Uzun müddət "tarix nədir?" sualı üstündə baĢ sındırdım. Mənimçün açıldı ki, tarixi 2 halla və
bir neçə xətdə izah etmək olar. Mən 2 xətdə izah etməyi üstün tutdum. Birincisi, tarixə bir
dinçi kimi baxırsan.
Allah-taala filan vaxt yeri yaratdı, filan vaxt göyü yaratdı, filan vaxt insanları yaratdı...
Bəli, çünki tarix zamandır. Tanrı yaradandan zaman baĢlayır. Zaman baĢlayırsa, deməli, tarix
baĢlayır. Yerin neçə min il yaĢı var - bu, Yerin tarixidir. DaĢın, suyun da öz tarixi var. Bax,
tarix oradan baĢlayır. Biz tarixin baĢlanğıcını oradan götürməliyik. Amma biz birdən-birə
keçirik cəmiyyətin tarixinə. Yerin, fəzanın, ulduzların tarixini astronomlar müəyyənləĢdirir -
artıq bu tarix milyon illərə gedib çıxır. Coğrafiyaçılar, geoloqlar daĢın tarixini, əlvan metalların
tarixini öyrənirlər. Deməli, dünya alimlərinin böyük bir hissəsi mövcudatın, mühüm hissəsi də
cəmiyyətin tarixini öyrənməklə məĢğul olur.
Adəmlə Həvvadan bu tərəfə...
Bəli.
Ancaq elə buradaca bildirim ki, biz türklər tarix yazmaq məsələsində çox geridə qalmıĢıq.
Ona görə də dünya tarixi yazılanda türkün tarixini hərə öz istədiyi kimi, əksəriyyəti, təbii ki,
düĢmən mövqeyindən yazır. Çünki orta əsrlərdə türklər Avropaya böyük təzyiqlər ediblər və
Avropa 400-500 il türkə düĢmən olub. Deməli, türklərlə bağlı nə varsa 400-500 il
düĢmənçiliklə qələmə alıblar, buna görə də onların yazdıqları doğru sayıla bilməz. Sonra da
meydana məqsədi türk dünyasını məhv etmək, parçalamaq olan, "türk" adı gələndə canına
üĢütmə düĢən, gecə-gündüz onu necə yox etməyi düĢünən rus imperiyası çıxdı. Bu
imperiyanın alimləri də türk tarixini saxtalaĢdırmaqçün az iĢ görmədilər. Bunu izah etməkçün
həmin məsələlərə ekskurs etdim. Bu kitabıma onlardan müəyyən qədər saldım.
Hansı kitabı nəzərdə tutursunuz?
"Bütöv Azərbaycan Yolunda" kitabını. O kitabda Sizin mənə göndərdiyiniz fars Ģovinizmi
məsələsinə aid sənəddən də istifadə etdim. Elə orada da yazdım ki, Ədalət bəy mənə kömək
etdiyinə görə ona öz təĢəkkürümü bildirirəm. Bu sənədləri mənə o göndərib. Siz dilimizə aid
qəzet məqalənizi də göndərmiĢdiniz, amma onu salmadım kitaba. BaĢladım yazmağa - nə cür
oldu ki, dilimiz "Azərbaycan dili" adlandırıldı? Bunun tarixini ortaya qoydum. Rus
imperiyasının türkləri parçalamaqda terminlərdən necə istifadə etdiyini açıqladım.
Məsələn, o, türklərin bir hissəsini "tatar" adlandırdı: "Qafqaz tatarları" (biz), "Krım tatarları"
və "Qazan tatarları". Sadəcə olaraq, o, türkə "tatar" adı qoymaqla onu türklükdən
uzaqlaĢdırmağa çalıĢırdı. Hətta bir vaxt bizim dilimizin adını "oğuz dili" qoymaq istəyiblər -
hələ XIX əsrdə rus imperatorluğuna təklif ediblər ki, bunların babaları oğuzlardır, gəlin onların
dilinin adını "oğuz dili" qoyaq, "türk dili" olmasın. "Türkmən dili" adlandırmaq təĢəbbüsləri də
olub - təki "türk" sözü aradan çıxsın.
Bəli, "türk" sözünə qarĢı dünyada bir müharibə baĢlayıb. XIX əsrdə ruslar fikirləĢib tapıblar ki,
bura Azərbaycandır, biz bunları "azerbaydcantsı", dillərinisə "azerbaydcanskiy yazık" adlandıra
bilərik. Bu, Stalinin yox, XIX əsr imperiyasının siyasətidir və hətta Abbasqulu ağa Bakıxanovu
da karıxdırıb.
Mirzə Kazım bəyin özü "aderbidjanskoye nareçiye" termini iĢlədir.
Bakıxanov ondan qabaqdır da. O, rusca qeydlərində dilimizi gah "tyurkskiy yazık", gah
"tyuretskiy yazık", gah da "tatarskiy yazık" adlandırır. Əsərlərinin siyahısını verəndə artıq
göstəriĢlə "türk"dən uzaqlaĢır, "tatar"a keçir.
"Türk" adı o qədər ümumiləĢib ki, o, bu adı daĢıyanlarçün qürur qaynağı, düĢmənçünsə
qorxu, vahimə mənbəyidir. Bu vahiməni götürməkçün "türk"ü parçalayır, ayır - buyur
siyasətini ustalıqla yerinə yetirir.
Bəs türkün gerçək tarixi haradan baĢlayır? AraĢdırmalarımın sonunda gördüm ki, nəinki
türkün, bütövlükdə dünyanın tarixi Turandan baĢlayır. ġumer miladdan 3
min il əvvəl mövcud
olub, üstünə indiki eranı da gələndə edir 5 min il, yəni ġumerin 5 min il tarixi var.
Azərbaycanınsa tarixi ġumerinkindən qabaqdır. 6 min - 7 min il qabaq Azərbaycan
mədəniyyəti olub - böyük Kür-Araz mədəniyyəti! Bu mədəniyyət sonralar ġumerə keçib, ona
təsir edib, orada yayılıb.
Bəs Kür-Araz mədəniyyətinin özü haradan gəlib? O, böyük Turana daxildir. Turanın da
mərkəzi Xəzər ətrafı və Ġssıkgöldür. Moskvada çıxan nüfuzlu bir curnalda oxumuĢdum ki,
alimlər artıq etiraf edirlər ki, bizim eradan qabaq X-IX minilliklərdə Turan ovalığında
böyük bir
mədəniyyət olub və bütün mədəniyyətlər oradan getməyə, yayılmağa, çözələnməyə baĢlayıb.
Bu vahid mədəniyyət mərkəzinin sərhədləri söykənir Əfqanıstana, söykənir Hindistanın
Ģimalına (Hindistana girmir), söykənir Çinə (Çinə də girmir) və söykənir bir də Azərbaycan da
içində olmaqla Xəzər ətrafına (burada geniĢ yayılır). Bu mədəniyyətdən danıĢarkən, məsələn,
bildirilir ki, ən qədim bürünc, qızıl əĢyalar Orta Asiyada tapılıb. Svastika elə, xaç elə, yaxud
dünyanın mühüm aparıcı rəmzləri - onların hamısı qazıntı nəticəsində tapılan və xristianlıqdan
5 min il qabağa aid Ģeylərdir.
Elə bizim bayrağımızdakı 8-guĢəli ulduzun özü.
Bəli, bəli. Bunların hamısı oradan çıxıb və buna "Böyük panteon" deyilir. Buradan belə
nəticəyə gəlinir ki, mədəniyyətlərin ilkin mərkəzi sərhədlərini cızdığım Turanda olub, hind-
avropalılar da, türklər də oradan çıxıb, sami mədəniyyəti də hər Ģeyi oradan götürüb.
Qəribədir ki, indi bu mədəniyyətə yiyələnməyə çalıĢaraq söyləyirlər ki, onu elə hind-
avropalılar yaradıb. SoruĢanda ki bəs oradakı türklər necə olub, deyirlər ki, o türklərlə indiki
türklər fərqlidir. Sözə bax! Sadəcə olaraq, indi də istəyirlər ki, bunu sübut etsinlər ki,
doğrudur, Turanın əhalisi türkdür, ora türk məkanıdır, ancaq ən qədim əhalisinin kökündə
hind-avropalılar dayanır - sonradan hind-avropalılar çıxıb gedib, yerində türklər qalıb.
Yaxud da onlar türklərə qarıĢıblar...
Yəni özlərindən nəzəriyyələr çıxarırlar. Amma gerçəkliksə qətiyyən belə deyil. Bu, tamam
baĢqa sistemdir.
"Dünya tarixində din-ruhani sisteminin köklərini tapmaqçün xeyli axtarıĢlar
aparmıĢam"