Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə57/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   53   54   55   56   57   58   59   60   ...   71

xəstəxanalarda, meyitxanalarda olursunuz, orada elə şeylər edirsiniz ki, heç 
tükünüz də tərpənmir. Siz bu adamı ölüxanada, ya da meyit yarılan 
laboratoriyalarda laxtalanmış qan içində görsəydiniz, o, sadəcə, sizə təcrübə üçün 
maraqlı obyekt kimi gələrdi. Dərhal işə girişərdiniz, heç tükünüz də tərpənməzdi. 
Ağlınıza belə gəlməzdi ki, siz nəsə pis iş görürsünüz. Əksinə, siz, bəlkə də, hesab 
edərdiniz ki, bəşəriyyətin rifahı naminə çalışırsınız, elmi zənginləşdirir, 
təqdirəlayiq biliklər əldə edirsiniz və sair və ilaxır. Məncə, siz, onsuz da, bu işi 
dəfələrlə eləmisiniz və əlbəttə, meyiti məhv etmək sizin dəfələrlə gördüyünüz 
meyityarma işlərindən az qorxuludur. Başa düşün, bu meyit mənim əleyhimə olan 
yeganə dəlildir. Əgər onu aşkar etsələr, deməli, mən batdım. Siz mənə kömək 
etməsəniz, əlbəttə, onu tapıb çıxaracaqlar. 
– Mən sizə kömək etmək istəmirəm, axı bunu sizə dedim! Bütün bunların isə, 
sadəcə, mənə aidiyyəti yoxdur, vəssalam! 
– Alan, yalvarıram, mənə kömək edin! Mənim düşdüyüm vəziyyəti anlayın! Siz 
gəlməmişdən qabaq mən dəhşətli qorxu içində idim. Ola bilsin ki, günlərin 
birində siz də belə bir qorxuyla yaşayacaqsınız... Yox, yox, Allah xatirinə, elə 
demək istəmədim. Allah eləməsin! Bu işə, sadəcə, elmi nöqteyi-nəzərdən baxın. 
Axı siz meyitxanalarda ölüləri yaranda onlardan soruşmursunuz ki, “bunlar 
haradandır” elə deyil? Buna görə də bunu da eləcə bilin, soruşmayın heç nə. 
Onsuz da, mən sizə lazım olduğundan daha çox məlumat verdim. Xahiş edirəm, 
mənim xətrimə bu işi görün! Axı biz dost olmuşuq, Alan! 
– Keçmişi xatırlamayın, Dorian, o ölüb! 
– Bəzən bizim ölü sandığımız  şeylər uzun müddət ölmək istəmir. Yuxarıdakı 
adam getmir, stulda oturub, başını əyib stolun üstünə, əllərini də qatlayıb. Alan! 
Alan! Əgər siz mənə kömək etməsəniz, mən məhv olacağam! Məni asacaqlar, 
Alan! Başa düşmürsünüz mənim vəziyyətimi? Məni cinayət törətdiyimə görə 
asacaqlar.  
– Söhbəti uzatmağa lüzum yoxdur. Mən kömək göstərməkdən qətiyyətlə imtina 
edirəm. Görünür, siz qorxudan dəli olmusunuz. Yoxsa mənə müraciət etməzdiniz
özü də bu işdən ötrü. 
– Deməli, belə... İmtina edirsiniz? 
– Hə, imtina edirəm... 
– Alan, sizə yalvarıram... 
– Xeyri yoxdur. 
Dorianın gözlərində yenə peşmançılıq və təəssüf hissi parıldadı. Sonra o, stolun 
üstündən bir parça kağız götürüb nəsə yazdı; yazdığını iki dəfə oxudu, kağızı 
ehtiyatla büküb Alanın oturduğu stula tərəf  tulladı. Sonra durub pəncərəyə sarı 
getdi. Kəmpbell təəccüblə ona baxıb kağızı açdı. Məktubu oxuyan kimi onun 
rəng-ruyu ağardı, oturduğu yerdə qaldı. Özünü çox pis hiss etdi, ürəyi döyünməyə 
başladı; nəfəsi daraldı, bütün vücudunu əzginlik bürüdü. Bir anlıq özünü boşluqda 


hiss elədi, sanki, bu dəqiqə düşüb məhv olacaqdı. Bir-iki dəqiqəlik ölü sükutdan 
sonra Dorian geri dönüb Alana sarı gəldi, əlini onun çiyninə qoydu. 
– Bağışlayın, Alan, – pıçıldadı, – siz mənə başqa yol qoymadınız. Mənim başqa 
çıxış yolum da yoxdur. Mən artıq bu məktubu yazmışdım. Budur, məndədir! Siz 
ünvanı da görürsünüz. Əgər məni bu bəladan qurtarmasanız, məktubu 
göndərəcəyəm. Bundan sonra nə olacaq, özünüz bilirsiniz. Siz imtina edə 
bilməzsiniz. Çox çalışdım sizi ələ gətirəm; siz bunu etiraf etməlisiniz. Hələ heç 
kəs mənimlə belə danışmağa cürət etməyib; belə adam olsaydı, çoxdan o dünyalıq 
olmuşdu. Mən dözürdüm. İndi mənim növbəmdir. Şərtləri mən diktə edəcəyəm. 
Kəmpbell üzünü əlləri arasına almışdı; o əsirdi. 
– Hə, Alan, indi şərtləri mən diktə edəcəyəm. Sən artıq bunları bilirsən. Hə, hə, 
özünüzü ələ alın, qorxub-ürkməyin! Çox sadə bir işdir, görmək lazımdır, 
vəssalam! Qərara gəlin, dərhal da işə başlayın! 
Kəmpbelldən dəhşətli bir inilti qopdu və o titrəməyə başladı. Sobanın üstündəki 
saatın çıqqıltıları, elə bil, vaxtı ayrı-ayrı əzab atomu dənəciklərinə bölmüşdü, bir-
birindən dözülməz, ağrılı idi. Alanın başını, sanki, dəmir çənbər arasına 
qoymuşdular, o getdikcə sıxılır, kəsif ağrılar içində qovrulurdu; elə bil, onu təqib 
edən rüsvayçılıq artıq onu yaxalamışdı. Dorianın onun çiyninə qoyduğu əli ona 
qurğuşun qədər ağır gəldi; sanki, bu qurğuşun əl onu altına basıb əzəcəkdi. Bu 
dözülməz idi. 
– Gedək, Alan, siz dərhal qərara gəlməlisiniz. 
– Mən bunu edə bilmərəm, – o, qeyri-ixtiyari cavab verdi, elə bil, bu sözlər nəyisə 
dəyişə bilərdi. 
– Siz etməlisiniz. Ayrı çıxış yolunuz da yoxdur. Ləngiməyin. 
Kəmpbell bir anlıq tərəddüd etdi, sonra soruşdu: 
– Yuxarıdakı otaqda buxarı varmı? 
– Hə, var. Qaz buxarısıdır, asbestlə işləyir... 
– Mən evə getməliyəm, laboratoriyadan bəzi şeylər götürməliyəm. 
– Yox, Alan, sizi buradan buraxan deyiləm. Kağız götürün, nə lazımdır yazın, 
mənim xidmətçim gedib tapıb gətirər. 
Kəmpbell kağızda bir neçə söz yazdı, məktubun üstündə isə köməkçisinin adını 
yazdı. Dorian kağızı ondan alıb diqqətlə oxudu. Sonra zəngi basıb xidmətçisini 
çağırdı, ona əmr etdi ki, tapşırığı cəld yerinə yetirsin, gedib göstərilən şeyləri 
gətirsin. 
Xidmətçi qapını arxasınca örtüb çıxan kimi Kəmpbell narahat olmağa, əsəbi-əsəbi 
durub gəzişməyə başladı. O, buxarıya yaxınlaşdı,  qızdırmalı adamlar kimi 
titrətməyə başladı. Təxminən, iyirmi dəqiqə səssiz-səmirsiz qaldılar, heç kəs 
danışmadı. Otaqda milçək vızıltısı eşidildi; saat  çıqqıltıları, sanki, beyinə vurulan 
çəkic zərbələrini xatırladırdı. 


Saatın zəngi biri vurdu, Kəmpbell boylanıb Dorian Qreyə baxdı; gördü ki, onun 
gözləri yaşla dolub. Onun kədərli üzünün təmiz və incə cizgilərində Alanı 
özündən çıxaran nəsə vardı. 
– Siz əclafsınız, əclaf! – donquldandı. 
– Sakit olun, Alan! Siz mənim həyatımı xilas etmisiniz, – Dorian dedi. 
– Sizin həyatınızı? Aman Allah! O hansı həyatdır belə? Siz günah işlədə-işlədə 
gəlmisiniz, bu da axırı – cinayət törətdiniz! Sizin məndən tələb etdiyiniz iş 
həyatınızı qurtarmaq üçün deyil! 
– Ah! Alan! – Dorian ah çəkərək dedi. – Kaş sizin mənə, heç olmasa, bir azca 
yazığınız gələydi! 
Dorian dönüb pəncərədən bağçaya baxdı. Kəmpbell susdu. 
Təxminən, on dəqiqədən sonra qapı döyüldü və Dorianın xidmətçisi içəri girdi; 
əlində  qırmızı ağacdan düzəldilmiş iri bir yeşik vardı, içi kimyəvi preparatlarla 
dolu idi; yeşiyin içində uzun, halqavari polad yumaq, platin məftil və iki qəribə 
formalı dəmir qısqac vardı. 
– Ser, bunları bura qoyum? – xidmətçi Kəmpbeldən soruşdu. 
– Hə, hə!  – Dorian onun əvəzinə dərhal cavab verdi. – Frensis, təəssüf ki, sizə bir 
tapşırıq da verəcəyəm... Riçmonddakı o bağbanın adı nə idi? Selbidə bizə səhləb 
çiçəkləri gətirən adamı deyirəm... 
– Harden, ser! 
– Hə, hə, Harden... Siz elə bu saat Riçmonda gedin, şəxsən Hardeni tapın, ona 
deyin ki, mənim əvvəllər sifariş verdiyimdən iki dəfə çox səhləb çiçəyi göndərsin; 
özü də ağ rəngdə mümkün qədər az olsun.... Yox, dayan, ağları lazım deyil... Bu 
gün hava da gözəldir, Riçmond da çox gözəl yerdir, yoxsa mən sizə heç əziyyət 
verib ora göndərməzdim... 
– Nə əziyyəti, ser, xahiş edirəm belə deməyin! Saat neçədə qayıdım? 
Dorian Kəmpbellə baxdı. 
– Sizin eksperimentiniz nə qədər çəkəcək, Alan? – sakitcə və laqeyd-laqeyd 
soruşdu. Görünür, otaqda üçüncü şəxsin olması onu bir qədər də cürətləndirmişdi. 
Kəmpbell qaşqabağını sallayıb dodaqlarını dişlədi. 
– Beş saat çəkər, – dedi. 
– Deməli, kifayət qədər vaxtınız var, Frensis, səkkizin yarısında gəlsəniz 
yaxşıdır... Ya da... dayanın, dayanın... onda belə edin, mənim paltarlarımı 
hazırlayın, sonra gedin, bütün gecəni sizə icazə verirəm. Özünüzə sərf edin. Mən 
bu axşam evdə yeməyəcəyəm, buna görə də siz mənə lazım deyilsiniz.  
– Təşəkkür edirəm, ser... – xidmətçi sağollaşıb çıxdı. 
– Alan, vaxt itirmək olmaz, gəlin gedək. Bu yeşik nə ağırdır! Qoy bunu mən 
götürüm. O birilərini siz gətirin. 
Dorian sürətlə və amiranə tərzdə danışırdı; Kəmpbell özünü itaətkar kimi hiss 
elədi. Hər ikisi dəhlizə çıxdı. Pilləkənin yuxarı başına çatanda Dorian açarı 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə