_______
Milli Kitabxana_______
31
1.2.4. Büdcənin icrası ilə bağlı hesabatın
hazırlanması və təsdiqi
Dövlət büdcəsinin icrası barədə hesabat hesabat ayından
sonrakı ayın 25-dək tərtib olunur və müvafiq icra hakimiyyəti
orqanlarına təqdim edilir. Hesabatda dövlət büdcəsinin icrası
funksional və iqtisadi təsnifat əsasında ilin əvvəlindən artan yekunla
əks etdirilir.
Dövlət büdcəsinin icrası barədə rüblük hesabat növbəti rübün
birinci ayının sonunadək Azərbaycan Respublikasının Milli
Məclisinə və müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunur.
Hesabat mətbuatda dərc edilir. Rüblük hesabatda göstəricilərlə
yanaşı, gəlir və xərclərin icrasının müqayisəli təhlili verilir.
Xərclərin maliyyələşdirilməsində faktiki göstəricilərlə təsdiq
olunmuş rəqəmlər arasında fərq yarandıqda, hesabatda bu fərqlə
bağlı izahat və dövlət əhəmiyyətli layihələrə dair məlumatlar əks
olunur.
Dövlət büdcəsinin icrası barədə illik
hesabat və müvafiq qanun
layihəsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən
hazırlanaraq növbəti ilin
aprel ayının 25-nə kimi Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim edilir. Hesabat özündə
digər məlumatlarla yanaşı bütün dövlət borcları, il ərzində götürülən
borclar və verilən dövlət təminatları, buraxılmış dövlət istiqrazları və
Ehtiyat Fondundan il ərzində istifadə haqqında məlumatları da əks
etdirir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti qeyd olunan
sənədləri
may ayının 5-nə kimi Azərbaycan Respublikasının
Prezidentinə təqdim edir.
Dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun
layihəsi təsdiq olunmaq üçün növbəti ilin
may ayının 15-dən gec
olmayaraq Azərbaycan Respublikasının
Prezidenti tərəfindən
Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunur (Hesabat
özündə digər məlumatlarla yanaşı bütün dövlət borcları, il ərzində
görülən borclar və verilən dövlət təminatları, buraxılmış dövlət
istiqrazları və ehtiyat fondundan istifadə haqqında məlumatları əks
etdirir).
_______
Milli Kitabxana_______
32
Dövlət büdcəsinin hesabatı
–
qanunvericiliklə
müəyyənləşdirilmiş dövr ərzində büdcə təşkilatlarının müvafiq icra
hakimiyyəti orqanına və ölkənin qanunverici orqanına dövlət
büdcəsinin icrası haqqında təqdim etdiyi hesabat.
Dövlət büdcəsinin gəlirlərinin icrası barədə hesabat dövlət
büdcəsinin gəlirlərini təmin edən orqanlar və dövlət xəzinədarlığı
tərəfindən müvafiq icra hakimiyyəti orqanının (Maliyyə Nazirliyi)
müəyyən etdiyi formalarda aylıq, rüblük və ilin əvvəlindən artan
yekunla gəlirlərin təsnifatı üzrə təqdim edilmiş hesabatlar əsasında
hazırlanır.
Azərbaycan Respublikasının Hesablama Palatası öz
nizamnaməsinə uyğun olaraq dövlət büdcəsinin icrası barədə
hesabatlara və müvafiq qanun layihələrinə dair rəy verir.
Azərbaycan Respublikasının Milli Məclisi təqdim olunmuş
sənədləri müzakirə edir və müvafiq hesabat ili üzrə dövlət
büdcəsinin icrası barədə qanunu təsdiq edir.
İcmal büdcənin icrası barədə rüblük və illik hesabatlar
(büdcənin gəlirləri,
xərcləri, dövlət borcunun məbləği, kreditlər və s.
məlumatlar da daxil olmaqla) mətbuatda dərc edilir.
Dövlət büdcəsinin icrasına nəzarət Azərbaycan
Respublikasının Milli Məclisi və onun Hesablama Palatası həyata
keçirir.
Qeyd. Bu əsasda konkret misalı nəzərdən keçirək. Azərbaycan
Respublikasının 2002-ci il dövlət büdcəsinin icrasına dair illik
hesabata və “Azərbaycan Respublikasının 2002-ci il dövlət
büdcəsinin icrası haqqında” qanun layihəsinə Azərbaycan
Respublikası Hesablama Palatasının Rəyi. Rəyin hazırlanmasında
Hesablama Palatasında aparılmış ekspert-analitik təhlilin nəticələri
istifadə edilmişdir. Təhlil Hesablama Palatasının sorğuları əsasında
Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən, müvafiq icra
hakimiyyəti orqanlarından, büdcə prosesinin digər iştirakçılarından
daxil olmuş ayrı-ayrı məlumatlar və hesabatlar, habelə Dövlət
Statistika Komitəsinin məlumatlarına əsaslanmışdır.
Azərbaycan Respublikasının 2002-ci il Dövlət büdcəsinin
icrası barədə hesabat və müvafiq icra hakimiyyəti orqanlarından
alınmış materialların Hesablama Palatasında ekspert – analitik
_______
Milli Kitabxana_______
33
təhlili 2002-ci ilin büdcə prosesi üçün ümumiləşdirilmiş nəticələrin
çıxarılmasını mümkün etmişdir. Bu nəticələr faktiki olaraq
Hesablama Palatasının yaxın perspektivdə aparılmasını
planlaşdırdığı
nəzarət-audit tədbirlərinin istiqamətlərini
müəyyənləşdirir [
49]
.
Dövlət büdcəsindən maliyyələşən büdcə təşkilatlarının
rəhbərləri onlara tabe təşkilatlarda gəlir və xərclərin müəyyən
edilmiş qaydada uçotunun aparılması və vəsaitin təyinatı üzrə
istifadəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada
məsuliyyət daşıyırlar.
Dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatların
maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydaları pozulduqda
müvafiq icra hakimiyyəti orqanı qanunvericilikdə nəzərdə tutulmuş
qaydada tədbirlər həyata keçirir.
1.3. Büdcə proseslərində iştirak edən dövlət
orqanlarının aidiyyəti vəzifə və funksiyaları
Maliyyə Nazirliyinin vəzifələri (Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi haqqında Əsasnamə Azərbaycan Respublikasının
Prezidentinin 4 fevral 2000-ci il tarixli Fərmanı ilə təsdiq
edilmişdir):
-
Dövlətin vahid maliyyə, büdcə və vergi siyasətinin
istiqamətlərinə dair təkliflərin hazırlanması və bu siyasətin
həyata keçirilməsi, dövlət büdcəsi layihəsinin
hazırlanması və icrasının təşkili;
- Azərbaycan Respublikasının iqtisadiyyatına xarici
kreditlərin cəlb edilməsi, onların
xərclənməsi və hərəkəti
üzrə uçotun aparılması və ödənilməsi mənbələrinə dair
təkliflərin hazırlanması;
- Büdcə sisteminin, büdcə-vergi proqnozlaşdırılmasının,
maliyyələşdirmə mexanizminin, uçot və hesabat
qaydalarının təkmilləşdirilməsi;
- Büdcə vəsaitlərinin, o cümlədən məqsədli büdcə
fondlarının, büdcə
təşkilatlarının büdcədənkənar
vəsaitlərinin, habelə dövlət zəmanəti ilə alınan
daxili və