DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə56/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   52   53   54   55   56   57   58   59   ...   99

Azərbaycanda  farslar,  ruslar  və  baĢqaları  olmamıĢdan  min  illər  öncə  türklər  yaĢamıĢdır. 
Məfkurəsi,  mənəviyyatı,  əxlaqı  min  illər  boyunca  məhz  bu  torpaqda  təĢəkkül  tapmıĢ  türk 
etnosu  bu  ideologiyanın  da  yaradıcısıdır.  Bəli,  bütün  ideoloji  axtarıĢımızın  və  düĢüncə 
çarpıĢmalarımızın  çıxıĢ  nöqtəsi  bu  özül  üzərində  qurulmalıdır.  Deyək  ki,  Fransada  hər  Ģey 
fransızların  üzərində  qurulacaq,  çünki  orada  əsas  etnos  fransız  xalqıdır;  dil  də,  mədəniyyət 
də, dövlət də bu milli özül üzərində qurulacaq və bu torpaqda hansı dövlət yaransa fransız 
etnosuna dayanacaqdır.  
Deyirsiniz ki, bu yöndə iĢlər dayandırılıbdır, ancaq mən dayandırılma fikriylə tam razı deyiləm. 
Müxalifət  qüvvələri  imkansız  olmalarına  baxmayaraq  mətbuatda,  müxtəlif  nəĢrlərdə 
müsavatçılıqdan,  türkçülüdən  yazır,  alimlərimiz  türklər  haqqında  sanballı  kitablar  ortaya 
qoyurlar,  halbuki  o  kitabların  yaradılması  vaxtilə əlçatmaz  arzulardandı  -  imkan  vermirdilər. 
Məsələn, bizdə türk savaĢ sənəti, türk sərkərdələri, hunlar, oğuzlar və b. haqqında nə qədər 
maraqlı əsərlər nəĢr edilir, professor Kamil Vəli Nərimanoğlunun baĢçılığı altında hətta "Dədə 
Qorqud ensiklopediyası" hazırlanır və s. Bunlar mənəviyyata təsir göstərən mühüm amillərdir. 
Bu,  xalqın  tələbatından  doğulan  prosesdir  və  onun  qarĢısını  almaq  olmaz  -  uzun  müddət 
türkçülük  düĢüncələrindən  aralı  salınmıĢ  xalq  bir  mənəvi  aclıq  duyur  və  uzun  illər  boyunca 
itirdiklərini özünə qaytarır.  
Deməli, türkçülük bir sistemdir.  
ÇağdaĢlıq  haqqında.  Bizdə  deyirlər  ki,  demokratiya  boĢ  Ģeydir.  Ancaq  son  vaxtlar 
demokratiyaya  aid  çoxlu  məqalələr,  kitablar  yazılır,  hətta  Azərbaycanda  liberal  demokratiya 
uğrunda mübarizə gedir. AXCP-də, Müsavat Partiyasında liberal demokratlar istəyirlər ki, bu 
partiyaların proqramlarını dəyiĢdirib liberal demokratiya üstündə qursunlar. 
ÇağdaĢ  dəyərlərin  də,  deməli,  mütəxəssisləri  və  müdafiəçiləri  yetiĢir.  Hətta  millətçilər  də 
özləri  bilmədən  liberal-demokratlıq  edirlər.  Məsələn,  bu  yaxınlarda  Avropanın  liberal-
demokratları bizimlə görüĢdülər; onlar ancaq liberal-demokratlarla iĢ görmək istəyirlər. Mən 
onlara dedim ki, biz millətçi, milli demokratlarıq. Ancaq Proqramımızla tanıĢ olduqda gördülər 
ki,  biz  də  xalqın  azadlığını,  insanların  azadlığını,  Azərbaycanda  yaĢayan  azsaylı  xalqların 
azadlığını təmin etməyə çalıĢırıq və dedilər ki, bunlar liberal dəyərlərdir və siz liberal dəyərləri 
mənimsəmiĢ millətçilərsiniz. Buna heç bir etirazımız olmadı, yəni biz çağdaĢlığı qəbul edənik, 
çünki çağdaĢlıq bizim müsavatçılığın əsas ideyalarından biridir.  
Bir tərəfdən də islamı müsavatçılığın üçüncü xətti, təməli kimi götürək. Bu ölkənin əhalisinin 
90 faizi müsəlmandır və allahsız kommunist rejimindən qurtaran kimi o, yüzlərcə məscid açdı, 
mədrəsə açdı, yüzlərcə Qur’an kursları açdı, hər yerdə dinimizi oxumağa, öyrənməyə baĢladı. 
Ġndi  Azərbaycanda  içki  içənlərin  sayı  kütləvi  surətdə  azalır.  Xüsusən  ziyalıların,  savadlı 
adamların  arasında  içkidən  uzaqlaĢanlar  çoxalır,  dinə  meyl  güclənir,  namaz  qılanların,  oruc 
tutanların  sayı  hədsiz  artır,  halbuki  bu adamların  çoxu  hələ  dünən  ateistdi.  Niyə belə  oldu? 
Çünki bu, xalqın ruhundadır, millət bunu istəyir.  
Bəli,  MÜSAVATÇILIQ  elə-belə  yaranmayıb  -  o,  Azərbaycan  xalqının  mənəvi  ehtiyaclarından 
çox  təbii  Ģəkildə  meydana  çıxıb  və  onu  ayrı-ayrı  Ģəxslərin  beyninin  məhsulu  saymaq  çox 
yanlıĢ  olardı.  Məhz  xalqın  istəkləri  və  ən  qiymətli  mənəvi  dəyərləri  üzərində  ucalması 


müsavatçılığı uzunömürlü, əbədiyaĢar edir. Fikir verin - 70 il Sovet hökuməti müsavatçılığı və 
müsavatçıları söydü, döydü, əzdi, qırdı, dağıtdı, bir müsavatçı sağ qoymadı, ancaq 70 ildən 
sonra yenə o, əvvəlki qüdrətiylə xalqın içərisinə çıxdı.  
Müsavatçılığın  bu  üç  böyük  təməlini  daha  geniĢ  öyrənməli  və  həyata  tətbiq  etməliyik. 
Azərbaycan  türklərinin  tarixi,  ədəbiyyatı,  mədəniyyəti  güclü  Ģəkildə  öyrənilib  xalqın  özünə 
çatdırılmalıdır.  ÇağdaĢlıq  da  eləcə  -  Avropa  dövlətlərinin  köməyiylə  ölkədə  çağdaĢ  dövlət 
quruluĢu, parlament sistemi, seçki sistemləri yaratmaq uğrunda ciddi mübarizə aparılmalıdır. 
Məsələn,  partiyalarımızın  hamısı  indi  seçkiylə  iĢ  görür  -  Məclisi,  Rəyasət  Heyətini,  Divanı... 
seçkiylə  formalaĢdırır.  Bu,  artıq  çağdaĢlığın  siyasi  həyatımızda  gerçəkləĢməyə  baĢlamıĢ 
üsullarındandır.  Halbuki  çox  yaxın  keçmiĢimizdə  -  kommunistlərin  totalitar  rejimində 
partiyanın lideri nə deyirdisə hamı onu təkrarlamağa məcburdu.  
Azərbaycanda çağdaĢlaĢmaya mətbuat da güclü təsir edir. Mətbuatımızın inkiĢafı və özünün 
toxunulmazlığını  az-çox  təmin  edə  bilməsi  mühüm  hadisədir.  Artıq  Azərbaycan  söz  azadlığı 
baxımından Ġran kimi, Türkmənistan kimi, altı il bundan qabaqkı Azərbaycan kimi deyil. Ġndi 
jurnalistlərin  qabağında durmaq  çətinləĢib;  hətta  nəinki  ölkənin  məĢhur  adamları  və  aparat 
iĢçiləri,  hətta  hüquq-mühafizə  orqanlarının  iĢçiləri  də  jurnalistlərdən  çəkinməyə  baĢlayıblar. 
Bu, artıq çağdaĢ dünya dəyərlərinə yiyələnməyimizdir, çağdaĢlığımızdır. Bunlar bizim çağdaĢ 
bir xalq olduğumuzu göstərir. Biz çağdaĢlığı sevirik, daim ona meylliyik.  
Ġslama  gəldikdəsə  yaxĢı  mütəxəssislərimiz  azdır.  Doğrudur,  yaxın  vaxtlarda  bizdə  də,  çox 
güman  ki,  mədrəsələr  inkiĢaf  edəcək,  savadlı,  təmiz  ruhanilər  meydana  çıxacaq.  Əlbəttə, 
keçmiĢ KQB  agenti  olan  ruhanilərdən  islam  dinini təbliğ  edən  çıxmaz,  çünki  insanlar onlara 
inanmır. Nə olsun ki, onlar ərəb dilini bilir, Qur’an’ı yaxĢı oxuyur? Kraçkovski də ərəb dilini də, 
Qur’an’ı da əzbər bilirdi, ancaq xristian missioneriydi.  
Deməli,  bizim  indiki  vəzifəmiz  islam  savadı,  islam  biliyiylə  islam  inamını  çulğaĢdırmaqdır. 
Ġslam  dini  cəmiyyətimizdə  ruhun,  mənəviyyatın  təmizlənməsinə  və  s.  xidmət  edəcək  böyük 
amildir.  
Bu üç təməl xalqa daha çox çatdırılmalı və inkiĢaf etdirilməlidir.  
Bundan  sonrasa  bəlkə  də  belə  yanaĢı  məsələlər  qoyulmalıdır:  "türkçülük  və  çağdaĢlıq" 
(türkçülük  çağdaĢlığı  nə  cür  qəbul  edir,  çağdaĢlıq  türkçülüklə  ziddiyyət  təĢkil  edir,  yoxsa 
harmoniya?),  "türkçülük  və  islam"  (türkçülük  islama  nə  cür  baxır?  Məsələn,  Azərbaycanın 
Güneyindən  olan  və  Avropada  yaĢayan  türklərin  əksəriyyəti  türk-islam  sintezindən,  yəni 
türklərin  islamla  çulğaĢmasından  çıxıĢ  edir.  Türkiyənin  özündə  də  bir  sıra  partiyalarda  artıq 
deyirlər ki, biz türk-islam sintezinin tərəfindəyik), "islam və çağdaĢlıq" (çağdaĢlıq islamla nə 
cür uyuĢur, islam çağdaĢlıqla doğrudanmı qoĢa addımlaya bilər və s.?). 
Bu  gün  müsavatçılığın  həmin  üç  tərkib  hissəsi  Türkiyənin  özündə  uğurla  yüksəliĢə  gedir. 
Çünki  Türkiyədə  türkçülük  haqqında  Azərbaycandakına  nisbətən  daha  çox  kitablar  yazılıb: 
türkçülük nədir, onun əsaslarını nə təĢkil edir və b.?  


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə