DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə46/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   42   43   44   45   46   47   48   49   ...   99

Ģey  olmayıb.  Orada  olan  Naxçıvan  daxili  iĢlər  nazirinin  və  prokurorunun  müavinləri  də  bu 
məqsədlə mənə müraciət edilmədiyini söylədilər.  
Mən  dəfələrlə  demiĢəm  ki,  məhkəməyə aid  hər hansı bir məsələdən,  qanundan  heç  zaman 
qaçmaram,  lazım  olsa  özüm  gedib  izahat  verərəm.  Bütün  mədəni  dövlətlərdə  belədir. 
Dövlətin  prezidentini  də  məhkəməyə  çağırırlar,  gedib  izahat  verir.  Mən  bundan 
çəkinməmiĢəm.  O  söhbətdə  mənə  dedilər  ki,  son  4  ildə  olan  məhkəmələrdə  Sizin  adınız 
çəkilir, bu səbəbdən də Ģahid qismində dindiririk. Dindirdilər və lentə çəkdilər. Bir gün sonra 
materialları gətirdilər, gördüm düzdür, qol çəkib təsdiqlədim.  
Amma  orada  dedim  ki,  mən  hakimiyyətdə  olarkən  prokurorluq  və  məhkəmələrin  iĢinə 
qarıĢmırdım - prezident gərək bu iĢə qarıĢmasın, ancaq Heydər Əliyev elə adam deyil, yəqin 
ki, sizi də bura o göndərib. GülüĢdülər. Vəssalam. Daha bir söz də demədim.  
-Sizin Bakıya dönüĢünüzü ABġ və Türkiyənin təĢkil etdiyini də söyləyirlər.
 
-Belə  deyil.  Mən  Kələkidə  olanda  Türkiyənin  bəzi  siyasi  xadimləri  məni  müdafiə  edirdilər. 
EĢitdiyimə görə, Məsud Yılmaz burada olarkən Heydər Əliyevə deyib ki, Elçibəy bizimçün çox 
önəmli adamdır - demokratdır, Türkiyədə nüfuzu var; xahiĢ edirik ki, ona qarĢı sərt tədbirlər 
görməyəsiniz, oraya ordu, polis göndərməyəsiniz. Bu, bir.  
Türkiyədən  mənim  yanımda  müxtəlif  adamlar  olurdu.  Onların  da  vəziyyətdən  geniĢ  xəbəri 
olurdu. Mənim hava telefonum vardı (onu da Türkiyədən vermiĢdilər. Bura gələndə qaytardım 
özlərinə),  onunla  bizim  iĢçilər  Kələkidəki  durum  haqqında  xəbərdar  edirdilər.  Maraqlananlar 
həddən artıqdı - bütün siyasi partiyalar, kültür dərnəkləri, ocaqları... maraqlanırdı. Onların da 
soruĢduğu əsasən buydu ki, nə vaxt Bakıya dönəcəksiniz? Ġstəyərdik Bakıya dönəsiniz.  
Bu söhbət ABġ səfirliyində də olub. ABġ səfiri də Heydər Əliyevə deyib ki, Avropa ġurasına 
girmək, ABġ-la iliĢkiləri geniĢləndirmək istəyirsinizsə Azərbaycanda demokratiyanın inkiĢafına 
Ģərait  yaratmalısınız.  Bu,  sizin  borcunuzdur,  ona  görə  də  siyasi  partiya  liderlərinin  ölkədə 
sərbəst  fəaliyyətinə  Ģərait  yaratmalısınız.  Mən  fikirləĢdim  ki,  bu  fikir  təkcə  mənə  aid  deyil  - 
burada  Ġsa  Qəmbərin  də  söhbəti  var,  axı  bir  sıra  adamlarla  birgə  onun  da  Bakıdan  kənara 
çıxmağa hüquqları yoxdur. 
Bəli, belə söhbətlər olub, ancaq onların hadisələrin gediĢinə nə qədər təsir göstərdiyini deyə 
bilmərəm. Mənim qayıtmağımla bağlı Tehranda Heydər Əliyevə sual verdilər ki, bu iĢlə sizin 
əlaqəniz necədir? O da dedi ki, Elçibəy Kələkiyə necə getmiĢdisə Bakıya da eləcə qayıdıb - biz 
heç  zaman  bu  iĢə  qarıĢmamıĢıq  və  onda  heç  bir  iĢtirakımız  yoxdur.  Yəni  bunun  özü  bir 
etirafdı. Əgər o desəydi ki, mən gətirmiĢəm, onda bunu özümə ən böyük zərbə sayardım. 
-YaxĢı ki, belə demək ağlına gəlməyib. 
 
Bəy,  ABġ-ın  dövlət  katibi  Madlen  Olbraytın  Sizinlə  bağlı  Heydər  Əliyevə  məktubu  olubmu? 
Heydər Əliyev ABġ-da olarkən ABġ tərəfi Sizinlə bağlı ona nəsə deyibmi?
 


-Yox.  ABġ-da  mənimlə  bağlı  heç  bir  söhbət  olmayıb.  DanıĢılanlardan  da  belə  çıxdı  ki,  bu, 
xoĢagəlməz  söhbətlərə  gətirə  bilər,  diplomatik  münasibətlərdə  bir  qədər  soyuqluq  yaradar, 
danıĢıqların  gediĢinə  mane  olan  mövzuya  çevrilə  bilər.  Ona  görə  də  bu  məsələni  orada 
qaldırmayıblar.  Amma  ABġ  Dövlət  Departamentində  M.Olbraytın  müavinlərindən  hansınınsa 
Əliyevə məktubu olub ki, ABġ-da olarkən siz demokratiyanı yürüdəcəyinizə söz vermiĢdiniz və 
bunun  ilkin  Ģərtləri kimi siyasi  liderlərin  sərbəst  fəaliyyətinə  imkan  yaradılmalıdır  -  Elçibəyin 
Bakıya qayıtmasına mane olmamağınızı arzu edərdik. 
-DanıĢırlar ki, Heydər Əliyev Sizə vəzifə təklif edib - Əlyazmalar Ġnstitutunun direktorluğunu.
 
-O cür danıĢıqları mən də çox eĢitmiĢəm. Bu, sadəcə olaraq, xalq yaradıcılığıdır.  
Mən  xalqdan  razıyam  -  heç  vaxt  ondan  narazı  olmamıĢam  və  ola  da  bilmərəm.  HəmiĢə  də 
deyirəm ki, insan xaliqə yaxınlaĢmaq istəyirsə xalqın içindən keçib getməlidir - xaliqə ən yaxın 
yol xalqı sevməkdən keçir. Sadəcə, xalqın siyasi hadisələrdən məlumatı çox azdır, çünki bizdə 
qapalı cəmiyyətdir - aĢkar yazılmır, deyilmir, xalq da baĢlayır özündən düzüb-qoĢmağa.  
Bizim pis bir cəhətimiz var - yerliçilik xəstəliyi geniĢ yayılıb. Ġnsanlar düĢünür ki, hə, Əliyev də 
naxçıvanlıdır,  Əbülfəz  də.  Bunlar  yerli  olduqlarına  görə  elə  bir-biriylə  danıĢıblar,  bir-birinə 
mane  olmazlar,  bir-birinə  dəyməzlər,  əksinə,  güzəĢtə  gedərlər.  Ancaq  onlar  kökündən 
yanılırlar.  Bu  gün  Azərbaycanda  100-dən  çox  siyasi  dustaq  var  və  onların  80  nəfəri 
naxçıvanlıdır.  
Ġqtisadi  baxımdan bizim Naxçıvan  kimi ağır Ģəraiti olan  ikinci bölgəmiz  yoxdur.  Ora  həddən 
ağır  vəziyyətdədir.  Bunu  da  bəhanə  edirlər  ki,  blokadadır  da.  Blokadanın  dəxli  yoxdur. 
Naxçıvana  göndərilən  benzin,  yanacaq  aparılıb  baĢqa  yerlərdə  satılır,  pulları  xüsusi  ciblərə 
qoyulur, Naxçıvan əhalisinə çatmır. Adamlar soyuqdan qırılır. Lampaya neft tapa bilmirlər. Bu 
zülmü naxçıvanlıya edən məgər naxçıvanlı deyil? 
Yerliçiliyin özü maraqlı hissdir və çox da pis deyil. Doğrudur, hamı ona qarĢı çıxır, amma mən 
elə  götürmürəm,  axı  yerlipərəst  insan  bir  bölgənin  vətənpərvəridir.  Adamlar  bir-birini 
tanıyırlar, uzun müddətli ünsiyyətlə bağlanıblar, onlar bir-birindən qırıla bilməzlər. Ancaq dar 
yerliçiliyi  ümumi  vətənpərvərliyə  qarĢı  üz-üzə  qoymaq  çox  yaramaz  və  Ģərəfsiz  məfkurənin 
məhsuludur.  
Bəziləri  deyirdi ki,  Heydər  Əliyev  Əbülfəzə vəzifə  verəcək,  hətta  deyirdilər  onu  Milli Məclisə 
sədr  qoyacaq.  SoruĢurdum  ki,  mən  millət  vəkili  olmaya-olmaya  ora  necə  qoya  bilər? 
Deyirdilər ki, Əliyevə nə var, hər Ģey onun əlindədir - birini çıxardar, səni seçər millət vəkili, 
sonra da qoyar parlamentin sədri. Bəziləri deyirdi ki, Akademiyanın vitse-prezidenti edəcək. 
Əlyazmalar Ġnstitutu direktorunun yeri boĢdur, fikirləĢirlər ki, yəqin ora qoyacaqlar.  
Bu söz-söhbət bəzən düĢünülməmiĢ zarafatlardan da yaranır. Bir adam mənə danıĢırdı ki (o, 
Kələkidəndir,  qohumumdur),  gördüm  Bakıda  bir  yerdə  mənə  pis  münasibət  var  ("sən 
Elçibəyin  qohumusan,  Kələkidənsən,  H.Əliyevə  qarĢısan"),  dedim  boĢ-boĢ  danıĢmayın  - 
Heydər Əliyevlə Əbülfəz Əliyev əmioğludur, ay bədbəxtlər, sizin baĢınıza ip salıblar. Güldülər, 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə