Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə70/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   66   67   68   69   70   71   72   73   ...   78

 
210 
məhdudlaşdırmaq 
mümkün 
olmur. 
Əksər 
koalisiyanın 
yaranmasında  siyasi  partiyalarla  yanaşı,  ijtimai  təşkilatlar, 
hərəkatlar,  dini  qurumlar,  qadınlar  və  gənjlər  təşkilatları  və  s. 
iştirak  edir.  Belə  geniş  siyasi,  ijtimai  strukturları  özündə 
birləşdirmək  üçün  müxtəlif  dövrlərdə  müxtəlif  formalardan 
istifadə edilmişdir. Azərbayjanda Xalq Jəbhəsinin yaranması belə 
formalardan  biri  olmuşdur.  Azərbayjanın  siyasi  həyatında 
bloklaşma və  ya  koalisiya keçmiş sovet imperiyasının dağılması 
prosesində  meydana  gəlmişdir.  Hazırda  Azərbayjanın  siyasi 
həyatında  müxalif  partiyaları  özündə  birləşdirən  İjtimai  Palata 
mühüm rol oynayır.  
Məşvərət Məjlisi (1997) hakim paritiyanıın apardığı siyasəti 
dəstəkləyən  partiyaların  məşvərət  və  əməkdaşlıq  mərkəzi  kimi 
yaradılmışdır.  Hazırda  Yeni  Azərbayjan  Partiyası  (YAP)  həmin 
məjlisin  aparıjı  partiyasıdır.  YAP  üzvlərinin  sayına  görə  (rəsmi 
məlumata  görə  500  min  nəfər)  respublikada  ən  böyük  və  eyni 
zamanda  hakim  partiyadır.    YAP  1993-jü  ildən  indiyədək 
hakimiyyətdədir.  1993,  1998,  2003,  2008-ji  il  prezident 
seçkilərində  YAP-ın  nümayəndəsi  prezident  seçilmiş,  1995, 
2000, 2005 və 2010-ju il parlament seçkilərində də Milli Məjlisə 
seçilən deputatların əksəriyyətini YAP-ın üzvləri təşkil etmişdir. 
2010-ju  il  parlament  seçkilərinin  saxtalaşdırılmasını  iddia 
edən  müxalif  qüvvələr  2010-ju  il  dekabrın  28-də  İjtimai  Palata 
(İP)  adlı  təşkilat  yaratmışlar.  İP-in  əsas  tələbi  yeni  parlament 
seçkilərinin  keçirilməsidir.  İP-də  ölkənin  əsas  aparıjı  təşkilatları 
(Müsavat  Partiyası,  Azərbayjan  Xalq  Jəbhəsi  Partiyası,  Bütöv 
Azərbayjan  Birliyi,  Klassik  Xalq  Jəbhəsi  Partiyası,  DEVAMM, 
Qərbi  Azərbayjan  Azadlıq  Təşkilatı,  Azərbayjan  Milliyyətçi 
Demokrat  Partiyası,  Vətəndaş  Həmrəyliyi  Partiyası  və  b.)  təmsil 
olunur.  İP  jəmiyyəti  köklü  demokratik  dəyişikliklərə  hazırlamaq 
missiyasını  yerinə  yetirir.  İP-in  Koordinasiya  Şurası,  12 
komissiyası,  2  komitəsi,  Qadınlar  Şurası,  Gənjlər  Təşkilatı  və 
yerli  təşkilatları  vardır  və  müxalifətin  güj  mərkəzi  rolunu  yerinə 
yetirir. 


 
211 
İP  «Demokratiyaya  keçid  üçün  yol  xəritəsi»ni  hazırlayıb. 
Sərbəst toplaşmaq azadlığının boğulduğu bir şəraitdə İP 2011-ji il 
aprelin  2-də  sanksiyalaşdırılmamış  aksiya  keçirmişdir.  Bundan 
əlavə,  İP    on  minlərlə  insanın  mülkiyyət  hüququnun  kütləvi 
surətdə pozulmasına qarşı çıxış edir, vətəndaşların Konstitusiyada 
öz  əksini  tapmış  sərbəst  toplaşmaq  azadlığına  əməl  edilməsini 
iqtidardan    israrla  tələb  edir.  Eyni  zamanda,  Azərbayjan 
mətbuatına 
qarşı 
təzyiqlər, 
hakimiyyətin 
Avropa 
ilə 
münasibətlərinə  dair  vəziyyət,  Avropa  strukturlarına  inteqrasiya 
ilə  bağlı  süni  əngəllər,  qiymət  artımının  jəmiyyətdə  yaratdığı 
fəsadlar,  20  illik  əmanətlərin  əhaliyə  qaytarılması  və  s. 
problemlər də İP tərəfindən müzakirə olunmuşdur. 
2009-ju  ilin  sonlarında  «Biz  susa  bilmərik»  devizi  ilə 
yaradılmış Ziyalılar Forumunda ziyalılar, alimlər, filosoflar, azad 
fikirli  adamlar  birləşmişlər.  Forum  «Demokratiyaya  doğru  7 
addım» sənədini hazırlayıb jəmiyyətə və iqtidara təqdim etmişdir. 
Ziyalılar  Forumu  jəmiyyətimizin  gələjəyi  üçün  çox  vajib  olan 
ideyaları  ortaya  qoyur.  Başqa  sözlə  desək,  bu  forum  ideya 
generatoru  rolunu  oynamaq  əzmindədir.  Forumun  əsas  missiyası 
ijtimai  rəyin  formalaşması,  ölkənin  sabit  və  dinamik  inkişafı 
üçün,  jəmiyyətdə  olan  problemləri  həll  etmək  üçün    zəruri  olan 
mütərəqqi 
islahatların 
hazırlanıb 
həyata 
keçirilməsində 
Azərbayjanın  vətəndaş  jəmiyyətinin  rolunu  artırmaqdır.  Burada 
birləşən ziyalılar iqtidarla müxalifət, iqtidarla vətəndaş jəmiyyəti 
arasında  dialoqun  yaradılmasına  çalışırlar.  Ziyalılar  dialoqun 
zəruriliyini  belə  əsaslandırırlar  ki,  bu  gün  dünya  qlobal 
kataklizmlər  məngənəsindədir,  maliyyə-iqtisadi  böhran,  regional 
müharibələr,  tək  Şərqdə  yox,  Qərbdə  də  baş  verən  etiraz 
çıxışlarının  başlanması  şəraitində  jəmiyyətimiz  üçün  dominant 
tələb Milli birlik, bu hədəfə aparan Milli barış yoludur. Ziyalılar 
Forumunun 
müzakirə 
etdiyi 
problemlərdən  aşağıdakıları 
göstərmək olar: 1) ziyalı və jəmiyyət (dünən, bu gün və sabah); 2) 
əxlaq və jəmiyyət; 3) milli birlik: yollar və şərtlər; 4) jəmiyyətdə 
gənjlərin rolu və problemləri və s. 


 
212 
2011-ji  ilin  fevralınadək  fəaliyyət  göstərmiş  Demokratiya 
Uğrunda İttifaqa (Klassik Xalq Jəbhəsi Partiyası (KXJP), Bütöv 
Azərbayjan  Partiyası,  Azadlıq  Partiyası)  daxil  olan  partiyalar 
2012-ji  ilin  yanvarında  Vətəndaş  Hərəkatı  Forumu  (KXJP, 
Aydınlar  Partiyası,  Azadlıq  partiyası)  adlı  yeni  bir  birlik  
yaratmışlar.  Forum  Azərbayjanda  demokratik  seçki  mühitinin 
yaradılması  və  seçki  qanununun  demokratikləşdirilməsinə  nail 
olmağı qarşısına məqsəd qoymuşdur. Hazırda Vətəndaş Hərəkatı 
Forumuna  daxil  olan  partiyalar  Demokratik  Jəmiyyət  Uğrunda 
Müqavimət hərəkatında təmsil olunur. 
2011-ji  ilin  dekabrında  yaradılmış  Demokratik  Jəmiyyət 
Uğrunda  Müqavimət  hərəkatı  özündə  Açıq  Jəmiyyət  Partiyası, 
Azərbayjan  Liberal-Demokrat  partiyası,  Aydınlar  Partiyası, 
Azadlıq  partiyası,  Klassik  Xalq  Jəbhəsi  Partiyası  və  Vətəndaş 
Hərəkatı Forumunu birləşdirir. Hərəkat Azərbayjanda demokratik 
jəmiyyət qurmaq, demokratik seçkilərin keçirilməsinə nail olmaq 
məqsədilə yaranmışdır.  
2008-ji  il  iyunun  24-də  «Hədəf»  Gənjlər  Koalisiyası 
yaranmışdır.  Koalisiyaya  Azərbayjan  Demokratik  Gənjlər 
Hərəkatı, Müstəqil Azərbayjan  İjtimai Birliyi,  «Dirəniş» Gənjlər 
Hərəkatı,  «Gələjək  gənjlər»  İjtimai  Birliyi,  «Gənj  fədailər» 
Gənjlər  hərəkatı,  «Azərbayjan  naminə»  Gənjlər  Birliyi  və 
«Qurtuluş»  Gənjlər  hərəkatı  daxildir.  «Hədəf»  Gənjlər 
Koalisiyası  prezident  seçkiləri  önjəsi  gənjlərin  ijtimai-siyasi 
həyatda  fəallığını artırmaq məqsədilə yaranmışdır. 
Yuxarıda  adları  sadalanan  təşkilat  və  hərəkatlardan  başqa 
Azərbayjanda demokratik sistem qurmaq məqsədilə «Azərbayjan 
naminə»  İjtimai  Forumu  (ANİF),  REAL  hərəkatı,  Naxçvan  və 
bölgələrin problemlərini müzakirə məqsədilə yaradılmış Vətəndaş 
Hərəkatı  kimi birliklər də fəaliyyət göstərir. 
Siyasi  sistemin  varlığı  onun  subyektlərinin  –  dövlət 
institutları,  partiyalar,  ijtimai  təşkilatlar,  elitalar,  liderlər  və 
bütün vətəndaşların  fəaliyyət prosesidir. M.Veberin dediyi kimi, 
dövlət  insanların spesifik birgə fəaliyyətinin kompleksidir. Siyasi 
fəaliyyətin  subyektləri  kimi  şəxslərin  təşkil  olunmuş  qrupları  – 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə