ayında baĢlayır). Ancaq iĢə baxın ki, Anadoluya hələ indi-indi yayılmağa baĢlayır, 
çünki deyirdilər ki, bu, sünnilərin yox, Ģiələrin bayramıdır. ġiələr onu özlərinə çıxdılar ki, imam 
Əli qırmızı geyinərək taxtda oturub, bu, onunla bağlı bayramdır. Biz dörd çərĢənbə keçiririk, 
suyun, odun üstündən atılırıq; bunların heç biri ərəbdə yoxdur.  
Biz suyun üstündən atılanda Qur’an’dan dua oxuyuruq, salavat çeviririk. ġaman dualarısa itib-
gedib, indi müsəlman duaları gəlib onun yerini tutub.  
Demək, böyük bir sintez baĢ verib: Azərbaycanın özünəxas adət-ənənəsi var, müsəlmandır və 
müsəlmanlığa da çox ciddi riayət edir. Amma bu adət-ənənələr islamla elə qovuĢub ki, buna 
qarĢı çıxmaq mümkün deyil.  
Mən  Ərdəbildən  Bakıya  gəlmiĢ  böyük  bir  din  xadimindən  soruĢdum  ki,  Novruz  bayramı 
haqqında  nə  fikirləĢirsiniz?  Dedi  ki,  Novruz  bayramı  islam  bayramı  deyil;  o,  qədim 
zamanlardan  var,  ancaq  islam  baĢqa  yaxĢı  Ģeylər  kimi  Novruz  bayramını  da  həyatdan 
götürməyib özünə birləĢdirirdi.  
Təsəvvür  edin  ki,  bu  ruhun  daĢıyıcısı  olan  Azərbaycan  türkü  gedib  Amerikada  da  yenə  o 
bayramı  keçirir,  yenə  öz  dilində  danıĢır,  yenə  Vətən  mahnısı  oxuyur,  yenə  öz  ədəbiyyatını 
öyrənir və s. 


BaĢqa sözlə, insan daĢıdığı ruhun içərisindədir və onunla yaĢayır. Buna görə də biz materialist 
deyilik  və  həyata  idealistcəsinə  baxırıq  -  bizim  Vətənimiz  orduyla,  zorla  bölünüb  və  bu 
bölünmənin  millətin  ruhuna  heç  bir  təsiri  yoxdur.  Sadəcə,  Vətənimizin  üzərindəki  süni 
çəpərləri  götürmək,  orduları  çıxarmaq  və  yeni  xəritə  çəkmək  lazımdır.  Bütövlük  bu  cür 
düĢünülür. 
-Allah Sizi və xalqımızı öz istəyinə yetirsin. Ona görə Ģəxsən Sizi deyirəm ki, mənim bildiyimə 
görə, həyatda ən böyük idealınız məhz budur.
 
-Çox sağ olun!  
Siz  "Dədə  Qorqud"u  yaxĢı  bilirsiniz;  orada  deyilir  ki,  övladın  olmursa  eli  yığ,  topla,  toy  et, 
yığıncaq  et,  hamı  Tanrıya  dua  etsin  ki,  bəlkə  bir  ağzıdualının  sözünü  Tanrı  eĢidərək  sənə 
oğul, qız verə. Əgər biz birlikdə xalqımızın birləĢməsinə dua edəcəyiksə Tanrı səsimizi eĢidib 
onu bizə verəcək. Mən buna tam əminəm. 
-Allah o günü xalqımıza göstərsin. 
 
"Biz  o  zaman  tam  müstəqil  olacağıq  ki,  Azərbaycan  xalqı  özünün  bütün 
torpaqlarında birləĢərək müstəqil dövlət yaradacaq" 
-Bəy,  sizcə,  Güneylə  Quzeyin  birləĢməsinin  ilkin  Ģərtlərini  indidən  ciddi  elmi  təhlildən 
keçirmədən bu mübarizəyə baĢlamaq nə dərəcədə məqsədəuyğundur?
 
-Bir  iĢə  baĢlamazdan  öncə  gərək  onun  bütün  incəliklərini  təhlil  edəsən  ki,  sonra  nə  iĢ 
görəcəyini  biləsən.  Çox  təəssüf  ki,  biz  yurdumuzu  hələ  layiqincə  öyrənməmiĢik.  Məni  çox 
təəccübləndirir ki, Azərbaycanın Quzeyində oxuyan tələbələrdən, Ģagirdlərdən soruĢsanız ki, 
Çikaqo, Berlin, London, Bern, yaxud hər hansı Avropa, Amerika Ģəhəri haradadır - sizə onların 
yerini dəqiq deyəcək. Amma birdən soruĢsanız ki, bəs MeĢkin haradadır, deyəcək ki, birinci 
dəfə eĢidirəm. Desəniz ki, bəs Ərdəbil haradadır, cavab verəcəklər ki, vallah bilmirəm, ancaq 
eĢitmiĢəm  ki,  Ərdəbil  var.  Saqqız,  Həmədan,  Urmiyə  gölü...  haqqında  da  eyni  sözləri 
eĢidəcəksiniz.  Güneydə  də  buradakı  bölgələrin  çoxunun  adını  yaxĢı  bilmirlər.  Millətimiz  bu 
baxımdan  parçalanmıĢ  sayıla  bilər,  ancaq  bu  parçalanma  bilik,  savad  çatıĢmazlığından  irəli 
gəlir, buna görə də keçicidir. 
Güneyli-Quzeyli  Azərbaycanın  iqtisadiyyatı,  yeraltı,  yerüstü  sərvətləri,  əhalisinin  durumu, 
xalqının istəyi, mövcud təbəqələri, təbəqələrin məqsədləri - bunların hamısı öyrənilməlidir. Biz 
bilməliyik ki, xalqımızın nə qədər hissəsinin Ģüurunda Bütöv Azərbaycan ideyası hakim olub, 
bu yolda mübarizə və mücadiləyə, hətta ölməyə hazır olan, bu yoldan dönməyəcək nə qədər 
soydaĢımız  var.  Təhqiqatların,  təhlillərin  aparılması,  böyük  həcmli  ümumi  məruzələrin 
hazırlanması zəruridir.  
Bəzən  təhlilsiz-filansız  belə  söhbətlər  ortaya  çıxır:  Güneydəkilər  Quzeydəkiləri,  yaxud 
Quzeydəkilər Güneydəkiləri qəbul etməyəcək. Belə Ģey yoxdur. 1989-da sərhədlər dağılandan 
sonra  Moskvada  bir  rus  məqalə  yazdı.  Orada  göstərdi  ki,  mən  sərhəddə  idim  -  Tehrana 
gedirdim,  Astarada bir azərbaycanlı da mənə  yoldaĢ oldu.  O  tərəfə  keçdik.  Bir  maĢın  gəldi, 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə