Дилгям исмайылов


partiya fraksiyaları, hakim qruplar (elitalar), hökumət



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə71/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   67   68   69   70   71   72   73   74   ...   78

 
213 
parlament, partiya fraksiyaları, hakim qruplar (elitalar), hökumət, 
digər  dövlət  orqanları,  bilavasitə  siyasi  sistemdə  funksiya 
göstərən  liderlər  çıxış  edir.  Siyasi  fəaliyyətin  mahiyyətini 
insanların, jəmiyyətin idarə edilməsi təşkil edir.  
Siyasi  fəaliyyətin  konkret  məzmununu  dövlətin  işində 
iştirak 
etmək, 
dövlət 
fəaliyyətinin 
formaları, 
vəzifə 
istiqamətlərinin    müəyyən  edilməsi,  hakimiyyətin  bölgüsü, 
hökumətin  fəaliyyətinə  nəzarət,  habelə  siyasi  institutlara  başqa 
təsirlər  etmək  təşkil  edir.    Siyasi  fəaliyyətin  növləri  də 
müxtəlifdir:    dövlət  hakimiyyəti  institutları  və  siyasi  partiyalar 
çərçivəsində    siyasi  funksiya  göstərmək,    peşəkar  və  qeyri-
peşəkar fəaliyyət, bu və ya digər  siyasi sistemin möhkəmlənməsi 
və ya dağıdılmasına xidmət edən rəhbərediji və ijraediji fəaliyyət,  
institusionallaşmış  və  ya  institusionallaşmamış  fəaliyyət 
(məsələn, ekstremizm), sistemli və ya qeyri-sistemli fəaliyyət.  
«Siyasi  qüvvə»  siyasi  subyektin  konkret  modifikasiyası 
mənasını  verir.    Siyasi  qüvvələr  təşkil  olunmuş  sosial  qruplar, 
siniflər, təbəqələr, milli birliklər (ijmalar), beynəlxalq birliklərdir 
(dövlət ittifaqları, hərəkatları).   
Siyasi  fəaliyyətin  mühüm  əlamətlərindən  biri  onun 
səmərəliliyidir.  Siyasətdə  səmərəlilik  spesifikdir:  buraya 
ideologiya  daxildir.  İdeoloci  komponent  bütün  siyasi  fəaliyyətə 
münjər  edir,  o,  müəyyən  dəyər  və  maraqlara  istiqamətlənmişdir. 
Bundan  əlavə,  ideologiya  siyasi  fəaliyyətin  istiqamətinin  ölçü 
əlamətidir.  Siyasi  fəaliyyət  yalnız  səmərəliliklə  məhdudlaşmır. 
Siyasi  fəaliyyətdə  əsas  istiqamətdən  yayınma  –  səmərəsizlik 
(irrasionallıq)  də  vardır.  Siyasi  fəaliyyətin  motivasiyalı  bazası 
mürəkkəb  sistemdir,  belə  ki,  onda  rasional  tərəflə  yanaşı, 
psixoloci-emosional    elementlər  (hakimiyyət  hərisliyi,  qorxu, 
qibtə və i.a.) də vardır. 
Siyasi  fəaliyyətin  üç  əsas  qrupunu  qeyd  edirlər:  siyasi 
sistem  çərçivəsində  fəaliyyət;  ijtimai  mühitə  münasibətdə  siyasi 
sistemin  fəaliyyəti;  ətraf  sosial  mühitdən  irəli  gələn  və 
hakimiyyətin  siyasi  institutlarına  təsir  edən  fəaliyyət.  Siyasi 
fəaliyyətin öz məqsəd və vasitələrinə görə bir-birindən fərqlənən  


 
214 
praktik  və  nəzəri  fəaliyyət  tipinə  diqqət  yetirək.  Məsələn, 
kommunist və sosial-demokrat partiyalarına nəzəri fəaliyyət daha 
çox  xasdır  və  bu,  siyasi  praktika  üçün  nəzəri  funksiya  rolunu 
oynayır. Nəzəri fəaliyyətin mahiyyəti nəzəri-ideoloci doktrina və 
konsepsiyaların  əsaslandırılmasından  ibarətdir.  Uzun  illər  sovet 
ədəbiyyatında və təbliğatında belə bir fikir üstün tutulmuşdur ki, 
guya    yalnız  kommunist  partiyası  nəzəriyyə  hazırlamaq 
qabiliyyətinə  malikdir.  Qərbi  Avropa  sosial-demokratlarının 
müasir  liderlərinin    nəzəriyyələri    inkar  edilmişdir.    Faktlar  isə 
əksini göstərirdi.              Siyasi iştirakçılığın ən mühüm növü 
seçki  prosesində    iştirakdır.  Böyük  Britaniyada  siyasi 
iştirakçılığın formalarına diqqət yetirsək görərik ki,  burada fərdi 
iştirakçılığa  səsvermə,  siyasi  kampaniyada  iştirak,  mürajiət 
daxildir. Kollektiv fəaliyyət  isə mitinqlərdə iştirak, petisiya üçün 
imza toplamaq, siyasi tətillər, nümayişlər, boykot daxildir. Siyasi 
fəaliyyət içərisində ingilislər ən çox səsvermə ilə məhdudlaşırlar.   
ABŞ-da  isə    amerikanların  yarısı  seçkilərdə  iştirak  etmir. 
Bir  sıra  müəlliflər  bunu  absenteizmlə  (hüquqi  məhdudlaşmalara 
etiraz  əlaməçti  olaraq  seçkilərdə  iştirak  etməkdən  boyun 
qaçırmaq)  əlaqələndirirlər.    Digərləri  isə  belə  hesab  edir  ki, 
seçijilər  səsvermədə  iştirak  etməkdə  ona  görə  bitərəf  mövqe 
tuturlar ki, növbəti seçkilərdən hansısa    dəyişikliklər  gözləmirlər 
və  bir  hissəsi  də  ümumiyyətlə  heç  bir  dəyişiklik  istəmirlər. 
Üçünjü  qrup  müəlliflər  isə  bunun  səbəbini  zənji  əhalisinin  və 
gənjlərin  iş  axtarması  üzündən  daimi  qeydiyyatı  olmaması  və 
ştatlarda həmin seçijilərin qeydə alınması üçün vaxtın minimuma 
endirilməsində  görürlər.  Nətijədə bir çox illərdir ki, elektoratın 
fəallığının aşağı olması ənənəsi  davam etməkdədir. 
Müasir  demokratik  ölkələrdə  partiyaların  seçkilərdə  
müdafiə  olunmasının  daha  sabit  mənbələri  stratifikasiya  və 
mədəni sərvətlərlə bağlı olan  çox mühüm amillərlə şərtlənmişdir. 
Yəni  burada  söhbət  partiyaların  sosial  dayağını  təşkil  edən  çox 
mühüm  təbəqələrdən  və  mədəni  dəyərlərdən  gedir.  Aydındır  ki, 
öz 
sosial 
vəziyyətinə, 
gəlirlərinin 
səviyyəsinə 
və 
hakimiyyətlərinin    dərəjəsinə  görə  fərqlənən  yuxarı  və  aşağı 


 
215 
jəmiyyət  stratları,  habelə  ideal  jəmiyyət    haqqında  tamamilə 
fərqli, özünəməxsus təsəvvürlərə malik ayrı-ayrı qruplar müxtəlif 
partiyaların daşıyıjılarına, ən azı tərəfdaşına çevrilir.  
Qarşılarına  bu  və  ya  digər  məqsəd  qoyub  siyasi  arenaya 
çıxan  partiyaları  Qərb  tədqiqatçıları  dövlətin  dayağı  olan 
«sistemaltı»  təşkilat  hesab  edir,  bəziləri  «siyasi  ehtirasları 
ödəmək  qabiliyyəti»,  digərləri  isə  «ideoloci  məqsəd  və  fikir 
ayrılığı»  kimi  qələmə  verirlər.  Ümumiyyətlə  isə  partiya 
sosioloqları siyasi partiyaların funksiyalarını seçki kampaniyaları 
ilə, yəni seçijilərin təşkil olunması zərurəti ilə bağlayırlar.  
Bütövlükdə  götürdükdə  müəyyən  partiyanın  fəaliyyət 
formasının  arxasında  sosial  münasibətlərin  mürəkkəb  sistemi 
gizlənir.  Belə ki, bu və ya digər sosial qrupların seçki dövründə  
ayrı-ayrı  partiyalara  sadiqliyi  bu  partiyaların  kütləvi  bazasının 
göstərijisi olur. Lakin seçijilərin bu və ya digər partiyanı müdafiə 
etməsi  heç  də  onun  sosial  tərkibinin  yeganə  ölçü  vahidi  olması 
demək  deyildir.  Partiyanın  rolunu  düzgün  başa  düşmək  üçün 
partiyaların  özü  haqda  nə  danışdığını  deyil,  onun  nə  etdiyini, 
müxtəlif siyasi məsələlərin həllində nejə davrandığını, jəmiyyətin 
müxtəlif  təbəqələrinin  həyati  mənafelərinə  aid  olan  problemlərin 
həllində hansı mövqedən çıxış etdiyini öyrənmək zəruridir. Məhz 
partiyaların oynadığı rol onun siyasi arenadakı simasını müəyyən 
edir.  
Partiyanın  ən  mühüm  rolu  hakimiyyətə  gələrək  hökumət 
təşkil etmək və öz sosial dayağının mənafeyini müdafiə etməkdən 
ibarətdir. Əgər belə partiyalar çoxdursa, onda onlar  ikipartiyalı, 
üçpartiyalı və ya da çoxpartiyalı sistem yaradır.  İstənilən partiya 
sistemi o partiyalardan təşkil olunur ki, onlar öz sosial dayağının 
mənafeyini  müdafiə  edə  bilsin.  ABŞ-da  67  siyasi  partiya 
qeydiyyatdan  keçməsinə  baxmayaraq  orada  ikipartiyalı  sistem 
mövjuddur.  Azərbayjanda  isə  100-ə  qədər  partiyanın  mövjud 
olmasına  baxmayaraq  (onların  təxminən  yarısı  dövlət 
qeydiyyatından  keçib)  partiya  sistemi  hələ  formalaşmamışdır.  
Çünki  çoxpartiyalılıq  hələ  partiya  sistemi  demək  deyildir. 
Azərbayjanda  bu  o  halda  ola  bilər  ki,  hakimiyyətdə  olan  recim 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə