108
«atropat» sözü əsasında formalaĢmıĢdır; birinci adın kökündə azər//asər
boyadı,
ikincinin kökündə
isə
«atəĢ»
anlamlı
atar//adur
sözü
durur.
Bu fər-
qi aydın
görmək
üçün
hər
iki
adın
qədim mənbələrdə
və
sonrakı
çağlarda
ayrı-ayrı xalqların dilində necə iĢləndiyini əks etdirən formaları gözdən
keçirmək lazım gəlir. Siyasi-coğrafi anlamda
Azərbaycan
adı
öncə Araz-
boyu əraziləri
və Urmu hövzəsini,
sonralar isə Dərbənd, Borçalı,
Ġrəvan,
Mosul-Kərkük,
Həmədandan
güney və doğu bölgələri də əhatə etmiĢ, bu
sınırlar bəzi çağlarda böyümüĢ, yaxud daralmıĢ, etnik-coğrafi anlamda isə
ölkəadının əvvəllər daha geniĢ sınırları olmuĢdur. Hətta, Azərbaycan adı-
nın Atropaten adından yarandığını deyənlər unudurlar ki, I Xosrov çağın-
da Atropaten Azərbaycanın daxilində olan vilayətlər sırasında verilir.
Azərbaycan
adının
semantikasını
açmağa yardım edən formalarını
izləmək üçün
qədim pəhləvi (part), yunan, ərəb qaynaqlarını gözdən ke-
çirmək lazım gəlir.
105
Sasani sülaləsinin əsasını qoyan I ArdaĢir (
226-240
)
haqqında VI əsrdə yazılmıĢ «Kārnāmaq ī ArdaxĢīr ī Pabaqān», VI-VII
əsr olaylarından bəhs edən yunan tarixçisi Feofilakt Simokattanın
628-
638
-ci illər arasında yazdığı «„Ιζηορίαι» və
XIII
əsrdə özündən əvvəl
deyilmiĢ fikirləri Ģərh edən ərəb yazarı Yaqut əl-Həməvinin «Mu‟cəm
əl-buldən» (
1224
)
kitablarında uyğun hissələrə baxaq:
1) «Ud Ardaxšir pad ān menin būd kū ō Arman ud Ādurbādaqān ša-
wam…» (Və ArdaĢir düĢündü: «Ərmən və Adurbadaqana gedərəm»).
106
2) F. Simokatta yazır ki, 590-da Xosrov atası Hörmüzdün taxtdan salındı-
ğını eĢidəndə oturduğu bölgədən Aðrabiqana (‟Αδραβιγάνων) qaçdı.
107
3) Yaqut əl-Həməvi bu adı partca «Od evi» kimi izah edənlərə qoĢulsa
da, baĢqalarının fikrini və öz canlı müĢahidəsini də verir. O yazır ki, əĢ-ġəmma-
105
Yunan-Bizans yazısında -΄Ατροπατηνη (Strabon,
XI.
13.
1), ’Αδραβιγάνων ~ ’Αδαρβι-
γάνα (Симокатта, IV. III. 13; IV. IX. 1), ‟Αδοσρβαδηνη; suriya dilində - Āðorbāigān,
Āðorbīgān, Adarbiqana, Aderbaiqan; orta və yeni fars dilində
- ’twrp’tkn
(Āturpātakān),
Aturpatakan (I ġapurun yazısı), Ātarpātakān,
Āðarbaðeqān; part dilində - Ātropātakān,
Ādurbādaqān; ərəb dilində - A
ż
rəbiqan, A
ż
arbeqan, A
ż
arbaykan, A
ż
arbican, A
ż
erbeicân;
əski və yeni erməni (hay) dilində - Atırpatakan, Adrbecan; əski gürcü dilində - Adar-
badaqani, Adrabadaqan; rus
dilində - Aderbedjan (XIX
əsr), Azerbedjan (XX
əsr); talıĢ
dilində - Azırboycon; türkmən dilində - Xəzirbican; özbək dilində - Ozarboycan; Bu
ad
azər
dialektlərində Azərbican, Azarbacan, Həzərbecan, Əzirbican və sair deyimlərdə iĢlə-
nir, M.
KaĢğarinin lüğətinə əlavə olunmuĢ xəritədə
ﺁﺫﺭﺁﺑﺎﺩﮐﺎﻥ
(A
ż
ərabadkan), Ġbn
Havqə-
lin
verdiyi
xəritədə
isə
ﺍﺫﺭﺑﻴﺠﺎﻥ (A
ż
ərbican) formasında yazılmıĢdır.
106
«Karnamaq», X.
2.
107
„Ιζηορίαι IV. III. 13; Феофилакт Симокатта, 98, 206 (qeyd 8).
109
xın Ģeirində Ażrəbican Ģəklində yazılan bu adı əl-Mühəllib Ażribican, yerli
əhali isə Ażribacan Ģəklində iĢlədir, bəziləri birinci hərf olan həmzəni məddə
(uzun ā) kimi qəbul edir, dilçilərə görə bu ad Ażər və bican hissələrindən təĢkil
olunduğu üçün adın nisbəsi (nisbi sifəti) birinci hissəsindən ażri və ażəri Ģək-
lində düzəlir və ya ażərbi Ģəklində deyilir.
108
Müxtəlif dilli qaynaqlarda Azərbaycan
adı
Ażərbiqan və
Aturpatkan
variantlarına uyğun deyimlər üzrə
qeyd olunmuĢdur. Qaynaqlarda əksər
dillərdəki örnəklər Azərbigan adının müxtəlif yazılıĢ formalarıdır, yalnız
keçmiĢ fars və hay dillərində Atrupatkan adının variantları görünür ki,
bunlardan da Azərbaycan adının yaranması dilçilik baxımından mümkün
deyil.
Ərəb istilasından sonra adın sonluğunda məkan
bildirən
-qan//-kan
Ģəkilçisi
ərəb
deyiminə (q
>
c) uyğun olaraq -can forması almıĢ, yalnız
bir-iki fars-hay yazısında az iĢlənən Aturpatkan variantı aradan çıxmıĢ,
onun yerini Azərbiqan deyiminə yaxın olan Ażərbaycan variantı tutmuĢ-
dur. Beləliklə, ölkənin türk dili əsasında yaranmıĢ
Azərbiqan adı irandilli
(
part-fars
)
mühitdə yaranmıĢ Aturpatkan
adını üstələmiĢdir. Bu
etnolinq-
vistik
olayı
nəzərə
almayan
alimlər
Azərbaycan
adının
etimologiyasından
danıĢarkən bir-birindən fərqli yozumlar vermiĢ, xoronimi Atropat, Azərbaz
və Babək kimi tarixi Ģəxs adları ilə bağlamaq istəyənlər də olmuĢdur.
109
Halbuki, Azərbaycan adının tərkibindəki Azər adı həmin Ģəxslərin yaĢadığı
çağdan daha qədim qaynaqlarda vardır.
110
Bu xoronimi Ģəxs adına bağla-
maq gələnəyi Strabonla baĢlanmıĢdır. O, Atropatena adının Kiçik Mada
ölkəsinin baĢçısı Atropat (΄Αηροπαηηζ) adından yarandığını yazmıĢdır.
Əgər Strabon Atropatena yox, Atropatkan//Aturpatkan adının özü yazdığı
kimi Atropat adından yarandığını desəydi, onda bu fikiri müdafiə edənlə-
rə “kömək” etmiĢ olardı. Lakin onun Atropat dediyi adama ondan öncəki
tarixçilər (Diodor, Arrian) Atrap demiĢlər.
Ölkəadının «Odlar yurdu» poetik deyimi də bəzi etimoloji yozuma
öz psixoloji təsirini göstərmiĢ, part dilindəki atar «od» sözü ilə yaranan
Atar-pat ilə türkcənin Azər-bi tərkibi eyni mənada yozulmuĢdur. Adın ilk
108
I cild, 128; Ялийева, 1999, 123-124.
109
Strabon, XI. 13. 1. Bu yozumu sonralar bir çox yazarlar təkrar etmiĢlər (GeniĢ məlu-
mat üçün bax: Азерлу,
Мусеви,
Ямпольский
1974); Yaqut əl-Həməvi isə qeyd edir ki,
Ġbn əl-Müqəffə‟a Azərbican adının Azərbaż ibn Ġran (və ya ibn Beyvarasif) ibn əl-Əsvad
ibn Sam ibn Nuh Əleyhissəlamın adı ilə bağlı ortaya çıxdığını yazmıĢdır
(Ялийева,1999, 124); A. Bakıxanov Azərbaycan xoronimini Azərbabaqan Ģəklində
bərpa edib, «Babəkin odu» anlamı daĢıdığını güman etmiĢdir (Бакыханов, 59).
110
Azər xalqı, 2000, 15.
Dostları ilə paylaş: |