DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə13/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   9   10   11   12   13   14   15   16   ...   67

_______Milli Kitabxana_______ 
 
40 
Fəsil II. Dövlət büdcəsinin gəlirləri 
 
Vahid büdcə təsnifatına (Nazirlər Kabinetinin 6 oktyabr 2004-
cü il tarixli qərarı) uyğun olaraq büdcə  gəlirləri 4 kateqoriyadan 
ibarətdir: vergilərdən daxilolmalar, sosial ayırmalar, qrantlar və 
digər gəlirlər.  
1.1.  Vergilərdən daxilolmalar. Vergilər vergi bazasına görə 
fərqlənir. Bu halda vergi bazası kimi məcmu gəlirlər,  əmək haqqı, 
mal dövriyyəsinin həcmi, mülkiyyət, idxal olunan mallar və s. çıxış 
edə bilər.  
 1.1.1. 
gəlirlərdən (mənfəətdən) vergilər. Gəlirlərdən 
(mənfəətdən) vergilər fiziki və hüquqi şəxslərin gəlirlərdən 
(mənfəətdən) vergilərə bölünür. 
 1.1.2. 
əmək haqqı fonduna və işçi qüvvəsinə vergilər dedikdə, 
əmək haqqı fondundan faiz nisbəti ilə və ya hər işçiyə görə konkret 
müəyyənləşdirilmiş  məbləğ formasında işəgötürənlərdən və ya 
sərbəst qaydada məşğul olanlardan tutulan vergilərdir. Bu zaman 
vergilər formasında tutulan vəsaitlər müəyyən edilmiş  məqsədli 
proqramların yerinə yetirilməsinə yönəldilmir. 
 1.1.3. 
mülkiyyətdən vergilərə mülkiyyətlə bağlı vergilər 
daxildir. Qeyd olunan vergiləri mülkiyyətin sahibləri və istifadəçiləri 
ödəyirlər. Təsnifatda mülkiyyətdən vergilər daşınmaz  əmlaka görə 
dövri vergilərə,  əmlakın xalis dəyərindən ödənilən cari vergilərə
vərəsəlik və bağışlanma qaydasında mülkiyyətə keçmiş  əmlakdan 
vergilərə, maliyyə 
əməliyyatlarına və kapitalla aparılan 
əməliyyatlara görə vergilərə, mülkiyyətə görə birdəfəlik vergilərə və 
mülkiyyətə görə digər cari vergilərə bölünür 
 
1.1.4. mal və xidmətlərə görə vergilər. Mal və xidmətlərə görə 
vergilər kateqoriyasına malların, işlərin və xidmətlərin istehsalı, 
hasilatı, satışı, verilməsi və onlardan istifadə ilə bağlı vergilər aid 
edilmişdir. 
 
1.1.5. xarici iqtisadi fəaliyyətlə bağlı vergilər Vergi 
Məcəlləsinə 
və gömrük qanunvericiliyinə uyğun olaraq 
qruplaşdırılmışdır. 
1.1.6. sair vergilər kateqoriyasına təsnifatda göstərilməyən 
digər vergilər üzrə daxilolmalar aid edilir. 


_______Milli Kitabxana_______ 
 
41 
1.2.  Sosial ayırmalar.  Sosial ayırmalar dövlətin həyata 
keçirdiyi sosial proqramlardan asılı olaraq sosial təminata (1.2.1.) və 
sosial ehtiyaclara (1.2.2.) ayırmalara bölünür. Sosial təminata 
ayırmalar məcburi xarakter daşıyır və xüsusi fondun yaradılmasını 
nəzərdə tutur. 
1.3.  Qrantlar. Qrantlar dövlət üçün əhəmiyyət kəsb edən 
proqramların hazırlanması  və  həyata keçirilməsi üçün müvafiq 
qanunvericiliklə nəzərdə tutulmuş yardımdır. Beynəlxalq təşkilatlar, 
xarici hökumətlər, xarici hüquqi və fiziki şəxslər qrantların donoru 
kimi çıxış edə bilər. Donorlardan asılı olmayaraq qrantlar cari və 
əsaslı qrantlara bölünür. Cari qrantlar aktivlərin alınması ilə 
şərtlənməyən cari xərclərin örtülməsi ilə bağlı ödənişlərdir.  Əsaslı 
qrantlar isə aktivlərin alınması, verilməsi ilə  şərtlənən ödənişlərdir. 
Belə qrantlar resipiyent qarşılıqlı öhdəliklərin bağlanmasına da sərf 
edə bilər. 
1.3.1. Xarici hökumətlərdən daxil olan qrantlara xarici 
hökumətlərdən dövlət üçün əhəmiyyət kəsb edən proqramların 
həyata keçirilməsi və ya büdcənin möhkəmləndirilməsi məqsədi ilə 
alınmış ödənişlər daxildir. 
1.3.2. Beynəlxalq təşkilatlardan daxil olan qrantlara 
xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimai yönümlü 
beynəlxalq təşkilatlar tərəfindən dövlət üçün əhəmiyyət kəsb edən 
təhsil, elm, səhiyyə, incəsənət, idman və digər sahələrdə 
proqramların həyata keçirilməsi və ya büdcənin möhkəmləndirilməsi 
məqsədi ilə alınmış ödənişlər daxildir. 
1.3.3. Dövlətin idarəetmə sektorunun digər həlqələrindən daxil 
olan qrantlara maliyyə-kredit institutları, ictimai fondlar, 
assosiasiyalar, federasiyalar, komitələr və sair təşkilatlar tərəfindən 
dövlət üçün əhəmiyyət kəsb edən müxtəlif tipli layihə  və 
proqramların həyata keçirilməsi məqsədi ilə alınmış ödənişlər 
daxildir. 
1.4. Digər gəlirlər:  
 
1.4.1. mülkiyyətdən gəlirlər; 
1.4.2. mal və xidmətlərin satışından daxilolmalar; 
1.4.3. cərimə və sanksiyalar üzrə daxilolmalar; 
1.4.4. könüllü köçürmələr; 


_______Milli Kitabxana_______ 
 
42 
 1.4.5.  kateqoriyalar  üzrə ayrılması mümkün olmayan 
gəlirlər. 
 
2.1. Dövlət büdcəsi gəlirlərinin təsnifləşdirilməsi 
 
Dövlət büdcəsi gəlirləri – qanunvericiliklə müəyyən olunmuş 
qaydada dövlət büdcəsinə daxil olan vergilərin, rüsumların, digər 
ödənişlərin və daxilolmaların məcmusudur (“Büdcə sistemi 
haqqında” qanun). 
 2005-ci 
büdcə ilinə qədər Azərbaycan Respublikasının dövlət 
büdcəsinin mədaxil hissəsi “Büdcə sistemi haqqında” qanuna əsasən 
aşağıdakı maliyyə alətlərinin köməyi ilə formalaşırdı: 
-
 
cari gəlirlər, o cümlədən Azərbaycan Respublikasının 
Vergi  Məcəlləsi ilə müəyyən edilmiş dövlət vergiləri və 
bu vergilərə görə hesablanmış faiz və maliyyə 
sanksiyaları; 
-
 
dövlət rüsumları, birdəfəlik rüsumlar və gömrük rüsumları; 
-
 
əsas vəsaitlərin və ya dövlət ehtiyatında olan malların 
satışından gəlirlər;  
-
 
daxili və xarici mənbələrdən alınan qrantlar və transfertlər
-
 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən 
edilən digər daxilolmalar. 
Dövlət büdcəsi gəlirlərinin yığımı Azərbaycan 
Respublikasının Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına 
uyğun olaraq həyata keçirilir. Gəlirlərin məbləğinin yuxarı  həddi 
dövlət büdcəsinin qanunla təsdiq olunmuş göstəriciləri ilə 
məhdudlaşmır. 
Qanunvericiliklə  nəzərdə tutulmuş  həcmdən artıq ödənilmiş 
vergilərin, rüsumların digər ödənişlərin və daxilolmaların büdcədən 
qaytarılması dövlət büdcəsi gəlirlərinin azaldılmasına aid edilir. 
“Büdcə sistemi haqqında” qanuna 3 dekabr 2004-cü ildə 
edilən (və hazırda qüvvədə olan) əlavə və dəyişikliklərə görə dövlət 
büdcəsi gəlirlərinin növbəti təsnifatı  aşağıdakı formada təqdim 
edilir: 
- dövlət vergiləri; 
- qrantlar; 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə