99
nin islam mədəniyyətinə marağını artırır, dinlərarası və mə-
dəniyyətlərarası dialoqun inkişafına müsbət təsir göstərir.
2009-cu il noyabrın 11-də Bakı şəhərində İKT-nin 40 il-
liyinə həsr edilmiş «Sivilizasiyalararası dialoq: Azərbaycan-
dan baxış» mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
(85) Azərbaycan Diplomatik Akademiyası (ADA) və İKT-nin
Baş katibliyi ilə birgə təşkil edilmiş bu konfransda 41 ölkədən
və 3 beynəlxalq təşkilatdan 200-dək elm xadimi, respublika-
mızda akkreditə olunmuş diplomatik korpusun nümayən-
dələri və s. qonaqlar iştirak etmişlər.
Beynəlxalq Konfransda
ADA-nın rektoru professor H.Paşayev, İKT-nin Baş katibi Ek-
məlləddin İhsanoğlu, Qafqaz Müsəlmanları İdarəsinin sədri,
şeyxülislam Allahşükür Paşazadə, Respublikamızın Xarici
İşlər Naziri Elmar Məmmədyarov və başqaları çıxış edərək
sivilizasiyalararası və dinlərarası dialoqun qlobal əhəmiyyət
daşımasından, İKT-nin bu sahədəki fəaliyyətindən, Azərbay-
canın dinlərarası dialoqa töhfəsindən bəhs etmişlər. Çıxış
edənlər 1 milyarddan çox müsəlmanı və 54 ölkəni əhatə
edən İKT-nin insan hüquqlarının qorunması uğrunda mü-
barizə apardığını, dünyada sosial-siyasi ədalətsizliyə son
qoymaq istiqamətində böyük işlər gördüyünü, sivilizasiyalar
arasında dialoqun inkişaf etdirilməsi sahəsində geniş fəaliy-
yət göstərdiyini qeyd etmişlər. Beynəlxalq konfransda mə-
dəniyyətlərarası və dinlərarası dialoqun qarşılaşdığı prob-
lemlər, dini və mədəni müxtəli lik, bu sahədə Azərbaycanın
təcrübəsi və s. sahələrdə elmi müzakirələr aparılmışdır.
Konfransda çıxış edənlərin əksəriyyəti belə qənaətə gəl-
mişlər ki, Avrasiyada xüsusi geosiyasi mövqe tutan, bir neçə
mədəniyyətlərin qovuşuğunda yerləşən və öz tolerantlığı ilə
seçilən Azərbaycan Respublikası sivilizasiyalararası dialoq-
da nümunə ola bilər. Məsələn, QMİ-nin sədri, şeyxülislam
Allahşükür Paşazadə öz çıxışında bildirmişdir ki, humanist
islam dəyərləri və zəngin ənənələrimizdən formalaşan na-
100
dir Azərbaycan modeli müasir dünya üçün qiymətli örnək
ola bilər. Konfransda A.Paşazadənin bu ikrini dəstəkləyən
İKT-nin Baş Katibi E.İhsanoğlu Azərbaycanın böyük Siviliza-
siyalar arasında əməkdaşlıq sahəsində simvola çevrildiyini
vurğulayaraq bildirmişdir ki, bu amil ölkəmizin yerləşdiyi
coğra i məkan, həm də burada
müxtəlif mədəniyyətlərin qo-
vuşması ilə əlaqədardır.(86)
Azərbaycanın mədəni həyatında mühüm rol oynayan
tədbirlərdən biri də 20-25 mart (2009) tarixində Bakıda
Beynəlxalq Muğam Mərkəzində keçirilən «Muğam aləmi»
Beynəlxalq festivalı olmuşdur. YUNESKO-nun və İSESKO-nun
xoşməramlı sə iri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
keçirilən Muğam festivalında Azərbaycan ilə yanaşı, ABŞ,
Fransa, İtaliya, Almaniya, Suriya, İraq, Mərakeş, Özbəkistan,
İran, Misir, Hindistan və digər ölkələr də təmsil olunmuşdur.
Beynəlxalq Muğam festivalının rəsmi açılış mərasimində
Azərbaycan Respublikasının prezidenti İ.Əliyevin, YUNES-
KO-nun xoşməramlı sə iri M.Əliyevanın, YUNESKO-nun sa-
biq baş direktoru Koişiro Matsuura və digər yüksək səviyyəli
xarici qonaqların iştirak etməsini Azərbaycan mədəniyyə-
tinə göstərilən yüksək diqqətin bariz nümunəsi kimi qiymət-
ləndirmək olar.
Beynəlxalq festivalın rəsmi açılış mərasimində çıxış
edən prezident İlham Əliyev Azərbaycan musiqi mədəniyyə-
tində muğam sənətinin rolundan, xalqımızın muğam sənə-
tinə sevgisindən bəhs edərək demişdir:
«Muğam Azərbay-
canın milli sərvətidir. Azərbaycan xalqı əsrlər boyu bu
gözəl sənəti öz həyatında uca tutmuşdur, öz qəlbində
saxlamışdır. Nəsildən-nəslə keçən muğam sənəti bu gün
də Azərbaycanda yaşayır, qorunur, inkişaf edir. Bizim
görkəmli muğam ustalarımız öz məharətini, öz biliklə-
rini gənc nəslə ötürürlər. Azərbaycanda ənənəvi olaraq
keçirilən muğam müsabiqələri də bu işdə çox mühüm