DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə51/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   47   48   49   50   51   52   53   54   ...   99

-Məncə,  Azərbaycanın  bütövləĢməsi  tarixi  o  qədər  də  yaxın  deyil.  Güney  Azərbaycanın 
müstəqillik, yaxud yarımmüstəqillik əldə etməsi qarĢıdakı ən azı 3-4 ilin hadisəsidir. Bu, 2001-
2002-ci  ilədək  çəkə  bilər  -  bir  il  irəli,  yaxud  geri  ola  bilər.  BütövləĢmə  isə,  ola  bilsin, 
uzunmüddətli prosesə çevrilsin.  
Əsas odur ki, müstəqil dövlət olandan sonra azad ruhun varlığı, bundan sonrasa onun ifadə 
edilməsi həll olunmuĢ olur. Sonra qalır məsələnin texniki tərəfləri (iqtisadi sistem, mülkiyyətə 
münasibət və s.). Məsələn, Güneydə xüsusi mülkiyyətdir. Ġslahatlar yaxĢı aparılsa Quzeydə də 
xüsusi mülkiyyət əsaslı bərqərar olar. Bu, münasibətlərin doğmalaĢmasının onlarca Ģərtindən 
biridir. BaĢqa Ģərtlər də var. Məsələn, birləĢmiĢ dövlətin konstitusiyaca quruluĢu necə olsun? 
Onun paytaxtı hansı Ģəhərdə yerləĢsin? Bunlar məsələnin texniki tərəfidir.  
ġəksiz, bizim quracağımız dövlət demokratik və dünyəvi olacaq. Ümumən hər iki tərəfdə baĢ 
vermiĢ hərəkatların hamısı demokratik və dünyəvi xarakterdə daĢıyıb - Səttar xan, Xiyabani, 
Rəsulzadə,  PiĢəvəri  hərəkatlarının  hamısı  belədir,  çünki  xalqımızın  ruhu  demokratikliyə  və 
dünyəviliyə meyllidir və gələcəkdə də belə də olacaq. BaĢqa cür düĢünməyə ehtiyac yoxdur. 
-ABġ  baĢda  olmaqla  bir  sıra  dünya  nəhəngləri  Ġranın  dağılmasına  deyil,  oradakı  rejimin 
dəyiĢdirilməsinə  üstünlük  verirlər.  Bu,  Azərbaycanın  bütövləĢməsinin  gerçəkləĢməsinə  əngəl 
olmayacaq ki?
 
-Belə bir fikir var, ancaq qəti deyil, bir qədər çaĢdırıcıdır. ABġ BMT-nin qayda-qanununa riayət 
edərək  həmiĢə  deyir  ki,  biz  beynəlxalq  hüquq,  sərhədlərin  toxunulmazlığı,  ərazi  bütövlüyü 
ideyasını  müdafiə  edirik.  Buna  bir  misal  çəkim.  Bizdə  Xalq  hərəkatı  baĢlandı,  sonra  Yanvar 
hadisələri oldu. Bütün dünya dedi ki, Qorbaçov Bakıya ordu yeritməkdə düz edir və bu, SSRĠ-
nin daxili iĢidir - orada fundamentlistlər, millətçilər var və onlar ölkəni parçalamaq istəyirdilər; 
bu,  yolverilməzdir.  Üstündən  çox  yox,  il  yarım  keçdi,  biz  müstəqil  olduq  və  bizi  Yanvarda 
ittiham  edən  dövlətlərin  hamısı  müstəqilliyimizi  tanıdı.  Yeni  müstəqil  dövlətləri  də  bütün 
dünya tanıdı. Beynəlxalq münasibətlərin qaydası belədir - hamı gerçəkliklə hesablaĢır. BaĢqa 
cür  olsaydı  nə  SSRĠ,  nə  də  Yuqoslaviya  dağılardı.  Ġrana  münasibət  də  belədir.  Sabah 
Azərbaycan  xalqı  azadlığını  qazananda  ABġ  ona  heç  nə  deyə  bilməz  və  deməz;  BMT-nin 
xalqların  öz  müqəddəratını  təyinetmə  prinsipi  var.  Hətta  siyasi  üsyanlar  baĢ  versə  belə  o, 
tanınmalı, müdafiə edilməlidir. 
-Deməli, bacarırsan öz azadlığını al!
 
-Əlbəttə.  ABġ  öz  azadlığı  uğrunda  mübarizə  aparan  xalqlara  əməli  kömək  edir;  bu,  onun 
mənəvi borcudur - bir Ģərtlə ki, xalq bu mübarizəni aparsın. Çeçenistan hadisələri zamanı ABġ 
orada insan haqlarının pozulduğunu, qan töküldüyünü bildirirdi. Bunun özü də bir müdafiədir.  
-Almaniya birləĢməni dövlət səviyyəsində həyata keçirdi. Azərbaycan dövlətininsə bu imkanı 
yoxdur,  çünki  o,  Ġranın  daxili  iĢlərinə  qarıĢa  bilməz.  Heydər  Əliyev  də  bu  yaxında  Ġranda 
olanda  dedi  ki,  Azərbaycan  dövlətinin  qarĢısında  Cənubi  Azərbaycan  məsələsi  yoxdur.  Bu 
halda xalq öz gücüylə məqsədinə çata biləcəkmi? 
 


-ġəksiz  ki,  azadlığımız  heç  bir  dövlətin  əliylə  qazanılmayacaq  və  qazanılmamalıdır.  Öz 
azadlığını  xalqın  özü  əldə  etməlidir.  Azadlığı  əldəetməninsə  çox  üsulları  var.  Azərbaycanın 
Güneyindən  olan  siyasətçilərdən  biri  belə  yazmıĢdı  ki,  slovaklar  çexlərdən  ayrıldılar  - 
Çexoslovakiya  iki  dövlətə  ağrısız  bölündü.  Bu,  ayrılmanın  ən  demokratik  və  sivil  formasıdır. 
Əlbəttə, bu formanı Tehran rejimindən gözləmək mümkün deyil.  
BaĢqa  yol  da  mümkündür  -  Güneydəki  həmvətənlərimiz  Tehrana  təzyiq  etməklə  Avropada 
olan  muxtariyyət  tipli,  yaxud  Hindistanın  Ģtatları  kimi  dövlət  qazana  bilər.  Hind  Ģtatlarında 
müəyyən  idarəçilik  orqanları  müstəqildir;  bu  Ģtatların  öz  pulu  var,  daxili  idarəçilik  də  tam 
sərbəstdir  (ordu  və  xarici  siyasət  məsələlərindən  baĢqa)  və  s.  Güneydə  bu  forma  da 
mümkündür. Sonra gələcəkdə obiri addım atıla bilər.  
Üçüncü yol odur ki, xalq birbaĢa ayağa qalxır və öz azadlığına sahib olur. Mənim buna daha 
çox  umudum  var,  çünki  Tehranın  islahatlar  yoluyla  xalqların  azadlığını  təmin  edəcəyinə 
inanmıram  -  bu  xətt  daha  çox  avropalıların  Ģüuruna  yaxındır;  baxmayaraq  ki,  Ġngiltərə 
Ģotlandların müstəqil məclisinin olmasına hələ indi icazə verib. Bəlkə də haçansa Ġranda da 
daxili nisbi  sərbəstliyi  olan  idarəçilik  sistemi yarana  bilər (belə  olsa  bir addım irəli gedərik), 
amma  mən  buna  inanmıram.  Bəli,  mənim  fikrimcə,  ən  yaxĢı  və  doğru  bircə  yol  var  ki, 
Azərbaycan xalqı öz azadlığı uğrunda qəti və sərt mübarizəyə qalxıb istəyini əldə etsin.  
"Bu, pulla həll olunası məsələ deyil" 
-Helmut Kol iki Almaniyanı birləĢdirməkçün Qorbaçova, yəni SSRĠ-yə 7 milyard marka verdi. 
Deməli, birləĢmə həm də böyük xərc istəyən iĢdir. Bizim birləĢməyə pulumuz varmı?
 
-Bu,  pulla  həll  olunası  məsələ  deyil.  Əvvəllər  Almaniya  bundan  ikiqat  artıq  pul  versəydi  də 
onu  birləĢməyə  qoymazdılar,  ancaq  indi  onun  birləĢməsini  dünya  həll  edirdi.  Almaniya  öz 
müttəfiqləri  qarĢısında  bu  məsələni  tez-tez  qaldırırdı.  Artıq  ABġ  da,  Ġngiltərə  də  Almaniyanı 
parçalayan yox, onunla müttəfiq olan dövlətlərdi. Qərbi Almaniya bütövlüyü önə çəkirdi. Bu 
müttəfiqlər  Avropada  qatıĢıqlıq  olmamasıyçün  SSRĠ-dən  tələb  etdilər  ki,  ġərqi  Almaniyanı 
sərbəst buraxsın. SSRĠ-yə 4 ölkə - ABġ, Ġngiltərə, Fransa və Almaniyanın özü təzyiq etdi və 
Qorbaçov 4 nəhəngin qarĢısında dayana bilmədi. Bundan baĢqa, digər Avropa dövlətləri də 
bunu istəyir, almanların birləĢməsinin tərəfdarı olduqlarını bildirirdilər. Qorbaçov da fürsətdən 
yararlanıb bir az pul qopartmağa nail oldu. Bizim birləĢməyimizçün Ġran, məsələn, desə ki 10 
milyard verin, biz neftimizin hamısını satıb ona verərik - özümüz ac qalarıq, amma o azadlığı 
alarıq.  Sözsüz  ki,  farslar  heç  vaxt  pul  istəməzlər,  ancaq  kaĢ  istəsinlər,  təki  insan  qanı 
tökülməsin.  Azadlıqsa  elə  Ģeydir  ki,  onu  verməyəndə  xalq  mübarizəyə  qalxır  və  bu  yolda 
qanını tökür. 
-Bəy, xüsusən Güneydən çox nikbin danıĢırsınız. Mən bilirəm ki, Sizin məlumat dairəniz çox 
geniĢdir və yalnız Azərbaycanla məhdudlaĢmır - dünyanın bir sıra ölkələriylə əlaqələriniz var. 
Çox  güman  ki,  Siz  bu  sorğuya  Azərbaycan  siyasətçiləri  arasında  ən  düzgün  cavab  verə 
bilənlərdənsiniz - Güneydə azadlıq və birləĢmək arzusu varmı? Varsa nə dərəcədədir?
 
-Ədalət  bəy,  bizim  danıĢığımızda  mən  bir  neçə  dəfə  iĢarə  vurdum.  Məsələnin  mahiyyətinə 
varmaq lazımdır. Bunu nə həll edir və niyə belə olacaq?  


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə