Bataqlıq bir çox hallarda bizdə natəmizlik və xəstəlik
mənbəsi ilə assosiasiya yaradır, lakin onun çoxtərəfli
əhəmiyyəti haqqında çox az insanda məlumat vardır. Bataqlıq
rütubət bol olan ərazilərə aid edilir. Müasir izahatlara əsasən
onların sayına bataqlıqlar, torflu yerlər, təbii və ya süni, daimi
və ya müvəqqəti, axan və ya axmayan, şirin, bir az duzlu və ya
duzlu su anbarları, qarşılıqlı dövriyyə zamanı dərinliyi 6
metrdən çox olmayan dəniz akvatoriyası da əlavə olunur.
Rütubət bol olan ərazilərə yeraltı suların üfüqünün torpağın
səthində və ya onun yaxınlığında olduğu və ya torpağın bir az
su ilə örtülü (su nisbəti) olduğu yerlərdə təsadüf edilir.
Rütubət bol olan ərazilərin dəqiq ümumi sahəsi məlum
deyil, amma Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühitin
Mühafizə Proqramının Konservasiya Monitorinq Mərkəzinin
məlumatlarına əsasən, rütubət bol olan ərazilər Yer kürəsinin
səthinin təxminən 6%-ni tutur və 5,7 milyon kvadrat kilometr
ərazini təşkil edir.
Rütubət bol olan ekosistemlər təbii zənginliyimizin
əhəmiyyətli və çoxfunksiyalı bir hissəsidir. İnsanın
sağlamlığının və firavan həyatının mühafizəsi üçün dünya
miqyasında bu cür ekosistemlər əvəzolunmazdır.
Toxunulmamış, təbii cəhətdən fəaliyyətdə olan rütubət bol
ekosistemlərdən alınan fayda daha çoxdur, nəinki onların
başqa məqsədlər üçün istifadəsi ilə və eləcə də onları kənd-
təsərrüfatı torpaqlarına keçirməklə alınan qısa müddətli fayda.
Tədqiqatlara əsasən Taylandda manqro meşələrinin xırda
dəniz xərçənglərinin ferması ilə əvəz olunması, Kanadada
intensiv kənd təsərrüfatı istehsalında suvarma üçün şirin sudan
istifadə və Filippinin mərcan riflərində həddən artıq balıq
tutma təcrübəsi göstərdi ki, uzunmüddətli perspektivdə
rütubət bol olan ekosistemin qorunması və sabit istifadə
halında alınan fayda ilə müqayisədə, bu cür əməllərlə 60-75%
az fayda əldə ediləcəkdir. Rütubət bol olan ekosistemlərin
dəyişkən ətraf mühitlərə olan sürətli adaptasiya bacarığı insan
həyatı üçün əhəmiyyətli olan suyun və biomüxtəlifliyin
saxlanması və ümumiyyətlə, insanın yaxşı güzəranının təmin
edilməsi üçün onların rolunu gücləndirir.
Rütubət bol olan ərazilərin funksiyaları
Rütubət bol olan ərazilərin xidmət spektri genişdir. Aşağıda
onların bəzi funksiyaları verilir.
Selə nəzarət funksiyası. Müxtəlif tip rütubət bol olan
ekosistemlər başqa-başqa vəziyyətlərdə selin qarşıının
alınması üçün əhəmiyyətli rol oynayırlar. Məsələn, bəzi
çayların yuxarı hissəsində olan torf bataqlığı və rütubətli
çəmənlər yağış suyunu sovurmaq qabiliyyətinə malikdirlər.
Bununla suyun torpağa hopmasının qarşısı alınır və bu yolla
çay axınının həcmi və sürəti azalır. Bu isə çayın aşağı
hissəsində su axınının qarşısının alınmasına səbəb olan suyun
səviyyəsinin yavaş-yavaş artımını təmin edir.
Böyük çayların müəyyən sahələrində, çəmənliklərdə geniş
gölməçələr yaranır, məsələn, Nİl çayında (Afrtikada),
Missisipidə (ABŞ-da), Dunayda (Mərkəzi Avropada) və s.
Qarın əriməsi və ya güclü yağışların müddəti ilə üst-üstə
düşən təbii şəraitdə çaylar bolsulu olduğunda gur axınlar
həmin ərazilərdə yavaş-yavaş bölünür və selin qarşısının
alınmasına imkan verir.
Bu günə qədər rütubət bol olan ərazilərin seldən qorunma
funksiyasına iqtisadi dəyərin verilməsinə bir çox cəhdlər
edilirdi. Qeyd edilən qiymətləndirmə, bir qayda olaraq, rütubət
bol olan ərazilər qurudulduğu halda, seldən qoruyucu
tikililərin inşası və saxlanması üçün lazım olan xərclərin
hesablanmasına əsaslanır . Məsələn, Şotlandiyada beynəlxalq
əhəmiyyət kəsb edən 1 150 ha ərazidə seldən qoruyucu
tikililərin kapital xərci bir neçə milyon funtla müəyyən olunur,
Dunay çayının isə hələ daşqınlardan sonra qalmış
gölməçələrinin seldən müdafiə funksiyası 1995-ci ildə 650
milyon avro dəyərində qiymətləndirilmişdi.
Sahil zonasının sabitləşməsi və qasırğalardan müdafiə
funksiyası. Sahilin rütubət bol olan ekosistemləri, yəni ki,
riflər, sahilyanı meşələr, duzlu bataqlıqlar, laquna və estuariy,
sahil zonasının sabitləşməsi və qasırğanın səbəb olduğu iri
dalğaların düşməsinin qarşısının alınmasında təbii
vasitələrdir. Bu cür ekosistemlərin bitki köklərinin sistemi
sahil zonasını dalğalardan və küləyin təsiri ilə yaranan
eroziyalardan qoruyur və qasırğa dalğalarının hündürlüyünün
azalmasını və onların dağıdıcı qüvvəsinin zəifləməsini təmin
edən fiziki baryeri təqdim edir. Rütubət bol olan ərazilərin
urbanizasiya, sənaye və ya kənd-təsərrüfatı məqsədləri üçün
qurudulması ciddi nəticələrə səbəb ola bilər. Belə ki, məsələn,
2005-ci ildə Katrina qasırğasının tüğyan etməsi nəticəsində
Yeni Orleanda (ABŞ) daşqınların (şəhərin 80%-ni su basdı)
böyük miqyaslarının səbəbini Missisipidə daşqın zamanı
gölməçələrin süni şəkildə qurudulması və çayın deltasının
təbbi mühafizə baryerinin – sahilin rütubət bol olan əraziərinin
erroziyasını adlandırdılar.
Rütubət bol olan ekosistemlərin yerinə yetirdikləri bu
funksiyaların iqtisadi faydası çox böyükdür. Bunun üçün Karib
dənizi ölkələrinin misalını gətirmək kifayət edər, burada
mərcan riflərinin yerinə yetirdikləri sahil zonasının mühafizə
funksiyası ilə alınan illik fayda 700 000-dən 2 milyon dollara
qədər dəyərləndirilir.
İngiltərədə, dəniz səviyyəsinin artmasına görə, Freyston
sahilində dalğaların təsiri ilə qoruyucu bəndin sıradan çıxması
təhlükəsi get-gedə artırdı. İlkin qiymətləndirməyə əsasən
bəndin zədələndiyi halda vurulan ziyan təxminən 20 milyon
funt sterlinqi təşkil edəcəkdi. 50 il ərzində isə bəndin təmirinə
və qorunmasına lazım olan vəsait 2,47 milyon funt sterlinq
dəyərində müəyyənləşdirilmişdi. Sahil zonasında təbii
qoruyucu zonanın (məs., duzlu bataqlıq məskəni) bərpa
olunma xərci 1,98 milyon funt sterlinq dəyərində
qiymətləndirildi. Bu sonuncu tədbiri həyata keçirmək qərara
alındı və nəticədə, bərpa olunmuş məskən yerli iqtisadiyyat
üçün 150 000 funt sterlinq illik fayda verdi. Bununla yanaşı
turistlərin sayı da 4 dəfə artdı, çünki vəhşi təbiətdə dincəlmək
imkanı onları çox cəlb edirdi.
Yeraltı suların səviyyəsinin artması funksiyası. Bir çox
rütubət bol olan ərazilər yeraltı sularla əlaqədardır və onlara bu
suların miqdarının və keyfiyyətinin nizamlanmasının
əhəmiyyətli funksiyası həvalə edilir. Su keçirən qruntla
xarakterizə edilən rütubətli ərazilər qrunt sularının
səviyyəsinin artmasında əhəmiyyətli rol oynayrlar. Su keçirən
qrunt suyun torpağa sızmasına imkan verir. Bu isə yeraltı
suların səviyyəsinin qalxmasını təmin edir və bu yolla onları
digər ekosistemlər və insanın istifadəsi üçün münasib edir. Öz
növbəsində, yeraltı suların yüksək səviyyəsi rütubətli
ərazilərin qidalanmasını təmin edir.
Tunisin (Şimali Afrika) 3600 ha boyunca rütubətli
ərazilərində qrunt sularının səviyyəsinin artmasının təbii
funksiyası qış yağışları mövsümünə təsadüf olunurdu. Qeyd
edilən ərazilər sonralar onlardan kənd-təsərrüfatı təyinatı ilə
istifadə etmək məqsədilə ötən əsrin 60-cı illərində quruduldu.
Həmin ərazilərdə yeraltı qrunt sularından isə suvarmada
istifadə edilirdi. Rütubət bol olan ərazilər qurudulduğundan
yeraltı suların səviyyəsi təbii yolla artmırdı. Nəticədə, qeyd
edilən ərazidə qrunt sularının səviyyəsi 1990-cı il üçün 9 metr
aşağı endi. Bu isə şoran suyun əmələ gəlməsinə və torpağın
şoranlaşmasına səbəb oldu. Bütün bu ərazilər yerli fermerlərin
başqa ərazilərə köçməsinə əsas verdilər.
Florida ştatında (ABŞ) 225 000 ha bataqlıq vahidini
“Floridanın su mənbəyi” adlandırırlar. Çünki o, öz növbəsində
çayın mənbələrini, gölləri, çayları və digər rütubət bol olan
əraziləri qidalandıran qrunt suları ilə zəngindir. Məhz bu
bataqlıqlar Floridanın günü-gündən artan əhalisini içməli su ilə
təmin edir və qrunt suyunu şoranlaşmaqdan qoruyur.
Bundan əlavə, Cənubi Nigeriyanın rütubət bol olan əraziləri
yerli əhalinin balıqçılıq və kənd təsərrüfatının birbaşa
mənbəyidir, qrunt sularının zənginləşdirilməsində də onların
əhəmiyyəti böyükdür. Bu isə yerli əhaliyə, hətta quraqlıq
mövsümündə də kənd-təsərrüfatı sahələrini suvardıqda qrunt
sularından istifadə etmək imkanını verir.
Suyun təmizləyici funksiyası. Suyun təmizlənməsində
çirkləndirici maddələri müasir çöküntülərdə, torpaq və ya
bitkilərdə saxlamaqla rütubətli ərazilər əhəmiyyətli rol
oynayırlar. Məsələn, bir qayda olaraq, kənd təsərrüfatı sektoru
və məişət və ya sənaye suları ilə əlaqəli olan biogenlərin (azot
və fosfor) yüksək qatılığı həmin ekosistemlər tərəfindən
əhəmiyyətli şəkildə azala bilər. Müvafiq olaraq evtrofikasiya
prosesi səthi sularda zəifləyir.
Evrtrofikasiya – azot və fosforun sıx miqdarına görə su
bitkilərinin kütləvi şəkildə çoxalmasına səbəb olur və nəticədə,
su hövzələrində digər canlı orqanizmlərin mövcud olması üçün
daha əhəmiyyətli oksigen tərkibinin azalmasına və işığın
keçməsinin çətinləşməsinə səbəb olur.
Rütubət sıx olan ərazilərdəki bir çox bitkilər
pestisidlərindən istifadə edərək sənaye tullantı sularının və
faydalı qazıntıların zəhərləyici maddələrini zərərsizləşdirmək
qabiliyyətinə malikdirlər. Məsələn, bəzi üzən bitkilər – su
hiasintləri (Eichhornia crassipes), su çiçəyi (Lemna) və su
qıjısı (Azolla) tullantı sularında olan ağır metalları (dəmir və
mis) sorub və onları özündə “saxlaya” bilirlər. Qida maddələri
və ağır metallarla çirkləndirilmiş suyun təmizlənmə bacarığı
eləcə də rütubətli ərazilərin sürətlə artan köklü bitkilərinə də
(qamış və su qamışı) çatır.
Hindistanda Kəlküttə şəhərində 300 balıqçı ailəsi məhdud
məsuliyyətli cəmiyyət yaratdı və 70 ha bataqlıq ərazisini
icarəyə götürdü və burada balıq fermasını qurmağı qərara aldı.
Qeyd edilən yer ağır metallarla, neft məhsullarının tullantıları
və yağlarla zəngin olan şəhərin axan suları ilə çirklənirdi.
Cəmiyyətin üzvləri qeyd edilən yerin təbii təmizlənmə yolunu
seçdilər və bu qabiilyyətə malik olan bitkilərdən istifadə
edərək bu yeri uğurlu balıq fermasına və kəlküttəlilər üçün
sevimli milli parka çevirdilər. 2005-2006-cı illərdə yalnız balıq
satışı ilə əldə edilən fayda 135 000 Amerika dollarını təşkil
edirdi.
Bataqlığın bəzi heyvanları da çirkləndirilmiş suyu
təmizləmək xassəsinə malikdirlər. Məsələn, dəniz ilbizlərinin
bu bacarığından ABŞ-ın şərq sahilində istifadə edirlər. Bu
heyvanlar suda üzən hissəcikləri, kimyəvi çirkləndiriciləri və
ya qidda maddələrini yox edə bilir. Bir dəniz ilbizi gün ərzində
200 litr suyu təmizləmək bacarığına malikdir.
Rütubət bol olan ərazilərin sutəmizləyici funksiyasının
iqtisadi dəyəri çox əhəmiyyətli ola bilər. Məsələn, ABŞ-ın
Nyu-York şəhərində 1997-ci ildə hesablamışdılar ki, şəhərin
çaylar hovuzunda rütubətli əraziləri qorumaq məqsədilə
torpağın alqısı və konservativ tədbirlərin keçirilməsi üçün
qoyulan 1.5 milyard ABŞ dolları dəyərində sərmaye tullantı
suların yeni təmizləyici tikililərinin inşası/əməliyyatı üçün
şəhərə lazım olan 3-5 milyard dollar xərcinin qarşısını ala
bilərdi.
Eləcə də Florida ştatından birinin beynəlxalq əhəmiyyətli
rütubət bol olan ərazilərinin müdafiəsi məqsədilə 1544 ha
sahədə süni bataqlığın yaradılması uğurlu təcrübə misalı ola
bilər. Bu layihə ilə süni bataqlıqda kənd-təsərrüfat sahəsindən
tullanılan fosforun qatılığını 5 dəfə azaltmaq mümkün oldu.
6
Bizim ətraf mühit
RÜTUBƏT BOL OLAN ƏRAZİLƏR
7