Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə68/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   64   65   66   67   68   69   70   71   ...   78

 
204 
strukturları  imkan  yaratmır  və  bunun  qarşısını  bürokratik 
üsullarla alır. Digər jəhət isə ondan ibarətdir ki, siyasi partiyaların 
bir çoxu  ideoloci  əsasda,  partiya  institutları  ətrafında  deyil,  ayrı-
ayrı şəxslər ətrafında yaranır. 
Siyasi  partiyaları  və  ijtimai-siyasi  təşkilatları  tiplərə 
ayırarkən  ideoloci  mənsubiyyət,  sosial  baza,  təşkilati  prinsiplər 
əsas  götürülmüşdür.  Qeyd  etmək  lazımdır  ki,  Azərbayjanda 
fəaliyyət  göstərən  siyasi  partiyalar  bir-birindən  proqram 
məqsədlərinə, ideya-siyasi istiqamətlərinə, təşkilati strukturlarına, 
iş  formaları    və  metodlarına  görə  fərqlənirlər.  Belə  ki,  sosial-
demokrat və liberal-demokrat ənənələrində oxşarlıq bu iki ideya-
siyasi  jərəyana  mənsub  təşkilatların  yaxınlaşmasını  nə  dərəjədə 
şərtləndirirsə,  mühafizəkar  ənənələr  sağ  yönümlü  partiyaları  bu 
iki jərəyana mənsub partiyalardan müəyyən məsafədə saxlayır. 
Ümumiyyətlə,  əvvəl  mövjud  olmuş  sistemin  özünün  bütün 
atributları,  strukturları,  hakimiyyət  institutları  ilə  birgə  yenidən 
qurulması  və  dəyişdirilməsi,  prinsipial  olaraq  yeni  demokratik 
sistemə  çevrilməsi  məhz  birpartiyalı  avtoritar  sitemdən 
çoxpartiyalılığa  keçid  deməkdir.    İjtimai  şüurda  çoxpartiyalılıq 
ideyasının  legitimləşdirilməsi  prosesi  artıq  təsdiq  olunmuşdur. 
Azərbayjan  xalqının  vətəndaş  jəmiyyətinin  atributu  kimi 
çoxpartiyalılıq institutuna sosial-psixoloci jəhətdən uyğunlaşması 
da  demək  olar  ki,    bərqərar  olmuşdur.  Lakin    Azərbayjanda 
çoxpartiyalılığın  bərqərar  olması  əsas  etibarilə  baş  versə  də, 
partiya sistemi tipi hələ müəyyənləşməmişdir və çoxpartiyalılığın 
formalaşmasının başa çatmasından danışmaq hələ tezdir. 
Praktik  olaraq    respublikamızda  mövjud  olan  siyasi 
partiyaların üzvlərinin sayı çox deyil, əksəriyyətinin sosial bazası 
yoxdur.  Bu  partiyaların  əksəriyyəti  təşkilati-struktur  və  maliyyə 
jəhətdən zəifdir, vertikal əlaqələr  elə də inkişaf etməmişdir. Eyni 
zamanda, xüsusi siyasi  partiya görüşlərinin formalaşması prosesi 
dəqiqləşməmişdir. Azərbayjanda sağ və sağ mərkəzçi partiyaların 
əksəriyyət  təşkil  etməsinə  baxmayaraq  bu  mövqelərin  siyasi 
mahiyyəti  əksər  üzvlər  tərəfindən  dərk  edilməmişdir.  Bəzi 
partiyalarda 
təşkilati  jəhətdən  sovet  dövrü  partiyasının 


 
205 
formalaşması  üslubuna  meyl  vardır  (güjlü  sosial  baza,  həqiqət 
üzərində inhisarçılıq və s.). Bundan başqa, respublikamızda siyasi 
mərkəz  zəifdir,  «mərkəzçi»  xətt  isə    siyasi  təşkilatlarda  hər 
şeydən  əvvəl,  ümummilli  razılığı  təmin  etmək,  jəmiyyətdə 
stabilliyə 
nail 
olmaq 
məqsədinə  xidmət  edir.  Ölkədə 
partiyalararası  sağlam  rəqabətin,  mübarizənin  olmadığı  plüralist 
demokratiya hələ də hökm sürür. 
Azərbayjandakı  siyasi  partiyaların  əksəriyyətinin  zəifliyi 
iqtisadi amillərlə bağlıdır. Belə ki, iqtisadi çətinlik şəraitində hər 
bir  insana  özünün  maddi  mövjudluğu  mühümdür.  Şəxsiyyətin 
iqtisadi  azadlığı  isə  bizdə  zəif  təmin  olunmuşdur.  Sosial 
qütbləşmə  permanent  olaraq  jəmiyyətdə  gərginlik  yaradır  və  bu 
da  öz  növbəsində  jəmiyyətin  sosial-psixoloci  və  siyasi 
mentalitetinə  təsir  göstərir.  Nətijədə,  avtoritar  və  demokratik 
əlamətlərin çulğalaşmasına gətirib çıxarır. 
Təkpartiyalılıqdan  çoxpartiyalılığa  keçid,  ideoloci  sahədə 
hegemon  kommunist  dünyagörüşünün  seçilməməsi  əslində 
siyasi-mənəvi 
sahələrdə 
totalitarizmdən 
açıq 
jəmiyyət 
prinsiplərinin əsas tutulduğu bir jəmiyyətə keçid demək idi.  
Son  illər  Azərbayjanın    siyasi  arenasından  bir  neçə  siyasi 
partiyanın  getməsi  müşahidə  olunur  və  bu  proses  davam 
etməkdədir.  Respublikanın  siyasi  həyatındakı  partiyaların 
böyüməsi  prosesi  də  zəif  gedir.  Bu  mənada,  Azərbayjanda 
ikipartiyalı  sistemin  bərqərar  olajağından  danışmaq  hələ  tezdir. 
Siyasi mübarizədə iki-üç partiyanın dominant rola malik  olduğu 
çoxpartiyalı sistem hələ  yaranmamışdır.  Bir jəbhədə  YAP (Yeni 
Azərbayjan  partiyası),    digər  jəbhədə  Müsavat,  AXJP 
(Azərbayjan Xalq Jəbhəsi partiyası), ADP (Azərbayjan Demokrat 
partiyası),  AMİP  (Azərbayjan  Milli  İstiqlal  partiyası)  durur. 
Koalision hakimiyyətin formalaşması kimi siyasi praktika reallığa 
çevrilməmişdir. 
Azərbayjanda  baş  vermiş  demokratik  dəyişikliklərin 
möhkəmlənməsi  bazar  iqtisadiyyatının  tam  formalaşması,  ona 
uyğun sosial-sinfi strukturun yaradılması şəraitində baş verə bilər. 
Bu o zaman həyata keçə bilər ki, orta sinif əhalinin əksəriyyətini 


 
206 
təşkil  etsin.  Bu  isə  ölkədə,  bir  tərəfdən,  demokratik 
dəyişikliklərin  inkişafına  fəal  təsir  göstərər,  digər  tərəfdən, 
mərkəzçi  mövqenin  möhkəmlənməsinə,  müstəqil  iqtisadi  və 
siyasi  mərkəzlərə  malik  real  vətəndaş  jəmiyyətinin  yaranmasına 
gətirib çıxarır.  
Azərbayjanda 
siyasi 
partiyaların 
ijtimai 
rəyin 
formalaşmasına  və    siyasi  proseslərin  xarakterinə  təsiri  hələ 
aşağıdır.  Bu,  bir  tərəfdən,  partiyaların  öz  zəifliyi  ilə  bağlıdırsa, 
digər  tərəfdən,  partiyaların  jəmiyyət  həyatına  təsirinin  hüquqi 
mexanizmlərinin  olmaması  ilə  bağlıdır.  Azərbayjanda  «İjtimai 
birliklər haqqında»,  «Siyasi partiyalar haqqında»  qanunlar qəbul 
edilməsinə  baxmayaraq,  həmin  qanunların  bir  sıra  maddələrinə 
əməl edilmir.  Respublikamızda partiya siyahısı üzrə hakimiyyətə 
gəlmək mexanizmi 2002-ji ildən dayandırılmışdır. Belə ki, 2002-
ji  ildə  Konstitusiyaya  edilmiş  düzəlişlərdən  biri  də  proporsional 
seçki  sisteminin  ləğvi  ilə  bağlı  olmuşdur.    Məlumdur  ki,  yalnız 
macoritar seçki sistemi ilə  güjlü siyasi  partiyaların formalaşması 
mümkün  deyildir.  Bu  isə  öz  növbəsində,  dövlətin  özünün 
zəifləməsinə  xidmət edir. Siyasi partiya üzvlərinin hakimiyyətin 
nümayəndəli  orqanlarına  seçilməsi  yolu  ilə  təsir  mexanizminin 
aradan  qaldırılması  bütövlükdə  demokratiyanın  inkişafına  mənfi 
təsir göstərə bilər. 
Hazırda Azərbayjanda siyasi hərəkat və partiyanın üç qrupu 
yaranmışdır:  1.  Sağ  jərəyan  partiyaları  –  əsasən  neoliberal, 
antikommunist  istiqamətli;  2.  Mərkəzçi  xarakterə  malik 
demokratik partiyalar; 3. Siyasi qüvvələrin  sol qanadına məxsus 
partiyalar – kommunist, sosialist istiqamətli . 
Birinji  qrupa  öz  proqramında  Qərbi  Avropa  nümunəsində 
kapitalizm  jəmiyyəti  qurmaq,  ölkəni  «dünya  sivilizasiyası»na 
qovuşdurmaq məqsədini qoyan partiyalar aiddir.  
İkinji  qrupa  öz  strateci  və  ideoloci  planda  sağlardan    az 
fərqlənən  partiyaları  aid  etmək  olar.  Bu  partiyalara  öz  qarşısına 
Azərbayjanın iqtisadi və siyasi sisteminin modernləşməsi prosesi 
üçün  demokratik xarakterli  vəzifələri qoyan partiyalar aiddir.   


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə