DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə49/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   45   46   47   48   49   50   51   52   ...   99

Məsələn,  mənə  irad  tuturlar  ki,  Əbülfəz  artıq  xarici  maĢında  gəzir.  Mən  keçmiĢ 
prezidentəmsə,  siyasi  liderəmsə  avtobusla  gedib-gəlməklə  fəaliyyət  göstərə  bilmərəm  - 
avtobus növbəsinə dursam siyasi iĢlərə vaxt qalmaz. Bütün dünyada siyasi xadimlərin xidməti 
və  ya  Ģəxsi  maĢını  var.  Ġndi  Azərbaycanda  Ģəxsi  minik  avtomobillərinin  60  faizi  xarici 
markalıdır. Bəs niyə hətta orta təhsili olmayan adicə bir kommersantın xarici maĢının olması 
təbii sayılır, ancaq dövlətin prezidenti olmuĢ Ģəxsə bu, çox görülür?! Sizin sözünüzün qüvvəti, 
çox qəribə vəziyyət yaranır: qabaqlar deyirdilər ki, o özünə ev almıĢdı ki, xalqa da ev versin? 
Ġndi  deyirlər  ki,  özünə  neçə  otaqlı  mənzil  alır.  Onda  deyirdilər  ki,  küçədə,  piyada  gəzir, 
camaatın  içində  gedir.  Ġndi  deyirlər  ki,  xarici  maĢına  minir.  Onda  xalqla  səmimi  danıĢanda 
deyirdilər  ki,  ciddi  adam  deyil,  bundan  prezident  çıxmaz.  Ġndi  deyirlər  ki,  o  vaxt  sərtlik 
göstərdi, Gəncədə qan töküldü. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  


BeĢinci söhbət. BÜTÖV AZƏRBAYCANLA BAĞLI DÜġÜNCƏLƏR
 
Göylərin, yerin və onlarda olan hər Ģeyin hökmü Allaha məxsusdur. Allah hər Ģeyə qadirdir!
 
(Qur’an, "Maidə" surəsi: 120)
 
Azərbaycan  və  Azərbaycan  türkləri  parçalandı,  iki  imperiyanın  tərkibinə  qatıldı.  Onların 
birləĢmək uğrunda nəinki çarpıĢmalarını, hətta diləklərini də həmin imperiyalar insafsızcasına 
boğdular. 
Almaniya  və  almanlar  da  parçalandılar  və  elə  həmin  gündəncə  bütövləĢməyə  giriĢdilər. 
Nəhayət,  Helmut  Kol  adlı  bir  kanslerin  dövründə  istəklərinə  yetiĢdilər  və  onu  millətin  ən 
sevimli adamına çevirdilər. 
Azərbaycanda da iki yüz illik birləĢmə mücadiləsinin baĢına Əbülfəz Elçibəy adlı bir millət oğlu 
keçdi.  Ancaq  qəribədir  -  gördüyü  iĢə  görə  Helmut  Kolu  coĢğunluqla  alqıĢlayan  bəzi 
soydaĢlarımız eyni missiyanı öz üzərinə götürmüĢ Bütöv Azərbaycan düĢüncəsinin bayraqdarı 
və Bütöv Azərbaycan Birliyinin baĢçısı Elçibəyi xəyalpərvər və romantik saymağa baĢladı. Kim 
bilməsə də mənə çox gözəl bəllidir ki, Bəyin tələbəlikdən bugünədək sürən BÜTÜN faciə və 
müsibətlərinin  özəyində  millətimizin  və  Vətənimizin  bütövlüyünü  gerçəkləĢdirmək  yolunda 
mübarizəsi dayanıb.  
Bu da gün kimi aydındır - nə qədər ki dünya xəritəsinə Bütöv Azərbaycan dövlətinin sınırları 
çəkilməyib, Əbülfəz Elçibəyin bu MÜQƏDDƏS ARZU uğrunda çarpıĢması davam edəcək.  
"Azərbaycanın  yüz  illərlə  parçalanmıĢ,  bölünmüĢ,  dağıdılmıĢ  cisminin  bütünlüyü 
müqəddəs arzumdur" 
-Bütöv Azərbaycan uğrunda mübarizə Əbülfəz Elçibəyçün nə deməkdir - həyatının mənasımı, 
yoxsa siyasi çarpıĢmasının növbəti mərhələlərindən birimi?
 
-Bütöv  Azərbaycan  uğrunda  mübarizə  həyatımın  mənasıdır.  Azərbaycanın  yüz  illərlə 
parçalanmıĢ, bölünmüĢ, dağıdılmıĢ cisminin bütünlüyü müqəddəs arzumdur.  
Ruhi  baxımdan  Azərbaycan  həmiĢə  bütöv  olub.  Bunun  çox  adi  misalları  var.  Azərbaycanın 
quzeyində  öyrəndiyimiz  tarix  və  ədəbiyyatda  heç  zaman  ayrılmamıĢıq.  ġah  Ġsmayılı  həm 
dövlətimizin  böyük  hökmdarı,  həm  böyük  sərkərdəmiz,  həm  də  böyük  Ģairimiz  kimi 
öyrənmiĢik.  Yaxud  Təbriz  neçə-neçə  dövlətimizin  paytaxtı  olub  və  biz  onun  tarixini 
öyrənmiĢik.  Ağqoyunlu,  Qaraqoyunlu,  Elxanlılar,  Atabəylər  dövlətlərini  biz  öz  dövlətimiz 
sayırıq. Babək Xürrəmi Ərdəbilin Bilalabad kəndindəndir, onun Bəzz qalası da Savalandadır. 
Azərbaycan  peyğəmbəri  Xızır  peyğəmbərin  də  məkanı  Savalandır;  bütün  tarix  kitablarında 
yazılıb ki, o, Savalanda mağaraya girib, atını çəmənliyə ötürüb və qeybə çəkilib.  
Azərbaycan bizim bütöv, vahid Vətənimizdir. Ruhi və mənəvi baxımdan bölündüyümüzü heç 
cür  düĢünmürük.  Mirzəli  Möcüzü  də  öyrənirik,  ġəhriyarı  da.  Xaqani,  deyək  ki,  Quzeydə 
doğulub,  Güneydə  vəfat  edib,  Təbrizin  Surxab  qəbiristanlığında  dəfn  olunub.  Buna  görə  də 


biz mənəvi-mədəni cəhətdən birik - heç Ģey parçalanmayıb. Mən fiziki mənada götürürəm ki, 
rus  imperiyasıyla  Qacarlar  dövləti  (onlar  türkdülər)  arasındakı  müharibədə  Qacarlar  məğlub 
oldular  və  ölkənin  bir  hissəsini  Rusiyaya  güzəĢtə  getməyə  məcbur  oldular.  Sonra  da 
itirdiklərini geri qaytarmaqçün müharibə etdilər, ancaq qaytara bilmədilər.  
Parçalamaq, bölmək Rusiyanın siyasətidir. Ruslar sonralar Almaniyanı, Koreyanı, Vyetnamı da 
elə  bölmüĢdülər.  Dünyanın  bölünmüĢ  dövlətlərinin  əksərində  Rusiyanın  əli  var. 
Türkmənistanın özü də bölünərək yarısı Xorasanda qaldı; indi Xorasanda 1,5 milyon türkmən 
yaĢayır.  Yaxud  Özbəkistanı  götürək  -  özbəklərin  torpaqlarını  verdi  Qazaxıstana.  Bunlar 
istənilən anda düĢmənçilik yaratmaqçün edilən gediĢlərdi.  
Ġndi rus imperiyası çöküb, dağılır. Haqq-ədalət öz yerini tapır. Onun gördüyü iĢlər tarixin təbii 
gediĢinin zorlanmasıydı. Amma tarixin bir ədalət qanunu da var və gec-tez bu qanun öz yerini 
tapır. Biz məhz tarixi ədalətin bərpası uğrunda mübarizə aparırıq. ÇalıĢırıq az qan tökülməklə, 
fəal mübarizə aparmaqla Azərbaycan özünün bütövlüyünü əldə etsin.  
Biz əvvəl də bu yolda mübarizə aparmıĢıq. Onu geniĢləndirmək fikrimiz də vardı, amma sonra 
ehtiyat  etdik.  1989-da  sərhədləri,  bu  dəmir  pərdəni  dağıdandan  sonra  istədik  hərəkatı 
gücləndirək  və  Güneyi  də  qaldıraq.  Bu  həyəcanlar  Təbrizdə  də  vardı, baĢqa  Ģəhərlərdə  də; 
onu  gücləndirib  ümumxalq  üsyanına  çevirmək  olardı,  amma  sonra  bu üsyanı idarə  etməyin 
çox  çətin  olduğunu  düĢünərək  dərinə  getmədik.  O  zamanlar  Sizin  yadınızdadır.  Mən 
Meydanda dəfələrlə deyirdim ki, bu gün Azərbaycan elə qüdrətlə ayağa qalxıb ki, bu hərəkat 
bütün  Rusiyanı,  Orta  Asiyanı  bürüyəcək,  çox  çəkmədən  Orta  Asiyada  da  dövlətlər  müstəqil 
olacaq.  Buna  çox  gülməli  sözlər  kimi  baxırdılar.  Nəhayət,  elə  də  oldu,  amma,  təəssüf  ki, 
orada hərəkatın qarĢısı alındı.  
Mən əvvəldən - Ģüurlu həyata baĢlayanda cəmiyyətlə tanıĢlıqdan hiss etdim ki, biz bugünün 
yox,  200-300  ilin  yaralısıyıq.  200-300  ildir  bizi  hərtərəfli  xəncərləyirlər  və  biz  bu  yaraları 
sağaltmalıyıq.  Sağaltmağınsa  bircə  yolu  var  -  rus  imperiyasından  qurtulmaq.  Sonra  da  fars 
Ģovinizmindən xilas olmaq. Bunları edəndə bütövləĢmə məsələni yoluna qoyarıq. Bu mübarizə 
davam edəcək, çünki tarixin hökmüdür. 
-Bəy, bu yaxınlarda mən Sizin məhkəmənizlə bağlı materialları əldə etdim. Orada istər Sizin 
əleyhinizə  olan,  istərsə  də  Sizin  məhkəməyə  verdiyiniz  ifadələrdə  bütün  fikirlərinizin  ana 
xəttini Azərbaycanın birləĢdirilməsi zəruriliyi təĢkil edir.
 
-Düzdür.  Ġstəyirsinizsə mən  hazırladığım sənədin  baĢlığını da deyim,  çünki  istəmiĢəm ki, bu 
baĢlıq  təmiz  türkcə  olsun:  "Azərbaycanın  birləĢdirilməsi  üzərində  düĢüncələr".  Bunun  bir 
hissəsi  ələ  düĢdü  -  qaralama  hissəsi.  Əsas  hissəsinisə  o  zaman  yandırdım.  Bunları  "Bütöv 
Azərbaycan Yolunda" kitabında yazmıĢam.  
Orada sənəd çoxdu. Bilirdim ki, məni izləyirlər, ona görə də bunları cırsaydım tapıb bərpa edə 
bilərdilər. Yandırdım, külünü verdim mənimlə bir otaqda yaĢayan dayım oğlu Seyfəddinə ki, 
apar,  at.  Nələri  yandıracağımı  bilirdim.  Onlardan  biri  proqram  sənəddi  -  Azərbaycan  necə 
birləĢə bilər, biz nələri etməli, nələri qurmalıyıq? 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə