Diaqnostika və texniki xiDMƏT

Frettinq-korroziya yeyilməsi

Yüklə 4,01 Mb.
səhifə33/52
tarix26.05.2022
ölçüsü4,01 Mb.
#88064
1   ...   29   30   31   32   33   34   35   36   ...   52
diaqnostika və texniki xidmət (1) (1)

Frettinq-korroziya yeyilməsi Bu növ yeyilmə təmasda olan metal səthlərin vibrasiya (titrəmə) və ya periodik (dövri) olaraq konstruksiya elementlərinin deformasiyası nəticəsində rəqsi xarakterli nisbi yerdəyişmələri zamanı baş verir. İşçi səthlərin frettinq-korroziyaya məruz qalan sahələrində tutuşma, abraziv dağılması, yorğunluq-korroziya halları baş verir.

İstismar şərtləri, materialın keyfiyyəti, mexaniki işləmədən sonra səthlərin keyfiyyəti, sürtünmə növü və yağlama, sürtünən səthlərin yeyilmə sürəti, nisbi təzyiq və.s. texnoloji avadanlığın hissələrinin yeyilməsinə təsir edən amillərdir.
Texnoloji avadanlıq çətin istismar şəraitində işlədiyindən böyük dəyişən yüklərə məruz qalır, abraziv və korroziya yeyilməsinə uğrayır. Buna görə hissələrin materialını seçərkən bu amilləri nəzərə almaq lazımdır.
Polad hissələrin yeyilməsi onun bərkliyindən, tərkibində karbohidrogenin miqdarından, legirləyici elementlərdən asılıdır. Bərkliyin və karbohidrogenlərin artması ilə poladın yeyilməyə davamlılığı artır. Abroziv yeyilməyə məruz qalan hissələr üçün yüksək karbohidrogen tərkibli polad seçirlər, yüksək möhkəmlik əldə etmək üçün sementləmə, tablandırma və.s – dən istifadə edirlər. Legirləyici elementlər poladın yeyilməyə davamlılığını artırır.

Yük təzyiqlərində işləyən hissələr üçün möhkəmlikdən başqa özlülük də vacibdir. Az karbohidrogenli poladdan hazırlanmış hissələrin səthi istilik işlənməsinə uğrayır, yüksək səthi möhkəmliyə və özlülüyə malik olurlar, həmçinin güc təzyiqlərinə müqavimət göstərirlər. Sürtünmə şəraitində işləyən oymaq və içliklər çuqun və əlvan ərintilərdən hazırlanıb antifriksion xassələrə malikdirlər, yeyilməyə davamlıdırlar, plastikdirlər və korroziyaya davamlıdırlar.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   52

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə