DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə43/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   39   40   41   42   43   44   45   46   ...   99

Ədalət  bəy,  bunu  çox  gözəl tutmusunuz.  Dediyiniz  mənim  ən  həssas yerimdi.  Məni həmiĢə 
oradan  vururdular  ki,  mənəvi-psixoloji  cəhətdən  tam  əzilim.  Ona  görə  silahdaĢlarımı, 
arxadaĢlarımı,  cəbhədaĢlarımı  həbs  edirdilər,  aparıb  əziyyət  verirdilər.  Əziyyət  verərək 
söyürdülər  ki,  sənin  rəhbərin  Elçibəydir,  ondan  imtina  elə.  Özünü  döyürdülər  -  dinmirdi, 
özünü söyürdülər - susurdu, məni söyəndəsə cavab verirdi, lap çox döyürdülər. Yəni insanları 
sındırmaq  istəyirdilər  ki,  siz  onun  üstündə  əzab-əziyyət  çəkirsiniz.  Bununla  həm  də  məni 
sındırmağa çalıĢırdılar ki, bu adamlar sənə görə zülm içindədir.  
Açığı, çıxılmaz vəziyyətdəydim. Bu adamlar əziyyət çəkməsin deyə qarĢımda bircə yol qalırdı - 
çıxıb xaricə getmək. Uzun müddət düĢüncələr içində çapaladım ki, bəlkə çıxıb gedim xaricə, 
bu adamların da canı qurtarsın. Ancaq onu da fikirləĢirdim ki, mənim xaricə getməyimlə bu 
insanların özləri də sınar - "bizi atıb getdi" deyə düĢünərlər.  
Bütün  Naxçıvanda  cəbhəçilərə  əsasən  mənim  orada  olduğuma  görə  daha  çox  iĢgəncə 
verirdilər.  DüĢünürdülər  ki,  onlar  əhəmiyyətli  qüvvədir,  nə  vaxtsa  Əbülfəz  bunları  ətrafına 
toplayaraq istifadə edə bilər, Naxçıvanda hay-küy qaldırar. Ona görə iqtidarın məqsədi onları 
tam əzməkdi ki, mən həmin qüvvədən məhrum olum. Ancaq mənim onlar fikirləĢən istəyim 
yoxdu, çünki həll etməyə çalıĢdığım problem təkcə Naxçıvanda deyil, bütün Azərbaycandaydı. 
Ġstəsəydim  Cəbhəni bütünlüklə  qaldırardım  mübarizəyə, ancaq  mən  Azərbaycanda sabitliyin 
tərəfdarıydım. Bilirdim ki, diktatura olacaq, avtoritarizm olacaq, amma Azərbaycan dövlətinin 
ömrü uzun olacaq. Ġstəyirdim ki, dövlətimiz 2-3 illik olmasın, uzun müddət yaĢasın, əzablı da 
olsa  dövlətçiliyə  öyrəĢək.  Ġnsanlarımız  doğrudan  da  öyrəndilər.  Bu  gün  mən,  məsələn, 
sərhəddə duran polkovnikin rəyini bilirəm ki, o buraya rus ordusunun gəlməsini istəmir. Deyir 
ki,  biz  azadlıq  aldıq,  sərhədlər  özümünküdür.  Halbuki  biz  hakimiyyətdə olanda  o,  özünü  öz 
sərhədinin hakimi saymırdı, düĢünürdü ki, Ģəxsən bizə xidmət edir. 
        Sahibsiz olan məmləkətin batması haqdır,
  
        Sən sahib olursansa Vətən batmayacaqdır!  
"Sahib  olursansa".  Sahib  olandan  sonra  -  qurtardı;  mahiyyət  buradadır,  yəni  milləti  öz 
vətəninə sahib etməkdir. Bunusa təĢkil edə bilən yeganə qüvvə dövlətdir. Dövlət yaĢadıqca 
insanlar öz vətəninə, torpağına sahiblik hissini gücləndirir. Artıq hiss olunur ki, biz istədiyimizə 
yetiĢdik.  Mən  bilirəm  ki,  Rusiya  olmayıb  kim  olur-olsun,  daha  Azərbaycanın  azadlığı 
geridönməz  amilə  çevrilib.  Bundan  sonra  pis-yaxĢı,  əziyyətli-əziyyətsiz,  hər  nə  cür  olsa  bu 
dövlət yaĢayacaq. Xalq zaman-zaman özünə gələndən, diktatura və avtoritarizmi sındırandan 
sonra  demokratik  cəmiyyət  quracaq,  millət  xoĢbəxt  yaĢayacaq.  Məqsəd  budur.  Məhz  bu 
idealın naminə mən dözdüm, Vətəni tərk edib xaricə getmədim, halbuki mənə dəfələrlə təklif 
etmiĢdilər ki, gedirsənsə hər cür kömək edək. 
Daxildən oldu bu təkliflər, yoxsa xaricdən?
 
Xaricdən  də  oldu  -  Türkiyədən.  Orada  mənim  tanıĢlarım,  dostlarım,  mənimlə  həmrəy  olan 
qüvvələr vardı ki, biz dövlətə təzyiq edərik, müxtəlif üsullarla səni də, ailəni də apara bilərik. 
Getsəydiniz Bakıda da sevinərdilərmi?
 


Nəinki  sevinərdilər,  lap  qurban  da  kəsərdilər.  Təki  mən  ölkədən  çıxım,  məndən  canları 
birdəfəlik  qurtarsın.  Mənim  bura  qayıtmağım  onlara  əlveriĢli  deyil.  Ġndi,  düzdür,  üzə 
vurmurlar, ancaq buna deyirlər "pərtə lənət".  
Mənə xaricə getmək təklif olunanda bildirdim ki, kənddən heç yerə çıxan deyiləm. Dedim ki, 
yaĢadığım  evlə  qəbiristanlığın  arası  cəmi  200-300  metrdir;  ən  pis  halda  buradan  ora 
gedəcəyəm - son yol budur, bir də Bakıya həbsxanaya gedərəm. Yalnız bu ikisinə razıyam: 
ölümə və Bakıya həbsxanaya. Bunu çoxları bilir...  
Camaatın müəyyən  hissəsi sındı,  müəyyən  hissəsi dilxor oldu.  Kələkidə yox,  Kələkidə bir-iki 
nəfər beləsi olardı. Ətraf kəndlərdə, xüsusən Dırnısda, Vənənddə, Ordubadın özündə, Üstüpü, 
Unus  kəndlərində  də  çox  böyük  müqavimət  göstərirdilər.  Deyirdilər  ki,  bura  tank  gəlsə 
özümüzü onun  altına  atacağıq.  Hətta  qadınlar, uĢaqlar  xəbərdarlıq  edirdilər ki,  Əbülfəzə bir 
Ģey olsa özümüzü yandıracağıq.  
Nəysə,  çox  ciddi  müqavimət  göstərdilər,  çox  da  əzab  çəkdilər.  Mən  o  insanlara  həyatımı 
borcluyam - sağ qalmağıma görə. O zaman ya gərək çıxıb gedəydim xaricə, taleyimi harasa 
bağlayaydım  (mən  də  xalqımın  taleyindən  aralı  düĢmək  istəmirdim),  ya  da  Ģərə  qarĢı 
durmalıydım. Bu iĢdə doğma camaatım mənə arxa durdu, dayaq oldu. Ġnsafən, baĢqa ölkələr, 
xüsusən  ABġ  və  Türkiyə  tez-tez  iĢə  qarıĢdılar,  bu  iqtidarı  silkələdilər  ki,  Elçibəy  demokratik 
adamdır, o, demokratiyanı müdafiə edən Ģəxsiyyətdir, onu məhv etməyin.  
Əhalinin  içərisində  tez-tez  onlardan  üzr  istəyirdim  ki,  məni  bağıĢlayın,  sizə  əziyyət  verirəm. 
Onların  böyük  hissəsi  qürurla  deyirdi  ki,  bu  əziyyətə  dözmək  bizimçün  fəxrdir.  Bilirsiniz, 
insanlar çox  qəribədir  - hətta  mənə  zarafatla deyirdilər ki,  əĢi,  sən  Kələkini,  Dırnısı, Unusu, 
Üstüpünü  tarixə  salmısan,  səndən  niyə  inciyək?  Heç  olmasa  sənə  görə  kəndlərimizin  adı 
tarixdə qalacaq. Bu bəlkə də özlərinə, yaxud mənə təskinlik verməkçün bir üsuldu, incə bir 
kəndli siyasətiydi ki, çox darıxmayım.  
Bir çoxları da deyirdi ki, elə-belə yaĢayıb ölməkdənsə müqavimət göstərib insan kimi ölmək 
bizimçün daha Ģərəflidir. Hətta balaca uĢaqlar da məni çox sevirdilər. Elə ki küçəyə çıxırdım, 
qıĢqırıĢırdılar: "Elçibəy baba, xoĢ gördük!". Cumurdular yanıma, mənimlə oynayırdılar. Bəzən 
bundan da təskinlik tapırdım ki, deməli, məfkurə ölmür, fikir ölmür, insanlar azadlıq istəyirlər 
- sən olsan da, olmasan da. 
Əbülfəz  bəy,  Siz  bu  mübarizəyə  nə  bu  gün  baĢlamısınız,  nə  də  dünən.  Artıq  neçə  illərdir 
Sizinlə  əlaqədə  olan  dostlarınız,  yoldaĢlarınız  istər  vaxtilə  kirədə  qaldığınız  evlərdə,  istər 
prezidentliyinizdən qabaq da, sonra da, bu gün də qardaĢınızın evində olanda həmiĢə hədsiz 
sayda gəliblər. Burada xüsusən xanımlar onları həmiĢə gülər üzlə qarĢılayıb. Mən bunu tək öz 
adımdan yox, bu evdə dəfələrlə olmuĢ bir çox dostlarımın adından deyirəm. Məsələn, Firuzə 
xanım Bakıda da, Kələkidə də, Xumar xanım, onun qızı Kəmalə xanım (mən bunları tanıyıram, 
yəqin  baĢqaları  daha  çoxlarını  tanıyır)  xüsusən  Kələkidə  Sizin  qonaqlarınızın  əziyyətini 
çəkiblər.  ġəxsən  mən  onlara  hədsiz  minnətdaram.  Bu  adamlardan  baĢqa,  Kələkidə  daha 
kimlər belə fədakarlıqda bulunublar?
 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə