Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə93/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   89   90   91   92   93   94   95   96   ...   102

212 
 
sərdabəsinə qədər küçə boyu qamçılaya-qamçılaya aparmışdı. Pretorun qolları və 
ayaqları sındırılmış, qulaqları və burnu kəsilmiş, dili ağzından dartılıb çıxarılmışdı. 
Onun  gözləri  də  eyni  qaydada  məhv  edilmişdi.  Katilina  onun  başını  Forumda 
gözləyən  Katulun  triumfuna  öz  əlində  aparmışdı.  Ona  görə  də  Katulu  Tsitseron 
kimi hansısa bir əyalət atlısı ilə müqayisə etmək olmazdı.  
Nəhayət, bir papirusda Verresin məlumatları tapıldı. Orada Sulla ilə Mari 
arasındakı  müharibə  vaxtı  yazılmış  üç  cümlə  var  idi:  «Mən  2.235.417  sestertsi 
aldım.  Maaşa,  taxıla,  leqatlara,  prokvestora,  pretorian  kohartasına  1.635.417 
sestertsi pul xərclədim. 600.000 sestertsini mən Arimində qoydum».  
Bu  pullar  xəzinəyə  təhvil  verilməmişdi.  Axı  o,  demək  olar  ki,  iki  il 
müddətinə Siciliyada qubernator olmuşdu.  
Öz  qulu  Tiron  Tsitseronun  evində  ona  Verresin  kvestor  hesabının 
surətini göstərdi. Senator qardaşı Kvintə dedi:  
– Bunlara bax, Kvint. Bu əclaf o qədər tənbəldir ki, həmin yalanı adekvat 
qaydada da söyləməmişdir. Altı yüz min – budur, yuvarlaq məbləğ və o, bu pulu 
hara  qoymuşdur?  Müxalif  ordunun  işğal  etdiyi  şəhərdə  onu  qoymuşdur  ki,  ona 
görə  məzəmmət  olmaqdan  kənarlaşsın.  Həm  də  iki  il  ərzində Siciliyadan  heç  bir 
hesabat verilməmişdi. 
Dörd yaş özündən kiçik olan qardaşı Tsitserona dedi: «Əgər sən Verresin 
davranışını Senatda qaldırsan, onlar çıxışları ilı bunu yaxın buraxmayacaqlar. Əgər 
sən  onu  məhkəməyə  verməyə  cəhd  etsən,  onlar  ona  bəraət  verilməsinə  nail 
olacaqlar. Ona görə də mənim məsləhətim belədir ki, burnunu bu məsələyə soxma» 
Senator əmisi oğlu Lutsinin də rəyini öyrənmək istəyəndə, o dedi:  
–  Mən  deyirəm  ki,  Roma  Senatındakı  hər  bir  namuslu  adam  bu  cür 
korrupsiyanın  yoxlanılmamış  qalmasına  dözməyəcəkdir.  İndi  sən  faktları 
bilirsənsə, vəzifən onları açıqlamaqdır.  
Arvadı Terentsiya isə istehza şəklində Lutsiyə dedi:  
–  Əhsən.  Sən  ömründə  heç  bir  vəzifə  tutmamış  əsl  filosof  kimi 
danışırsan.  
 
 
 
Tsitseron tribunlara müraciət etməli olur 
 
Nəzəri  cəhətdən  Steni  Sirakuzada  (Siciliyanın  o  vaxtkı  paytaxtında) 
şikayət  edə  bilərdi,  özü  də  yalnız  qubernatorun  özünə.  Tilsimli  çevrə  yaranırdı, 
burada Verresin özü qubernator idi. Beləliklə, bədbəxt Steniyə bu yol bağlanmışdı. 
Romada  açıq  şəkildə  yaşamağa  davam  etmək  də  Steni  üçün  əlverişli  çıxış  yolu 
deyildi, – ağır cinayətdə ittiham olunan istənilən adam şəhərdən avtomatik qaydada 
qaçmağa məcbur idi, çünki ona burada qalmaq olmazdı. 
Tsitseronun  bir  dostu  dedi  ki,  Steni  üçün  yeganə  çıxış  yolu  intihar 
etməkdir.  Əlbəttə,  real  şəkildə  yox.  Tsitseron  isə  buna  real  olaraq  əl  atılmalı 
olduğunu  düşünürdü.  Dostuna  razılığını  bildirib,  Stenini  gizlətmək  üçün  yer 
axtarmağa başladı. Doğrudan da, o, şəhərdə artıq açıq şəkildə qala bilməzdi. Verres 


213 
 
heyvan  idi,  özü  də  hiyləgər  heyvan  idi.  Tsitseron,  nəhayət,  qərara  gəldi  ki, 
tribunların yanına getmək lazım gələcəkdir.  
Ənənəvi  olaraq,  tribunlar  ümumi  xalq  səsverməsi  vasitəsilə  Senatın 
hakimiyyətini yoxlayır və onu tarazlaşdırırdılar. On il əvvəl Sulla Mari qüvvələrini 
məğlub edəndə aristokratlar tribunları öz hakimiyyətlərindən uzaqlaşdırdılar. Onlar 
artıq  xalqın  mitinqini  toplaya  bilməzdilər  və  ya  qanunvericilik  təklifi  edə 
bilməzdilər.  Onlar  hətta  ağır  cinayətlərə  və  xətalara  görə  Verres  kimi  adamlara 
impiçment  də  elan  edə  bilməzdilər.  B.e.ə.  V  əsrin  əvvəlindən  xalqın  tələbi  ilə 
yaranan  bu  vacib  institut,  plebeylərdən  seçilməklə,  magistratların  və  Senatın 
qərarları  üzərində  qadağa  qoya  bilərdi,  lakin  artıq  hüquq  müstəvisində  malik 
olduğu  bu  böyük  gücü  itirmişdi.  Son  alçaldılma  isə  ondan  ibarət  idi  ki,  tribuna 
çevrilən  istənilən  senator  avtomatik  olaraq  digər  böyük  vəzifəsindən  azad 
olunurdu,  özü  də  bu  vəzifə  istər  pretorluq,  istərsə  də  lap  konsulluq  olsun.  Başqa 
sözlə, tribun gəmisi siyasi cəhətdən ölümlə nəticələnən qəzaya məhkum olan kimi 
layihələnməli  idi.  Kübarlıq  ambisiyasına  görə  heç  bir  senator  bu  vəzifəyə  yaxın 
gəlməyəcəkdi.  Tribun  institutu  Sulla  diktaturasından  sonra  ağır  cəzaya  düçar 
olmuşdu və bu, onun sona çatmasından xəbər verirdi.  
Lakin onlar magistratların ədalətsiz qərarlarına qarşı isə özəl şəxslərə öz 
himayələrini  təklif  etmək  hüququna  malik  idilər.  Dostu  yarızarafat,  yarıciddi 
şəkildə Tsitserona dedi ki, sən öz arvadını idarə edə bilmirsənsə, Romanı heç vaxt 
fəth edə bilməzsən. Tsitseron ona cavab verdi ki, Romanı fəth etmək uşaq oyunu 
olacaqdır,  o  vaxt  məhz  arvadımı  idarə  etməklə  bu  müqayisə  oluna  bilər.  Sonra 
əlavə etdi ki, bir aforizmi o, heç vaxt yaddan çıxarmamışdır: «Əgər sən siyasətdə 
ilişib qalmaq istəyirsənsə, bunu etmək, elə bil ki, vuruşmağa başlamaqdır – vuruşa 
başla,  əgər  hətta  sən  onu  udmağın  necə  baş  verəcəyini  bilmirsənsə  də,  çünki  bu, 
yalnız vuruş gedəndə bilinir və təklifdəki hər bir şeyə sən ancaq ondan keçməklə 
ümid edə bilərsən».  
 Tsitseron sənədləri topladı ki, onları tribunlara təqdim etsin. Artıq onun 
adamları vuruş mərhələsinə girmişdilər.  
Tribunların  qərargahı  Senatdan  sonrakı  binada  idi.  Burada  on  tribun 
işləyirdi, onlar hər il xalq tərəfindən seçilirdilər. Onlardan biri məşhur Mark Portsi 
Katonun  (böyük  Katon  b.e.ə.  234–149-cu  illərdə  yaşamış  tanınmış  siyasi  xadim 
olmaqla, 23 il ərzində Senatdakı öz çıxışlarını «Karfagen dağıdılmalıdır» sözləri ilə 
bitirmiş,  Karfagenin  tarixdən  silinməsindən  üç  il  əvvəl  həyatla  vidalaşmışdı) 
nəticəsi idi. Kiçik Katon bazilika tikdirib, ona öz adını vermişdi. Gənc Katonun 23 
yaşı var idi, o, həm də Tsitseronun həyatı gedişində, həm də respublikanın ölməyə 
üz  qoyduğu  dövrdə  mühüm  şəxsiyyətə  çevrilməli  idi.  Lakin  həmin  vaxt  bunu 
təsəvvür  etmək  olmazdı.  Tsitseron  bilirdi  ki,  adətən,  adamlara  səfeh  olan  dövlət 
xadimləri xoş gəlir. Lakin tezliklə o, bu fikirdən daşındı.  
Tribun Palikan ayrılanda, Tsitserona dedi ki, qoy sənin müştərin hələlik 
Verresin  çarmıxlarından  birlikdə  aqoniyada  olsun.  Və  səhərisi  gün  onunla  və 
müştərisi ilə bazilikada görüşməyə söz verdi.  


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə