Bəli, bəli. "Bağ" da, "boğ" da oradandır. "Mağ"la "bağ"ın eyniliyi maraqlı faktlar ortaya qoyur.
"Bağdad" adı çıxır meydana. "Muğ"la "buğ"un yadigarı olan "boq"sa
Avropaya,
daha doğrusu,
Bizans və Rusiya imperiyasına keçir.
Nəysə, bu, çox ağır sistemdir. Bundan da yazdım, amma çox dərinə getməyə vaxtım olmadı.
Baloğlan ġəfizadənin ZərdüĢt haqqında, "Avesta" haqqında kitabına baxmısınız?
Yox, məndə yoxdu, o kitaba baxa bilmədim.
Təəssüf, mən də görə bilməmiĢəm. Ancaq deyirlər ki, çox maraqlı kitabdır. Sübut etməyə
çalıĢır ki, "Avesta" sırf türk təfəkkürünün məhsuludur.
Düz fikirdir.
Onun farslara heç bir dəxli yoxdur?
Yox! Axı "Avesta" yazılanda, bu din meydana çıxanda həmin ərazidə farslar yoxdu. Fars öz
tarixini aparır miladdan öncə VIII yüzilliyə (1200-üncü ildən 800-üncü ilədək). ZərdüĢt dini axı
bundan çox-çox qədimdir.
Bizim bugünkü Novruz bayramı adət-ənənələrinin hamısı oradandı.
Bu da çox maraqlıdır.
Bir qədər din tərəfdən, din və tarix baxımından yanaĢsaq təsəvvür edin ki, Azərbaycanda 7-8
peyğəmbər olub, ona görə də yazmıĢam ki, "peyğəmbərlər yurdu Azərbaycan".
Türk peyğəmbərlər?
Onlar sami peyğəmbərləri deyil. Sami peyğəmbərlər sistemi baĢqadır - o peyğəmbərlərdən bir
neçəsini çıxmaqla əksəri yəhudidir. Amma Azərbaycan peyğəmbərləri sistemi ora daxil olmur.
Məsələn, Azər peyğəmbəri götürək.
Ġbrahimxəlil peyğəmbərin atasını?
Bəli. Azər peyğəmbər haradan gedib, haradaydı? Ġkiçayarasından - Mesopotamiyadan gedib.
Bu, bu tərəfdən. Qur’an’da deyilir ki, Nuhun gəmisi gəlib Cudi dağında dayanıb (baĢqa dini
kitablarda Ağrı dağının adı çəkilir). BaĢqa qaynaqlarda da bildirilir ki, gəmi yerə enəndən
sonra Nuh 3 oğlunu ayırdı. Yafəs Ģərqə, demək, Azərbaycana getdi.
Bəli, Yafəs gəldi Azərbaycana. Onun oğlu Türk bu areala - Azərbaycana, Orta Asiyanın
içərisinə düĢür. Qırğız mifində onu Ġssıkgöldə doğulmuĢ sayırlar.
Sonra gəlir ZərdüĢt peyğəmbər, Mani peyğəmbər, Məzdəkin özü peyğəmbərlik iddiasında
olub, Ġl peyğəmbər, Xıdır Ġlyas. Bunların hamısı peyğəmbərdir, ancaq sami tipli deyil.
Samilərdə peyğəmbərlər doğulurlar, ölürlər.
Sonra Ġranın hansısa bir sahəsində dördüncü odu çıxarırlar. O da baĢqa bir təbəqəni təmsil
etməyə baĢlayır. Beləliklə, dörd müqəddəs od məkanı yaranır və parçalanma gedir. Ancaq
Tanrı vahiddirsə, deməli, onun göndərdiyi od da vahid olmalıdır. Ġslam dinində Tanrının baĢqa
evi yoxdur - ancaq Məkkədir. Məkkəyə "Beytullah" ("Allah evi") deyirlər, dinimizin mərkəzi
odur. Ġstədilər ki, Mədinəni də mərkəz etsinlər, alınmadı. Dedilər Mədinə peyğəmbərin
Ģəhəridir, Allaha aid deyil. Yəni mərkəziyyət pozulmadı, dağılmadı. Ġrandasa vahid din
sistemini etdilər 4 parça, ondan sonra baĢladı ölkə daxilində ruhanilik bir tərəfdən, obirisi
baĢqa tərəfdən təfriqəyə. Həm dövlətdə, həm dində parçalanma getdi, həm də hərə baĢladı
öz oduna dastanlar, nağıllar qoĢmağa. Hərə öz odunun müqəddəs olduğunu sübut etməyə
çalıĢdı.
Din məhv oldu, mifləĢdi.
Bütün dinlərin tarixində çox maraqlı bir epizod var. Ġnsanlar uzun müddət - bəlkə də 10 min il
mifin içində yaĢayıblar, onları miflər idarə edib və yaĢadıb. Bu miflər inkiĢaf edə-edə gedir.
Sonra cəmiyyətin Ģüuru artır, onun içindən böyük Ģəxsiyyətlər çıxır, yenidən mifdən dinə
keçilir. Hər bir dində mif var və o, inanc qaynağına çevrilib. Məsələn, Yerin öküzün üstündə
durmasını götürək. Bu, bir mifdir. Dinə keçəndə o, bunu rədd edə bilmir, o da deyir ki, Yer
öküzün üstündə durubdur.
Tövratın özündə nə qədər ġumer əfsanəsi var.
Bəli, bax, o cürdür. Mif o qədər güclüdür ki, hətta dinin də onu qırması çətin olur. Mifdən
dinə belə keçidin özü bəĢəriyyətin inkiĢafı deməkdir. Sonra zaman-zaman dinlər güclənib,
miflər azalıb. Ġslamda xüsusən azdır, çünki o, sonuncu dindir, halbuki əvvəlki dinlərin
əksəriyyətinin yarısını, bəlkə də çoxunu miflər təĢkil edir. Amma islam da ondan tam qaça
bilməyib, mifin müəyyən Ģərtlərini özündə saxlayıb. Ġslamda mifləri kimlər yaradıb - farslar.
M.F.Axundzadə deyir ki, farslar qədər əfsanəyə inanan xalq yoxdur; onlar əfsanəçi xalqdır.
"ġahnamə" əfsanə üstündə yazılıb. Bunların baĢqa dastanlarının bir dənəsi də düz deyil,
hamısı nağıl, əfsanədir.
Firdovsi, farslar
həm dini, həm də tarixi mifləĢdiriblər.
Reallığı mifləĢdiriblər.
MifləĢdiriblər və gerçəklikdən uzaqlaĢdırıblar. Nə cür olub bu? Zaman-zaman islam dininə
mifləri kütləyə xoĢ gəlməkçün saldılar. Məsələn, deyək ki, Ġmam Hüseyn 3 yaĢında əjdahanın
ağzını cırdı. Məkkədə, yaxud Mədinədə əjdaha nə gəzirdi ki, Ġmam Hüseyn də bağda oturub
onun ağzını cırsın?! Bax, bu, mifdir. Yaxud həzrət Əli barmağını saldı, Xeybərin darvazasını
tulladı, bir tayı məğribə düĢdü, bir tayı məĢriqə, hələ də tapa bilmirlər. Bu da baĢqa mifdir.
Bəli, Xeybər qalasının darvazasını həzrət Əli öz adamlarıyla çıxarıb. Qalanın divarlarını sökmək
mümkün deyildi, ona görə dəmir qapıları çıxarıblar. Güc verib yerindən çıxararaq qırağa
qoyublar. Sonra mifdə deyilir ki, həzrət Əli qapı tayını aldı əlinə, onunla vurdu düĢmənlərin
hamısını, sonra tulladı. Elə deyil. Həzrət Əlini Xeybər davasında vurublar, zirehi parçalanaraq
düĢüb. Bundan sonra döyüĢə-döyüĢə geri çəkilib; divarda dəmir lövhə vurublarmıĢ ki, bu,
Xeybər qalasıdır. O lövhəni sökərək özünə zireh edib və vuruĢub. Bu əhvalatı farslar
mifləĢdirirlər, çünki savadsız, cahil kütləni ancaq belə miflərlə idarə etmək olar - gerçək din
ona çox da xeyir etmir. "Gerçək din" deyəndə savadsız kütləyə bir az qəribə gəlir; gərək elə
edəsən ki, din mifli olsun - sevsin, dəlicəsinə vurulsun, xəyalpərvər olsun, ancaq dinpərvər
olmasın. Bu oyunu islam dininin də baĢına gətiriblər.