Дилгям исмайылов


partiya  əsasları  ilə  qurulsun  və  hər  hansı  bir  sosial  dayağın



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə72/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   68   69   70   71   72   73   74   75   ...   78

 
216 
partiya  əsasları  ilə  qurulsun  və  hər  hansı  bir  sosial  dayağın 
mənafeyi qabardılaraq ön plana keçsin.  
Partiyaların vəzifəsi həm də kütlə, dövlət və mövjud sistem 
arasında  «vasitəçi»    rolunu  yerinə  yetirməkdən  ibarətdir.  Bəzi 
sosioloqlar  etiraf  edir  ki,  partiyalar  təhlükəni  dövlətdən 
«kənarlaşdırır»  və  konfliktləri  yumşaldır.  Məhz  müasir 
sosiologiyanın ən yeni meylinin də mahiyyəti siyasi konfliktlərin 
hökumətdən  və  digər  dövlət  təşkilatlarından  siyasi  partiyalara 
keçməsini  öyrənməkdən  ibarətdir.  Partiyaların  inteqrasiyası  da 
çox  mühüm  əhəmiyyət  kəsb  edir.    Qərb  müəlliflərinin  fikrinjə, 
inteqrasiya həm siyasi partiyaların, həm də «mənafe qruplarının» 
kompromisə  gəlmək  yolu  ilə  baş  verməlidir.    Partiyaların 
birləşməsi  əsasən  partiya  ideologiyası  əsasında  dəqiq  siyasi 
proqramın  işlənib-hazırlanması    nətijəsində  baş  verir.  Hazırda 
Azərbayjanda  siyasi  partiyaların  inteqrasiyası  prosesi  ləng  getsə 
də onun əhəmiyyəti artıq dərk edilmişdir.  
Jəmiyyətin  təbəqələri  arasında  ayrılığın,  daha  doğrusu, 
elektoratın parçalanmasının adətən birinji növünün prototipi sinfi, 
ikinji növünün prototipi dini partiyalar olur. Sinfi dedikdə burada 
keçmiş SSRİ dövründə olduğu kimi fəhlə, kəndli sinfi deyil, daha 
geniş  mənada  Qərbdəki  sosial  stratifikasiya  bölgüsü  çərçivəsini 
əhatə edən aşağı, orta və ali təbəqələr və onlara daxil olan stratlar 
nəzərdə  tutulur.  Bu  mənada,  sinfi  partiyalar  dedikdə  jəmiyyətin 
bu və ya digər təbəqələrinin mənafeyini ifadə edən partiyalar başa 
düşülür.  Bəs  Azərbayjandakı  partiyalar    hansı  siniflərin  və  ya 
təbəqələrin marağını güdür və hansı ideyalar və vasitələrlə bu və 
ya  digər  partiya  öz  sosial  dayağını  yaradır?    Bu  suala  javab 
verməzdən  əvvəl  qeyd  etmək  lazımdır  ki,    ideya-siyasi  jərəyan 
baxımından  liberal,  mühafizəkar,  sosial-demokrat  jərəyanlarına 
mənsub  partiyalar  tutduqları  sol,  sağ,  mərkəzçi,  sağ  mərkəz,  sol 
mərkəz,  ifrat  sağ,  ifrat  sol  (radikal  çıxışlar  davranış  ölçüsünə 
çevriləndə) mövqelərə görə bir-birindən fərqlənir. 
«Kollektiv  alver, sövdələşmə  siyasəti»,  yəni bütöv iqtisadi 
piroqun  bölgüsü,  sosial  təminatın  həjminin  müəyyənləşdirilməsi 
ətrafında  mübarizənin  adətə  çevrildiyi,  iqtisadi  jəhətdən  inkişaf 


 
217 
etmiş, sabit dövlətlərdən fərqli olaraq Azərbayjanda stratifikasiya 
ilə bağlı çətinliklər bir müddət elə də çox olmayajaqdır. Ölkəmizi 
gəlirlərə  görə  stratlara  böldükdə  stratların  differensiasiyası  və 
iyerarxiyasının ölçülərini müəyyən etməkdə müəyən çətinliklərlə 
qarşılaşmalı  oluruq.  Daha  doğrusu,  hər  bir  stratın    çəkisinin 
müəyyən  etmək,  stratlararası  yerdəyişməni  izləmək  sahəsində 
problemlər ortaya çıxdığından bu strukturun dinamikası haqqında 
yalnız  təxmini  mülahizələr  söyləmək  mümkündür.  Çünki 
statistikasının  məlumatları  ilə  reallıq  arasında    müəyyən  fərqlər 
sinif-strat  baxımından  elektoratın  parçalanmasının  prototipi  kimi 
sinfi  maraqları  ifadə  edən  partiyalar  haqqında  qeyri-dəqiq  rəylər 
ortaya çıxarır.    
Elektorat  uğrunda  sivil  mübarizə  təjrübəsinin  azlığı,  o 
jümlədən,  indiyədək  keçirilən  bütün  səviyyələrdə  seçkilərin 
demokratiya  ölçülərinə  uyğun  gəlməsi  üçün  iqtidar  tərəfindən 
ardıjıl  tədbirlərin  görülməsinə  baxmayaraq,  bu  sahədə  hələ  də 
müəyyən  qüsurların  qalması  Azərbayjanın  siyasi  həyatının 
reallığıdır. Hüquqi dövlət, vətəndaş jəmiyyəti qurujuluğu prosesi 
demokratikləşməni  dərinləşdirməyi,  seçki  prosedurlarına  düzgün 
əməl  edilməsini,  əhalinin  demokratik  seçki  vərdişləprinə 
yiyələnməsini  tələb  edir.  Normal  jəmiyyətlərdə    hakimiyyətinə, 
gəlirlərinə  və  mülkiyyətinə  görə  bir-birindən  fərqlənən  sosial 
qrupların  mənafeyini  müxtəlif  partiyalar  müdafiə  edir  və  həmin 
siyasi təşkilatlar hakimiyyət uğrunda sivil mübarizə aparır.  
Azərbayjan  jəmiyyətinin  yaşayış  tərzinə  görə  bir-birindən 
müəyyən  qədər  fərqlənən  qütblərə  bölünməsi,  əhalisinin  bir 
milyon nəfərinin  qaçqın vəziyyətində yaşaması ajınajaqlı faktdır. 
Jəmiyyətimmzdə  yoxsulluğun  səviyyəsinin  azaldılması  uğrunda 
ardıjıl  görülən  tədbirlər  orta  təbəqənin  getdikjə  xüsusi  çəkisinin 
artmasına  gətirib  çıxarajaqdır.  Azərbayjanda  ali  və  orta 
təbəqənin,  habelə,  əhalinin  geniş  təbəqələrinin  mənafeyini  Yeni 
Azərbayjan  Partiyası  və  iqtidaryonlü  partiyalar  olan  Ana  Vətən 
Partiyası,  Azərbayjan  Naminə  Alyans  Partiyası,  Müstəqil 
Azərbayjan  Partiyası,  Millətçi  Hərəkat  Partiyası,  Respublikaçılar 
Partiyası,  Milli  Dövlətçilik  Partiyası  müdafiə  edir.  İqtidaryönlü 


 
218 
bu  partiyalar    hakim  partiyanın  siyasətini  daim  dəstəklədiyindən 
«peyk» partiyası ölçülərinə uyğun gəlir. 
Azərbayjan  jəmiyyətinin  digər  qütbündə  duran  təbəqənin 
aşağı  sosial  səviyyədən  yüksək  səviyyəyə  qalxması  uğrunda 
mübarizə  aparan  müxalifət  partiyalarının  sosial  dayağı  isə 
müxtəlif çalarlar kəsb edir. Müsavat, AXJP, ADP, AMİP, ALP və 
b.  öz  sosial  dayağının  xırda  və  orta  sahibkarlar,  müəllimlər, 
həkimlər,  qulluqçular,  tələbələr  olduğunu  iddia  edirlər.  Yeri 
gəlmişkən  qeyd  edək  ki,  bu  partiyaların  müəyyən  anlarda 
radikallığa  meylliliyi  Dağlıq  Qarabağ  probleminin  Ermənistanın 
qeyri-konstruktiv  mövqe  tutması  ujbatından  həll  olunmaması, 
iqtisadi,  siyasi  islahatların  həyata  keçirilməsi  sahəsində  mühüm 
nailiyyətlərin  əldə  edilməsinə  baxmayaraq,  özəlləşdirmənin  tam 
başa  çatdırılmaması,  orta  təbəqənin  maraqlarının  müdafiə 
olunmasında  yaranan  çətinliklər,  hakim  partiyanın  inhisarçılığa, 
korrupsiyaya  qarşı    ardıjıl  tədbirlər  görməsinə  baxmayaraq    bu 
sahədə  problemlərin  qalması,  son  illər    yoxsulluğun  aradan 
qaldırılması  sahəsində  ardıjıl  siyasət  yeridilməsi  nətijəsində 
əhalinin  yoxsulluq  səviyyəsinin  xeyli  aşağı  düşməsinə 
baxmayaraq, onun aradan qaldırılmasına tam nail olunmaması  və 
s. ilə bağlıdır.  
Əlbəttə,  sosial  təbəqələşmənin  iqtisadi  ölçüsünün 
mütləqləşdirilməsi  digər  ölçülərin  –  funksional,  status-rol,  peşə, 
sosial-demoqrafik  ölçülərin  rolunu  azaltmağa  xidmət  edə  bilər. 
Bu  da  hakimiyyət  uğrunda  sivil  mübarizəyə  deyil,  xaotik 
mübarizəyə,  antisivil  metodlarla  jiddi  müqavimətə  gətirib  çıxara 
bilər.  Mühafizəkar,  liberal  və  sosial-demokratiya  ideyaları  qrup, 
təbəqə, sinif, millət və ijtimai hərəkat maraqlarını bu və ya digər 
dərəjədə  ifadə  etdiyindən  bu  əsasda  gedən  partiyalaşma 
nətijəsində  yaranan  siyasi  partiyalar  sosial  qüvvələri  səfərbər 
etmək,  istiqamətləndirmək,  məqsədli  olaraq  sosial  əhəmiyyətli 
fəaliyyətə  sövq  etmək  vəzifələrini  həyata  keçirməlidir.  Lakin 
unutmaq  olmaz  ki,    çox  vaxt  ideya-siyasi  jərəyanlar  siyasi 
hakimiyyət  uğrunda  mübarizə  zamanı  sosial  qruplar  arasında 
antaqonizmlərin,  barışmazlığın  və  konfliktlərin  mənbəyi  rolunu 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə