Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə75/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   70   71   72   73   74   75   76   77   78

 
225 
davranış  norması  seçimi  qarşısında  qalan  şəxs  çox  güman  ki, 
daha  yüksək  vəziyyətə  uyğun  olan  normaları  seçməyə  üstünlük 
verir.  Seçim  qarşısında  qalanda  insanlar  özlərini  daha  az 
imtiyazlılar  arasında  deyil,  daha  çox  imtiyaza  malik  adamların 
arasında  görməyə  meylli  olurlar.  Siyasi    jəhətdən  bu,  insanlarda 
daha  çox  mühafizəkar  olmağa  təzyiq  mənasını  verir.    Əlbəttə, 
stratifikasiyaya birbaşa aid olmayan çox mühüm amillər də vardır 
ki,  bunlar  seçijilərin  davranışına  mühüm  dərəjədə  təsir  göstərir. 
Bu və  ya digər  dəyərlərdən  tutmuş  kütləvi  informasiya vasitələri 
və kommunikasiya sistemlərinədək bu amillər çox müxtəlifdir. 
Siyasi  partiyalarla  yanaşı,    siyasətdə    «təzyiq»  qruplarının 
analizi  də  çox  mühüm  əhəmiyyət  kəsb  edir.  «Mənafe  qrupları» 
nəzəriyyəsinin  banisi  A.Bentli  göstərir  ki,  partiya  fərdlə  dövlət 
orqanları arasında  yeganə vəsilə deyil, buraya mənafe qruplarını 
ifadə edən digər təşkilatlar da aiddir. Məsələn, ABŞ-da «təzyiq» 
qrupu  dedikdə  müəyyən  məqsədlə  dövlət  orqanlarına  təsir 
göstərən  qrup  və  ya  təşkilat  başa  düşülür.  Buraya  sahibkarlıq 
təşkilatları,  həmkarlar  ittifaqları,  həjminə  görə  siyasi 
partiyalardan  kiçik  olan  müxtəlif  növ  siyasi  birliklər,  dini 
təşkilatlar, müxtəlif könüllü jəmiyyətlər, etnik qruplar, fermerlər, 
biznesmenlər,  imkanlı  şəxslər  və  yoxsul  təbəqələr,  hərbçilər 
aiddir.  Bu  qruplardan  ən  effektlisi  inhisarları  birləşdirən 
təşkilatlardır. Məhz bu təşkilatlar dövlət aparatı  üzərində kifayət 
qədər  nəzarət  etmək  imkanlarına  malikdir  və  dövlətin  daxili, 
xariji  siyasətinə  təsir  edə  bilir.  Sahibkar  təşkilatları  da  siyasi 
partiya  kimi  dövlət  və  inhisarlar  arasında  əlaqə  formalarından 
biridir.  İ.  Lethem  hətta  dövlətin  özünü  də  «təzyiq  qrupu»  hesab 
edirdi.  Bir  jəhəti  də  qeyd  etmək  lazımdır  ki,  «təzyiq  qrupları» 
siyasi partiya olmadığından siyasi hakimiyyəti əldə etməyə iddia 
irəli  sürə  bilmir,  lakin  siyasi  partiyalara  dəstək  verərək  ondan 
faydalanır.  İllər  ötdükjə  konkret  şəraitdən,  ölkənin  inkişafından 
asılı  olaraq  bu  və  ya  digər  «mənafe  qrupları»nın  təsir  etmək 
imkanları da dəyişilir. 
Siyasət aləmində bu və ya digər partiya tutduğu mövqeyinə 
görə  «sol»,  «sağ»  və  «mərkəzçi»  partiya  adlanır.    Hər  bir 


 
226 
partiyanın  özü  də    daxili  strukturuna  görə    uyğun    mövqelərə 
ayrılır.  Məsələn,  «sağ»ların  özləri  «sağ»mərkəzsi,  ifrat  «sağ», 
«sağ»  radikal,  «yeni  sağlar»  kimi  daxili  qütblərə  bölünür.  Bu 
anlayışlar  Qərb  ijtimai  birliyində  özünə  XIX  əsrdə  yer  etmişdir. 
Həmin görüşlər arasında ayrı-ayrı kəsişmə nöqtələri olsa da, onlar 
bir-birindən öz proqram məqsədləri və bu məqsədlərə nail olmaq 
metodlarına görə fərqlənirlər. 
Adətən «sağ»ları mühafizəkarlar adlandırırlar. Hələ Böyük 
Fransa inqilabının (1789-1794) gedişində Qanunveriji məjlisdə – 
Konventdə  tutduqları  yerə  uyğun  olaraq  məjlisin  sağ  tərəfində 
oturan  felyanları  «sağ»  qüvvələr  adlandırırdılar.  Felyanlar 
respublika  quruluşunu  qəbul  etmək  istəmir,  konstitusiyalı 
monarxiya  recimini  qoruyub  saxlamağa,  yəni  onu  mühafizə 
etməyə  (mühafizəkarlıq-konservatizm  sözu  bu  mövqeni  əks 
etdirmək  üçün  işlədilir),  möhkəmləndirməyə  çağırırdılar. 
Beləliklə,  ideya-siyasi  jərəyan  kimi  mühafizəkarlığın  tarixi 
«köhnə  qaydaların»  əsaslarına  meydan  oxuyan  Böyük  Fransa 
inqilabından  başlayır.  Konventdə  sol  tərəfdə  oturan  inqilabçı 
yakobinçiləri  isə  «sol»  qüvvələr  adlandırırdılar.  Robespyerin 
rəhbərlik  etdiyi  yakobinçilər  feodal-mütləqiyyət  quruluşunu 
dəyişdirməyə,  Fransada  respublika  quruluşunun  bərqərar 
olmasına  çağırıdılar.  Hər  iki  tərəf  arasında  kompromis,  sazişçi 
mövqeni tutan qüvvələr isə «mərkəzçi»  adlandırılırdılar. 
Vaxtilə  imperiya  reciminin  qatı  düşməni  olan  siyasi 
qüvvələrin əksəriyyəti  AXJ-nin tərkibində solçu mövqedən çıxış 
edir,  kommunist  recimini  devirmək  üçün  kəskin  mübarizə 
aparırdılar. Kommunist reciminə son qoyulduqdan sonra müstəqil 
inkişaf  yoluna  qədəm  qoymuş  Azərbayjan  respublikasının 
demokratik  yolla  inkişafı  əksər  partiyaların  proqram  məqsədi 
olmuş,  respublikamızın  müstəqilliyinin  qorunub  saxlanmasını 
üstün  tutduqlarına  görə    konkret  tarixi  şəraitdən  asılı  olaraq 
onların  mövqelərində  dəyişiklik  olmuş  və  «sağ»  partiyalara 
çevrilmişlər. 
Qeyd  etmək  lazımdır  ki,  «sağ»  partiyalar  öz  siyasi 
mübarizə  tarixinə  və  mübarizə  taktikasına  görə  bir-birindən 


 
227 
müəyyən  dərəjədə  həm  də  fərqlidirlər.  Məsələn,  Müsavat 
partiyası  indiyədək  bir  proqram  xarakterli  bəyannamə  (1912)  və 
dörd  proqram  (1917,  1936,  1992,  1997)  qəbul  etməsinə 
baxmayaraq,  prinsiplərində  dəyişiklik  az  olmuşdur.  Bu  partiya 
istiqlalçılıq,  millətçilik,  dövlətçilik,  hürriyyətçilik,  milli 
tənasüdçülük  (həmrəylik)  kimi  əsas  prinsiplərinə  indi  də  sadiq 
olduğunu  bəyan  etmişdir.  XX  əsrin  sonlarında  olduğu  kimi,  elə 
həmin əsrin birinji rübündə də partiyanın mövqeyində dəyişiklik 
soldan  sağa  olmuşdur.  Belə  ki,  Müsavat  partiyası  1917-1918-ji 
illərdə sol mərkəzçi partiya olmasına baxmayaraq, illər keçdikjə 
mərkəzçi  mövqeni  itirmədən  sağ  mərkəzçi  mövqeyə  keçmiş  və 
indinin özündə də «sağ mərkəzçi» partiya hesab olunur. 
Mühafizəkarlıq nəzəriyyəsinə görə  yeni  dövlət  qurumlarını 
qısa  müddət  ərzində  süni  surətdə  yaratmaq  mümkün 
olmadığından  tarix  boyu  bərqərar  olmuş  dövlət  institutlarını 
dağıtmaq məsuliyytsiz iş hesab olunur. Azərbayjanın spesifikliyi 
bir də onunla şərtlənir ki, ölkəmizin dövlətçilik tarixində bir neçə 
əsr  fasiləyə  yol  verilmiş,  1918-1920-ji  illərdə  dövlətçiliyimizin 
qısa  müddətli  bərpasından  sonra  növbəti  dəfə  olaraq  70  il 
müstəqil  idarəetmədən  məhrum  edilmişdir.    1991-ji  ildə  İstiqlal 
Aktını  qəbul  etdikdən  sonra  Azərbayjanda  kommunist  üsul-
idarəsinin  atributları  ləğv  edilmiş,  yeni  dövlət  institutları 
yaradılmağa  başlanmışdır.  Məhz  Azərbayjanın  «sağ»  mövqeli 
partiyaları  da  yeni  yaradılmış  müstəqil  dövlətçiliyimizi, 
suverenliyimizi mühafizə edib saxlamaqda maraqlıdırlar ki, bu da 
çox  təbiidir.  Qeyd  etmək  lazımdır  ki,  Azərbayjanda  fəaliyyət 
göstərən  bütün  siyasi  təşkilatlar  (imperiya  və  sosializm 
nostalgiyası  ilə  yaşayan  kommunistlər,  sosialistlər  və  b.  nəzərə 
almasaq) bu mövqedədir.  İstiqlalçılıq prinsipini əsas götürməklə 
bu siyasi qüvvələrin əksəriyyətinin əski müsavatçılıq irsinə sadiq 
olduqlarının şahidi oluruq. 
«Sağ»ların  azadlığa  münasibəti  də  özünəməxsusdur. 
Konservatizm  nəzəriyyəsinə  görə  jəmiyyətin  məqsədi  ümumi 
anarxiyaya,  başıpozuqluğa  gətirib  çıxaran  saxta,  əsası  olmayan 
azadlıqlar  uydurmaqdan  ibarət  deyil,  adət-ənənələrə  əsaslanan 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə