DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə52/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   48   49   50   51   52   53   54   55   ...   99

Bir neçə fakta baxaq.  
Birincisi,  hər  bir  xalq  tarixən  təĢəkkül  tapmıĢ,  yaĢadığı  mühitin  formalaĢdırdığı  vahid 
orqanizmdir.  Ġndi  o,  cismən  bölünmüĢ  haldadır.  Mənəvi,  ruhi,  mədəni  cəhətdənsə  o 
parçalanmayıb.  Sadəcə,  yaralanmıĢ  xalqdır  və  ya  yarasını  sağaltmalı  -  birləĢməli,  ya  da  bu 
yaradan ölməlidir. Ölüm yoxdur - heç kim qəbul etməz ki, bu xalq öləcəkdir. Bu xalq diridir - 
yazır, oxuyur, mübarizə aparır, azadlığını alır; deməli, ölməkdən söhbət gedə bilməz, əksinə, 
yenidən  dirilmə  zəruri  labüdlükdür.  Bu,  tarixin  məntiqinə  uyğun  təbii  proses  olacaq.  Bunun 
niĢanələri  də  görünür.  Nədə?  Rus  imperiyasından  bütün  dünya  qorxduğu  zaman  bizim 
xalqımız Rusiyanın dəmir sərhəd pərdəsini əliyalın söküb atdı. Yadınızdadırsa rəhmətlik Xəlil 
Rza  Ulutürk  onu  "məftillərlə  sarınmıĢ  yaralar"  adlandırırdı.  Xalq  ən  ağır  olan  bu  birinci 
mərhələni keçdi.  
Ġkincisi,  Azərbaycanda  Meydan  hərəkatı  baĢlayanda  hər  yerdə  "Təbriz",  "Bakı"  yazılmıĢdı. 
Bakıda  hərəkat  baĢlayanda  Təbrizdə  də  müəyyən  yığıncaqlar  keçirilirdi  və  son  vaxtlar 
Güneydən olan soydaĢlarımız deyirdilər ki, biz Qarabağı azad edəcəyik, biz onu ermənilərdə 
qoymayacağıq, o, bizim Vətənimizdir.  
Bunlar  göstərir  ki,  ümumi,  bütöv  Vətən  məfkurəsi  mövcuddur.  Mən  bunu  dəfələrlə  təkrar 
edirəm ki, bu, ruhun - böyük xalq ruhunun bütövləĢməsi və qayıtmasıdır. Prosesi həll edən 
budur, yoxsa 5-3 insanın nə düĢünməsi kiçik məsələdir.  
Mən bildirəndə ki Azərbaycanın bütövlüyü uğrunda hərəkat baĢlayıb, deyirlər "hanı?". Deyim 
hanı.  Azərbaycanın  Quzeyindəki  partiyaların  hansından  soruĢsan  ki,  "birləĢmənin 
tərəfdarısan?", deyəcək ki, bəli, tərəfdarıyam; yəni yüz minlərcə insan bu idealı müdafiə edir 
və Azərbaycanın  Güneyində də belədir.  Artıq  hər iki  tərəfin  fikrində birlik  yaranıb.  Buradaki 
güneylilər  ədəbi  dilimizi  öyrənir,  həmin  ədəbi  dildə  yazıb-yaradır,  bu  dili  təlqin,  tərbiyə  və 
təbliğ edirlər. Bu, dildə birlikdir. Qalır iĢdə birlik. Ġsmayıl bəy Qaspıralının dediyi iĢdə birlik də 
proseslərdə olacaq. ĠĢdə birlik olan kimi məsələ baĢ verəcək.  
Deməli, birinci mərhələ - fikir birliyi yaranıb. Ġkinci mərhələ - dildə birlik də artıq mövcuddur. 
Qalır  iĢdə  birlik.  Biz  bu  iĢdə  birliyi  yaratmalıyıq.  Ġndi  həmin  mərhələnin  astanasındayıq. 
Xaricdəki qardaĢlarımızın müstəqillik arzuları, Bütöv Azərbaycan Birliyini yaratmağımız bu iĢin 
əlamətləridir. Güney Azərbaycan Türk Cümhuriyyəti yaratmaq Ģüarı da meydana atılıb. Hətta 
onun  konstitusiyası  da  yazılıb  və  qəzetlərdə  çap  edilib;  indisə  Bütöv  Azərbaycanın 
konstitusiyası  yazılır.  Yəni  fikir,  məfkurə  artıq  tam  mövcuddur.  Qalıb  ən  çətin  iĢ  -  əməldə 
birləĢmək.  
Biz sərhədləri dağıdandan  sonra  bütöv  Azərbaycanda bir ruh  dirçəliĢi  baĢlandı  -  31  dekabrı 
Dünya  Azərbaycanlılarının  Həmrəylik  Günü  elan  etdik  və  bunu  Konstitusiyamıza  saldıq.  Bu, 
çox  ciddi  və  gərəkli  bir  addımdı.  1997-ci  ildə  ABġ-da  Dünya  Azərbaycanlılarının  Konqresi 
toplaĢdı.  Avropada  və  Azərbaycanda  da  belə  yığıncaq  təĢkil  etməyə  cəhd  göstərdilər.  Yəni 
dünyaya  səpələnmiĢ  azərbaycanlılar  özlərinin  forumlarını  keçirdilər.  1998-də  bir  neçə  belə 
yığıncağın  Ģahidi  olacaqsınız.  Bunların  hamısı  birləĢmə  uğrunda  hərəkatın  baĢlanması 
deməkdir.  Sadəcə,  onu  tənzimləmək,  təĢkilatlandırmaq  lazımdır.  Elə  bir  təĢkilat  qurmaq 
gərəkdir  ki,  bu  hərəkatı  idarə  edə  bilsin.  TəĢkilat  məsələlərində  zəif  olduğumuza,  bu  iĢlərə 


meylli olmadığımıza, aramızda ixtilafların çox olduğuna görə hərəkat bizi qabaqlayacaq; bu, 
qorxulu hazırlıqsızlıqdır. Hərəkat baĢ verəcək və idarəsi qalacaq hələ yetiĢməmiĢ təĢkilatların 
əlində.  Bütöv  Azərbaycan  hərəkatını  bütövləĢmiĢ  Azərbaycan  təĢkilatı  idarə  etməlidir.  Ona 
görə bu hissə çox məsuliyyətli və ağrılıdır.  
"Deməli, Bütöv Azərbaycan hərəkatı  baĢlayıb və bu ideyanın daĢıyıcıları artıq on 
milyonlarcadır" 
-Bəy,  Bütöv  Azərbaycan  hərəkatının  bugünkü  durumu  minlərcə  soydaĢımızı  maraqlandıran 
məsələlərdəndir...
 
-Mən  bildirəndə  ki  Bütöv  Azərbaycan  hərəkatı  baĢlayıb,  deyirlər  ki,  yox,  bu  hərəkat  çox 
çətindir, hələ tezdir, buna zaman lazımdır, ortada hələ heç Ģey yoxdur. Amma bu düĢüncələr 
düzgün deyil.  
Hərəkatın  baĢlanması  nə  deməkdir?  Azərbaycanın  Quzeyində,  bildiyimiz  kimi,  40-dan  çox 
partiya  və  təqribən  o  qədər  də  ictimai  təĢkilat  var.  Bunların  hamısı  Azərbaycanın 
bütövlüyünün  tərəfdarıdır.  Qəzetlərimizin  əksəriyyətində  Azərbaycanın  Güneyinə  və  Bütöv 
Azərbaycan  məsələsinə  dair  saysız  məqalələr  çıxır.  Azərbaycanın  Güneyində  də  son  vaxtlar 
50-yədək  təĢkilat  yaranıb.  Bunlar  həm  ictimai,  həm  siyasi,  həm  də  mədəni  təĢkilatlardır, 
ancaq hamısı Azərbaycan idealıyla yaĢayır, Azərbaycanın gələcəyi haqqında düĢünür və onu 
müdafiə edir. Məsələn, Azərbaycanın Güneyində olan tələbələr Tehranda bəyanat verdilər. Bu 
bəyanat  bütün  dünyaya  yayıldı,  Azərbaycanın  Quzeyində  də  böyük  əks-səda  verərək 
dəstəkləndi.  Onu  təĢkil  edənlər  Təbriz  və  MiĢkin  tələbələriydi.  Ġranda  onlarca  Azərbaycan 
türkü  həbs  edilir  və  Azərbaycanın  Quzeyində  də  onların  müdafiəsinə  səslər  ucalır.  Bir  sıra 
məsələlərlə  bağlı  Ġranın  Azərbaycandakı  səfirliyi  qarĢısında  piketlər  də  keçirilir.  BaĢqa 
tərəfdən, dünyanın müxtəlif yerlərinə səpələnmiĢ Güneydən və Quzeydən olan soydaĢlarımız 
Amerikada,  Avropada  və  yaĢadıqları  digər  yerlərdə  səslərini  ucaldır  və  Vətənimizə  azadlıq 
istəyir. Bunlar hələ imkansızlıq Ģəraitində edilir. Onların əgər böyük maddi imkanları, xüsusi 
televiziya kanalları və radioları olsaydı, əlbəttə, dəfələrlə artıq iĢ görə bilərdilər. Hələlik imkan 
tapan  kimi  qəzet  buraxırlar.  Deməli,  Bütöv  Azərbaycan  hərəkatı  baĢlayıb  və  bu  ideyanın 
daĢıyıcıları artıq on milyonlarcadır.  
Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparan sırf siyasi təĢkilatlar da vardır. AXCP-nin, 
Müsavat  Partiyasının,  baĢqa  partiyaların  məramnaməsində  partiyanın  qarĢısında  duran 
məqsədlərdən  biri  də  Bütöv  Azərbaycan  idealına  yiyələnmək,  Bütöv  Azərbaycan  uğrunda 
mübarizə  aparmaqdır.  Siz  təsəvvür  edin  -  AXCP-nin  40  mindən  çox  üzvü,  100  minlərcə 
tərəfdarı var və biz  bu müddəanı öz  məramnaməmizə  salmıĢıq;  demək,  Məramnamənin  bu 
müddəasını  onların  hamısı  istəyir  və  dəstəkləyir,  çünki  Məramnaməylə  razı  olmayan  Ģəxs 
partiyaya  üzv  yazılmazdı.  bu  sözləri  Müsavat  Partiyasının,  ÇağdaĢ  Turan  Partiyasının  və 
baĢqa-baĢqa partiyaların da üzvləri haqqında deyə bilərik.  
Deməli,  hərəkatın baĢlanması Ģübhə  doğurmur.  Sadəcə  olaraq,  hələlik  fikirdə  birlik  yaranıb, 
indi dildə və iĢdə birlik uğrunda mübarizə aparırıq.  


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə