Diaqnostika və texniki xiDMƏT



Yüklə 4,01 Mb.
səhifə32/52
tarix26.05.2022
ölçüsü4,01 Mb.
#88064
1   ...   28   29   30   31   32   33   34   35   ...   52
diaqnostika və texniki xidmət (1) (1)

Yorğunluq yeyilməsi sürtünən səthlərin dövri olaraq dəyişən yüklənmələrə (naqrujeniye) məruz qalması nəticəsində baş verir. Qeyd olunmalıdır ki, təmas (toxunma) yorğunluğu da yorğunluq yeyilməsi sinfinə daxildir. Bu yeyilmə zamanı sürüşmə və yellənmə xarakterli toxunma nəticəsində yerli dağılma yuvalar (mənbələri), Eləcə də işçi həcmlərin mikrohəcmlərinin ayrılmaları məhz dağılmanın yorğunluq təbiəti ilə əlaqədardır.

Molekulyar-mexaniki yeyilmə

Molekulyar-mexaniki yeyilmə

Adgeziya yeyilməsi

Sürtünən işçi səthlərin lokal (müəyyən hüdudlara) təmas zonalarında intensiv molekulyar (adgeziya) qarşılıqlı təsiri zamanı yaranan qüvvənin sürtünmə səthlərinin səth qatı ilə səthin əsas materialının birləşmə qüvvəsindən artıq olması nəticəsində baş verir. Əlbəttə ki, bu proses sürtünən səthlərin mexaniki qarşılıqlı təsiri zamanı baş verir (mikrokələkötürlüklərin qarşılıqlı təsiri zamanı). Nəticə etibarı ilə bu proses səth qatının potensial enerjisinin əhəmiyyətli dərəcədə dəyişməsi ilə müşayiət olunur.

Sürtünmə səthlərində yeyilmə nəticəsində yaranan qatın paylanması şəraitində gedən yeyilmə

Sürtünmə prosesində gedən özünəməxsus mexaniki kimyəvi proseslərdə yaranan nazik və yumşaq, qatışmış qatın sürtünən səthlər arasında paylanması, səthlər arasındakı sürtünməni minimuma endirir və təzyiqin sürtünmə səthi boyunca bərabər paylanmasını təmin edir.

Korroziya-mexaniki xarakterli yeyilmə

Korroziya-mexaniki xarakterli yeyilmə

Oksidləşmə yeyilməsi

Sürtünən səthlərin materialı ilə oksigen arasındakı qarşılıqlı təsir nəticəsində sürtünmə səthində yaranan qoruyucu təbəqə şəraitində gedən sürtünmə prosesi oksidləşmə yeyilməsi adlanır. Yellənmə sürtünməsi zamanı oksidləşmə (sürtünməsini) yeyilməsinin xüsusiyyəti ondan ibarətdir ki, səth qatlarında gedən deformasiya prosesləri (xüsusilə dövrü olaraq dəyişən yük şəraitində) bu qatlara oksigenin diffuziyasını və onun metalla qarşılıqlı təsirini asanlaşdırır. Plastiki deformasiyaya məruz qalan və oksigenlə zəngin səth qatı dövrü dəyişən yükün təsiri altında kövrək dağılmaya məruz qalır və sonra da bu proses növbəti səth qatında təkrar olunur.


Yüklə 4,01 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə