DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə64/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   60   61   62   63   64   65   66   67   ...   99

Əli bəy Hüseynzadə yazırdı ki, 1918-1925-inci illər arasında türkün boz qurdu peyda olmuĢdu. 
(O,  Mustafa  Kamalı  yox,  azadlığa  çağıran  ruhu  nəzərdə  tuturdu).  Orta  Asiyada  müstəqillik 
uğrunda  mübarizə  gedir,  müstəqil  əmirliklər  yaranır.  Güney  Azərbaycanda  müstəqil  dövlət 
yaranır. Bütün dünyada çalxalanma var. Amma Əli bəy Hüseynzadənin sözlərinə görə, türklər 
bu  boz  qurdun  -  azadlıq  idealının  dalınca  getmədilər  və  boz  qurd  küsüb  uzaqlaĢdı; 
vuruĢmadıq,  yarımçıq  getdik  ki,  bizim  azadlıq  vaxtımız  çatıb  və  bu  fürsəti  itirdik.  Ancaq 
əsrimizin sonunda o boz qurd bir də gələcək və XX əsrin sonu türk əsri olacaq. Bu, Əli bəy 
Hüseynzadənin sözüdür: Bu dəfə də türklər onun arxasınca getməsələr, öz azadlıqlarını həll 
etməsələr  onları  faciədən  daha  heç  kim  qurtara  bilməz,  ancaq  inanıram  ki,  türklər bu  dəfə 
ayıq olub onun arxasınca gedəcək, onu qazanacaqlar.  
Bəli, Mustafa Kamal PaĢa Atatürk doğrudan-doğruya türklərin xilaskar boz qurdu oldu; özü də 
yalnız  türklərin  yox.  Yaponiyada  Mustafa  Kamalın  heykəli  qoyulub,  Tunisdə  Atatürkün  adını 
daĢıyan  xiyaban  və  onun  heykəli  var,  BanqladeĢdə  Atatürk  xiyabanı  salınıb.  Ona  böyük 
Ģəxsiyyət kimi hər yerdə təzim edirlər.  
Atatürkün ideyaları nəinki sağlığında, hətta ölümündən sonra da yol göstən mayakdır və bu 
mayaka göz yummaq ağır itkilərlə sonuclanır. Məsələn, o dəfələrlə deyib ki, bugünkü Sovetlər 
Birliyində dinbir-qanbir qardaĢlarımız yaĢayır; bir zaman gələcək, bu dövlət çökəcək, o zaman 
qardaĢlarımız azadlıq istəyəcəklər; onların sizə müraciət etməsini gözləmədən bu günə hazır 
olun  və  anında  yardıma  yetin.  Yaxud  Türkiyə  Böyük  Millət  Məclisində  durub  deyib  ki,  biz 
Sovetlər Birliyiylə dostuq, mehriban qonĢuyuq və bunu axıradək yürüdəcəyik. Parlamentdən 
çıxarkən yaxın adamlarına bildirir ki, mən dedim, birdən siz də inanarsınız ha; bilin ki, sizin bir 
barıĢmaz  düĢməniniz  var  -  qırmızı  rus  kommunizmi.  Türklər,  təəssüf  ki,  ulu  Atatürkün 
tövsiyələrini unutdular və indiki xoĢagəlməz duruma düĢdülər. 
 
 
 
 
 
 
 
 
 
 
 


ARTIRMA 
A  t  a  t  ü  r  k’ü  n    d  e  d  i  k  l  ə  r  i  :  "Bu  gün  Sovetlər  Birliyi  dostumuzdur,  qonĢumuzdur, 
müttəfiqimizdir.  Bu  dostluğa  ehtiyacımız  vardır.  Fəqət  sabah  nə  olacağını  kimsə  bugündən 
kəsdirə bilməz. Eynən Osmanlı kimi, eynən Avstriya-Macarıstan kimi parçalana bilir, xırdalana 
bilir. Bu gün əlində sımsıxı tutduğu millətlər ovuclarından qaça bilir. Dünya yeni bir dəngəyə 
yetiĢə bilir. Bax, o zaman Türkiyə nə yapacağını bilməlidir... Bizim bu dostumuzun idarəsində 
dili bir, inancı bir, özü bir qardaĢlarımız vardır. Onlara sahib çıxmağa biz hazır olmalıyıq. Hazır 
olmaq  yalnız  o  günü  susub  gözləmək  deyildir.  HazırlaĢmaq  lazımdır.  Millətlər  buna  necə 
hazırlaĢırlar? Mənəvi körpülərini sağlam tutaraq. Dil bir körpüdür... Ġnanc bir körpüdür... Tarix 
bir  körpüdür...  [...]  ...Köklərimizə  enməli  və  olayların  böldüyü  tariximizin  içində 
bütünləĢməliyik.  Onların  bizə  yaxınlaĢmasını  gözləməməliyik.  Bizim  onlara  yaxınlaĢmamız 
gərəkdir...". 
Mən Azərbaycan türklərinə dünyanın bir neçə böyük Ģəxsiyyətini öyrənməyi məsləhət bilirəm. 
Onlardan  birincisi  bütün  zəmanələrin  ən  böyük  dahisi  olan  Məhəmməd  peyğəmbər’dir 
(s.ə.s.). Onun həyatını, peyğəmbərlik tarixini, ideyalarını, hədislərini, ümumən dövrünü yaxĢı 
bilmək lazımdır. Ġkinci Farabi’dir; onun dini və fəlsəfi baxıĢlarıyla tanıĢlıq elmimizçün olduqca 
faydalı olar. Üçüncü və dördüncü Məmmədəmin Rəsulzadə’ylə Mustafa Kamal Atatürk’dür ki, 
onları  bütövlükdə,  incəliklə  mənimsəməyi  hər  bir  Azərbaycan  ziyalısına  gərəkli, 
siyasətçilərimizçünsə həyati zərurət sayıram. Yeni, çağdaĢ dünyanın qapılarını necə açmaqda 
onların irsi ən dəyərli yardımçımız olacaq. ġəxsən mənim dünyabaxıĢım onların nəzəri irsinə 
dayanıb və indi də fəaliyyətimdə onların göstəriĢlərini əsas götürürəm. 
"ÇağdaĢlaĢmanı təkcə avropalaĢma kimi baĢa düĢmək doğru deyil" 
-Bayrağımızın ikinci rəngiylə - qırmızıyla rəmzləĢdirilmiĢ çağdaĢlığı Əbülfəz Elçibəy Azərbaycan 
gerçəkliyində necə təsəvvür edir?
 
-Qırmızı rəng və səkkizguĢəli ay-ulduz Məmmədəmin Rəsulzadənin müəyyənləĢdirdiyi xətdir. 
Qırmızı zolaq və səkkizguĢəli ay-ulduz Azərbaycanda Elxanlılar dövlətinin bayrağında da olub. 
-Osmanlı imperiyasının da bayrağı qırmızıydı və ortasında səkkizguĢəli ay-ulduz vardı. 
-Osmanlılarda öncə səkkizguĢəli, sonra beĢguĢəli ulduz olub. Bu, türk rəmzidir. Lap qədimdən 
Azərbaycanda tapılan saxsı qabların üstündə ay və səkkizguĢəli ulduz təsviri var - miladdan 
öncə IV əsrə aid. Dediyim kimi, Elxanlıların bayrağında da eyni təsvirdi. Ġndisə qırmızı rəng 
çağdaĢ  dünyanın  rəmzi  kimi  verilir.  ÇağdaĢ  dünya  nə  deməkdir?  Dünya  daim  çağdaĢlaĢır. 
Ġstər Yaponiyada olsun, istərsə Azərbaycanda. ÇağdaĢlaĢmanı təkcə avropalaĢma kimi baĢa 
düĢmək  doğru  deyil.  Dünya  ona  görə  çağdaĢlaĢacaq  ki,  ölkələr  Avropa  parlamentarizminə 
gedəcək;  yoxsa  keçmiĢdə  indiki  mənada  parlamentarizmi  olmamıĢ,  məsələn,  türklər  gərək 
xaqanlara,  qurultaylara  qayıtsınlar.  ÇağdaĢ  dünyadasa  parlament,  bələdiyyə,  prezident,  baĢ 
nazir seçilməlidir.  
ÇağdaĢlıq  nədir?  Təsəvvür  edin  ki,  Avropada  və  Amerikada  istehsal  edilmiĢ  bəzi  məhsullar 
"Ģeytan  əməli",  yaxud  "xristianların  fırıldağı"  adlandırılır;  bu,  son  nəticədə  cəmiyyətin 


inkiĢafdan geri qalmasıyla nəticələnir. ÇağdaĢlıq həyata yeniliklərin gətirilməsidir, ona görə də 
o, həmiĢə dinamik, mütəhərrik və irəliləyiĢlidir.  
Qərbin  çağdaĢlıq  haqqında  təsəvvürləri  hər  Ģeydən  öncə  demokratiyayla  bağlıdır.  ÇağdaĢ 
ümumbəĢəri dəyərlər içərisində mühüm yer tutan "demokratiya" isə Qərbdə bir çox hallarda 
az qala "liberalizm"in sinonimi kimi qavranılır. Boynumuza almalıyıq ki, Avropa və Amerikanın 
çağdaĢ  dünya  tərəqqisinin  lokomotivinə  çevrilməsində  demokratiya,  o  sıradan  liberalizm 
əvəzsiz rol oynayıb. Liberalizmin baĢlıca prinsiplərindən biri ayrıca bir insanın azadlığının hətta 
cəmiyyətin  azadlığından  üstün  tutulmasıdır.  Buradan  görünür  ki,  həmin  cəmiyyətlərdə 
vətəndaĢların  fərdi  azadlığı  çağdaĢ  bəĢər  sivilizasiyasında  ən  yüksək  səviyyədə  təmin 
edilmiĢdir.  Busa  öz  növbəsində  bütövlükdə  xalqların  inkiĢafına  təkan  verən  ən  təsirli 
stimuldur.  Doğrudur,  millətçilik  də  xalqların  tərəqqisində  çox  səmərəli  stimuldur  və  onun 
əhəmiyyəti tarixi təcrübədə dəfələrlə yoxlanılıb. Əslində millətçilik liberalizm yolunda mühüm 
bir mərhələdir - liberalizmə milli özünüdərk prosesi yetkinlik həddinə çatandan sonra getmək 
mümkün  olacaq;  hələ  özünü  dərk  etməyən,  öz  azadlığını  qazanmayan  və  bu  azadlığın 
dəyərini bilməyən xalq öz sıravi üzvünə azadlıq bəxĢ edə bilməz.  
Ġstər milli demokratiya olsun, istər liberal demokratiya, onun qarantı həmin ölkədə yaĢayan 
əsas, yəni sayca çoxluğu təĢkil edən xalqdır. Azərbaycandasa çoxluğu türklər təĢkil edir.  Bu 
türk  hələ  özünü  dərk  etməyibsə,  milli  mentalitetini  qorumayıbsa,  azadlıq  və  müstəqillik, 
çağdaĢlıq ruhunu mənimsəməyibsə ona liberalizmi birdən-birə nə cür verəcəyik?  
Millətçilik artıq yüz ildir yol gəlir Azərbaycana. Ġlk ciddi milli oyanıĢ Səttar xan  hərəkatından 
sonra  baĢlandı.  Güneydə  ayılaraq  türk  milləti  olduğumuzu  dərk  etdik,  azadlığımızı  əldə 
etməyə  can  atdıq  və  məĢrutəli  dövlətimizi  qurduq.  Ancaq  millət  olaraq  bu  nailiyyəti  əldə 
saxlaya bilmədik. Buna baxmayaraq ruhdan düĢmədik və çox keçmədən az qala eyni vaxtda 
azadlıqsevər  milli  ruhumuzun  hökmüylə  Quzeydə  Məmmədəmin  Rəsulzadənin  baĢçılığıyla 
bütün müsəlman aləmində ilk demokratik dövlət - Azərbaycan Cümhuriyyəti və Güneydə ġeyx 
Məhəmməd Xiyabaninin baĢçılığı altında özünü Ġrandan ayırmıĢ müstəqil Azadistan dövlətləri 
yaratdıq.  Hətta  onları  təqib  edən  Sovet  Azərbaycanının  da  nisbi  müstəqilliyi  (ən  azı,  bəlli 
sərhədləri)  vardı.  1945-46-cı  illərdəsə  Güneydə  Seyid  Cəfər  PiĢəvəri  milli  ruhumuzun 
təcəssümü  olan  yeni  müstəqil  milli  dövləti  meydana  çıxardı.  (Son  hadisədə  SSRĠ-nin  hansı 
dərəcədə  rol  oynaması  xalqın  müstəqillik,  azadlıq  istəklərinin  ülviliyinə  kölgə  sala  bilməz). 
Bəli, bu dövlətlərin hamısı milli azadlıq mübarizəsinin nəticəsində yaranmıĢdı.  
Milli  mübarizəni  azadlıq  uğrunda  mübarizəylə  necə  birləĢdirmək  olar?  Sovet  sistemində  bu 
məsələnin həlli yolu səhv qoyulmuĢdu. Marksizm-leninizm milli azadlıq hərəkatını rədd etmir, 
əksinə,  onu  özünün  tərkib  hissəsi  sayırdı.  Moskvada  sosialist  ideoloqları  deyirdilər  ki,  milli 
azadlıq hərəkatı sosializmdən kənar deyil. Məsələn, Misirdə milli azadlıq mübarizəsi gedir. Bəs 
Moskva  ona  nə  kimi  münasibət  bəsləməlidir  -  mənfi,  yoxsa  müsbət?  Misirlilərin  azadlıq 
mübarizəsi ingilislərə qarĢıdır; deməli, "millət azad olmaq istəyir" və bu, əlbəttə, marksizm-
leninizm  baxımından  müsbət  hadisədir.  Bəs  bu  savaĢı  millətçilik  saymaq  olarmı?  "Yox,  o, 
sosialist  hərəkatının  tərkib  hissəsidir".  Bax,  bu  yanaĢma  səhvdir  -  Moskva,  əlbəttə,  onu 
mənimsəmək istəyir. Ġndiki demokratlar bunu düĢünə bilmirlər.  


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə