7
Bizim ətraf mühit
Metodoloji innovasiyalar
Biomüxtəlifliyin müdafiəsi və saxlanması
funksiyası. Digər ekosistemlə müqayisədə,
rütubət bol olan ərazilərin Yer kürəsinin yalnız
az hissəsini tutmalarına baxmayaraq, bu
ərazilərin əksəriyyəti bitkilərin və heyvanların
böyük rəngarəngliyi ilə seçilir və bu
rəngarəngliyin qorunması vasitələrindən
biridir. Növ rəngarəngliyi ilə həqiqətən də
sahil zonasının rütubət bol olan ekosistemləri –
manqro meşələri, mərcan rifləri və estuariyalar
seçilirlər. Məsələn, Avstraliyanın böyük rifi
1500 növ balıq və 8000 növ mollyuskun
evidir. Amazon hövzəsindəki şirin suda
balıqların 3000-dən çox növünə təsadüf edilir.
Endemik növlərin yüksək nisbəti rütubət
bol olan ərazilərin biomüxtəlifliyinin maraqlı
xassəsidir. Buna misal olaraq digər su
hövzələrindən uzun müddət ərzində fiziki
təcrid olunduğu üçün yeni, yalnız bu şərtlərə
vərdiş etmiş (Baykal gölü) göl növü təqdim
edilir. Sloveniyada böyük sahə tutan yeraltı
bataqlıqlarda, tam qaranlıq şəraitdə yalnız bu
yerə xas olan təkrarolunmaz fauna
formalaşıbdır.
Rütubət bol olan sahələrin dəyidirilməsi
onlardan asılı olan heyvanları nəsillərinin
kəsilmə təhlükəsi ilə üzləşdirəcəkdir. Rütubət
bol olan ekosistem növlərinin ən son
qiymətləndirilməsi ilə məlum oldu ki,
nəsillərinin kəsilmə təhlükəsi quşların 17 %-
nə, məməlilərin 38%-nə, balıqların 33%-nə və
amfibiyaların 26%-ə toxunur.
Təbii məhsullarla təminat funksiyası. Rütubət
sıx olan ərazilər insanın istifadə etdiyi bitki,
heyvani və mineral resursların mənbəyidir. Bu
ekosistemlərin məhsulları həm qida, eləcə də
tikinti və müalicəvi resurslardan ibarətdirlər. Bu
məhsullar yerli kiçik fermalardan başlamış,
çoxmillətli korporasiyalar da daxil olmaqla tam
miqyaslarla istifadə olunur.
Qlobal miqyaslarla rütubət bol olan
ekosistemlərin ən əhəmiyyətli məhsulunu 1
milyard insanın qida rasionunda əsas zülal
mənbəyi olan balıq təqdim edir. Balığın əsas
qida resursu olaraq əhəmiyyətinə
baxmayaraq, istifadə etdiyimiz balıq növünün
üçdə ikisinin həyat mərhələsinin hər hansı bir
dövründə sahilin rütubət bol olan
ərazilərindən asılı olmasını çox az insan bilir.
Bununla belə, ən azı 150 milyon insanın işlə
təmin olmasının və işə başlamasının
mənbəyini məhz balıq ovçuluğu təqdim edir.
Dünyanın 3 milyard insanı üçün çəltik əsas
qida məhsuludur və qlobal miqyasla istifadə
olunan kalorilərin beşdə birini təşkil edir.
Təxminən 100 beynəlxalq əhəmiyyətli rütubət
bol olan ərazi çəltik sahələrindən ibarətdir.
Onların ekoloji rolları böyükdür, xüsusilə də
beynəlxalq əhəmiyyətli miqrasiya quşlarının
növlərinin saxlanmasında.
Qida məhsullarından əlavə, məsələn,
manqro meşələri taxtanın, duzun, ev
heyvanlarının yeminin, ənənəvi müalicəvi
bitkilərin, toxumalar üçün limfanın, boyaların
və taninin mənbəyidir. Şimali Taylandda,
məsələn, manqro meşələrindən odun, bal,
qatran, xərçəng və mollyuskları tapmaq üçün
istifadə edirlər. Kəndlərdən birinin misalında
aparılan hesablamalar nəticəsində müəyyən
oldu ki, hər ailə üçün yalnız manqro meşəsinin
resurslarından istifadə etməklə alınan orta illik
fayda təxminən 924 ABŞ dollarına bərabər idi.
Yuxarıda sadalanan funksiyalardan əlavə,
rütubət bol olan ərazilərin iqlim dəyişkənliyini
mülayimləşdirmək və uyğunlaşdırmaq,
müasir çöküntüləri və qida maddələrini
saxlamaq və ötürmək, eləcə də istirahəti və
turizmi təmin etmək funksiyaları vardır.
Bu funksiyalar və Gürcüstanın rütubət bol
olan əraziləri haqqında məlumat növbəti
nömrədə təqdim ediləcək.
Rubrika “Orhus Mərkəzi Gürcüstanda”
layihəsi tərəfindən hazırlandı
“Bizim təbiət” rubrikası ilə Sizin üçün
maraqlı mövzular haqqında informasiya
almaq üçün əlaqə saxlayın:
Orhus Mərkəzi
Tbilisi, Qulua k.6 (Ətraf Mühit və Təbii
Resurslar Nazirliyinin binası)
tel.: 75 24 19
faks: 75 23 90
El-ünvan: info@aarhus.ge
İnternet səhifəsi: www.aarhus.ge
Simfonik orkestri öyrənirik
Şagirdlər bütün (I-IX) siniflərdə musiqinin fənn standartına
əsasən, mərhələlərlə orkestr alətləri və simfonik orkestrlə
tanış olurlar. Bu, geniş və əhatəli bir mövzudur və müəllimdən
ciddi hazırlıq tələb edir. Bunun üçün də ən yaxşı köməkçi
vasitə internet-resursları hesab edilir.
Qarşıdakı məqalədə “Musiqi müəllimi üçün faydalı internet
resursu” rubrikasını davam etdiririk. Sizə bu gün təqdim
etdiyimiz internet-resurslar məhz simfonik orkestrlə tanışlıq
məqsədini daşıyır. Biz konkret olaraq ifaçı kollektivlə - hər
hansı bir simfonik orkestrlə əlaqədar və onun internet-
səhifəsinə bağlı olan uşaqlar üçün təhsil internet-səhifələrinə
diqqət yetirdik. Bunlardır:
1. Nyu-Yorkun simfonik orkestrinin internet-səhifəsi:
http://www.nyphilkids.org/main.phtml;
2. Baltimor simfonik orkestrinin internet-səhifəsi:
http://www.bsomusic.org/bsokids/
3. Ostin simfonik orkestrinin internet-səhifəsi:
http://www.austinsymphonykids.org/;
4. Dallas simfonik orkestrinin internet-səhifəsi:
http://www.dsokids.com/default.aspx;
5. San-Fransisko simfonik orkestrinin internet-səhifəsi:
http://www.sfskids.org.
Uşaqlar üçün elmi-internet səhifə yüksək peşəkar səviyyəsi
və böyük təcrübəsi olan musiqi kollektivlərinin təşəbbüsü ilə
yaradılmışdır. Onlarla tanış olduqda görünür ki, müəlliflər
uşağın yaş xüsusiyyətləri və meylləri ilə yaxşı tanışdırlar.
İnternet-səhifəni bu yolla seçməklə belə bir tendensiyanı qeyd
etmək istəyirik ki, məşhur kollektivlər gələcək dinləyici
yetişdirməyi düşünürlər və həmin dinləyicini elə uşaq
dövründən musiqi sahəsinə yönəldirlər.
Məqaləmizdə bu cür resurslar arasında, zənnimizcə, ən
yaxşı olanını San-Fransisko simfonik orkestrinin
http://www.sfskids.org uşaqlar üçün elmi-internet səhifəsini
ətraflı şəkildə təhlil edəcəyik.
Saytın çox sadə quruluşu var və onda hərəkət etmək
asandır. Əsas səhifədə, mündəricatda ənənəvi rubrikalardan
əlavə (saytın xəritəsi, axtarış, kömək və s.), növbəti rubrikalar
verilmişdir:
n
Orkestr alətləri;
n
Musiqi laboratoriyası;
n
Simfonik musiqidə nə baş verir?
n
Radio.
İnternet-səhifəni açdıqda təntənəli musiqi xoş əhval-
ruhiyyə yaradır (L. Bethoven – V simfoniya, IV hissənin əsas
mövzusu), onun fonunda monitorda yerləşən çərçivədə teatral
pərdə açılır. Bu canlı üsul – teatr pərdəsinin açılışı orkestr
alətləri ilə tanışlıq üçün istifadə edilmişdir, onda orkestr
alətləri bağlantısını seçdikdə orkestrin düzülüşü sxemi açılır.
Bu sxemdə orkestrin hər hansı bir qrupunun üzərində düyməni
basmaqla onun düzülüş məkanı qeyd olunur, hansı ilə səhnədə
bu qrupun düzülüşü uşağın şüurunda həkk olunur. Hər bir qrup
– simli, nəfəslə çalınan taxta musiqi aləti, nəfəslə çalınan
dəmir musiqi aləti, təbil, öz növbəsində, yeni səhifədə ayrıca
bağlantıda təqdim edilir, bu səhifədə bütün qruplar qrafik və
mətni bağlantıların vasitəsilə verilir. Buradan hər biri qısa və
aydın şəkildə təsvir edilən fərdi alətlərə də keçmək olar. Onun
solo və orkestrdə səslənməsinin misalları verilir, eləcə də
musiqi aləti başqa-başqa rakursda detalları ayırmaq imkanları
ilə təsvir olunur.
Sayt orkestrlə tanış etməklə yanaşı məqsədli şəkildə
uşaqları dəvət edir və onları pedaqoji məharətlə müxtəlif növ
musiqili fəallıqlara cəlb edir.
Musiqili laboratoriya rubrikasında uşaqlara müxtəlif növ
oyunlara qoşulmaq, fərqli şərhlər arasında seçim etmək təklif
olunur. Laboratoriyada həvəsli formada, tam sadə şəkildə
musiqi nəzəriyyəsinin əsas anlayışları ilə tanış edirlər.
Şagirdlər hər anlayışla səslənmə ilə, qrafik, canlı şəkildə tanış
olurlar. uşaqlar üçün anlayışları uyğunlaşdırılmış mətn
müşayiət edir. Musiqili laboratoriyada verilən bağlantılardır:
n
Musiqi nəzəriyyəsinin əsasları. Onda maraqlı, həvəsli
forma ilə musiqi yazılarının əsası verilir – beşxətli not sistemi,
açarlar, ölçü və s.
n
Temp. Burada melodiyanın çox yavaş, orta, cəld, çox cəld
tempdə ifasını seçə bilərik. Bu, canlı metronimin hərəkəti və
zərb alətlərində ifaçının sürətinin artıb-azalması ilə ifadə
olunur;
n
Ritm bağlantısında takt – evdə hər hesablama
animasiyalarla verilmişdir. Uşaq otaqlarda yerləşmiş başqa-
başqa ritmik cizgini dinləyir;
Səs hündürlüyü. Burada müvafiq oktava hüdudlarında
klavişlərə toxunmaqla beşxətli sistemdə yerləşən 8 səsin fərqli
səslənməsi ilə tanış oluruq. Müəlliflər uşaqları informasiya ilə
yükləmək istəmirlər və misal olaraq not sistemində yazıldıqda
əlavə xətləri tələb etməyən fa səs sırasını (aliterasiya
əlamətinin görünməsinə səbəb olacaq fa-majoru deyil) verirlər.
n
Harmoniya, burada istifadəçiyə qısa melodiya və onun
harmonikliyinin üç variant: şən, kədərli, qorxu yaradan verilir.
Material elə çatdırılır ki, uşaq onu dinlədikdə eyni
melodiyanın şən, kədərli, qorxu yaradan səslənməsinin və
əhval-ruhiyyənin dəyişməsinin animasiyada təsvir olunduğunu
başa düşsün. Məsələn, gecə, zülmət və qaranlıqda uçan
yarasalar qorxu hissini kəskinləşdirirlər;
n
Simvollar, burada not yazısına bu və ya digər simvolu
daxil etmək musiqi frazasının müxtəlif səslənməsində ifadə
olunur;
n
Orkestr, burada üçsəsli melodiyanın hər səsi müxtəlif
tembrlə - I – fleyta, II – violonçel, III - tuba ilə ifadə olunur.
İstifadəçi hansı səsi, yaxud da səslərin hansı kombinasiyasını
dinləmək istədiyini özü seçir;
n
Musiqi əsərini ifa etmək, burada virtual klaviaturada
nömrələnmiş və müxtəlif rəngdə 10 səs rənglənmişdir. Bir
neçə məşhur melodiyanın not yazısı da bu cür prinsiplə
nömrələnmiş və rənglənmişdir. Bu cür yazı istifadəçiyə-uşağa
ifa etməkdə və oradaca onu dinləməkdə yardım edəcəkdir;
n
Musiqi kompozisiyasını yaratmaq, burada istifadəçi
səkkiz, müstəqil şəkildə verilən taktı istəyinə əsasən
ardıcıllıqla düzməli, dinləməli və onların arasında ən yaxşı
seçimi etməlidir (əlbəttə ki, bu melodiya elə tərtib edilib ki,
bütün ardıcıllıq az-çox münasibdir).
Radio rubrikasında uşaqlar peşəkar musiqinin yüksək-ədəbi
əsərləri ilə tanış olurlar. Radio şəklinin 6 düyməsi – “kanalı”
var və onlardan hər birində 7 musiqili parça verilmişdir.
Repertuar çox genişdir: İ. S. Bax, C. Rosin, İ. Stravinski, V. A,
Mosart, E. Elqar, A. Koplend, P. Çaykovski, R. Ştraus və digər
kompozitorların əsərləri. Hər parça ən çox 2-3 dəqiqə səslənir.
Simfonik musiqidə nə baş verir rubrikası San-Fransisko
simfonik orkestrinin konsert afişasını təqdim edir. Burada dörd
bağlantı verilir: ailə konsertləri seriyasından; uşaq
konsertlərindən – proqramın, auditoriyanın ehtimal yaşı (uşaq
bağçasının pillələri daxil olmaqla) və konsertin müddətini
göstərməklə; Çin Yeni ili, daim fəaliyyətdə olan konsert
MUSİQİ MÜƏLLİMİ ÜÇÜN FAYDALI İNTERNET RESURSU
8
proqramı - orkestr alətləri ilə tanışlığın müntəxəbat nümunəsi
hesab edilən S. Prokofyevin “Petya və canavar” əsəri.
İnternet-səhifə eləcə də musiqi ilə əlaqədar mövzuda
müxtəlif növ məktub göndərmək imkanını verir.
Saytın bədii tərtibatını kimsə bəyənməyə də bilər. Amma
düşünürük ki, bu halda ona yenə də yeniyetmələri cəlb etmək
funksiyası həvalə olunur və uşaqlar üçün məşhur olan televiziya
kanalını – JETİX (jetixtv.com) üslubunu təkrarlamaqla buna nail
olmaq olar. Təqdim edilən internet-resurslarla tanışlıq və
məktəb təcrübəsində istifadə etmək müəllimdən yüksək
səviyyədə inkişaf etmiş kompüter bacarıqlarını tələb etmir.
Onların istifadəsi və tətbiq edilməsi dərs təcrübəsində ingilis dili
və informasiya texnologiyaları müəllimi ilə fəallıqları birgə
planlaşdırmağın yaxşı imkanını verir.
Məktubun sonunda iki şərhimiz vardır:
“Dialoq” qəzetində eyni rubrika altında dərc edilən “Hansı
melodiyanı seçdiyimi necə bilim?” məqaləsində musiqi
müəllimini müxtəlif növdə ifa edilən melodiyanı, musiqi
motivini eyniləşdirməkdə dinləyiciyə yardım edən internet-
səhifə ilə tanış etdik. Bu məqalənin yaratdığı əks-sədada bir
çox hallarda, internetin olmadığına görə, sinifdə praktiki işdə
internet-resurslardan istifadə etməyin müəyyən çətinliklərin
yaratdığı qeyd olunurdu.
Nəzərinizə çatdırırıq ki, bu problemin həllinin effektli yolu
vardır. Bu barədə aşağıda söhbət aparacağıq. İnternet-resurslarla
praktiki iş zamanı qeyd olunan problemi olan şəxslərə off-layn
brauzerlərindən istifadə etməyi təklif edirik. Off-layn brauzer –
kompüterdə internet səhifənin lokal yüklənməsinə və onun
avtonom rejimdə nəzərdən keçirilməsinə imkan verir. Yüklənən
sayt tam olaraq daxili bağlantıların onun başqa-başqa
direktoriyaları arasında quruluşunu saxlayır. Belə ki, onda
internetdə yerləşən orijinal saytda olduğu kimi, hərəkət etmək
mümkündür. Qeyd etmək istərdik ki, bu cür proqramlar, öz
funksiyalarından irəli gələrək internetin çatdırılma imkanlarına
baxmayaraq çox məşhurdurlar.
Bu növ məşhur proqramlardan (Offline Explorer, Teleport,
WebCopier, HTTrack, Website Extractor və sairələr) xüsusilə
HTTrack Website Copier 3.43-9 resurslarını ayırırıq.
HTTrack Website Copier 3.43-9. kiçik ölçülü effektli
proqramdır (utilita). O, pulsuz lisenziya ilə yayımlanır.
Proqramı onu yaradan saytdan (http://www.httrack.com)
pulsuz lisenziya ilə yükləmək olar. Bizim seçimimizə
əhəmiyyətli şəkildə o da səbəb olur ki, HTTrack orta istifadəçi
səviyyəsinə çox uyğundur – geniş yayılmış Windows və Vista
platformalarında işləyir. Onun çoxdilli interfeysi vardır, yaxşı
konfiqurasiya olunmuşdur. Onda HELP sistemi çox yaxşı
inteqrallaşdırılmışdır. Ehtiyac olduğu halda onu pozmaq çox
asandır. Resume funksiyası da vardır, yəni məqsədli internet-
saytının yüklənməsi internet bağlantı kəsildikdə başdan deyil,
mövcud vəziyyətdən davam edir. İnternet səhifənin
yüklənməsinin təşkili“vizard” vasitəsilə ardıcıllıqla aparılan
layihələr sistemi forması ilə həyata keçirilir. Burada
yüklənmənin dərinliyi, yüklənən faylların genişlənmə
seleksiyası və sairə göstərilə bilər.
Nəzərinizə çatdırırıq ki, yüklənən musiqili internet-səhifə -
http://www.sfskids.org - təxminən 20 MB həcmindədir və
onun lokal kompüterdən növbəti yayım üçün CD diskə
köçürülməsi çətinlik yaratmır.
Milli Tədris Planları və Qiymətləndirmə
Mərkəzinin musiqi üzrə eksperti
Rusudan Taxaşvili
8
îåæïáüëîò äåâïí ïõâäåæòïíò
æòçïòíò
þóþï ë÷òïóîò
ìïîåæïáúòë êëäåãòï:
íïàòï öëõïûå
åêïüåîòíå ìäëâòíìêò
àïèïî öïñåäò
ISSN 1987 - 6734
UAC (óïê)37 æ-433
åîëâíóäò ìïìùïâäë ãåãèåþòìï æï øåôïìåþòì úåíüîò
èòìïèïîàò: 0102 àþòäòìò, æòèòüîò óçíïûòì ¹52, ëàïõò ¹245
e-mail: dialogi@ganatleba.org üåä: 14-38-31
âåþ-ãâåîæò: www.ganatleba.org
Metodoloji innovasiyalar
Peşə təhsili
MUSİQİ MÜƏLLİMİ ÜÇÜN FAYDALI İNTERNET RESURSU
Dərs məqsədi tədris prosesinin zəruri komponentidir. Məhz
dərs məqsədi şagirdləri və ya tələbələri trimestrdə, dərs ili
ərzində və sonra necə qiymətləndirməyimizi müəyyənləşdirir.
Əgər ki, sonda nəyə nail olmaq istədiyimizi bilməsək, o zaman
tədris prosesinin effektliyini təyin etmək mümkün deyil.
Müəllimlər şagirdlərin qiymətləndirmə meyarlarını təyin
etdikdə və testləri tərtib etdikdə məhz qarşıdakı məqsədlərə
əsaslanırlar. Məqsədlər fənnin spesifikasından və
mövzusundan irəli gələrək formalaşır. Riyaziyyat və peşə
ixtisası (məs.,mina, inşaat ixtisasları) müəllimi tərəfindən
formalaşmış dərs məqsədləri təbii ki, fərqli olacaqdır.
Dərs məqsədlərinin üç geniş sahəsi mövcuddur: elmi, affekt
(emosional) və psixomotor (vərdiş-bacarıqların) sahəsində
məqsədlər. Onlar məqsədlərin iyerarxiyası, yəni
taksonomiyanın adı ilə tanınırlar və konkret dərs məqsədləri
onlarda daha ümumi məqsədlər qrupunda birləşirlər.
Elmi sahədə dərs məqsədlərinin iyerarxiyası (taksonomiya)
Benjamin Blüm (Loom, Ratsohl & Asia, 1964) tərəfindən
hazırlanmışdır. O, 6 səviyyədən ibarətdir. Bu səviyyənin ən
aşağısı məlumat almaq və onu bərpa etmək, ən yüksəyi isə
qiymətləndirmə səviyyəsidir.
Misallar inşaat üzrə ixtisaslar sahəsindən gətirilmişdir.
Blümün koqnitik məqsədlərinin taksonomiyası
Emosiya sahəsində dərs məqsədlərinin iyerarxiyası Blüm
və Krasvol (Ratsohl, 1964) tərəfindən hazırlanmışdır. Onun
əsas meyarı bilməni daxilən qəbul etməkdir.
Axı məktəb və müəllimin funksiyası yalnız informasiyanı
çatdırmaq deyil, eləcə də şagirdin maraq sahələrini və
dəyərlərini formalaşdırmaqdır.
Qeyd edilən taksonomiyanın məqsədləri 5 mərhələdən
ibarətdir.
Birinci mərhələdə şagird müəyyən hərəkətlərin, məzmunların,
hadisələrin, dəyərlərin mövcud olmasını dərk edir və diqqətini
onlara yönəldir. İkinci mərhələdə - şagird qeyd edilən
hərəkətlərə, hadisələrə, dəyərlərə adekvat şəkildə reaksiya verir.
Onlara olan marağını ifadə edir, onları bəyənir və istəyir ki, qeyd
edilən məsələ ilə əlaqədar yenə də nə isə öyrənsin. Üçüncü
mərhələdə - o, bütün bunları mənimsəyir, qiymətləndirir, dərk
edir və təşkil edir ki, son mərhələdə şəxsin formalaşmasına təsir
göstərən bilik və ya dəyərlər mənimsənilsin.
Emosiya sahəsində Krasvolun taksonomiyası
Psixomotor sahəsində Deyv taksonomiyası
Psixomotor hərəkət özünü qorumaq və müstəqillik üçün
çox vacibdir. Bunun üçün də qeyd edilən taksonomiya xüsusilə
peşə və sənət ixtisaslarının müəllimlərini maraqlandıracaqdır.
Təlim şagirdlərin emosional, koqnitik (dərketmə) və
psixomotor sahədə kompleksiv inkişafına istiqam
ətl
-
əndirilməlidir. Dərketmə bacarıqlarının inkişafından əlavə,
əmək vərdiş-bacarıqlarının inkişafı da vacibdir.
Deyv tərəfindən hazırlanan psixomotor sahəsində
taksonomiya vərdiş-bacarığa sahibolma prinsipinə əsaslanır və
5 səviyyədən ibarətdir:
ìDərs məqsədləri və qiymətləndirmə meyarlarını
formalaşdırdıqda mütləq fənnin özünəməxsusluğunu nəzərə
almaq lazımdır. Amma peşə ixtisaslarının sahəsində yalnız
Deyv taksonomiyasından istifadə etmək məqsədəuyğun deyil
və burada dərketmə sahəsinin taksonomiyasını nəzərə almamaq
olmaz, çünki inşaat ixtisasına sahib olmaq təhlükəsiz əmək
texnikasının, binaların və tikililərin növlərinin, hissələrinin,
konstruksiya elementlərinin nəzəri biliyi xaricində təsəvvür
edilməzdir. Məqaləni Dimitri Uznadzenin sitatı ilə başa
vururam: “fiziki əməyin bəhrəli şəkildə aparılması üçün
materialın xüsusiyyətini, alətin təsirini, texniki üsulları
dərrakəli şəkildə nəzərə almaq lazımdır. Bütün bu dərketmə
fəallığı fiziki əmək kontekstində yerləşir”.
Milli Tədris Planları və
Qiymətləndirmə Mərkəzinin
Peşəkar təhsil üzrə eksperti
Nino Labartxava
əvvəli 7-cü səhifədən
PEŞƏ İXTİSASLARI SAHƏSİNDƏ DƏRS MƏQSƏDLƏRİ