imperiyasının qorxusundan); o, Türkiyəyə çəkinə-çəkinə kömək göstərdi, belə-belə dünyada
Türkiyəyə münasibət dəyiĢməyə baĢladı.
Ġndi türklərin dünyada kütləvi məhv edilmək qorxusu yoxdur. Türk etnosu yenidən öz
qüvvəsini toplayır. O, yeni bir etnos kimi yenidən doğulacaqdır, yəni bu türk etnosunun 500 il
bundan qabaqkı türk etnosundan çox böyük fərqi olacaq. Onun milli
dəyərləri, milli
təfəkkürü,
milli mədəniyyəti yüksəlir. Məsələn, orta çağlarda türklər daha çox ərəb və
fars mədəniyyətini
yaĢadıblar, ona xidmət ediblər. Hakimiyyət imperatorluğuna türklər yiyələnsələr də onların
dövründə belə bədii ədəbiyyat imperatorluğu fars dilinə, elmi və dini ədəbiyyat, məktəblər
imperatorluğu ərəb dilinə məxsus olub. Amma indisə sırf milli türk
kökü üstündə yaranan yeni
dövlətlər meydana çıxır. Bu, tam yeni keyfiyyətli yeni bir doğuĢdur.
Sözü Sizin ilk sualınızın üstünə gətirirəm ki, bizim özümüzü, gözümüzü o qədər qorxudublar
ki, türklüyümüzü qabarıq deməyə çəkinmiĢik, çünki birdən qabağımızdakının acıqlana,
qıcıqlana biləcəyindən ehtiyat etmiĢik.
-Axı biz 1937-yə qədər türk olduğumuzdan və "türk" adımızdan utanmamıĢıq, çünki bütün
tarix boyunca olduğu kimi, həmin ilədək rəsmən "türk" adlanmıĢıq.
-Bir var türklüyü danasan, bir də var türklüyün üstün olduğunu sübut etməyə çalıĢasan. Bu
gün Türkiyədə, Azərbaycanda, Orta Asiyada yazılan tarix kitablarının heç biri türkün
mövqeyindən yox, Avropa dövlətlərinin mövqeyindən yazılıb. Bu, soydaĢlarımızda türk milli
heysiyyətinin formalaĢasına əngəl törədən ən mühüm amillərdəndir.
Heç tarix kitablarıyla iĢim yoxdur; Siz dilçisiniz, gəlin dil kitablarına baxaq. Bizim dilimizin
qrammatikasını götürün, bu qrammatika türk dilimizə aid deyil - Avropadan götürülmədir.
Əvvəllər dilçilik terminlərini ərəblərdən alırdıq: "sərf", "nəhv", "sövt", "ismi-fail", "ismi-məful",
"zəmir"..., indi avropalılardan götürürük: "adlıq hal", "yiyəlik hal", "əvəzlik", "fonem",
"morfem", "substantivləĢmə", "adverbiallaĢma"... YavaĢ-yavaĢ istəyirik ki, öz dilimizin üstünə
gələk, amma gələ bilmirik. Məsələn, cingiltili və
kar samitləri götürək; bizdə cingiltili-kar deyil,
üç-dörd səsin bir-birinə keçməsi var, bunlar qoyulmalıdır. Deyək ki, türklərdə ç ~ s, t ~ d
səsləri bir-birinə necə və niyə keçir - biri "çay" deyir, obiri "say", biri "temir" deyir, obiri
"dəmir". Yəni fonetikanı əsasən bunun üstündə qurmalıyıq ki, səslərimiz tarixən nə cür
əvəzlənib, nə cür dəyiĢib.
Yaxud isimlərin hallanmasını götürək. ÇıxıĢlıq halda yalnız -dan Ģəkilçisi varsa "çoxdandan",
"sabahdandan", "gecdəndən", "tezdəndən"... sözlərində hal Ģəkilçisi hansıdır? Niyə bu cür
ikiqat hallanma qrammatikanın nəzərindən qaçır - ona görə ki, Avropa qrammatikalarında
yoxdur?!
Felin icbar növü -dır, yaxud -t Ģəkilçisiylə düzəlirsə bəs oxu-t-dur-t-dur-maq feli hansı
növdədir? Göründüyü kimi, bu feldə icbarlıq yaradan 4 Ģəkilçi var, halbuki hər növdə yalnız
bir Ģəkilçi olmalıdır; deməli, bu sırf türk dili təzahürü havadan asılı qalıb, izah edilməyib, çünki
hind-Avropa dillərində icbarın bu forması yoxdur.