Radiolardan ən çox qulaq asdığım "Azadlıq", "Amerikanın səsi", bir də "Bi-Bi-Si"ydi. "Azadlığ"ı
heç vaxt buraxmırdım. Kələkidə qaydadır - hər gün axĢam saat 8-də hamı "Azadlığ"a qulaq
asır. Bunlardan əlavə, gecə 12-dən 4-ə kimi rusca "Svoboda"nı da dinləyirdim, çünki onun
məlumatları daha geniĢ olurdu. Mən bütün bu radiolara minnətdaram ki, Kələkidə gecələr
mənim həmdəmim olublar.
Ġmkan tapanda Türkiyə telekanallarına da baxırdım. Elə olurdu ki, gecə saat 5-ə kimi
radiolara qulaq asır, gündüzlərsə qəzet, kitab oxuyurdum.
Ġlk vaxtlar silahdaĢlarınızın çoxu Kələkidə Sizinlə bir yerdəydi. Onlar tədricən Bakıya qayıtdılar,
demək olar ki, tək qaldınız. Bundan sonrakı həyatınızın dustaqlıqdan da ağır keçdiyini
jurnalistlərə söyləyirdiniz. Bu ağırlıq daha çox nələrdən irəli gəlirdi?
Ġlk növbədə ona görə ağırdı ki, yanımda olan qohumların, dost-tanıĢların taleyi qeyri-
müəyyəndi. Hər an çığırır, hay-küy salırdılar ki, Kələkidə quldur dəstəsi var, silahlı dəstə var.
FikirləĢirdim, görəsən, bunların arxasında nə gizlənir? Yəni istənilən vaxt Kələkiyə hücum edib
adamları həbs edə, öldürə bilərdilər. Bu qorxu məni həmiĢə böyük gərginlik altında saxlayırdı.
QonĢu kəndlərin camaatı da deyirdi ki, bura qoĢun gəlsə çıxıb özümüzü tankın altına
atacağıq.
Həbsxanada belə Ģeylər olmur axı. Bilirsən ki, müəyyən vaxta kimi burada oturacaqsan.
Kənddəsə bilmirsən ki, sabah nə baĢ verəcək, təkcə sənin özünü yox, səni əhatə edən sadə
insanları, heç bir təmənnası olmayan qadınları, uĢaqları, qocaları nə gözləyir! FikirləĢirdim ki,
onların baĢına bir iĢ gəlsə, kimsə tələf olsa bu qan mənim boynumda qalacaq. Bunları
düĢünmək mənimçün, inanın, cəhənnəm əzabından da ağırdı! Gücümü ona yönəldirdim ki,
heç bir hadisə baĢ verməsin. Ancaq bir də eĢidirdim ki, Ordubadda, yaxud ġərurda cəbhəçiləri
tuturlar - guya onlar silah gəzdirirlər. Halbuki hamısı ağ yalandı. Bu insanlar mənim
tərəfdarım olduqlarına görə məhv edilir, məni müdafiə etdiklərinə görə həbsxanalara
atılırdılar. Bu hakimiyyət məni müdafiə edənləri aradan götürməklə istənilən vaxt Kələkiyə
qarĢı hər hansı əməliyyat həyata keçirməyə Ģərait yaratmaq istəyirdi.
Çox ciddi manevrlərin, Amerika səfirliyinin, Türkiyədəki müəyyən partiyaların, cəmiyyətlərin,
ayrı-ayrı Ģəxslərin (onların hamısına dərin minnətdarlığımı bildirirəm) təzyiqi, müdaxiləsi
nəticəsində Kələkiyə dəfələrlə hazırlanmıĢ hücum əməliyyatları yarımçıq dayandırıldı. Gecə
saat 3-də olası hücum bəzən saat 2-də dayandırılıb. (Ertədən yolda gördüyümüz polislər gecə
hücum olacağını bildiriblər, biz də o məlumatı konsulluqlar, səfirliklər vasitəsilə dünyaya
yaymaqla həmin hücumun qarĢısını almıĢıq).
"6 min - 7 min il qabaq Azərbaycan mədəniyyəti olub - böyük Kür-Araz
mədəniyyəti! Bu mədəniyyət sonralar ġumerə keçib"
Bəy, 1996'nın mayında Kələkidə qonağınız olarkən öyrəndim ki, elmi yaradıcılıqla da
məĢğulsunuz. Ümumiyyətlə, Kələki dövründə elmimizə Sizdən nə qaldı?
Mən Kələkidə daha çox oxumaqla, radio, televiziya vasitəsilə məlumat, informasiya almaqla
məĢğul olurdum. Bu, çox vaxt aparırdı. Bakıdasa buna az vaxt gedir, çünki mətbuatın ümumi
müzakirəsi bir yerdə olur, bilirsən nə var, nə yox. Mətbuat xidmətinin adamları da ümumi
məlumatı toplayıb verirlər. Kələkidə bu, əlbəttə, o qədər asan deyil, ona görə də bütün
qəzetləri oxumağa məcburdum. Bunda bir marağım da vardı - Azərbaycanda çıxan bütün
qəzetləri oxuyurdum görüm mətbuatımız necə inkiĢaf edir. Düzdür, öz haqqımda yazılanları
da oxuyurdum, ancaq daha çox bilmək istəyirdim ki, mədəniyyətimiz yüksəlir, yoxsa yerində
sayır.
Mənimçün qələm sahiblərini tanımaq da maraqlıydı. Çoxlu gənc jurnalistlər yetiĢirdi. Bu nəslin
necə inkiĢaf etməsini, içərisində hansı iĢıqlıların olduğunu, hansıların ancaq siyasətə və
demokratiyaya, hansıların dedi-qoduya xidmət etdiyini izləməyə çalıĢırdım. Buna marağım
vardı.
Ümumiyyətlə, mənim çox böyük arzumdur ki, Azərbaycanda mətbuat inkiĢaf etsin,
geniĢlənsin. Bəzən hansısa bir ölkədə, məsələn, 1000 jurnalistin toplantısının keçirildiyini
eĢidəndə buna həsəd aparıram - kaĢ yaxın vaxtlarda Azərbaycanın da heç olmazsa 500-700
jurnalistinin qurultayının keçirildiyini eĢidəydik, yəni bu boyda söz əsgərləri ordumuzun
olduğunu görəydik. Düzünə qalanda, jurnalistikamızın inkiĢafından narazı da deyiləm, çünki
yazarlarımız belə ağır Ģəraitdə həqiqətən fədakarlıq göstərirlər - aylarla pul yox, maaĢ yox,
yaxĢı geyimləri yox, evdə yeyimləri yox, normal yaĢayıĢ Ģəraitləri yox, bunun heç gileyini,
davasını da etmirlər.
Əksəriyyəti kirayədə qalır.
Əksəriyyəti kirayədə, yataqxanalarda yaĢasa da onlar bir milli duyğunu, ruhu yaĢadan
adamlardır. Onların həlledici qismi gənclərdir. Hiss edirlər ki, Azərbaycan dövləti təzə qurulub
və istəyirlər ki, gözəl bir demokratik dövlət qurulsun, onlar da gələcəkdə bu dövlətin
təmsilçiləri olsunlar.
Mən Ġranla, Orta Asiya dövlətləriylə müqayisə edəndə sevinirəm ki, Asiyayla Avropanın
qovĢağındakı dövlət kimi biz nisbətən inkiĢafdayıq və daha çox Avropa yönündə, demokratiya
yönündə inkiĢaf edirik - bu, çox yaxĢıdır.
Mən Türkiyə televiziyalarına da baxırdım, çünki Türkiyə həyatı mənimçün çox maraqlıdır və
bu həyatı kənddə, demək olar ki, ikiqat artıq öyrəndim. Qabaqlar Türkiyənin siyasi həyatını
belə geniĢ Ģəkildə bilmirdim. Televiziya veriliĢləri vasitəsilə türkiyəlilərin dinə, laikliyə
(dünyəviliyə), cümhuriyyətə münasibətlərini, toplumun ümumi fikirlərini, düĢüncə tərzini,
nəylə maraqlanıb nəyə laqeyd qaldığını özümçün müəyyənləĢdirməyə çalıĢırdım. Nəticədə
belə qənaətə gəldim ki, Türkiyədə xalq çox sevimli, güclüdür, insanlar çox həssas, yurdsevər,
millət uğrunda ölümə hazırdır, amma toplumun ümumi səviyyəsi aĢağıdır.
Savadını nəzərdə tutursunuz?
Bəli, ümumi dünyagörüĢü, siyasi savadı, çağdaĢ dünyaya baxıĢı çox aĢağıdır, geri qalıb.
Bunun da kökünün savadsızlıqda olduğunu tapdım. Sovet imperiyasının pis olmasına
baxmayaraq çox güclü təhsil sistemi vardı. Səkkizilliyi, onilliyi hamı məcburi oxuyub qurtarırdı,
insanlar pis-yaxĢı savad, bilik alırdılar. EĢidəndə ki Türkiyədə 9 milyon 600 min adam yazıb-
Dostları ilə paylaş: |