Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə76/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   70   71   72   73   74   75   76   77   78

 
228 
mövjud  azadlığı  qorumaqdan  ibarətdir.  Deməli,  bu  nəzəriyyəyə 
görə iyerarxik struktura əsaslanan jəmiyyət təbii və qanuni hesab 
olunur.  Azərbayjanın  «sağ»  mövqeli  partiyaları  hakimiyyətdə 
sabitliyi  və  varisliyi  qəbul  etməklə  yanaşı,  öz  proqramlarında 
hürriyyətçiliyə  istiqlalçılığı  tamamlayan  prinsip  kimi  baxır  və 
yəqin  ki,  «sağ»  mövqenin  xüsusiyyətinə  uyğun  olaraq  insan 
hüquqları və azadlıqlarının qorunmasının təminatını təkmil hüquq 
mexanizminin  yaradılmasında  görürlər.    Deməli,  onlar  bir  daha 
totalitar  recimə  qayıtmamaq  üçün  atributları  insan  azadlıqları  və 
hüquqları,  hakimiyyətin  bölgüsü  və  təkmil  konstitusiyanın 
mövjudluğundan  ibarət  olan  hüquqi  dövlətin  yaradılmasının 
zəruriliyini  dərk  edərək,  Azərbayjan  dövlətinin  təkamül  yolu  ilə 
inkişafına daha çox üstünlük verirlər. 
Azərbayjanda  fəaliyyət  göstərən  konservativ  partiyalarda 
qatı mühafizəkarlıq deyil, məhz sağ mərkəzçilik  üstünlük təşkil 
edir. Həmin partiyaların proqramlarından çıxış edərək göstərmək 
olar  ki,  bu  partiyalarda  nə  dini,  nə  faşist,  nə  də  qatı 
mühafizəkarlıq  əlamətləri  deyil,  mötədillik,  mərkəzçilik  və 
bəzilərində  müəyyən  radikallıq  əlamətləri  üstünlük  təşkil  edir. 
«Sağ»  mərkəzçi  partiyalar  islahatlar  yolu  ilə  jəmiyyətin 
təkmilləşməsini, 
konstitusion 
azadlıqların 
reallaşmasını, 
jəmiyyətin  inkişafına  mane  olan  neqativ  halların–korrupsiyanın, 
rüşvətxorluğun,  inhisarçılığın  aradan  qaldırılması,    insan  hüquq 
və  azadlıqlarının  daim  qorunması  uğrunda  mübarizə  aparırlar. 
Bəzi  «sağ»ların  radikallığı  azad  bazar  münasibətlərini  və  azad 
rəqabəti əsaslandıran marketizm ideyasını, bu sahədə  bürokratik 
əngəllərin  qarşısının  alınmasını,  azad  sahibkarlığın  inkişafını 
tələb etmələrindədir. 
İfrat 
«sağ»lar 
jəmiyyəti 
dəyişdirən, 
yeniləşdirən 
nəzəriyyələrə düşmən münasibət bəslədiyi halda, liberal təfəkkür, 
yəni  təkamül  yolunu  götürən  mərkəzçi  təfəkkür  jəmiyyəti  daim 
yenidən qurmağa jəhd göstərir. Məhz jəmiyyəti təkamül yolu ilə 
dəyişdirmək  istəyən  mühafizəkarlar  istər-istəməz  jəmiyyəti 
dəyişdirməyin bu mövqeyini, yəni mərkəzçi mövqeyini götürərək 
sağdan mərkəzə doğru meyllənir və sağ mərkəzçi mövqedə qərar 


 
229 
tuturlar.    «Sağ»  mərkəzçiliyə  həm  də  praqmatizm  (praktik 
nətijələr), opportunizm (əməkdaşlıq) və sazişçilik xasdır. 
«Sağ»ların  sosial  bazası  o  təbəqələr  və  qruaplardan 
ibarətdir  ki,  məhz  onların  sosial  mövqeyini  ijtimai-tarixi  və 
sosial-iqtisadi  inkişafın  obyektiv  meylləri  təhlükə  altına  alır. 
Deməli,  əsasən  imkanlı  sosial  qruplar,  iri  sənayeçilər,  iri  mülk 
sahibləri,  imkanlı  sahibkarlar  və  b.  mühafizəkarlığın  sosial 
bazasını təşkil edir. Jəmiyyətdə əhalinin yaşayışı çətinləşdikjə və 
jəmiyyəti dəyişdirə biləjək yeni nəzəriyyələrin, ideyaların tətbiqi 
ləngidikjə  imkanlı  sosial  qruplar  həm  demokratik  qüvvələrin, 
həm də bütövlükdə əhalinin əksəriyyətinin təzyiqinə məruz qalır. 
Belə  olan  təqdirdə  mühafizəkar  qüvvələr  ijtimai  tərəqqiyə, 
yeniləşməyə müqavimət göstərən qorxulu qüvvəyə çevrilir. 
              Hansı  ideya  daşıyıjısı  olmasından  asılı  olmayaraq  bütün 
siyasi 
partiyaları 
və 
təşkilatları 
birləşdirən 
amillər 
dövlətçiliyimizin,  müstəqilliyimizin,  ərazi  bütövlüyümüzün 
qorunması,  Dağlıq  Qarabağ  probleminin  ədalətli  yolla  həll 
edilməsi,  işğal  olunmuş  torpaqlarımızın  geri  qaytarılması  kimi 
müqəddəs 
amallar 
birləşdirir 
və 
müxalif 
qüvvələrin 
tolerantlığının  kökündə  də  məhz  bu  amalların  yüksək  tutulması  
durur. 
 
 
 
 


 
230 
ĠSTĠFADƏ OLUNMUġ ƏDƏBĠYYATIN SĠYAHISI 
 
Azərbayjan dilində 
 
1.
 
Abbasov  A.F.  Demokratiə:  naliçnaə  i  doljnaə.  Baku  – 
2005, 179 s. 
2.
 
Abbasov Ə. İdarəetmənin sinergetik fəlsəfəsi: yeni dialoq 
naminə. Bakı –2006, 211 s. 
3.
 
Abbasov  Ə.F.  Yeniləşən  jəmiyyət.  Müasir  elmi 
paradiqma  və  idarəetmə  (ümumnəzəri  sinergetik  təhlil). 
Bakı: «Elm», 1998, 54 s.  
4.
 
Abbasov  Ə.F.,  Əsgərov  İ.  Keçid  dövrü  və  yeni  iqtisadi 
təfəkkür (sosial-fəlsəfi təhlil). Bakı: «Nafta-Press», 2001, 
142 s. 
5.
 
Abbasov Ə.F.,  Rüstəmova A., İsmayılov D., Hajıyev H.  
İjtimai  inkişaf:    qnoseologiya  və  metodologiya 
problemləri. Bakı: «Adiloğlu», 2003, 158 s. 
6.
 
Abbasova  Q.,  Hajıyev  Z.    Sosial  fəlsəfə.  Bakı:  «Ayna 
Mətbu Evi», 2001, 505 s. 
7.
 
Azərbayjan  jəmiyyəti  transformasiya  şəraitində.  Bakı: 
«TS»,2001,158 s.  
8.
 
Azərbayjanın 
ijtimai-siyasi 
təşkilatları: 
Bakı: 
«Diplomat», 1998, 135 s. 
9.
 
Azərbayjan 
Respublikasının 
Konstitusiyası. 
Bakı: 
«Hüquq ədəbiyyatı»,  2002, 82 s. 
10.
 
Azərbayjanda 
yeniləşmə 
prosesinin 
sosial-fəlsəfi 
problemləri  (məqalələr  toplusu).  Bakı:  «Elm»,  1998,  95 
s. 
11.
 
Jəbiyev  R.M.  Azərbayjanda  bazar  infrastrukturunun 
formalaşması  və  inkişafı.  Bakı:  AzTU-nun  mətbəəsi, 
2000,  234 s.  
12.
 
Jəmiyyət.  İdeologiya.  Təfəkkür  (məqalələr  toplusu). 
Bakı: «Bakı Universiteti»,  2004,  201s.  
13.
 
Jəmiyyət keçid dövründə (tərtibçi-redaktor: Əzimova R.). 
Bakı: «Ziya-Nurlan», 2003, 139 s. 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə