DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə59/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   55   56   57   58   59   60   61   62   ...   99

III Ģəxsin cəminin Ģəxs əvəzliyi olaraq yalnız "onlar" göstərilir; bəs eyni mənalı və eyni suala 
(kim? sualına) cavab verən "bunlar" əvəzliyini niyə və hansı əsasla oraya daxil etmirik? Ona 
görə ki, hind-Avropa dillərində həmin yerdə yalnız "onlar" əvəzliyi dayanır?! 
-Yeri gəlmiĢkən, Bəy, monqol dilində Siz deyən nəzərə alınıb - orada III Ģəxsin cəmində həm 
"onlar", həm də "bunlar" əvəzliyi (təbii ki, monqolca qarĢılıqları) iĢlənir...
 
-Görürsünüz,  deməli,  onlar  öz  dillərinin  incəliyini  Avropa  dillərinin  strukturuna  qurban 
verməyiblər. Bəli, biz hələ çox Ģeyləri kor-koranə olaraq Avropa sistemləri üzrə öyrənirik ki, 
bu da türkçülüyün ziyanınadır.  
Bu  yaxınlarda  bir  türk  psixoloqu  mənə  dedi  ki,  bizim  uĢaqlarımız  psixologiyanı  ona  görə 
öyrənə  bilmir  ki,  psixologiya  dərsliklərini  fransız  psixoloqu,  özü  də  fransız  psixologiyası 
əsasında yazıb. Axı fransız psixologiyası bizə yabançıdır; onu oxuyuruq, amma tuta bilmirik, 
çünki bizim ruhumuza uyğun deyil. Gərək oxuyan kimi biləsən ki, bu nə deyir. Məsələn, "adlıq 
hal"ı  qəĢəng  tapıblar  -  məzmununu  o  saat  baĢa  düĢürsən  və  adamın  yadında  da  tez  qalır. 
Bax, özümüzə bu cür uyğunlaĢdıranda adam oxuduğunu qavrayır.  
Türklük odur ki, türklüyün mahiyyətini dərk edəsən və onunla fəxr edəsən, necə ki, ingilislər 
ingilisliyi dərk edir və onunla fəxr edirlər. 
-Deməli, bizim elmdə də, mədəniyyətdə də, məiĢətdə də türklüyümüz özümüzə bəlli deyil?
 
-Bəli,  söhbət  də  oradadır  ki,  bizə  hansı  türkçülük  bəllidir.  Türkdən  danıĢanın  təpəsindən 
"millətçi" deyərək o qədər döyüblər ki, indi hamı türkdən danıĢanda qorxur: "Türkəm desəm 
məni  də  pantürkist  adlandırarlar",  yaxud  "Avropada  mənim  əsərimi  qəbul  etməzlər,  Avropa 
alimləri üstümə cumar, tənqid yazar". Bax, çox Ģeydə bundan qorxuruq. Bu düĢüncə bizdə bir 
naqislik kompleksi yaradıb. Biz o kompleksi bütövləĢdirməliyik; bununçünsə bircə üsul var  - 
böyük  bilik  sahibi  olmaq.  Türkləri  sevmək  hələ  azdır,  onlarla  bağlı  bütün  həqiqətləri  də 
öyrənmək lazımdır.  
Amerikada göydələnlərin memarı (adı yadımdan çıxıb) deyirdi ki, dünyada ən böyük memar 
Sinan'dır. Bütün Türkiyə came-məscidlərini memar Sinan tikdirib. O, səksən böyük bina, yüz 
neçə təkyə, xırda binalar müəllifidir, yəni memarlığın nəhəngidir.  
Yaxud məĢhur bir yunan dəniz qulduru vardı (sonralar Ġngiltərənin admiralı olmuĢdu), deyirdi 
ki,  dənizdə  mənim  qabağıma  heç  kim  çıxa  bilməz.  Ġngilislər  ona  "admiral",  baĢqa  xalqlar 
"quldur" deyirdilər. Həmin admiral deyirdi ki, bir dənizçi var - Xeyrəddin Barbarossa, o, sağ 
olsaydı onun yanında köməkçi iĢləyərdim. Dəniz döyüĢlərinin ən nəhəng qəhrəmanı deyir bu 
sözləri!  
Türklüyünü dərk etməyə can atan türksənsə bunları bilməlisən. Hərb sənəti, memarlıq sənəti, 
yüz  minlərcə  əlyazma  kitabı...  böyük  mədəniyyətdir.  Səni  sevməyənlərə  deyirsən  ki, 
qardaĢım, buyur, dünyanın ən dəyərli xəzinəsi məndədir. Bax, dünyaya da mən bunu, bunu, 
bunu vermiĢəm.  


Bir var çarxlı təkər, bir də var bütöv təkər. Bütöv təkər yonulmuĢ dairəvi taxtadır, ortasından 
deĢik  açırsan  -  gedir,  ancaq  o,  çox  ağırdır.  Çarxlı  təkərsə  çox  yüngül  və  sürətli  olur.  Onu 
dünyaya  gətirən  və  Misrə,  baĢqa  bir  çox  ölkələrə  yayan  məhz  türklərdir.  Digər  millətlər 
deyirdilər ki, türklər onun lisenziyasını bizə versəydilər dünyanın ən varlı milləti olardıq. Bütün 
çarx sistemi onun üstündə yaranıb: maĢınların təkərləri, təyyarələrin Ģassiləri və s. Bunların 
hamısı türk təkəri üstündə inkiĢaf edib, o sistemlə irəliləyib.  
Atı yəhərləyən, onu tərbiyə edən, neçə-neçə çöl heyvanını əhliləĢdirən ilk millət də türklərdir.  
-Bəs ilk dəfə hamam tikən?
 
-Bəli,  elə  indi  də  Fransada  "türk  hamamı"  deyirlər.  Dünyanın  çox  yerində  ən  gözəl  hamam 
türk hamamı sayılır.  
Bax,  bu  böyük  mədəni  irsi  öyrənəcəksən,  onda  səndə  böyüklük  kompleksi  yaranacaq  - 
deyəcəksən  ki,  mən  bu ulu  mədəniyyətin daĢıyıcısıyam,  mən  bu  böyük  elmin  daĢıyıcısıyam, 
mən  bu  böyük  tarixin  daĢıyıcısıyam  və  dünyaya  tərəqqi  və  rifah,  ədalət  və  mədəniyyət 
gətirmiĢəm.  Bundan  sonra  sən  özünü  sübut  edəcəksən,  [özünün  yetiĢdirdiyin]  dünya 
dahilərini ortalığa  qoyacaqsan.  Mən  çox  təəssüf  edirəm  ki,  biz  hələ  də  bu iĢdə  çox  geriyik. 
Aristoteli, Platonu, Qalileyi, Koperniki... az qala əzbər bilirik, ancaq Ġbn Sina, Farabi, Biruni, 
Nəsirəddin Tusi, Uluğ  bəy...  kimi nəhənglərimizin  nə  yazdığından,  demək  olar ki,  xəbərimiz 
yoxdur,  halbuki  dünya  elm  və  mədəniyyəti  onlardan  nə  qədər  qidalanıb  və  indi  də 
qidalanmaqdadır.  Avropada  XV,  XVII,  XVIII  əsrlərdə  çap  olunmuĢ  elmi  kitablara  baxın  - 
hamısı  ġərq  müəlliflərinin  kitablarıdır.  Nəsirəddin  Tusinin  "Evklid  həndəsəsi"ndən  ("Təhriri-
Üqlidis") tutmuĢ Farabinin,  Ġbn Sinanın,  Biruninin  əsərlərinədək hamısını latın dilinə,  yəhudi 
dilinə, baĢqa əcnəbi dillərə çevirərək nəĢr etmiĢ, sonra da bütün Avropaya yaymıĢlar. Biz bu 
irsə  yiyələnmədiyimizdən,  onlara  yiyə  durmuĢ  Avropanın  alimləri  qarĢısında  təzim  etməyə 
məcburuq.  
Bir  alman  alimi  öz  kitabında  belə  yazır  ki,  ən  böyük  mədəniyyət  insan  olub  insan  kimi 
davranmaq, insan kimi yaĢamaqdır və bu məsələdə tarixdə türklərdən üstün millət olmayıb.  
Həmin  alman  alimi  yazır  ki,  "Avrasiya"  deyilən  yerdə  Avropa  və  Asiya  mədəniyyətlərini  bir-
birinə  qovuĢduraraq  yeni  bir  mədəniyyət  yaradan  türklər  olub.  Çinin  ipəyini  çinlilər  yox, 
türklər  aparıb  Ġtaliyaya.  Çinin  barıtını,  kompasını  çinlilər  yox,  türklər  aparıb  Avropaya.  Və 
Avropanın  nəyi  varsa  türklər daĢıyıb töküblər  Çinə.  Bəli,  türklər bu iki  müxtəlif  mədəniyyəti 
çulğaĢdıran  bir  super  etnosdur!  Özü  də  onların  bu  yöndə  çalıĢmaları  dünənin  və  bugünün 
deyil, on min illərin söhbətidir.  
Bu  gerçəklikləri  gərək  incəliklə  mənimsəyəsən.  Bu  gerçəkliklər  o  qədər  Ģərəflidir  ki,  hətta 
kənar  millətlər  də  ona  bələd  olduqda  türklərlə  qohumluqdan  qürur  duyublar.  Məsələn, 
Rusiyanın  Kazimirovu,  Kantemiri,  Karamzini,  hətta  Gertseni  deyirlər  ki,  bizim  etnosun  (yəni 
rusların)  damarında  türk-monqol  qanı  axır;  bundan  niyə  qorxuruq  -  onlar  ki  qəhrəman 
olublar, bununla fəxr etməliyik.  
-Rusların bir çoxu özünü tatar sayır.
 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə