DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə57/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   53   54   55   56   57   58   59   60   ...   99

Türkiyə Avropaya yaxındır deyə çağdaĢlıq da burada özünə daha çox yer tapıb, Azərbaycana 
nisbətən  inkiĢaf  edib.  Türkiyə  də  bizdən  qabaq  islam  dövlətçiliyini  saxladığına  görə  orada 
islam  mədəniyyəti  xeyli  irəli  gedib,  məscidlər,  mədrəsələr  sistemi  əsaslı  Ģəkildə  formalaĢıb. 
BaĢqa sözlə, bu ölkədə həmin üç təməlin üçü də inkiĢaf edir, indi qalır onların sintezi, yəni 
türk-islam, türk-çağdaĢlıq və islam-çağdaĢlıq sintezi.  
Bu məsələlər ya diqqətlə araĢdırılmadığından, ya da birtərəfli öyrənildiyindən, onların sintezi 
indi  bəlkə  də  çoxlarına  gerçəklikdən  uzaq  görünə  bilər,  ancaq  Ģəxsən  mən  bu  fikirlə  razı 
deyiləm.  Məsələn,  bəzən  deyirlər  ki,  islam  demokratiyanın,  yaxud  qadın  hüququnun 
əleyhinədir. Bütünlüklə yanlıĢ fikirlərdir. Məhəmməd peyğəmbərədək (s.ə.s.) ərəblər qızlarını 
torpağa diri-diri basdırırdılar; bu vəhĢilikdən onları məhz islam xilas etdi. Ġslam zaman-zaman 
qadına hüquq verdi. Bu, böyük bir sistemdir - onu ayaqüstü söhbətlə həll etmək olmaz.  
Bəs, tutalım, çağdaĢlıqla islam necə sintez edilə bilər?  
Bir yəhudi alimin "Biliyin təntənəsi" adlı rusca kitabı var, orada deyilir ki, Qur’an baĢqa səmavi 
kitablardan  fərqli  olaraq  elmə  xüsusi  yer  ayırır  -  Qur’an'da  "elm"  sözü  bir  neçə  min  yerdə 
iĢlədilib.  Gerçəkdən  də,  islam  elmi,  yəni  islamdakı  elm,  bilik  təntənə  çalıbdır  -  məntiqin, 
fəlsəfənin, tarixĢünaslığın inkiĢafı göz qabağındadır.  
Deməli, islam elmə qapısını taybatay açıq qoyub. Məsələn, XI əsrdə müsəlman Biruni Yerin 
yumru,  kürə  Ģəklində  olduğunu  və GünəĢin  ətrafında fırlandığını  yazanda  islam  alimləri ona 
heç  nə  demirdilər,  ancaq  xristian  Qalileo  Qaliley  XV  əsrdə  Yerin  hərləndiyini  söyləyən  kimi 
kilsə  onu  verdi  inkvizisiya  məhkəməsinə,  baĢına  oyunlar  gətirib  sözünü  geri  götürtdü.  Bir 
neçə  yüz  il  sonra  Kopernik  də  Biruni  deyəni  təkrarladı  ki,  Yer  GünəĢin  ətrafında  fırlanır, 
inkvizisiya onun baĢlıca əsəri olan "Göy sferalarının dolanması haqqında" kitabını düz 200 il 
qadağan etdi, Cordano Bruno kimi böyük alimi tonqalda yandırdı.  
Elə bu ötəri müqayisələrdən görürük ki, islam dini alimə dəymirdi, xristian dininə nisbətən o, 
qapılarını  elmə  daha  geniĢ  açmıĢdı,  elmi  itələmir,  əksinə,  onu  özünə  çəkirdi.  Bu  hədis 
Məhəmməd peyğəmbərdəndir (s.ə.s.): "Elm Çində də olsa gedin, öyrənin". Bəzən deyirlər ki, 
"elm"  dedikdə  peyğəmbər  məhz  islam  elmini  nəzərdə  tutub,  ancaq  bu  düĢüncəylə 
razılaĢmıram  -  Çində  islam  elmi  nə  gəzirdi?  Çində  barıt,  ipək,  texnika  və  s.  vardı.  Deməli, 
peyğəmbər uzaqda da olsa, kafirin içində də olsa məhz belə həyati zəruri Ģeyləri öyrənməyi 
tövsiyə edirdi.  
Ġslamın  qapısı  elmə  açıqdırsa,  deməli,  demokratiyaya  da  açıqdır,  çünki  elm  demokratiyanın 
aparıcı xətlərindən  biridir.  Elm  mədəniyyətin ana xəttidir. Elm  cəmiyyətin irəli aparıcısı, onu 
həmiĢə tərəqqiyə aparan bir qüvvədir.  
Buna görə də müsavatçılığın əsasları incəliklə açıqlanmalı və yanlıĢ fikirlər elmi Ģəkildə rədd 
edilməlidir. Bu mənəvi dəyərlər cəmiyyət həyatında özünə layiq yeri qazananda müsavatçılıq 
böyük qələbə çala bilər və mən tam arxayınam ki, məhz belə də olacaq! 
"Özümüzə TÜRK deyəndə baĢımızı kəsiblər" 


-Bəy,  bizdə  belə  mübahisələr  gedir  ki,  Azərbaycana  TÜRKÇÜLÜK  yox,  AZƏRBAYCANÇILIQ 
ideyası  lazımdır,  çünki  "türk"  sözü,  "türkçülük"  sözü  bir  çox  Azərbaycan  vətəndaĢını 
qıcıqlandırır, "azərbaycançılıq" Ģüarısa hamıya doğmadır və əksəriyyət buna üstünlük verir...
 
-Ədalət bəy, dediyiniz faktoru mən danmıram, ancaq o, birinci yox, ikinci baĢlıca faktordur. 
Bəs birincisi nədir?  
Uzun illər elmi araĢdırmalar, müĢahidələr apardım, gördüm ki, bütün dünya 400 ildir TÜRK’ü 
söyür. Niyə?  
Bir  Osmanlı  imperatorluğu  bütün  Avropanı  divara  bərk-bərk  sıxmıĢdı.  Məsələn,  fransızlarla 
ispanlar  müharibə  aparırlar,  fransızlar  Türkiyədən  -  Osmanlı  sultanlığından  xahiĢ  edirlər  ki, 
gəlin  bizi  bu  ispanlardan  qurtarın.  Türk  donanması  çıxır  fransız  limanlarına  və  hücuma 
baĢlayır. Türklər Fransaya girərək oradan ispanları qovurlar. Deməli, xristianı xristiandan azad 
edən Türkiyəydi - Osmanlı imperatorluğuydu! Əlbəttə, ispanlar onlarla düĢmən olacaqdı.  
Bəli, türklər bir müddət qaldılar Fransada. Onlar burada öz dövlət aparatlarını qurmadıqlarına 
görə  ispanlardan  azad  olandan  sonra  Fransada  yeni aparat  yarandı.  Osmanlı sultanlığından 
tələb etdilər ki, ordularını buradan çək, o da çəkdi.  
Sultan Süleymanın vaxtında (1520-1566 - Ə.T.) Osmanlı imperatorluğu Vyananı mühasirəyə 
alıb. Vyananı tutdunca məsələ qurtardı - Osmanlı sultanlığı Avropanın göbəyindən girir içəri 
və  xristian  dünyasının  qapısında  böyük  zərbə  qüvvəsinə  və  burada  bütün  islam  dünyasının 
arxasına çevrilir.  
BaĢda  Ġngiltərə  olmaqla  Avropa  görür  ki,  Osmanlı  imperatorluğuyla  -  TÜRK’lə  bacarmaq 
olmayacaq,  gənc  Rusiya  imperatorluğunu  gücləndirir  ki,  yavaĢ-yavaĢ  türk  xanlıqlarını  zəbt 
eləsin.  Moskvanı  böyüdürlər,  Peterburqu  böyüdürlər.  Get-gedə  Tatar  xanlığı,  Krım  xanlığı 
məğlub edilir, Qazan xanlığı, HəĢtərxan xanlığı məhv edilir, bütün türk torpaqları zəbt edilir. 
Sıra Qafqaza yetiĢir. Pyotr gəlir Qafqaza və uduzur. Bu rus imperatoru türklərlə müharibədə 
iki  dəfə  məğlub  olub  -  bir  Qafqazda,  bir  də  Prud  çayında.  Deməli,  türklər  hələ  qüvvələrini 
itirməyib.  
Bir  müddət  keçir,  XVIII  əsrin  sonunda  Napoleon  kimi  nəhəng  bir  sərkərdə  (hələ  imperator 
olmamıĢdı) direktoriyanın baĢçısı kimi Misrə hücum edərək onu türklərin əlindən alır. Suriyanı 
da almağa hücum edir, ancaq orada türklər Napoleonu darmadağın edərək əzirlər. Napoleon 
da  Pyotr  kimi  gecə  gəmiyə  minərək  qaçır  ki,  mühasirəyə  düĢməsin.  Bəli,  dünyanın  iki 
tanınmıĢ, nəhəng imperatoru - Fransa və Rusiya imperatorları türklərə məğlub olub!  
Cəngavər  TÜRK’ü  Avropa  daim  özünə  təhlükə  sayıb.  Bu  təhlükəni  aradan  götürmək  yolları 
onu  həmiĢə  düĢündürüb.  BaĢlayıb  Türkiyənin  arxasında  düĢmən  axtarmağa.  Avropadan 
Hindistana gələnlər görüblər ki, oradakı xalq türk deyil və türklərə qarĢıdır. Hindistanı məhz 
ona görə tutdular ki, türklərin arxasında cəbhə açsınlar. Sonra Ġrana keçdilər, farsları özlərinə 
çəkdilər. Bütün məqsədləri türk olmayanları Avropaya tərəf çəkmək və türkü məhv etməkdi. 
Ġkiüzlü, üçüzlü siyasət yeridiblər.  


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə