DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə53/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   49   50   51   52   53   54   55   56   ...   99

Son  vaxtlar,  gördüyünüz  kimi,  dildə  birlik  uğrunda  da  ciddi  iĢ  gedir.  Azərbaycanın 
Güneyindəki milyonlarca yurddaĢımız istəyir ki, Ġranda türk dili dövlət dili olsun. Demək, dil 
uğrunda da mübarizə gedir. Bu dildə biz eyni zamanda Təbrizin radio veriliĢlərinə də asanlıqla 
qulaq  asırıq,  baxmayaraq  ki,  Tehran  rejiminin  xüsusi  tapĢırığıyla  Təbriz  televiziya  və 
radiosunun dili əyilir, saxtalaĢdırılır - çalıĢırlar ki, bu cür qüsurlu danıĢıqla əhalinin beynində 
fars  dilinin,  fars  sözlərinin  təsiri  yox  olmasın.  Ancaq  Güney  əhli  Quzeydə  iĢlənən  və  artıq 
ədəbi dil kimi formalaĢmıĢ dili inadla öyrənir... 
-Orada buna "Bakı dili" deyirlər...
 
-Biz bəzən Azərbaycanın Güneyinə ümumən "Təbriz" deyirik. Bu, dünyada da belədir. Bəzən 
bütün  Rusiyaya  "Moskva",  Amerikaya  "VaĢinqton"  deyilir.  Bu  dil  də  yalnız  Azərbaycanın 
Quzeyinin dili, "Bakı dili" deyil, bütün Azərbaycanın ədəbi dilidir və yüz illər boyunca təĢəkkül 
tapıb.  Bu  ədəbi  dilin  yaranmasında  Həsənoğlunun,  Nəsiminin,  Füzulinin,  ġah  Ġsmayıl 
Xətayinin,  Vaqifin,  M.F.Axundzadənin,  A.A.Bakıxanovun,  H.B.Zərdabinin  misilsiz  əməyi  olub. 
XX  əsrin  baĢlanğıcındasa  o,  C.Məmmədquluzadənin,  Ə.B.Haqverdiyevin,  Ü.Hacıbəylinin, 
C.Cabbarlının, S.Vurğunun, ġəhriyarın... əsərləriylə daha da cilalandı, ərəb-fars tərkiblərindən 
təmizləndi. Ġndi həmin bu dili Bütöv Azərbaycanda çox həvəslə öyrənir və çox gözəl bilirlər. 
Buna görə dildə də birlik yaranmaqdadır.  
Sonra  qalır  iĢdə  birlik.  ĠĢdə  birliyi  yaratmaqünsə  fikirdə  və  dildə  bir  olan  soydaĢlarımız 
təĢkilatlanmalıdır.  Doğrudur,  dediyimiz  kimi,  təĢkilatlar  artıq  var,  ancaq  onlar  hələ 
mərkəzləĢməyib  və  fürsətdən  istifadə  edib  deyə  bilərəm  ki,  bizim  özümüz  üç  gün  bundan 
qabaq  (20  dekabr  1997-də  -  Ə.T.)  Bütöv  Azərbaycan  Birliyini  yaratdıq  və  mən  onun  sədri 
seçildim.  
BAB-da Azərbaycanın Güneyindən də, Quzeyindən də olan bəylər və xanımlar iĢtirak edirlər.  
Bu  təĢkilat  yaxın  vaxtlarda  tam  formalaĢacaq  və  özünün  proqramını  bəyan  edəcəkdir. 
Avropada və baĢqa yerlərdə, lap Tehranda olan qardaĢlarımız da bu xəbəri eĢidəndən sonra 
çox  sevindilər  ki,  artıq  pərakəndə  təĢkilatları  ümumiləĢdirəcək  Bütöv  Azərbaycan  Birliyi 
yaradılır... 
-Deməli, BAB əlaqələndirici orqandır.
 
-Bəli,  biz  onu  birləĢdirici  bir  orqan  kimi  yaratmıĢıq  və  çalıĢacağıq  ki,  onu  gələcəkdə  böyük, 
güclü siyasi qüvvəyə çevirək. 
-Partiyaya?
 
-Bəlkə də partiyaya yox, böyük bir ictimai-siyasi hərəkata. 
-Birliyə...
 
-Elə indi də birlikdir.  


"Ġdealist  düĢüncədə  millət  böyük  bir  ruhdur,  ruhun  törədicisidir;  deməli,  o 
parçalana bilməz. Millətimiz yalnız ərazi baxımından parçalanıb" 
-Bütöv Azərbaycan Birliyinin yaranması hansı zərurətdən doğub?
 
-Biz Bütöv Azərbaycan hərəkatını daha da intensivləĢdirməkçün bu təĢkilatı yaratmıĢıq.  
Azərbaycan  türkləri  on  min  illərdir  "Azərbaycan"  adlı  böyük  bir  məkanda  formalaĢıblar  və 
onların  ruhu  bütövdür,  mənəvi  bütövlüyü  var.  Sadəcə,  rus  imperiyası  onu  zorla  cismən 
parçaladı.  Amma  biz  heç  bir  cəhətdən  (etnoloji,  mədəni,  mənəvi,  dini,  psixoloji  və  b. 
baxımdan) parçalanmıĢ xalq deyilik - mən parçalanma fikrini qəbul etmirəm. Nə üçün? Çox 
adam cavabı materialist kimi düĢünür, halbuki bu məsələyə idealistcəsinə yanaĢmaq lazımdır.  
Biz bu hərəkata materialist kimi yox, idealist kimi baĢladıq, çünki materializm nəinki köməyə 
gəlmir,  əksinə,  mane  olur.  Ancaq  idealizmə  söykənəndə  bir  torpağın  ortasından  çəkilmiĢ 
dəmir  pərdənin  heç  bir  əhəmiyyəti  yoxdur  -  onu  parçalaya  bilməz,  çünki  insanın  ruhunun 
məhsulu onun ədəbiyyatıdır, tarixidir, fəlsəfəsidir. 
-Lap az qala sufilər kimi danıĢırsınız...
 
-Yox,  bu,  sufilik  deyil,  tamam  idealist  fəlsəfədir.  Təəssüf  ki,  bizim  əksəriyyətimiz  idealizmin 
mahiyyətini  bilmirik,  çünki  hamımıza  materializm  öyrədiblər.  Doğrudur,  mən  də  idealist 
fəlsəfəni elə də kamil bilmirəm, ancaq ruhən və mənən idealistəm. 
-Sufizm özü idealist deyil məgər?
 
-Sufizm idealizmin bir forması olsa da dinlə fəlsəfənin qarıĢığıdır. Ġdealist fəlsəfəninsə özünün 
mövzusu var. Onları qarıĢdırmaq olmaz.  
Sufi  ideyasının  sonunda  mütləq  dinə,  Allaha,  hansı  dindənsənsə  o  dinin  təriqətinə 
bağlanacaqsan.  
Sufizmdə 4 məsələ əsasdır.  
Birincisi Ģəriət’dir. Sufi Ģəriəti öyrənməlidir. Ġkincisi təriqət’dir. ġəriəti öyrənəndən sonra o, bir 
təriqətə  mənsub  olmalıdır.  Üçüncüsü  mərifət’dir.  Dördüncüsü  isə  həqiqət’dir.  Yəni  Ģəriəti 
mərifətlə öyrənirsən, sonra təriqətə girirsən; orada da mərifətlə öyrənməlisən, çünki mərifət 
üsul kimi sənə lazımdır - yalnız mərifətdən keçməklə həqiqətə çatırsan.  
Vacib əsasları 3 götürənlər də var: Ģəriət, təriqət, həqiqət. Nə üçün üçünü götürürlər? Bunlar 
deyirlər ki, mərifət mərhələ deyil, idrakın bir formasıdır, növüdür. Bunların fikrinə görə, Ģəriəti 
öyrənərək  təriqətə  daxil  olacaq,  mərifətə  -  ən  yüksək  anlayıĢa,  filosof  kimi  dünyanı 
dərketməyə yetiĢəcəksən; həqiqətə də yalnız bundan sonra gedə bilərsən.  
Bu, bir sistemdir. Orada hökmən təriqətə düĢəcəksən. Təriqət adamlarının əksəriyyəti islam 
dinində bir Ģəxsi mütləq böyük götürməli, öz nəslini aparıb o Ģəxsə bağlamalıdır. Necə? Kimisi 
deyir mənim təriqətim Əbubəkrin xəttinə bağlanır, kimisi deyir Ömərin, kimisi deyir Osmanın, 


kimisi deyir Əlinin (ümumiyyətlə, 4 xüləfayi-raĢdinə - bəyənilmiĢ, icmanın seçdiyi xəlifələrə - 
bağlanmalıdır).  Bu  təriqət  hökmən  onlardan  birinə  bağlanmasa  o  sufi  təriqətini  qəbul 
etmirlər.  Azərbaycanda,  deyək  ki,  Səfəviyyə  təriqəti  ġah  Ġsmayılın  vaxtında  kimə  bağlıydı? 
Ġmam  Əliyə.  Amma  Azərbaycanda,  məsələn,  Sührəverdiyyə  təriqəti  var  (böyük  Ģeyx 
Sührəverdinin təriqəti); o, birbaĢa həzrət Əbubəkrə bağlıydı. 
-Deməli, həmin təriqətlər həm Ģiələrdə var, həm də sünnilərdə.
 
-Bəli.  ġiə  təriqətlərinin  hamısı  imam  Əliyə  bağlanır.  Sünnilərdəsə  peyğəmbərdən  sonra 
seçilmiĢ digər üç raĢdin xəlifəyə bağlanılır. Özünü tam sərbəst sayan təriqətlər də var, ancaq 
belələri  çox  azdır.  Bunlar  deyirlər  ki,  təriqətin  Ģeyxi  elə  birbaĢa  Allahla  bağlıdır  və  insanları 
Allaha  bağlayır;  o,  mürĢid,  ardıcıllarısa  müriddir.  Mürid  Tanrıya  çatmaqçün  mürĢidin 
təlimindən, göstəriĢindən keçməlidir.  
Bu sistem ancaq islam aləminə aiddir və idealist fəlsəfəylə bağlı deyil. Ġdealist fəlsəfəsə bütün 
dünyada yayılıb. Nədir onun mahiyyəti?  
Ġdealist  fəlsəfənin  əsasını  Platon  qoyub  və  sonradan  da  çoxlu  idealist  filosoflar  yetiĢib. 
Məsələn,  Kant  və  Hegel  çox  görkəmli  idealist  filosoflardır.  Birdən-birə  onların  qarĢısına 
Feyerbax  çıxır.  O,  artıq  materializmə  tərəf  sürükləyir  və  idealizmin  üstündən  keçir.  Ondan 
sonra  Marks  və  Engels  böyük  bir  materialist  fəlsəfə  sistemi,  təlimi  qoyub  gediblər  (qəbul 
etmirik, səhvləri var - bunlar baĢqa Ģeydir). 
Ġdealist  fəlsəfədə  Tanrı  əvəzinə  yaradıcı  güc  məsələsi  yoxdur.  Xristianlar  Allahı  bir  cür, 
müsəlmanlar baĢqa cür, buddistlər də onlardan fərqli dərk edirlər. Ġdealist fəlsəfədə yaradıcı 
güc  metafizik  haldadır  -  fizikaya  dəxli  yoxdur  və  təsəvvür  də  edilmir.  Düzdür,  islamda  da 
deyilir ki, Tanrı təsəvvüredilməzdir: nə istidir, nə soyuq; nə böyükdür, nə kiçik; nə xeyirdir, 
nə Ģər və s. Ancaq Tanrının islamda 99 sifəti var. Məsələn, O, Rəhmandır, Rəhimdir, Qadirdir, 
Nasirdir, Adildir, Cabbardır, Cəmildir... Bunların hamısı O’nun sifətləridir. Ġdealist fəlsəfədəsə 
yaradıcı ruh’un sifətləri yoxdur - o, sadəcə olaraq, dərkolunmaz böyük bir varlıqdır.  
Dünyadakı  bütün  cisimlərin,  varlıqların  məkanı,  forması var. Biz insanıq;  haradasa  dururuq, 
yerimiz  və  formamız  olur.  Ən  gözəgörünməz  cismin  də  öz  forması  var,  amma  o  böyük 
yaradıcı güc’ünsə forması və məkanı yoxdur və insanlar çalıĢırlar ki, onu necəsə dərk etsinlər. 
Bu, idealist fəlsəfənin göstəriĢidir və daha çox ruh’a dayanır - insan ruhuna. Ġdealist fəlsəfəyə 
söykənməyən islam dinində - Qur’an’da həzrət peyğəmbərə Tanrıdan göstəriĢ var ki, səndən 
ruh haqqında soruĢacaqlar; de ki, bu haqda Tanrı mənə az Ģey öyrədib.  
-O, Tanrı yanında olan bir məsələdir... 
 
-Bəli.  
Ġdealist  fəlsəfəsə  bütövlükdə  ruh  üzərində  qurulub.  Deməli,  din  baĢqadır,  idealist  fəlsəfə 
baĢqa.  Ancaq  sufilər  istəyiblər  ki,  həm  idealist  fəlsəfədən,  həm  də  dindən  yararlansınlar, 
onları  birləĢdirsinlər.  Hətta  bəzən  buna  nail  də  olublar.  Amma  müəyyən  təriqətlər,  seçilmiĢ 
insanlar, təlim görmüĢ qruplar bu birləĢdirməni qəbul etsə də, tarixdə idealist fəlsəfəylə din 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə