Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə69/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   65   66   67   68   69   70   71   72   ...   78

 
207 
Azərbayjan    siyasi  spektrinin  sol  tərəfi    ümumiyyətlə  zəif 
görünür  və  demək  olar  ki,  sosial  dayağa  malik  deyildir.  Əgər 
Azərbayjanın siyasi həyatında 1991-ji ilə qədər siyasi mübarizədə  
«demokratlar-kommunistlər» qarşıdurması var idisə, 1991-ji ildən 
sonra  «reformistlər-konservatorlar»  qarşıdurması  üçtünlük  təşkil 
etmişdir.  1993-jü  ildən  başlayaraq  isə  «demokratlar-avtoritarizm 
tərəfdarları»  qarşıdurması üstünlük təşkil edir. 
İdeya-siyasi  jərəyanlar  öz  siyasi  konsepsiyalarını  siyasi 
partiyaların nümunəsində reallaşdırırlar. Bu mənada öz proqram 
məqsədləri  ilə  bir-birindən  fərqlənən  müxtəlif  siyasi  yönümlü 
partiyaların  jəmiyyətdə  fəaliyyət  göstərməsi  normal  və  təbiidir. 
Çoxpartiyalılıq ijtimai idarəetmənin  bəşəri sivilizasiya tərəfindən 
işlənib  –  hazırlanmış    formasıdır.  Çoxpartiyalılıq  şəraitində    bir 
neçə  partiyanın  siyasi  hakimiyyət  uğrunda  mübarizə  aparması  
çoxfikirlilikdən  ijtimai  tərəqqiyə  nail  olmaq  məqsədilə  istifadə 
olunması  mexanizmi kimi çıxış edir . 
 
4.2.  Müxtəlif ideologiya daĢıyıjıları olan 
      partiyaların siyasi mübarizəsinin spesifikliyi 
 
İdeya-siyasi,  sosial-fəlsəfi  idealların,  dəyərlərin  geniş 
qammasının «konservatizm», «liberalizm», «sosial-demokratiya», 
«sol», «sağ» və ya digər qütblərə bölünməsi qəbul edilmişdir. Bu 
anlayışlar  özündə  bir  sıra  istiqamətləri  də  birləşdirir.  Məsələn, 
«sağlara»  mö’tədil  mühafizəkarlar  (konservatorlar),  qatı 
mühafizəkarlar,  sağ  radikallar,  faşist  görüşləri  aiddir.  «Sollara» 
isə kommunistlər, sosialistlər, sosial-demokratlar və b. aiddir. 
Yuxarıda  adları  çəkilən  bu  ideya-siyasi  jərəyanlar 
(marksist-leninçi  nəzəriyyə  istisna  olmaqla)  keçmiş  sovetlər 
imperiyası 
dağılandan 
sonra 
Azərbayjan 
jəmiyyətinin 
transformasiyası prosesində bərqərar olmuşdur. Azərbayjanda 90-
jı  illərin  əvvəllərində  -  milli-azadlıq  hərəkatının  yüksəlişi 
dövründə  meydana  çıxan  millətçi-radikal,  vətənpərvər  qüvvələr 
Azərbayjanın  öz  inkişaf  modelinə  üstünlük  verirdilər.  Belə  ki, 
1991-1992-ji  illərin  imperiyapərəst  iqtidarından  fərqli  olaraq, 


 
208 
1992-1993-jü illərdə hakimiyyətdə olmuş milli-demokratlar milli 
dəyərlərimizin üstünlüyünü saxlamaq şərtilə Qərb inkişaf yolunu, 
açıq  jəmiyyət,  hüquqi  dövlət  və  vətəndaş  jəmiyyəti  qurujuluğu 
yolunu  tutdular.  Beynəlxalq  mühafizəkar,  liberalizm,  sosial-
demokratiya  ideologiyaları  ilə  yanaşı,  jəmiyyətdə  kommunist, 
islam 
ideologiyası, 
turançılıq,  türkçülük,  azərbayjançılıq 
ideologiyaları  da  özünə  yer  tutdu.  Beləliklə,  Azərbayjan 
jəmiyyətinin  transformasiyası  prosesində  birpartiyalı  sistem 
çoxpartiyalılıqla  əvəz  olundu.  Keçmiş  kommunist  ideologiyası 
daşıyıjılarının  əksəriyyəti  yeni  ideologiyaların  daşıyıjılarına 
çevrildi, onların çox jüzi hissəsi kommunist ideologiyasına sadiq 
qalaraq mübarizəsini davam etdirdi. 
Azərbayjanın  hazırda  hüquqi  dövlət,  vətəndaş  jəmiyyəti 
qurujuluğu  prosesi  tam  başa  çatmadığından  hakimiyyət  uğrunda 
mübarizənin  ideoloci  əsaslara  söykənməsi  təbii  prosesdir. 
İdeoloci  mübarizə  öz  əhəmiyyətini  yüksək  inkişaf  etmiş,  sabit 
jəmiyyətlərdə  itirir.  Bu  mə’nada  Azərbayjanın  transformasiyası 
prosesində  hakim  kommunist  ideologiyasına  son  qoyulması 
ideologiyasızlaşma  şüarı  altında  getmişdir.  Lakin  həmin 
ideologiyanın  yerini  çoxlu  sayda  ideologiyalar  tutmuşdur. 
E.Frommun  sözləri  ilə  desək,  Qərbdə  «sağlar»,  «sollar», 
«kommunizm»,  «kapitalizm»  kimi  ənənəvi  çeynənmiş  sözlər  öz 
əhəmiyyətini  itirsə  də,  bizdə  bu  jərəyanlar  özünə  yenijə  yer 
etməkdədir.  Hazırda  Qərbdə  yeni  ideoloci  əsrin  başlanmasına, 
insanların  yeni  istiqamət,  yeni  fəlsəfə  axtarmasına  baxmayaraq, 
Azərbayjan  Qərb  ölkələrindən  inkişaf  səviyyəsinə  görə  geri 
qaldığından  siyasi  hakimiyyət  uğrunda  sosial  qrupların  rəqabəti 
şəklində konfliktlərin mənbəyi kimi ideoloci fərqlər qalajaq, yəni 
«sağlar»  və  «sollar»,  konservatorlar,  liberallar,  kommunistlər, 
sosial-demokratlar,  millətçilər  uzun  müddət  bir-birilə  mübarizə 
aparajaqdır. 
Azərbayjanda  hazırda  hakim  partiya  olan  Yeni  Azərbayjan 
Partiyası  mənsub  olduğu  neokonservatizm  jərəyanına  uyğun 
olaraq  «sağ  mərkəzçi»  mövqedən  çıxış  edir.  Ümumiyyətlə, 
mərkəzçi  mövqe  sazişçi,  öz  fəaliyyətində  kompromis  varianta 


 
209 
üstünlük  verən  milli  qüvvələrin  mövqeyidir.  Belə  ki,  «sağ 
mərkəzçi»lər  solların,  «sol  mərkəzçi»lər  isə  sağların  bəzi 
idiialarını  qəbul  edirlər.  Mərkəzçi  partiyalar  adətən  siyasi 
sistemin  modernləşməsi  prosesi  üçün  demokratik  xarakterli 
vəzifələri  qarşıya  qoyurlar.  Onlar  strateci  və  ideoloci  planda 
«sağ»lardan  az  fərqlənir.  Mərkəzçi  xarakterə  malik  partiyalar 
adətən  solların  radikallığından  narazı  olurlar.  Konservatizmin 
liberal  dəyərlərini  –  azad  bazar,  azad  rəqabət,  hakimiyyətin 
bölgüsü,  konstitusionalizmi,  parlamentarizmi  qəbul  edib 
yeniləşən neokonservatorlar sağdan sola doğru meyl edərək  «sağ 
mərkəzçi»  qüvvəyə  çevrilirlər.  İnsanların  hüquqi  jəhətdən 
bərabərliyinin güjlü dövlət çərçivəsində reallaşmasını üstün tutan 
həmin qüvvələr jəmiyyətə fərddən daha böyük önəm verdiklərini 
bildirirlər. Mərkəzçi qüvvə etnik problemlə bağlı da izah olunur.  
Müasir  dünyanın  siyasi  həyatında  blok  və  koalisiyaların, 
hərəkatların  yaradılması  çox  mühüm  rol  oynayır.  Hakimiyyətə 
jan  atan,  öz  məqsədlərini  reallaşdırmaq  istəyən  qruplar  öz 
ətraflarında  daha  çox  qüvvələrin  toplanmasında  maraqlıdırlar. 
Lakin  demokratik  dövlətlərdə  bu  proseslər  nisbətən  fərqli,  daha 
sivil  üsullarla  həyata  keçirilir.  Demokratik  dövlətlərdə  siyasi 
proseslərin  gedişini  siyasi  partiyalarla  yanaşı,  siyasi  partiyaların 
yaxından  iştirakı  ilə    yaradılmış  birliklər  müəyyən  edir.  Siyasi 
blokların  formalaşması  üçün  çoxpartiyalı  sistem  çox  mühüm  rol 
oynayır. Blokun və ya koalisiyanın tərkibi əsasən iki elementdən 
ibarətdir:  maraq  qrupları  və  siyasi  partiyalar.  Həm  maraq 
qrupları,  həm  də  siyasi  partiyalar  mürəkkəb  siyasi  sistemdə 
dövlətlə  vətəndaş  arasında  vasitəçilik  funksiyasını  yerinə 
yetirsələr  də  məqsədləri,  fəaliyyət  metodları,  iqtidara  təsir 
resursları  ilə  bir-birindən  fərqlənirlər.    Maraq  qruplarının  və 
partiyaların 
bir-birinə 
və 
digər  siyasi  institutlara  dair 
münasibətlərinin  formalaşmasına  təsir  edən  amillərə  ideologiya, 
liderlik,  elita,  jəmiyyətdə  mövjud  olan  zorakılıq  və  seçkilər 
aiddir. 
Koalisiyaya  meylli  siyasi  jəmiyyətdə  koalisiyanı  və  ya 
bloku  çox  vaxt    tərkibindəki  siyasi  strukturlara  görə 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə