Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə66/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   62   63   64   65   66   67   68   69   ...   78

 
198 
çox  hissəsini  –  fəhlələri,  qulluqçuları,  ziyalıları  və  hətta 
kolxozçuları, yəni hələ də sosializmi rifah, bolluq jəmiyyəti kimi 
(işləmədən  də  mövjud  olmaq  üçün  «qazanmağın»  mümkün 
olduğu  jəmiyyət  kimi)  təsəvvür  edənləri  qorxudurdu.    İkinjisi, 
zəruri  ideoloci və siyasi biliyin olmaması (siyasi təjrübədən hələ 
söhbət  belə  getmirdi)  da  bu  prosesə  öz  mənfi  təsirini  göstərirdi. 
Belə  bir  vəziyyətdə  hər  bir  partiya  təşkilatı  qorxu  və  risk, 
inamsızlıq, qarşılıqlı anlaşılmazlıq şəraitində fəaliyyət göstərirdi. 
Çoxpartiyalılıq  şəraitində  fəaliyyət  göstərən  partiyalar  öz 
qısa  tarixi  təjrübəsindən  deyil,  inkişaf  etmiş  demokratiya 
şəraitndə    fəaliyyət  göstərən  xariji  partiyaların    təjrübəsini  – 
parlamentarizmi,  çoxpartiyalılığı,  hakimiyyət  mandatı  uğrunda 
rəqabət mübarizəsini diqqətlə öyrənməlidir. 
Çoxpartiyalılığın  aşağıda  göstərilən  bir  sıra  mənfi  jəhətləri 
də vardır: 
-  siyasi  partiya  mənsubluğu  müəyyən  mənada  çərçivə 
yaradır, bir çox məsələlərə partiya prinsiplərindən  yanaşma tələb 
olunur,  rəqib  partiya  üzvünün  fəaliyyəti  rəğbət  yaratmır,  bir  çox 
hallarda dövlət mənafeyi deyil, partiya mənafeyi ön plana çəkilir; 
-  partiyalararası  fasiləsiz  mübarizələr  hakimiyyəti  zəiflədir, 
enerci siyasi mübarizəyə sərf olunur; 
-  siyasi  mübarizədə  ehtiraslar  qızışır  və  arzuolunmaz 
mübarizə  formaları,  üsulları  ortaya  çıxır  (qara  piar  –  PR),  bu 
proseslər jəmiyyətin mənəvi dəyərlərini zədələyir; 
-  iqtidar  dövrünün  zaman  baxımından  məhdudluğu  bir  çox 
hallarda  fürsətdən  sui-istifadə  həvəsinin  yaranmasına  səbəb  olur 
və s.  
Sosial  təbəqələşmə  öz  parlaq  ifadəsini  ijtimai-siyasi 
təşkilatların  və  birliklərin  yaranması  və  yox  olmasında,  siyasi 
partiyaların  rəqabəti  və  konsolidasiyasında,  partiyalararası 
blokların  və  ittifaqların  yaranması  və  dağılmasında  tapır. 
Azərbayjan  Respublikasında  kütləvi  partiyalaşma  prosesində  
100-dən  çox  partiya  yaranmış  (onların  50-dən  çoxu  dövlət 
qeydiyyatından keçmişdir), bu partiyaların bir çoxu öz aralarında 
ittifaq yaradaraq iri  təşkilatlarda birləşmişlər. 


 
199 
Çoxpartiyalılığın  digər  mühüm  tərəfi  jəmiyyət  qarşısında 
qoyulan mühüm vəzifələri reallaşdırmaq qabiliyyətinə malik olan 
ijtimai  qüvvələri,  partiyaları  və  liderləri  seçmək  imkanlarını  üzə 
çıxarmasıdır. Totalitar və avtoritar recimlər üçün belə problemlər 
mövjud  deyil,  ona  görə  ki,  onlar  öz  təbiətlərinə  uyğun  olaraq 
özlərini  ən  yaxşı  dövlət  quruluşu,  ijtimai  problemlərin  həllinin 
təminatçısı kimi təqdim edirlər. 
Siyasi  lider  siyasi  rəhbərliyin  mühüm  tərəfidir.  Liderlik  
siyasətin  birbaşa  yaradıjı  mahiyyətindən    irəli  gəlir.  Əsl  siyasət 
meydana  gələn  ziddiyyət  və  konfliktlərin  həlli  üçün  maraqların 
razılığa  gəlməsi  yollarının  axtarılıb-tapılmasıdır.    Bu,  siyasi 
fəaliyyətə 
 
xas 
olan 
təşəbbüskarlıq, 
innovasiyadır 
(yenilikçilikdir).  Jəmiyyətdə  insanlara  siyasi  rəhbərlik  edən 
liderlər  aşağıdakılardır:  ayrı-ayrı  siyasi  xadimlər,  təşkilatlar  – 
partiyalar, dövlət institutları (dövlətin, hökumətin başçısı), ijtimai 
təşkilatlar və  elitalar.               
Böyük  sosial  qruplara  münasibətdə  kollektiv  siyasi  lider 
problemi    bilavasitə  marksizm  tərəfindən  proletar  partiyası 
konsepsiyasını  işləyib-hazırlayarkən  irəli  sürülmüşdür.  Hazırkı 
dövrdə marksizmin və kommunist hərəkatının böhranı şəraitində 
partiya  konsepsiyası  –  kollektiv  siyasi  lider  konsepsiyası 
leninizmin tənqidçiləri tərəfindən inkar edilir.  Bu konsepsiya ilə  
zor güjünə idarə edən partiya obrazını bağlayırlar.   
«Siyasi lider» anlayışı «hakim partiya»  termininə nisbətən 
geniş  anlayışdır.    «Siyasi  lider»  anlayışı  hansısa  böyük  sosial 
qrupun    müəyyən  hissəsi  mənasını  verir.    Bu,  müəyyən  sosial 
qrupun  şüurlu,  nisbətən  aktiv  hissəsidir,  «bayraqdar»,  «tribun», 
müəyyən  nüfuza  malik  olmaq  qabiliyyətidir.    «Hakim  partiya»  
anlayışı  hakimiyyətdə  olan  və  idarə  edən,  sosial  funksiyaların 
yalnız  müəyyən  hissəsini  həyata  keçirən  kollektiv  liderlik 
mənasını verir.   
Partiyanı    siyasi  lider  elan etmək  hələ o demək  deyildir  ki, 
həqiqətdə belədir. Liderlik rəhbərin kulta (bütə) çevrilməsi ilə bir 
yerə  sığışmır.  Partiyalar  kollektiv  liderliyin  yeganə  fenomeni 
deyildir.  Bu  rolda  digər  institutlar,  siyasi  və  ijtimai  təşkilatlar, 


 
200 
prezident, hökumət və onun başçısı, parlamentin rəhbər orqanları, 
iqtisadiyyat  və  mədəniyyət  xadimlərinin  elitası,  digər  kollektiv 
qruplar ola bilər.   
Çoxpartiyalılığın  çox  mühüm  tərəflərindən  biri  siyasi 
hakimiyyətin  idarə  olunmasında  partiyaların  bir-birini  növbə  ilə 
əvəz  etməsidir.  Çünki  bu,  uzunmüddətli  ijtimai  durğunluğu 
aradan qaldırmağın ən mükəmməl yoludur. Qeyd etmək lazımdır 
ki, 
Azərbayjan 
Respublikası  prezident  tipli  respublika  
olduğundan        ijra    orqanlarına      müxtəlif    siyasi  partiya 
nümayəndələrinin jəlb edilməsi sahəsində problemlər mövjuddur. 
Məlumdur  ki,  parlamentli  respublikalarda  qanunveriji  orqana 
seçilən  müxtəlif  siyasi  partiyaların  deputatlarının    Nazirlər 
Kabinetini təşkil etmək  və ya onun tərkibinə düşmək ehtimalları 
çoxdur.  Bizdə  isə  ijra  orqanının    başçısı  prezident  özü 
olduğundan  həmin  strukturda  təmsil  olunmaq  hüququ  əsasən 
hakim partiyanın  üzvlərinə aid olur. 
Belə bir şəraitdə çoxpartiyalılığın formalaşması üçün siyasi 
vəziyyət aşağıdakıları tələb edir:  
-dövlət  tərəfindən  yardım  və  kömək  (maddi  kömək,  bina 
verilməsi və s.) edilməsi; 
-siyasi  partiyalara  münasibətdə  dövlət  siyasətinin  müəyyən 
edilməsi.  Burada  əsas  jəhəti  partiyaların  və  seçki  sistemlərinin 
qeydiyyata alınması təşkil edir; 
-partiya  sistemlərinin  ümumdövlət  mənafeləri  və  ijtimai 
tələbatlarla uyğunlaşdırılması; 
-yeni  sosial  strukturun  formalaşmasına,  o  jümlədən  orta 
sinfin əmələ gəlməsinə imkan yaradılması. 
Parlament  və  prezident  seçkilərinin  demokratik,  ədalətli 
keçirilməsi  siyasi  partiyaların  fəallığını  artırır,  yeni  siyasi 
partiyaların  formalaşmasına  müsbət  təsir  göstərir.  Seçkilərin 
azad, ədalətli, şəffaf keçirilməsi çox əhəmiyyətlidir. 
Seçki 
- partiyaların real güjünü müəyyənləşdirir; 
- partiyaları möhkəmləndirir, təjrübələndirir; 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə