59
Bundan
sonra,
Plutarx
düĢmənə qarĢı gedən Pompeyin onları Abant
çayı kənarında çarın qardaĢı Kosisin baĢçılığı ilə döyüĢə hazır durumda
gördüyünü, alban qoĢununda 66 min piyada, 12 min süvari və onların
sırasında amazonkaların olduğunu yazır. Əlbəyaxa döyüĢdə Pompeyin
Kosisi öldürdüyünü qeyd etsə də, albanların yenilməsini açıqlamır. Hal-
buki antik müəlliflər belə hallarda kiçik qələbəni də ĢiĢirtmə ilə verirlər.
DöyüĢdə qadınların iĢtirakı və qoĢunun pis silahlanması da göstərir ki,
Pompey
Alban çarı və onun əsas qoĢunu ilə deyil, qarĢısına çıxan Kosislə
savaĢmıĢdır. Sonra Plutarx davam edərək yazır:
«
Pompeyin bu döyüĢdən sonra Kaspi dənizinə qədər getmək niyəti
vardı, lakin dənizdən üç günlük məsafədə olmasına baxmayaraq, zəhərli
ilan-çayanın çoxluğundan geri qayıtmağa məcbur qaldı
».
139
Göründüyü kimi, Plutarx döyüĢ yerini Xəzərə «üç günlük» məsafə-
də Abant çayı kənarında vermiĢdir. Kürü keçəndən sonra Xəzərə üç gün-
lük yolda hansı çayın axdığını müəyyən etmək üçün müasir xəritələrə bax-
saq, bunun Pir-Saqat və ya Sumqayıt çayı olduğunu görmək olar.
140
Saqa-
qamər boylarının məskunlaĢdığı bölgədə Pir-Saqat/Kambis hidroniminin
paralel iĢlənməsi mümkündür. Böyük Plini Kür ilə Albana çayı arasında
Xəzərə tökülən Kambis çayını göstərir ki, bu da coğrafi koordinatlara görə
Pir-Saqatdır.
Deməli,
rumların
Azərbaycana
yürüĢünün
yönü
Y.A.Manandyanın
yazdığı kimi deyildir; Pompey
Aqstafa
yaxınlığında Kürü, sonra Qabırrı,
Qanıx
çaylarını keçib,
ġəki-Zaqatala arasındakı bölgədə döyüĢməmiĢdir.
Pompeyin uzun və üzücü yol üçün götürdüyü su ehtiyatı, keçdiyi çayların
adı,
Xəzərə üç günlük məsafədə
vuruĢması aydın göstərir ki,
rum
legionu
Qazax bölgəsindən ġirvan düzünə, burada indiki ġirvan kanalı boyunca
irəliləyib, Kürdəmir-Ağsu arası ilə indiki Qobustan rayonuna daxil olur
və Mərəzə-ġamaxı
bölgəsində
Pir-Saqat
(Kambis)
çayını keçir. Rum və
alban qoĢunu burada və ya yaxındakı Sumqayıt-çayın Qozluçay qolu
yaxasında savaĢır. Beləliklə, Xəzərə bu üç günlük məntəqədən Pompey
geri qayıdıb Borçalı bölgəsinə dönür.
139
Eyni qaynaq, (Помпей, XXXVI).
140
Böyük Plini və Ptolemeyin Pir-Saqat çayını Kambis hidronimi ilə verdiyinə diqqəti
çəkən coğrafiyaçı Seyran Vəliyev, doğru olaraq yazır ki, Pompey Kür çayını Mingəçe-
vir yaxınlığında keçib, ġirvan düzü ilə Pir-saqat (Kambis) çayına doğru irəliləyir, onu
keçəndən sonra Sumqayıt (Abant) çayının bir qoluna yaxınlaĢır və döyüĢ burada baĢ verir
(Велиев, 1983, 95-96, 110).
60
Qobustandan baĢını götürüb, yayın istisində əldən düĢmüĢ əsgər-
lərilə geri qaçan Pompey keçən qıĢı keçirdiyi Kaspi bölgəsinə payızqaba-
ğı dönür və 65/64-ün qıĢını da burada keçirir. Azərbaycandan geri
dönən Pompey
Qazax
bölgəsinə
qədər
gəldiyi yolla geri qayıdır,
buradan
Dilican-Qanlıca yolu ilə deyil, Qazax-Tiflis yolu ilə Borçalının yuxarı
bölgələrindən keçib
Kaspiyə
enir. QıĢı orada qalıb,
yazda Qanlıca-ArtaĢat-
Sürməli-Körpüköy yolu ilə geri qayıdır.
Beləliklə, Pompeyin Azərbaycana yürüĢ yolunu qədim qaynaqlar
üzrə
araĢdırmaqla bu ölkənin m.ö.
I əsrdəki etnik
tarixi-coğrafi
durumuna
aid müəyyən bilgi əldə etdik. Göründüyü kimi, yolboyu qarĢıya çıxan Kür,
Araz, Araq, Kasax, Kambis, Albana hidronimləri, Antak, Xazdar, Baqa,
Astarak, Qanlıca, Abul, Kaspi, Asqur, Alban toponimləri türk onomastik
qaynağını təĢkil edir və bunların içində azər/xəzər xalqı adının kökündə
duran qədim «az» boyuna aid genotoponimlərin tərkibi də müxtəlif dia-
lekt deyimlərini aydın əks etdirir:
as/az - *as-tarañur (as-tarak), as-qur, az-ar (azər)
kas/ xaz - kas-pi, kas-ax, xaz-dar (xazlar)
Beləliklə,
II Sarqonun və Pompeyin Azərbaycana yürüĢünü təsvir
edən asur və yunan-latın qaynaqları m.ö.VIII və
I əsrlərdə Arazdan aĢağı
və yuxarı bölgələri haqqında gərəkli bəlgələr verir. Azərbaycanın etnik
demoqrafiyası baxımından bu bəlgələrin böyük əhəmiyəti vardır. Belə ki,
Güney
Azərbaycanda bars, xoruz, qaban, subar, sabar, zəngi,
qızıl,
qaralı,
dəli,
saqa,
bardı boylarının,
Quzey
Azərbaycanda as/az, azər, kaspi,
alban
boylarının yaĢadığı bəlli olur. Sonrakı qaynaqlarda aran və ağvan adları
ilə tanınan alban boylarının Ġrəvan-Borçalı arasında yaĢadığı da bəlli olur.
Eyni durum kaspi boylarında da özünü göstərir, onlar həm Xəzər yaxası
bölgələrdə, həm də Borçalının ayrı-ayrı bölgələrində görünür. Eyni adlı
türk boylarının
Azərbaycanın müxtəlif bölgələrinə yayılması saqa,
subar,
zəngi, bars boylarında da özünü göstərir.
Bu
yürüĢlər
boyu
tanıĢ olduğumuz Buya,
Aratta, Kisil-axa, Kambis,
Araq, Kasax, Araz, Kür, Albana kimi çayların, onlarla yer-yurd, dağ ad-
larının türkcə olması da aydın göstərir ki, Güney Qafqazda və Güney
Azərbaycanda yerli əhali türklər idi. Alban çarı Uruz və
qardaĢı
Kutus,
Mana çarı Ullusun türk adı daĢıyır, qaynaqlarda bəzi qalabəylər, bölgə
baĢçıları «böyük»,
«yanzu»
titulları
ilə
verilmiĢ,
«qəbilə» anlamında uruk
sözü
qeyd
olunmuĢdur.
Qaynaqlarda
adı keçən türk etnonimlərində boya-
Dostları ilə paylaş: |