DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə48/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   44   45   46   47   48   49   50   51   ...   99

nə  ummuram.  Mən,  sadəcə,  bu  insanları  o  yaltaq,  qorxaq,  müti  qul  psixologiyasından 
qurtarmaq istərdim. Mənim mübarizəmin məqsədi də budur.  
Bu,  mühitin  bəlasıdır,  fərdlərin  yox.  Fərdlərin  bəlası  olsaydı  3  olardı,  5  olardı.  Belə  hallar 
kütləviləĢirsə,  demək,  mühit  korlanıb.  Bizim  azadlıq  mübarizəmizin  əsas  qayəsi  də  insanları 
mənəviyyatsızlıqdan,  qorxaqlıqdan,  böhtançılıqdan  xilas  etməkdir.  Buna  görə  də  mən 
onlardan incimirəm. Buna görə onların məndən üzr istəməsini də tələb etməmiĢəm.  
Ġkincisi, mənə təklif edilmiĢdi ki, 17 Noyabr DirçəliĢ Günü münasibətilə çıxıĢ edim. O bayramı 
biz  yaratmıĢıq,  xalq  yaradıb.  Sizin  də  "Meydan:  4  il  4  ay"  kitabında  dediyiniz  kimi,  bu 
hərəkatın bir qəhrəmanı var, o da xalqdır; bir sükançısı var, o da AXC-dir. Mən ondan imtina 
etsəydim,  fikrimcə,  yersiz  görünərdi.  Mənim  tərəfdarlarım  da  dedilər  ki,  get  -  eybi  yox,  nə 
olar-olar.  
Orada çox çalıĢdılar ki, məni Nemət Pənahovla, baĢqalarıyla üz-üzə qoysunlar. Mən dedim ki, 
buranın söhbəti deyil - bura gəlmiĢəm ki, bayram münasibətilə öz sözümü deyim, xalqı təbrik 
edim.  
-Mən Sizin həmin çıxıĢınızla bağlı çox adamdan narazılıq eĢitmiĢəm ki, Əbülfəz bəy yumĢaq 
danıĢdı.
 
-Mən  oraya davaya getməmiĢdim,  Azərbaycan  xalqının bayramını təbrik  etməyə getmiĢdim. 
Sadəcə, oraya gedəndə vətəndaĢ sülhü elan etmiĢdim. Kimisə tənqid etmək, kimisə vurmaq 
məqsədim  yoxdu.  Mən  dövlətçilik  prinsipi  əsasında  danıĢdım.  Mən  deyəndə  ki  indiki 
hakimiyyətin,  məsələn,  GUAM-a  -  Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova  birliyinə  girməsi 
çox düzdür, eyni zamanda xalqa çatdırıram ki, siz də doğru yolu dəstəkləyin. Bilirəm ki, bu 
söhbət  Gürcüstana,  Ukraynaya,  Moldovaya,  beynəlxalq  ictimaiyyətə  də  çatacaq  ki, 
Azərbaycan  müxalifəti  də  bu  xətti  müdafiə  edir,  bu  xəttin  üzərində  möhkəm  dayanmağı 
tövsiyə  edir.  Bəli,  GUAM  Rusiyanın  ġərqə  doğru  təzyiqlərinin  qarĢısınıın  alınmasında  sədd 
olduğuna görə belə ittifaqın yaranmasının tərəfdarıyam və bu fikrimi də xalqa çatdırdım. Mən 
sözümü deməliydim. Mən həmin çıxıĢımda dedim ki, gəlin böyük bir veriliĢ təĢkil edək; oraya 
indiki ölkə rəhbərliyinin hamısını çağırın. Qoy Heydər Əliyev də, parlamentin sədri də çıxsın 
bura, mən də istəyirsiniz tək gəlim, istəyirsiniz AXCP-dən 1-2 partiyadaĢımı gətirim, mübahisə 
edək. Xalqa göstərək ki, kim düz edib, kim düz etməyib. Bu dediklərimin hamısını kəsdilər. 
-ġayiələrin  mühüm  qismi  ailənizlə  bağlıdır.  Siyasi  rəqibləriniz  bu  sahədən  çox  asanlıqla 
istifadə edə bilirlər,  çünki Siz  ailəniz  haqqında, demək  olar ki,  heç  bir məlumat  vermirsiniz. 
Xüsusən prezident seçkiləri ərəfəsində ailəniz haqqında ən iyrənc iftiralar dolaĢırdı.
 
-Hansı prezident seçkilərində? 
-1992-də -  Siz  prezident  seçilən  vaxt.  Ona  görə  də ailəniz  barədə az-çox  tutumlu  məlumat 
vermənizi istərdim, çünki mənim özüm həmin söhbətlərin Ģahidiyəm.
 
-Bilirsiniz, düĢmən düĢmənçiliyini edəcəksə sən nə deyirsən de. Bu Ģayiələri sistemli Ģəkildə 
və əsasən vahid mərkəzdən yayırlar.  


Hər Ģeyi bir kənara qoyaq, razı deyiləm ki, mənim mövqeyimə görə oğlum, qızım, ailəm təbliğ 
olunsun. Belə Ģeyi xoĢlamıram. Hər Ģeyi hamı həyatda özü qazanmalıdır. Bunu uĢaqlarıma da 
deyirəm:  niyə  mənə  görə  Ģöhrət  qazanmalısan?  Niyə  mənə  görə  gedib  çıxmalısan  qəzetin 
yuxarı səhifəsinə? Mən bunu ədalətli saymıram. Gəlib deyirlər ki, icazə verin, uĢaqlarınızdan 
müsahibə  götürüm.  Deyirəm  ki,  mənimkilərdən  istedadlı  yüzlərcə  uĢaq  var,  niyə  gedib 
onlardan götürmürsünüz? Elə istedadlar var ki, onları tapıb üzə çıxarmaq lazımdır. 
-Bəy, ümumiyyətlə, Sizi ailə məsələlərinə münasibətdə çox mühafizəkar adam sayırlar... 
 
-Atam  müharibədə  həlak  olub,  bizi  dayım  saxlayıb.  O,  çox  sərt  adamdı.  Ümumən  kənd 
adamlarımızda əxlaq məsələləriylə bağlı bir sərtlik vardı. Məsələn, adam böyüklərin yanında 
öz uĢağının adını çəkməz, onu qucağına almazdı. Mənim böyük qardaĢım Ġbrahimin uĢaqları 
dayımın  yanında  ona  yaxınlaĢanda  o,  üzünü  yana  tutardı.  Biz  belə  mühitdə  böyümüĢ, 
tərbiyələnmiĢik. Bu, Azərbaycanda bir əxlaq normasıdı.  
Bilirsiniz sonradan nə oldu? Bizim bəzi bəylərdən öz ailələri haqda soruĢanda dedilər ki, mən 
xanımımı  sevib  ailə  qurmuĢam.  Üstündən  bir  az  keçdi,  qara  niyyətli  adamlar  baĢladılar  ki, 
bunlara  bax,  arvadlarından  danıĢırlar.  Təhqiramiz  Ģeylər  yazdılar.  Belə  iĢlərisə  mən 
xoĢlamıram.  
Ġstəyirəm  ki,  ailə  həyatım  siyasi  həyatıma  qətiyyən  qatıĢmasın.  Ġxtiyarı yoxdur  -  mən  buna 
imkan vermərəm! Bütün fitnələrin qarĢısını almaqçün qəsdən ailəmlə siyasi həyatım arasında 
dəmir pərdə çəkirəm.  
Fikrimcə,  ailə  elə  müqəddəs  bir  nemətdir  ki,  onu  hətta  ən  əhəmiyyətsiz  kölgələrdən  belə 
qorumaq  ailə  baĢçısının  ən  birinci  vəzifəsidir.  Ailə  də  dövlət  kimidir  -  onun  sirlərini  ən 
sayıqlıqla qorumaq gərəkdir, onun sərhədlərindən içəridə nə baĢ verdiyini ən məhdud sayda 
adamlar  bilməlidir.  Məncə,  ailə  insanın  özünə  məxsus  ən  məhrəm  özəl  sərvətidir  və 
baĢqalarının  onun  daxilinə  boylanmaq  istəməsi  yolverilməzdir.  Siyasətçilər  bu  məsələdə 
xüsusən həssas olmalıdırlar, çünki onların, əxlaq qaydalarını gözləməyi sevməyən rəqibləri də 
az olmur və həmin rəqiblər səni məğlub etməkdən ötrü ailəni niĢangaha götürə bilər.  
Bax, bu mülahizələr üzündən mən ailəmdən danıĢmağı xoĢlamıram. Ancaq bunlar heç də o 
demək  deyil  ki,  mən  ailəmi  cəmiyyətdən  təcrid  etmiĢəm  və  onun  baĢqalarıyla  ünsiyyətinin 
qarĢısını alıram. Əksinə, fikrimcə, mənim ailəmdə əsl demokratik atmosfer hökm sürür - hərə 
öz  hərəkətlərində  tam  sərbəstdir.  Sadəcə,  mən  üzərimə  düĢən  vəzifəni  layiqincə  yerinə 
yetirməyə çalıĢıram.  
Bir çox adamlar məni tənqid edir ki, niyə uĢaqları (həyat yoldaĢı Həlimə xanımı nəzərdə tutur 
-  Ə.T.)  xarici  ölkələrə,  yaxud  hansısa  yığıncağa,  tədbirə  aparmadın?  Bilirsiniz,  ölkənin 
vəziyyəti ağır olanda xalq belə iĢlərə xüsusən pis baxır və onun buna haqqı var. Ölkənin belə 
günündə, üzr istəyirəm, arvadını qoltuğuna vurub Avropanı, Amerikanı gəzmək nə deməkdir? 
Mən düĢünürdüm ki, xalq xoĢbəxt olsun, sonra biz də istədiyimiz kimi sərbəst yaĢayarıq. 
Üzr  istəyirəm,  mənim  oğluma  iki  cüt  ayaqqabı  alınanda  deyirəm  ki,  onun  birini  verin  kasıb 
uĢağına. Gərək xalqla ayaqlaĢasan. Amma elə Ģeylər var ki, gərək tərəzinin gözünü əyməyək. 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə