oxumağı bacarmır, məni dəhĢət götürdü. Bu qədər adam Azərıbaycan əhalisindən çoxdur,
amma oxumağı bilmir, yazmağı bilmir - məktubu aparıb qonĢuya, müəllimə oxutdurur.
Türkiyədə səkkizillik məcburi təhsil haqqında qərar çıxaranda bir az sevindik, ancaq indi
milyonlarla insan ona qarĢıdır, çünki toplum o qədər geri qalıb ki, dünyəvi savadın
artırılmasına mane olan ruhani təbəqəyə müqavimət göstərmir.
Lap orta çağda islam aləmində elm iki yerə bölünürdü: elmül-ədyan - din elmləri, yəni dinləri
öyrənən elm və elmül-əbdan - fiziologiya elmləri, yəni təbiətĢünaslığı öyrənən elm. Sonra elm
inkiĢaf etdi, islam fəlsəfəsi yarandı. Ġslam alimləri fəlsəfəni elmlərin elmi sayır, təbiəti
öyrənməyə, ayrı-ayrılıqda fizikaya, riyaziyyata geniĢ yer verir, məktəblər, rəsədxanalar
açırdılar. Ġslam dünyasında, o sıradan Türkiyədə bu elmlər yüksək inkiĢaf etdi. Ġndi çağdaĢ
ruhani təbəqə bu inkiĢafa qarĢı çıxır - bu elmlər də gərək dini məktəblərdə öyrənilsin. Ancaq
orada öyrətməksə artıq mümkün deyil - dünyəvi məktəblər var, sınaqdan çıxmıĢ Avropa
sistemi var - dünyada məĢhur Sorbonna universiteti, 200 ildir hərtərəfli mütəxəssislər
hazırlayan Oksford universiteti var. Necə olsun, indi ölkə geriyə dönsün? Bu hal türk millətinə
heç layiq deyil. Mustafa Kamal Atatürk deyirdi ki, mən cümhur baĢqanı olmasaydım bu gün
milli eyitim bakanı olurdum. Bu vaxta kimi savaĢ silahlı savaĢdı, ordu savaĢıydı, mən ona
komutandım. Amma bu gündən sonra dünya savaĢı eyitim savaĢıdır, maarif savaĢıdır.
Müəllimlərin qurultayında deyirdi ki, o savaĢın baĢında
siz duracaq, o savaĢın qəhrəmanları da
siz olacaqsınız.
Özünün çox qürur duyduğu, dünyanın qürur duyduğu, türkün qürur duyduğu milli savaĢdan,
milli mücadilədən Atatürk qalib çıxıb, amma buna baxmayaraq o, maarif savaĢındakı qələbəni
öz qələbəsinə bərabər tutur, savad uğrunda mübarizəni özünün azadlıq, istiqlal mübarizəsiylə
tən götürürdü. Belə bir dahinin qoyduğu bu prinsip zaman-zaman haradasa itirildi,
geriləmələr, yayınmalar oldu. Ġndi hökumət ciddi yanlıĢlığı baĢa düĢür və məcburən ona
qayıdır. Cəmiyyətin çürüdüyünü, onda böyük anlaĢılmazlıq yarandığını görərək yenidən
savadlanmaya gedirlər.
Bu baxımdan Azərbaycan pis deyil. Əksinə, Azərbaycanın yüksək intellektual səviyyəli gözəl
alimləri, dəqiq elmlər sahəsində çox güclü mütəxəssisləri var. Hətta Azərbaycanda yetiĢən
dəqiq elmlər üzrə mütəxəssisləri Türkiyəyə çatan kimi universitetlərə, institutlara iĢə
götürürlər, çünki bizim mütəxəssislərin hazırlığı çox yüksək səviyyədədir. Amma indi
Azərbaycanda maarifə, elmə ögey, yabançı, yırtıcı, dağıdıcı, düĢmən münasibət var. RüĢvət,
pul bunların hamısını dağıdır. Gələcəkdə indiki iqtidarın cinayətlərindən biri də bu sayılacaq.
Türkiyədə çox güclü bir ziyalı, aydınlar təbəqəsi var; o, imkan verməyəcək geri getməyə. Bu,
Türkiyənin xoĢbəxtliyidir. Bu da sevindiricidir ki, o aydınlar təbəqəsi dağılmır - onlar artıq
maddi baxımdan da normal səviyyədə təmin olunurlar. Doğrudur, bəzən onların da, məsələn,
məiĢət çatıĢmazlıqları olur, yaxud, deyək ki, hələ Amerika alimi, alman alimi kimi yaĢaya
bilmir, amma Türkiyə bu baxımdan, məsələn, Asiya ölkələrindən çox-çox qabaqdadır. O ziyalı
aydınlar təbəqəsi, məncə, imkan verməyəcək ki, Türkiyədə cahillik, geriçilik üstünlük əldə
etsin, əksinə, Avropaya yaxınlaĢmaqçün onlar ölkəni inkiĢafa aparacaqlar. Sadəcə olaraq, bu
aydınlar təbəqəsinə dövlət yiyə durmalıdır, siyasətində ona geniĢ yer verməlidir, milli təhsilə,
ali savadlılığa pul buraxmalıdır. Türkiyənin universitetlər Ģəbəkəsi çox geniĢdir, çoxlu
tələbələri var.
Allah qoysa, Türkiyə geriçilərə təzyiqi artırıb indiki doğru istiqamətdən sapmasa
5-6 ilə kimi bu gerilikçi böhrandan çıxacaq.
Türkiyə, eyni zamanda, baĢqa türk cümhuriyyətlərindən olan tələbələri də toplayır. Bu da
dövlətçün ağırlıqdır - baĢqa türk ölkələrindən aĢağı-yuxarı on minlərcə tələbə oxuyur və
bunların hamısının təhsil xərci Türkiyənin üstünə düĢür. Bu qədər insanı oxutmağa, oxuduğu
müddətdə yaĢatmağa milyonlarca dollar xərc lazımdır. Doğrudur, indi Türkiyə bu nəhəng
xərci öz xalqının boğazından kəsərək çəkməli olsa da türk dövlətlərinin gələcəyi üçün bu
xərcdən qat-qat artıq olacaq mühüm strateci qazancın özülünü qoyur - onun yetiĢdirdiyi
kadrlar türk xalqlarının milli tərəqqisində əvəzsiz xidmət göstərəcəklər. Onlar daha Moskvanın
yetiĢdirdiyi, Tehranın yetiĢdirdiyi manqurd düĢüncəli uĢaqlar olmayacaqlar. Bunlar əsl türk
məfkurəsiylə, türk əxlaqıyla böyümüĢ aydınlar olacaqlar, indiyədək yalnız arzularımızda
mövcud olmuĢ böyük yeniliyin əsasını qoyacaqlar. Bu, çox sevindirici haldır...
Bəy, xatırlatmaq istəyirəm ki, Türkiyəyə ilk dəfə olaraq məhz bizim hakimiyyət dövründə 2
mindən artıq tələbə göndərildi.
Çox düzdür. O zaman rəhmətlik Turqut Özalla söhbət etdik, mənə söz verdi ki, Türkiyə hər il
Azərbaycandan 2 min tələbə götürəcək və onların bütün təhsil xərclərini ödəyəcək. Əgər biz
beĢ il hakimiyyətdə qalsaydıq bu, 10 min tələbə edəcəkdi. Ancaq bizdən sonra bunun
üstündə durmadılar, hər Ģey pozuldu, yarımçıq qaldı. Bizdən sonrakıların siyasətinin ən
mənfur cəhətləridən birisi o oldu ki, özümüzdə neyləmiĢdi cəhənnəmə, gərək Türkiyənin
yaratdığı Ģəraiti dağıtmayaydı; həmin həqiqətən qardaĢlıq yardımından istifadə etməklə
gələcək çatıĢmazlıqları aradan götürməkdən ötrü böyük kadr potensialı, kadr ehtiyatı yarada
bilərdik. Bu da xəyanətin bir üzüdür. Bu da indikilərin öz siyasətlərini xalqa xidmət üstündə
yox, ancaq xalqı dağıtmaq üstündə qurduqlarını əyani göstərir.
Bütün bu olub-keçənləri düĢündükcə elmlə məĢğul olmaq həvəsim də ölürdü. Bəzən
istəyirdim ki, bir elmi iĢi yazım. 2-3 gün yazırdım, sonra öz-özümə deyirdim ki, mən oturub
burada elmi kitab yazıram və oradasa cəmiyyət aĢılanır; gərək daha çox mübarizəyə üstünlük
verəm.
Yəni siyasi fəaliyyəti elmi fəaliyyətdən daha faydalı sayırdınız?
Bəli. Ona görə də çalıĢırdım müsahibələr verim, radiolarda çıxıĢ edim, xaricə məlumatlar
çatdırım ki, Azərbaycanın taleyi dünyanın siyasi gündəmindən düĢməsin, daha çox marağı
bura çəksin. Türkiyə qəzetlərinə, televiziyalarına tez-tez müsahibələr verirdim ki, Azərbaycan
problemi Türkiyənin də diqqətindən qaçmasın. Buna çox vaxt sərf edirdim. Elmi məsələlərə
gəlincə, məni çox maraqlandıran bir problem üzərində müəyyən qədər iĢlədim, sonra gördüm
ki, ədəbiyyat çatıĢmır. Bilirsiniz, kəndə sifariĢlə 5-6 kitabı gətirtməklə özünü tam razı salacaq
əsər yaratmaq olmaz. Bununçün gərək mərkəzdə yaĢayıb böyük kitabxanalarda aylarla
oturasan ki, ortaya sanballı əsər qoya biləsən.
Mən uzun müddət - 20 il apardığım araĢdırmalar nəticəsində belə qəti qənaətə gəldim ki,
dünya mədəniyyətinin mərkəzi ġumer deyil. Çoxları, məsələn, Kramer yazır ki, "Tarix
ġumerdən baĢlayır", yəni yazılı tarix oradan baĢlayır.