DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə50/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   46   47   48   49   50   51   52   53   ...   99

-Ümumiyyətlə, bu ideya Sizdə təxminən nə vaxtdan yaranıb?
 
-Pis  çıxmasın,  7-8  yaĢım  olanda.  1946-nın  dekabrında  bir  gecə  qapımızı  döydülər.  Atam 
müharibəyə  gedib,  evdə  mənəm,  bir  də  anamdır;  qardaĢlarım  dayımgildədir.  Yəqin  21 
Azərdən sonra olmuĢdu.  
Qapı  döyüləndə anam  bu  gecə  vaxtı  kim olduğunu  soruĢdu. Bir  qadın  cavab  verdi  ki, bacı, 
qorxma,  aç,  sözüm  var.  Açdıq  qapını,  içəriyə  qadın,  qaynı,  iki  də  uĢağı  girdilər.  QıĢdı, 
soyuqdu.  Dedilər  ki,  bəs  Arazdan  keçmiĢik;  amma  yaĢ  deyildilər,  sadəcə,  qarın  nəmi  vardı. 
Gələndə çox oba keçmiĢdilər.  
Keçib  sobada  qızındılar. Çay  içdilər.  UĢaqlar  çörək  yedi və s.  Qadın  dedi ki,  ərimi qardaĢım 
öldürdü.  Demək,  biri  hökumətdəndi,  biri  inqilabçılardan.  Hökumətdəki  deyibmiĢ  ki,  bacımın 
da  baĢını  kəsəcəyəm,  uĢaqların  da.  Qadın  da  bunu  eĢidib  qaynının  köməyiylə  uĢaqları  da 
götürərək aradan çıxır.  
Qadının  qaynının  40-45  yaĢı  olardı.  Ona  baĢqa  otaqda  yer  düzəltdik,  yatdı.  Bu  qadın 
uĢaqlarıyla bizim otaqda qaldı. Ġki gün bizdə gecələdilər. Üçüncü gün hökumət gəlib apardı, 
canları  qurtardı.  Onda  anam  dedi  ki,  orada  (əliylə  Güneyi  göstərir  -  Ə.T.)  qardaĢ  qardaĢı 
öldürür.  Sonra  mən  onların  gəlməsinin,  qardaĢın  öz  qohumunu  öldürməsinin  səbəbiylə 
maraqlandım. Anam dedi bilmirəm. YaĢa dolduqca bu haqda ətraflı öyrəndim.  
Ordubadda orta  məktəbin  səkkizinci  sinfində  oxuyanda  bizi  sərhədçilərə  köməkçün  sərhədə 
apardılar.  Sərhədin  o  tərəfindəki  bir  oğlana  bizim  uĢaqlar  daĢ  atanda  mən  dava  etdim  - 
fikirləĢirdim  ki,  biz  müstəqilik,  onlarsa  zülm  altındadır.  Bu  söhbət  müəllimlərimə  də  çatdı. 
Onlardan biri dedi ki, Əbülfəz düz edir - onlar bizim qardaĢlarımızdır.  
Biz o zaman belə söhbətləri edirdik. Doqquzuncu sinifdəykən tarix müəlliminə sual verdim ki, 
Azərbaycanın  parçalanmasının  səbəbi  nədir?  Bir  az  izah  etdi.  Sonra  bayıra  çağırıb  dedi  ki, 
belə suallar verib məni xataya salma - bu, baĢqa məsələdir.  
Onuncu sinifdə yataqxanada qalanda bu mübahisələr bir az da geniĢləndi. Ġnqilabdan az-çox 
bilirdik,  PiĢəvərini  də  tanıyırdıq.  Ordubadda  bu  məsələdən  xəbərdar  çoxlu  adam  vardı. 
Buradakı mühit Cənubu tez-tez yada salırdı. Ġkinci kursda olanda məndə bu maraq daha da 
gücləndi.  Məhz  bu  kursdan  artıq  beynimdə  Azərbaycanın  birləĢməsi  ideya,  məfkurə  kimi 
yerləĢdi. 
-Bu yaxında - noyabrın 26-sında "525-ci qəzet"ə müsahibə verən Ġran mədəniyyət nazirinin 
müĢaviri  deyir:  "Azadlıq  meydanındakı  mitinqlərdə  keçmiĢ  prezidentiniz  (Ə.Elçibəy  -  Ə.T.) 
deyirdi  ki,  “camaat,  dağılmayın,  Təbriz  məsələsini  də  həll  edib  gedək”.  Elə  bil  ki,  Təbriz 
məsələsi  “Azadlıq”  meydanında  həll  olunmalı  imiĢ".  Bu  fikrə  və  buna  bənzər  fikirlərə 
münasibətiniz?
 
-Bunu meydanlarda olanlardan soruĢmaq lazımdır. Meydan bəzən saatlarla "Təbriz", "Təbriz" 
deyə  çığırırdı.  Niyə  yadlarından  çıxıb?  Bütün  Meydan  Dərbənd,  Təbriz,  Göyçə...  adlarını 
çəkirdi.  


-Sizcə,  Azərbaycanın  bütövləĢməsi  hansı  mərhələlərdən  keçəcək  və  onu  necə  təsəvvür 
edirsiniz?
 
-Bunun necə baĢ verəcəyini qabaqcadan demək mümkün deyil. Burada bir neçə yol, üsul var. 
Bizim fikrimizcə, Azərbaycan xalqının azadlıq əzmini səfərbər etmək, bir məcraya yönəltmək 
mümkün olardısa ən yaxĢı yol budur ki, Quzeydəki dövlətimiz güclənsin, müstəqilliyi dönməz 
olsun, getmiĢ torpaqları geri qaytarılsın. Bu iĢ bir yandan, Güneydə milli azadlıq hərəkatının 
geniĢlənməsi və bir dövlətin də yaranması baĢqa yandan getsin. Sonra bu iki tərəf arasında 
birləĢmənin  yolları  müəyyənləĢdirilsin  ki,  bu  iĢ  böyük  çaxnaĢmalarla  baĢ  verməsin.  Ġndiki 
ziyalılar, siyasətçilər, politoloqlar daha çox bu ehtimalı önə çəkirlər. Bu, ən düzgün yoldur.  
Digər variant bu ola bilər ki, Güneydə azadlıq hərəkatı baĢlaya bilər, Quzey də bu iĢə qoĢular, 
nəticədə  birləĢmiĢ  vahid  dövlət  yaranar.  Bu  varianta  çox  ehtiyatlı,  hətta  qorxulu  da  demək 
olar,  çünki  Azərbaycanın  Güneyində  üsyan  və  inqilab  nəticəsində  dövlət  qurulması  çox  ağır 
prosesdir. Amma mümkün variantdır.  
Mənim  ehtimal  etdiyim  ən  düzgün,  sakit  variant  Quzeydəki  dövlətin  möhkəmlənməsi, 
güclənməsi,  Güneydə  yeni  dövlətin  yaranması  və  sonradan  bunların  arasında  danıĢıqlar 
aparılıb  birləĢdirilməsidir.  Bu  variant  Vyetnam,  Yəmən,  Koreya  və  Almaniya  tipinə  bənzəyir, 
amma  Vyetnam  tipini  (müharibə  nəticəsində  birləĢməni)  arzu  etmirik.  Bizim  arzuladığımız  - 
dediyim variantdır, ancaq tarix bizim arzumuzdan asılı deyil - sabah nə olacağını heç kəs deyə 
bilməz... 
-Cənubda əhalinin siyasətdən uzaq yüksək təbəqələri arasında belə bir fikir var ki, onsuz da, 
Ġranda  hakimiyyət  türklərin  əlindədir  və  burada  müstəqil  Azərbaycan  dövləti  yaratmağa 
ehtiyac yoxdur; bundansa Quzey Azərbaycan gəlib bizə birləĢsin, vahid dövlətimizi yaradaq. 
Bu ideyaya münasibətiniz?
 
-Bunu deyənlər paniranistlərdir, fars Ģovinistləridir, yaxud onların təsiri altında aldananlardır. 
Bütün  paniranistlər  anlayırlar  ki,  Azərbaycan  xalqının  azadlıq  mübarizəsi  baĢlayıb  və  o, 
qarĢısıalınmazdır. Xalqımızın da sayca əksəriyyəti Azərbaycanın Güneyində yaĢayır, bu deyilən 
fikir onu aldadıb Quzeyə qarĢı qoymaqçündür. Bu, bir. 
Ġkincisi,  tutalım  Ġrana  birləĢdik.  Orada  konfederal  dövlət  yaranacaq,  yoxsa  federal  dövlət? 
Yaxud biz ora birləĢərək niyə farsları, bəlucları, ərəbləri idarə etməliyik? Qoy onların özlərinin 
müstəqil dövlətləri olsun - bizim onlarla nə iĢimiz var?  
Belə  cəhdlər  həmiĢə  olub.  Rusiya  dağılanda  da  dedilər  ki,  ġərqi  Avropa  dövlətləri  müstəqil 
olsunlar,  yerdə  qalanlar  yox,  ancaq  baĢ  tutmadı  -  Sovet  dövlətinin  öz  içərisindəki 
respublikalar aralandılar, dedilər ki, Rusiyanın öz içindəki xalqlar qalsın. Ġndi hətta bu da baĢ 
tutmur  -  orada  hər  xalq  öz  müqəddəratını  həll  etmək  istəyir.  Bu,  təbiidir.  Belə  olan  halda 
Azərbaycan xalqı farslar, bəluclar, lorlar, kürdlər və s. xalqlarla bir yerdə öz taleyini necə həll 
edə  bilər?  Əksinə,  bu,  böyük  qarıĢıqlıq  yaradar.  Hər  xalq  öz  gələcəyini  azad  Ģəkildə  həll 
etməlidir - bunun baĢqa yolu yoxdur.  
-Sizin təxmininizə görə, Azərbaycanın bütövlüyünü xalqımız nə vaxt əldə edə bilər?
 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə