Дилгям исмайылов


partiya  sisteminin  strukturlaşmasına  və  onların  jəmiyyətin



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə67/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   63   64   65   66   67   68   69   70   ...   78

 
201 
-partiya  sisteminin  strukturlaşmasına  və  onların  jəmiyyətin 
tələblərinə uyğunlaşdırılmasına təkan verir; 
-  insanlara  öz  konstitusion  hüquqlarını  gerçəkləşdirmək 
imkanı verir; 
-  vətəndaşlarda  qanunlara  əməl  etməyə  vərdiş  və  hörmət 
aşılayır; 
-siyasi  elitanın  yeniləşməsinə,  kadrların  hazırlanmasına, 
formalaşdırılmasına pozitiv təsir göstərir; 
-  siyasi  mədəniyyətin,  siyasi  şüurun  inkişafına  pozitiv  təsir 
göstərir və s. 
Azərbayjanın  siyasi  sistemində  bir  sıra  amillər  vardır  ki, 
demokratiyanın  taleyi  və  partiya  sistemlərinin  perspektivi 
haqqında 
jiddi 
narahatçılıq 
yaradır. 
Azadlığın 
məhdudlaşdırılması,  siyasi  institutların  fəaliyyətinə  əngəllər 
törədilməsi  jəmiyyətin  perspektivli  gələjəyinə  sədd  çəkir.  Siyasi 
hakimiyyətlə  müxalif  siyasi  partiyalar  arasında  konsensusun 
yoxluğu  demokratiyanın inkişafına mane olur. 
Azərbayjanda  1992-ji  ildə  qəbul  edilmiş  «Siyasi  partiyalar 
haqqında»  Qanuna  hazırki  iqtidar  2011-ji  ildə  26  maddə  üzrə 
əlavə  və  dəyişikliklər  edilməsi  layihəsini  hazırlayıbdır.  Avropa 
Şurası  Venesiya  Komissiyasının  standartlarına  uyğunlaşdırılmış 
bu  qanun  layihəsində  bəzi  müsbət  dəyişikliklərlə  yanaşı  siyasi 
partiyaların  yaradılmasını,  fəaliyyətini  və  maliyyələşməsini 
məhdudlaşdıran jiddi müddəalar təklif olunub: 
1.
 
Layihədə  siyasi  partiyanın  dövlət  qeydiyyatına 
alınması  üçün  azı  5  min  nəfər  vətəndaşın  bu 
qurumun  üzvü  olması  tələb  edilir.    Lakin  1992-ji  il  
«Siyasi  partiyalar  haqqında»  Qanunda  bu  rəqəm 
1000  nəfərdir.  Bununla  yanaşı  layihədə  siyasi 
partiyanın  qeydiyyatı  üçün  həmin  partiya  yarandığı 
müddətdən  sonrakı  1  ay  ərzində  üzv  olan  şəxslərin 
sayını  təsdiqləyəjək  sənədlərin  təqdim  olunması 
nəzərdə  tutulur.  Sözsüz  ki,  bu  jür  qaydalar 
partiyanın təşkilatlanması və qurulması üçün əsassız 


 
202 
bürokratik  əngəllər  yaratmaqla,  vətəndaşların  siyasi 
iştirak imkanlarını məhdudlaşdırajaq.  
2.
 
Layihədə 
siyasi 
partiyanın 
fəaliyyətinə 
məhdudiyyətlər qoyan müddəalar da vardır. Belə ki, 
təsis  və  dövlət  qeydiyyatı  fəaliyyətləri  istisna 
olmaqla,  dövlət  qeydiyyatından  keçməmiş  siyasi 
partiya  adından  ijtimaiyyət  arasında  çıxış  etmək  və 
fəaliyyət  göstərmək,  yaxud  onun  fəaliyyətində  və 
fəaliyyətinin  təşkil  olunmasında  iştirak  etmək 
qadağan  edilir.  Layihədəki  «siyasi  partiyanın 
fəaliyyəti  müvafiq  ijra  strukturunun  mürajiəti 
əsasında siyasi partiyanın buraxılması barədə iş üzrə 
məhkəmə  orqanının  qəbul  olunmasına  qədər 
dondurula  bilər»  müddəası  da  narahatlıq  doğurur. 
Layihədə  təklif  olunan  əlavələrə  görə,  siyasi 
partiyalar  dövlət  qurumlarının  və  rəsmilərinin 
fəaliyyətinə müdaxilə etməməlidir. 
3.
 
Layihədə  dövlət  büdjəsindən  ayrılmış  maliyyənin 
bölüşdürülməsi  qaydaları  mövjud  ijtimai-siyasi 
reallıqlara  və  ehtiyajlara  uyğun  deyildir.  Belə  ki, 
layihədə  dövlət  büdjəsindən  ayrılan  maliyyə 
vəsaitinin  10%-nin  Milli  Məjlisə  son  seçkilərdə 
namizədlər irəli sürmüş, etibarlı səslərin ən azı 3%-
ni  qazanmış,  lakin  Milli  Məjlisdə  təmsilçilik 
qazanmamış  siyasi  partiyalar  arasında  qazanılmış 
səs  sayına  uyğun  olaraq  bölünməsi,  40%-nin  Milli 
məjlisdə  təmsil  olunmuş  siyasi  partiyalar  arasında 
bölünməsi, 50%-nin isə seçilmiş deputatların sayına 
uyğun  olaraq  partiyalar  arasında  proporsional 
bölünməsi  nəzərdə  tutulmuşdur.  Layihədə  siyasi 
partiyalara  iqtisadi  və  siyasi  üstünlüklər  almaq 
məqsədilə  verilmiş  ianələri  qəbul  etmək  qadağan 
edilir. 
Nətijədə 
isə 
 
dövlət 
büdjəsindən 
maliyyələşmək  hüququ  əldə  etməyən  partiyaların 


 
203 
ianələr hesabına maliyyələşməsi ilə məhdudiyyətlər 
yaranır.  
Müxalifət  partiyaları  «Siyasi  partiyalar  haqqında»  Qanuna 
əlavə  və  düzəlişlərin  müzakirəsinə  siyasi  partiyaların  jəlb 
edilməməsindən  narahatlıqlarını  bildiriblər  və  bunu  iqtidarın 
təkpartiyalılığa  jan  atması  kimi  qələmə  veriblər.  Sözsüz  ki, 
Qanuna  bu  jür  dəyişikliklərin  edilməsi  ölkədə  demokratiya  ilə 
bağlı  jiddi  geriləmələrə    səbəb  ola  bilər.  Yeri  gəlmişkən,  iqtidar 
nəzərə almalıdır ki, müxalifətin formal olaraq sıradan çıxarıldığı, 
qanundan  kənar  elan  edildiyi  ölkələrdə  inqilablar  daha  qaçılmaz 
və daha zorakı olur. 
Postsovet  məkanında  çoxpartiyalılığın  spesifik  halları 
mövjuddur. Mülki jəmiyyətin zəif formalaşması, sosial təbəqə və 
qrupların  strukturlaşmaması,  vətəndaş  jəmiyyətinin  zəif  inkişafı 
çoxpartiyalılığı  tələbat  yaratsa  da,  jəmiyyətdə  siyasi  partiyanı 
xoşlamamaq,  onlardan  şübhələnmək,  konfrontasiyalara  meyllər 
qalır. Seçijilər partiyalara deyil, daha  çox şəxsiyyətlərə üstünlük 
verirlər.  Belə  jəmiyyətlərdə  elektoratın  ovqatı  tez-tez  dəyişir. 
Siyasi  partiyalar  və  onların  liderləri  özlərindən  asılı  olmayaraq 
kommunistləri  və  onların  vərdişlərini  təkrarlayırlar.  Tez-tez 
koalisiyalar  yaranır  və  bir  qayda  olaraq  bu  birliklər  uzunömürlü 
olmur.  Seçkilərdə  uduzan  partiyalar  hakimiyyət  strukturlarında 
təmsilçilikdən  imtina  edir,  onu  legitim  saymırlar.  Şərqi 
Avropanın  postsovet  ölkələrində  vəziyyət  bir  qədər  fərqlidir. 
Lakin 
bu 
ölkələrdə 
də 
kommunistlər 
demokratların 
təjrübəsizliyindən yararlanaraq hakimiyyətə qayıda bildilər. 
Birpartiyalı  avtoritar  sistemdən  çoxpartiyalılığa  keçid 
Azərbayjan  jəmiyyətinin  90-jı  illərdəki  təkamülünün  ən  mühüm 
nətijələrindəndir.  Siyasi  partiyaların  bərqərar  olması  prosesi 
artma 
mərhələsində 
olduğundan 
Azərbayjanda 
partiya 
sistemlərinin 
möhkəm 
subyektlərinin 
formalaşmasından 
danışmağa  əsas  vermir.  Azərbayjanda  partiyalaşma  prosesinin 
özünəməxsus  jəhətlərindən  biri  budur  ki,  jəmiyyətin  siyasi 
həyatında siyasi partiyaların rəqabəti zəifdir və bu rəqabətin sivil 
formada,  demokratik 
yolla  aparılması  üçün  hakimiyyət 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə