Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə90/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   86   87   88   89   90   91   92   93   ...   102

206 
 
 
Dönüş nöqtəsi kimi özünü göstərən gün başqalarına bənzər bir qaydada 
başladı.  Dan  yeri  söküləndən  bir  saat  əvvəl  Tsitseron,  həmişə  olduğu  kimi,  ilk 
olaraq  ev  adamlarını  oyatmağa  başladı.  Bu,  noyabrın  soyuq  olan  ilk  günü  idi. 
Tsitseron Eskvilin təpəsində ikimərtəbəli yaşayış evinə malik idi, evin bir tərəfində 
məbəd,  digər  tərəfində  isə  digər  yaşayış  evləri  var  idi.  Bu,  onun  atasının  evi  idi, 
lakin həmin vaxt kasıb olan qoca kişi öz kəndindən nadir hallarda kənara çıxırdı. 
Tsitseron  bu  evi özünə  götürmüşdü, arvadı  Terentsiya  və  onların beş  yaşlı qızları 
Tulliya ilə birlikdə burada yaşayırdı. Evdə həm də bir düjün qul var idi. 
Tsitseronun  adı  «cicer»  sözündən  əmələ  gəlmişdi,  bu,  «noxud» 
deməkdir. İndi bu bitkiçilik məhsulu «türk noxudu» adlanır və o, özü inanırdı ki, 
belə qeyri-adi ad siyasətdə faydalı olmalıdır.  
Bir şaxtalı gündə, adətən, bədbəxt adamlar kütləsi ümidsiz qaydada xeyli 
gözlədikdən  sonra  Tsitseronun  evinin  qapısından  içəri  keçdilər.  O  tapşırmışdı  ki, 
«Kim  səsə  malikdirsə,  o,  içəri  buraxılsın».  Tezliklə  otaq  qayğı  içərisində  olan 
müştərilərlə doldu, onların hər biri  senatorun,  az da olsa, vaxtını almaq  istəyirdi. 
Əsl növbə  yaranmışdı.  Tsitseron  dedi:  «Allaha şükür!»  O,  camı  taxılla doldurub, 
taqətdən düşmüş kor kişinin torbasına tökdü.  
Senator həmin səhər məhkəməyə ata qatili kimi ittiham olunan bir gənci 
müdafiə  etməli  idi,  günorta  isə  Senatın  sessiyasına  gedəcəkdi.  O,  katibinin 
oxuduğu  məktuba  ayaq  üstə  qulaq  asıb,  quluna  messajı  diktə etdi.  O,  məktubları 
acgözlüklə  oxuyurdu.  Görən  bu  məktubun  müəllifi  yararlı  tayfanın  görkəmli 
vətəndaşıdırmı? Yaxud konsul seçkisinin ilk əsrlərindən səs verənlər arasında olan 
kifayət qədər varlı iş adamıdırmı ? Bu vaxt o, şəhərdə baş verən bir hadisə barədə 
hekayəti eşitdi. O soruşdu: «Bu, həqiqətdirmi?» 
Sənəddə  Siciliya  qubernatoru  Qay  Verresin  soyğunçuluğundan  söhbət 
gedirdi.  Bu  hadisə  açılıb  töküləndə,  o,  Verresdən  üç  ay  əvvəl  aldığı  məktubu 
xatırladı.  Adamlar  onu  «qaban»  adlandırırdılar,  bu  qabanın  burnunda  qan 
görünürdü.  Verres  ona  göndərdiyi  məktubda  Tsitseronun  rəssamlıq  əsərlərindən 
ibarət kolleksiyası ilə maraqlanmışdı.  
Onun cangüdənləri adamlardan rüşvət tələb edirdilər, bunu vermədikləri 
halda, onları hədələyirdilər. Verres yaxşı heykəl əsərləri kolleksiyasına malik idi. 
onların arasında Mironun «Disk atan» və Polikletin «Nizə gəzdirən» heykəlləri var 
idi. (Mironun «Disk atan» heykəlinin surətləri keçmiş SSRİ-nin çox şəhərlərində, o 
cümlədən  Bakıda  var  idi.  Bu  heykəl  insan  fiqurasını  gözəl  bir  şəkildə,  sağlam 
gəncin bədənini anatomiya qaydalarına tam uyğun bir qaydada təsvir edirdi.) Ona 
bir  öküz  arabası  ilə  dolu  mal  gətirirdilər  və  liktorları  (cangüdənləri)  arabanı 
boşaldırdılar. 
Verresdən şikayət edən adamlar aradan götürülürdü. Onun bağında çoxlu 
yaxşı bürünc heykəllər var idi. O, onları oğurlatdırmışdı, bu heykəllərin çoxunun 
dörd  əsrlik  yaşı  var  idi.  Konsul  Sirakuzaya  gələndə,  onları  öz  iqamətgahından 
uzaqlaşdırmaq istəmişdi. Bu işi tapşırdığı Steni onun göstərişinə əməl etmədikdə, 
onu  saxtakarlıqda  ittiham  etdirib,  məhkəməyə  çağırtdırmışdı.  İttihamı  Verresin 
kliyenti  irəli  sürmüşdü.  Məhkəməyə  də  Verresin  özü  hakimlik  edirdi,  bu  isə 


207 
 
Steninin  hökmən  cəzaya  məhkum  edilməsi  demək  idi.  Ona  görə  də  o,  şəhərdən 
qaçmağa  məcbur  olmuşdu  və  indi  Tsitseronun  yanına  gəlmişdi.  Çünki  onun  öz 
iştirakı olmadan ittiham edilmişdi, qandala salınmaqla beş min sestersi cərimə ilə 
cəzalandırılmışdı.  Verres  bununla  kifayətlənməyib,  ona  qarşı  təzə  şəhadətlər 
toplayırdı,  guya  ki,  bu  vaxt  İspaniyada  Romaya  qarşı  qiyam  qaldırmaq  üçün 
casusluq  edirmiş.  Ona  görə  də  dekabrın  ilk  günündə  Sirakuzada  yeni  məhkəmə 
mühakiməsi  qurulmalı  imiş.  Casusluq  etmək  ağır  cinayət  hesab  olunurdu.  Steni 
Tsitserona dedi ki, senator, mənə inanın, o, məni çarmıxa çəkdirməyi planlaşdırır, 
bunu  heç  gizlətmir  də,  bu  barədə  açıqca  lovğalanıb  danışır.  Mən  heç  də  birinci 
olmayacağam, köməyə çox möhtacam. Siz mənə kömək edə bilərsinizmi?  
Yenə də «mən sizə möhtacam» deyə təkid etdikdə, Tsitseron soruşdu:  
– Axı nəyə görə?  
– Çünki mənim ümid bəslədiyim yalnız buradır, Siciliya deyildir, orada 
məhkəmələrə  Verres  nəzarət  edir.  Və  hər  bir  kəs  mənə  deyir  ki,  Mark  Tsitseron 
Romada ikinci ən yaxşı vəkildir.  
Tsitseron:  
– Onlar, həqiqətən bunu deyirlər?  
O, bu epitetə nifrət etdiyindən, sarkazma yaxın olan bir qaydada dedı:  
– Yaxşı, onda niyə ikinci yaxşıya müraciət etməyi qərara almısan? Niyə 
birbaşa Hortensinin yanına getməmisən?  
Xahişçi heç bir süniliyə yol vermədən dedi:  
– Mən bu barədə düşünmüşdüm, lakin o, məni geri qaytardı. O, Verresi 
təmsil edir. 
Siciliyalı getdikdən sonra Tsitseron kabinetində tək oturmuşdu, dəri şarı 
bir əlindən o bir əlinə atırdı, bu əllərini möhkəmləndirmək məşğələlərindən biri idi. 
O,  «Rəqs  edən  Ustadın»  və  «Qabanın»  yaxınlığını  bilirdi.  Onlar  bir  müddət  bir 
yerdə olmuşdular. O düşünürdü ki, onun mövqeyində olan adam dəli olmalı idi ki, 
Hortensi  və  Verresə  qarşı  çıxıb  özünü  dolaşdırsın.  Həm  də  bəzi  siciliyalılar  heç 
Roma vətəndaşları da deyildilər.  
O, səhər tezdən qızı Tulliyanın əlindən tutub, küçədə hər kəsi öz adı ilə 
salamlayırdı və qulu Tirona dedi ki, siyasətdə birinci qayda sifəti heç vaxt yaddan 
çıxarmamaqdır.  Şəhərdə  küçə  ilə  gedəndə  iki  qulu  onun  sənədlərini  aparırdı,  bu 
sənədlərlə  o,  məhkəməyə  gedəcəkdi.  Bir  düjün  şikayətçi  də  Eskvilin  təpəsindən 
düşürdü.  Burada  Tsitseron  yaxşı  tanınan  şəxs  idi,  maraqlarını  təmsil  etdiyi 
dükançıların  və  tacirlərin  qəhrəmanı  idi.  Onlar  bir  neçə  il  idi  ki,  onu  müşahidə 
edirdilər. Hamı başını əyməklə onu salamlayırdı.  
Həmin vaxt altı ya yeddi məhkəmə, demək olar ki, öz daimi sessiyalarını 
keçirirdi,  onların  hər  biri  Forumun  müxtəlif  yerlərində  yerləşirdi.  Hər  bir 
məhkəmənin  pretoru  öz  binalarından  bura  gəlirdi  və  yarım  düjün  lektor  onun 
yolunu  adamlardan  təmizləyirdi.  Hortensinin  özü  bu  vaxt  pretor  idi,  o,  Senat 
tribunasına tərəf gedirdi. Hortensinin Tsitserondan acığı gəlirdi, ancaq o, çox yaxşı 
maneralara malik idi, bu dəfə sadəcə olaraq onu görmədi.  
Mərkəzi  cinayət  məhkəməsində  on  beş  yaşlı  Qay  Popilli  Layen 
məhkəmədə  öz  atasına  ölümcül  xəncər  zərbəsi vurduğuna görə  ittiham  olunurdu. 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə