Dövlət əmlakının özəlləşdirilməsi haqqında



Yüklə 291,94 Kb.
səhifə4/4
tarix27.03.2018
ölçüsü291,94 Kb.
#35218
1   2   3   4

K=Sü/Çü

burada,


K - hərracın məzənnəsidir (səhm/çek);

Sü - hərraca çıxarılmış səhmlərin ümumi sayıdır;

Çü- hərraca təqdim edilmiş bütün sifarişlərdə səhmlərin dəyərini ödəmək üçün təklif edilən çeklərin ümumi sayıdır.

5.4. 1-ci növ sifariş vermiş qaliblərə satılan səhmlərin sayı aşağıdakı kimi müəyyənləşdirilir:



S11 x K

Burada S1 qaliblərə satılan səhmlərin sayı; K - hərracın məzənnəsi (səhm/çek); Ç1 - sifarişlərdə göstərilmiş özəlləşdirmə çeklərinin sayı.

5.5. 2-ci növ sifariş vermiş və satış qiymətindən aşağı qiymət göstərmiş qaliblərə satılan səhmlərin sayı hərracın məzənnəsinə uyğun olaraq müəyyən edilir.

5.6. 2-ci növ sifariş vermiş və satış qiymətinə bərabər qiymət göstərmiş iştirakçılara satılan səhmlərin ümumi sayı aşağıdakı düstur ilə müəyyənləşdirilir:



S2=Sü - S

Burada S2 - 2-ci növ sifariş vermiş iştirakçılara satılan səhmlərin ümumi sayı, Sü - hərracda satılan səhmlərin ümumi sayı; S - bu Əsasnamənin 5.4-cü və 5.5-ci bəndlərinə uyğun hərrac qaliblərinə satılan səhmlərin ümumi sayı.

5.7. 2-ci növ sifarişlərdə səhmlərin təklif olunan qiyməti satış qiymətinə bərabər olduqda bu sifarişlәr aşağıdakı qaydada ödənilir:

əvvəlcə daha çox sayda özəlləşdirmə çekləri göstərilən sifarişlər ödənilir, sonra göstərilən özəlləşdirmə çeklərinin sayına görə ikinci olan sifarişlər ödənilir. Bu Əsasnamənin 5.5-ci bəndində göstərildiyi kimi səhmlərin ümumi sayı S2 səviyyəsinə çatanadək iştirakçılar tərəfindən alınır.



6. İXTİSASLAŞDIRILMIŞ PUL HƏRRACLARININ KEÇİRİLMƏSİ QAYDASI

6.1. İxtisaslaşdırılmış pul hərracları aşağıdakı qaydada keçirilir:

sifarişlərdə göstərilən pul vəsaitinin ümumi məbləği satışa çıxarılan səhmlərin ümumi nominal dəyərinin 10 faizindən az və 20 faizindən çox olmadıqda hərraca çıxarılmış səhmlər tam (100 faiz miqdarında) satılır. Əgər sifarişlərdə göstərilən pul vəsaitinin ümumi məbləği satışa çıxarılan səhmlərin ümumi nominal dəyərinin 60 faizi məbləğində və ya bundan çoxdursa, o halda hərraca çıxarılmış səhmlərin yalnız 20 faizi satılır. Qalan səhmlər növbəti hərraca çıxarılır. Sifarişlərdə göstərilən pul vəsaitinin ümumi məbləği satışa çıxarılan səhmlərin ümumi nominal dəyərinin 20 faizindən çox, 60 faizindən az hissəsini təşkil etdikdə satılan səhmlərin miqdarı, verilən sifarişlərdəki pul vəsaitinin ümumi məbləği artdıqca, satılacaq səhmlərin sayının azalması prinsipinə əsasən müəyyən edilir və aşağıdakı qaydada hesablanır:

 

Sifarişlərdə göstərilən pul vəsaitinin ümumi məbləğinin satışa çıxarılan səhmlərin ümumi nominal dəyərinə nisbəti, faizlə



                             20 + N

 

Hәrraca çıxarılmış sәhmlәrin satılacaq hissəsi, faizlə



 

 

                             60-N



Burada N - sifarişlərin məcmu məbləğinin səhmlərin ümumi dəyərinə nisbəti hissəsinin faizlə ifadəsidir.

Satılmayan səhmlər yuxarıda müəyyən olunmuş qaydada növbəti hərraca çıxarılır.

sifarişlərdə təklif olunmuş pul vəsaitinin ümumi məbləği satışa çıxarılan səhmlərin ümumi nominal dəyərinin 10 faizindən az olduqda, ixtisaslaşdırılmış pul hərracı baş tutmamış hesab edilir. Ödənilmiş pul vəsaiti hərracın baş tutmaması haqqında qərar qəbul edildikdən sonra 10 (on) gün müddətində sifarişçilərə qaytarılır;

sifarişçilər hərracda iştirak etmək üçün təklif etdiyi pul vəsaitinin satıcı tərəfindən qabaqcadan elan edilmiş bank hesabına köçürmə yolu ilə və ya Respublika Auksion Mərkəzinə (onun zona bölmələrinə) satıcı tərəfindən müəyyən edilmiş qaydada nağd şəkildə ödәyә bilərlər;

sifarişlərin qəbulu üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonra ödənilmiş pul vəsaiti 3 (üç) gün müddətinə Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına daxil olmazsa, komissiya tərəfindən qəbul edilməmiş sayılır və hərracın məzənnəsi müəyyən edilərkən nəzərə alınmır;

hərrac komissiyası daxil olmuş sifarişlərin əsasında hərracın məzənnəsini, yəni səhm/pul nisbətini müəyyən edir;

bütün 1-ci növ sifarişlər ödənilir;

hərrac məzənnəsindən aşağı qiymət təklif etmiş iştirakçıların bütün 2-ci növ sifarişləri ödənilir;

hərrac məzənnəsinə bərabər qiymət göstərilmiş 2-ci növ sifarişlər 6.4.4-cü bənddə göstərilən qaydada ödənilir;

hərrac məzənnəsindən yüksək qiymət təklif etmiş 2-ci növ sifarişlər ödənilmir. Həmin sifarişçilər tərəfindən ödənilmiş pul vəsaiti hərracın nəticələri barədə qərar qəbul edildikdən sonra 10 (on) gün müddətində sifarişçilərə qaytarılır. 

6.2. Sifarişləri ödənilmiş bütün iştirakçılar hərracın qalibi hesab edilirlər.

6.3. Hərracın məzənnəsi, yəni hər 10 000 (on min) manata düşən səhmlərin sayı aşağıdakı düsturla müəyyən edilir:



K= 10 000 x Sü/Mü

burada,


K - hərracın məzənnəsi;

Sü - hərraca çıxarılmış səhmlərin ümumi sayı;

Mü - hərraca təqdim edilmiş bütün sifarişlərdə səhmlərin dəyərini ödәmәk üçün təklif edilən pul vəsaitinin ümumi məbləğidir.

6.4. Qalib elan edilmiş hərrac iştirakçılarına satılan səhmlərin sayı aşağıdakı qaydada müəyyən edilir:

6.4.1. sifarişlәrdә almaq istədiyi səhmlərin sayını göstərməyən iştirakçılara (1-ci növ sifarişlər üzrə) satılan səhmlərin sayı aşağıdakı düsturla hesablanır:

S1 = K x M1

burada,

S1 - 1-ci növ sifariş vermiş sifarişçilərə satılan səhmlərin sayıdır;



M1 - 1-ci növ sifarişlərdən səhmlərin dəyərini ödəmək üçün təklif edilən pul vəsaitinin ümumi məbləğidir;

6.4.2. sifarişlәrdә hərracın məzənnəsindən aşağı qiymət təklif etmiş iştirakçılara (2-ci növ sifarişlər üzrə) satılan səhmlərin sayı 1-ci növ sifariş vermiş iştirakçılara satılan səhmlərin müəyyən edilməsi qaydası ilə hesablanır.

6.4.3. sifarişlərdə hərracın məzənnəsinə bərabər qiymət təklif etmiş iştirakçılara (2-ci növ sifarişlər üzrə) satılan səhmlərin sayı aşağıdakı düsturla hesablanır:

S2 = Sü - S

burada,


S - 6.4.1. və 6.4.2.-ci bəndlərdə nəzərdə tutulmuş qaydada hərrac iştirakçılarına satılan səhmlərin sayıdır.

6.4.4. Hərracın məzənnəsinə bərabər qiymət təklif edilmiş sifarişlər ən çox pul vəsaiti təklif etmiş alıcıdan başlayaraq ən az pul vəsaiti təklif etmiş alıcıya ödənilmək şərti ilə həyata keçirilir.

6.4.5. Zəruri hallarda hərrac komissiyasının qərarı ilə səhmdar cəmiyyətin nizamnamə kapitalı dəyişdirilmədən səhmlərin bölünməsi (bir səhmin ilkin nominal qiymətindən daha kiçik eyni nominallı səhmlərə bölünməsi) aparıla bilər.

7. HƏRRACLARIN NƏTİCƏLƏRİNİN RƏSMİLƏŞDİRİLMƏSİ

7.1. Hər iki növ hərracın nəticələrinə görə yekun protokolu iki nüsxədə tərtib edilir, hərraca yekun vurulan gün hərrac komissiyasının iclasında iştirak edən komissiya üzvləri tərəfindən imzalanır və təsdiq olunmaq üçün satıcıya verilir. Həmin protokol 10 (on) gün müddətində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilir. Hərracın yekunları haqqında protokolda aşağıdakılar göstərilir:

protokolun tarixi və nömrəsi;

satıcının adı;

hərracın yekunları üzrə iclasda iştirak edən komissiya üzvlərinin siyahısı;

səhmləri hərraca çıxarılan səhmdar cəmiyyətinin tam adı, hüquqi ünvanı;

hərracın yekun qiyməti və onun hərracın qalibi tərəfindən ödənilməsi üsulu (pul və ya özəlləşdirmə payı ilə);

qalib gəlmiş şəxslərin adı, hüquqi ünvanı.

7.2. Hərracın nəticələri hərrac başa çatdığı gündən 15 (on beş) gün müddətində Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin rəsmi mətbu orqanı olan "Mülkiyyət" qəzetində dərc olunur. Hərracın nəticələri haqqında məlumatda aşağıdakılar göstərilməlidir":

səhmləri satışa çıxarılan səhmdar cəmiyyətinin tam rəsmi adı, hüquqi ünvanı;

satışa çıxarılan səhmlərin ümumi miqdarı və növləri;

səhmlərin nominal dəyəri;

sifarişçilərdən daxil olmuş sifarişlərin miqdarı və növü;

hərraclarda iştirak etməyə buraxılmış sifarişçilərin sayı;

sifarişçilər tərəfindən təqdim edilmiş özəlləşdirmə çeklərinin sayı və ya ödənilmiş pul vəsaitinin məbləği;

hərracın məzənnəsi;

satılmış səhmlərin sayı və ümumi dəyəri. 

8. HƏRRACIN NƏTİCƏLƏRİ ÜZRƏ MÜLKİYYƏT HÜQUQLARININ RƏSMİLƏŞDİRİLMƏSİ

8.1. Alıcı hərraclarda aldığı səhmlərə mülkiyyət hüququnu hərracın nəticələri haqqında protokolun təsdiq edildiyi gündən əldə edir və bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi ona müvafiq sənəd verir.

8.2. Səhmdar cəmiyyətinin səhmlərinin satışına dair yekun məlumatlar təsdiq edildikdən sonra Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Milli Depozit Mərkəzinə təqdim edilir. 

8.3. İxtisaslaşdırılmış çek hərraclarında təqdim edilmiş özəlləşdirmə payları hərracın nəticələri haqqında protokolun təsdiq edildiyi gündən sonra II Dövlət Proqramına müvafiq olaraq silinir.



9. ÖZƏLLƏŞDİRMƏNİN NƏTİCƏLƏRİNİN ETİBARSIZ HESAB EDİLMƏSİ

9.1. Hərrac vasitəsi ilə  özəlləşdirmənin nəticələri qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada etibarsız hesab edilə bilər.

 

 


Azərbaycan Respublikası Prezidentinin 
2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 


 

Dövlət müəssisələrinin müflis elan olunma yolu ilə özəlləşdirilməsi 
QAYDALARI


1. ÜMUMİ MÜDDƏALAR

1.1. Bu Qaydalar "Müflisləşmə və iflas haqqında" və "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarına və "Azərbaycan Respublikasında dövlət əmlakının özәllәşdirilmәsinin II Dövlət Proqramı"na (bundan sonra - II Dövlət Proqramı) uyğun olaraq hazırlanmışdır və dövlət müəssisələrinin müflis elan olunması yolu ilə özəlləşdirilməsi qaydalarını müəyyən edir.

1.2. II Dövlət Proqramına əsasən, hərrac vasitəsi ilə satışı mümkün olmayan dövlət müəssisələri müflis elan olunaraq özəlləşdirilə bilər. Dövlət müəssisəsinin hərrac vasitəsi ilə  satışı baş tutmadıqda, özəlləşdirmə prosesinə dövlət nəzarətini həyata keçirən Dövlət Komissiyası dövlət müəssisəsinin müflis elan olunması yolu ilə özəlləşdirilməsi barədə təşəbbüs irəli sürə bilər.

1.3. Dövlət müəssisəsinin 5 (beş) dəfə hərrac vasitəsi ilə satışı baş tutmadıqda və ya dövlət müəssisəsinin (obyektinin) özəlləşdirilməsinə hazırlıq mərhələsində onun maliyyə-təsərrüfat fəaliyyətinin göstəriciləri qeyri-qənaətbəxş (müflis) hesab edildiyi halda II Dövlət Proqramının 2.2-ci bəndi ilə özəlləşdirilməsi nəzərdə tutulan müəssisə və obyektlər Azərbaycan Respublikası Prezidentinin qərarı ilə, II Dövlət Proqramının 2.3-cü bəndi ilə özəlləşdirilməsi nəzərdə tutulan müəssisə və obyektlər isə Özəlləşdirmə Prosesinə Dövlət Nəzarətini Həyata Keçirən Dövlət Komissiyasının qərarı ilə qanunvericiliyə uyğun olaraq müflis elan edilə bilər və müəssisə ləğv oluna bilər. Bu zaman müəssisənin əmlakı hərrac vasitəsi ilə bu Qaydalarda müəyyən edilmiş qaydada satılır. .

1.4. Müflis elan olunmuş müəssisələrin əmlakının satışını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. 

2. DÖVLƏT MÜƏSSİSƏSİNİN MÜFLİS ELAN OLUNMASI YOLU İLƏ ÖZƏLLƏŞDİRİLMƏSİ ÜÇÜN ƏSAS ŞƏRTLƏR

Özəlləşdirilməyə hazırlıq mərhələsində dövlət müəssisələrinin müflis elan olunması üçün aşağıdakılar əsas götürülə bilər:

"Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə uyğun olaraq müəssisənin ödəmə qabiliyyətsizliyinin təsdiq olunması;

müəssisənin borclarının dondurulması, maliyyə-texniki yardımlarının göstərilməsi yolu ilə fəaliyyətinin yenidən bərpa edilməsi və dirçəldilməsi üzrə tərtib edilən layihələrin lazımi səviyyədə müsbət nəticə verməməsi;

müəssisənin sağlamlaşdırılması və dirçəldilməsi üzrə tədbirlərin müsbət nəticə verməyəcəyinin iqtisadi hesablamalar yolu ilə təsdiq olunması;

kreditorların ümumi tələbi üzrə borc məbləğin müəssisənin nizamnamə kapitalının (kreditlər və digər borclar, kreditorlarla hesablaşmalar və balansın passivinə aid olan digər müvəqqəti cəlb edilmiş vəsaitlər çıxılmadan) on faizindən çox hissəsini təşkil etdikdə və bu barədə onların müvafiq müraciəti olduqda;

müəssisənin qanunvericiliklə müəyyən edilmiş qaydada 5 (beş) dəfə hərraca çıxarılmasına baxmayaraq onun satılmaması və özəlləşdirilməsi üçün heç bir sifarişin verilməməsi;

müəssisənin hərracda satılmamasına baxmayaraq onun tərkibində olan obyektlərdən ikisinin və ya daha çoxunun ayrıca özəlləşdirilməsi barədə müraciətlərin daxil olması;

borcların ödənilməsinin, balansda və istifadədə olan əsas vəsaitlərin, torpaq sahələrinin, digər əmlakın səmərəli istifadəsinin yalnız müəssisənin restrukturizasiyası, onun tərkibindən bölmələrin, obyektlərin, əsas vəsaitlərin çıxarılması və ayrıca satılması yolu ilə mümkün olması.

3. DÖVLƏT MÜӘSSİSӘSİNİN MÜFLİS ELAN OLUNMASI YOLU İLƏ ÖZƏLLƏŞDİRİLMƏSİ

3.1. Dövlət müəssisəsinin müflis elan olunması və ləğv edilməsi prosesi qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

Bu zaman müəssisənin əmlakı hərrac vasitəsi ilə satılır. Əldə edilən maliyyə vəsaitinin bir hissəsi qanunvericiliklə müəyyən edilmiş növbəlilik prinsipi nəzərə alınmaqla kreditorların borclarının ödənilməsinə yönəldilir.

3.2. II Dövlət Proqramının 4.2-ci bəndində uyğun olaraq müflis elan olunması yolu ilə özəlləşdirilən müəssisənin əmlakının dəyərinin 15 faizi müəssisənin əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışa yönəldilir.

3.3. Aşağıdakılar hərrac vasitəsi ilə özəlləşdirilən əmlakın tərkibindən çıxarılır:

qanunvericilikdə özəlləşdirilməsi qadağan olunan əmlak;

üzərinə həbs qoyulmuş əmlak;

qanunvericiliklə dövlət və ya yerli özünüidarəetmə orqanlarının sərəncamına verilməli olan əmlak.

3.4. Hərraca çıxarılan əmlakın qiymətləndirilməsi qüvvədə olan qanunvericiliyə müvafiq olaraq həyata keçirilir.

4. MÜLKİYYƏT HÜQUQUNUN RƏSMİLƏŞDİRİLMƏSİ VƏ ÖZƏLLƏŞDİRMƏ ƏQDLƏRİNİN ETİBARSIZ HESAB EDİLMƏSİ

4.1. Müflis elan olunmuş dövlət müəssisələrinin əmlakına mülkiyyət hüququ qanunvericiliklə müəyyən olunmuş qaydada alqı-satqı müqaviləsi bağlandıqdan sonra alıcıya keçir.

4.2. Müflis elan olunmuş müəssisələrin özəlləşdirilmə əqdləri qanunvericiliklə müəyyən olunmuş hallarda və qaydada etibarsız hesab edilə bilər.

 


Azərbaycan Respublikası Prezidentinin 
2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması
QAYDALARI

1. Bu Qaydalar "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na (bundan sonra - II Dövlət Proqramı) uyğun olaraq hazırlanmışdır və özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydalarını müəyyən edir.

2. Özәllәşdirmәdәn daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və onların səhmlərinin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir.

Özәllәşdirmәdәn əldə olunan pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir.

3. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, onlara məxsus səhmlərin satışı zamanı alıcılarının ödəyəcəkləri pul vəsaitinin həcmi və onun ödəmə müddəti qanunvericilik aktlarına müvafiq olaraq alıcı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanan müqavilə əsasında, müsabiqə və hərrac şərtlərinə uyğun olaraq müəyyən edilir.

4. Ödəmə məbləği alıcı tərəfindən özəlləşdirilən obyektin satış şərtlərinə uyğun olaraq dövlət büdcəsinə köçürülür.

5. Ödəniş sənədlərində alıcılar bank rekvizitlərini, ödənişin təyinatını, vəsaitin köçürülməsinin əsasını, özəlləşdirilən obyektin adını və sair göstərməlidirlər.

6. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 11.3-cü maddəsinə əsasən özəlləşdirmədən daxil olan vəsaitdən vergi tutulmur.

7. Özəlləşdirmədən daxil olmuş vәsaitdәn qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə olunur.

8. Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin statistik və mühasibat hesabatının aparılması və həmin vəsaitin dövlət büdcəsinə köçürülmәsinin təmin olunması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir.

9. Dövlət əmlakının özəlləşdirilməsi prosesində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, sahibkarlığa dövlət köməyinin maliyyələşdirilməsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinin ödənilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi nin hesabına bu vəsaitin 25 faizi həcmində ayırmalar nəzərdə tutulur. 

10. Müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması ilə bağlı vəsaitin istifadəsi barədə qərarlar II Dövlət Proqramının 2.2-ci bəndində göstərilən müəssisələr üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən, II Dövlət Proqramının 2.3-cü bəndində göstərilən müəssisələr üçün isə Özəlləşdirmə Prosesinə Dövlət Nəzarətini Həyata Keçirən Dövlət Komissiyası tərəfindən qəbul edilir.

 

 


Azərbaycan Respublikası Prezidentinin 
2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Özəlləşdirilən dövlət əmlakının (müəssisə və obyektlərinin) satılmasının rəsmiləşdirilməsi


     QAYDALARI   

1. Bu Qaydalar "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na (bundan sonra - II Dövlət Proqramı) uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət əmlakının satılmasının rəsmiləşdirilməsi qaydalarını müəyyən edir.

2. Dövlət əmlakının satılması haqqında qərar qəbul olunduqdan, hərracların müsabiqələrin nəticələri barədə isə protokol imzalandıqdan sonra alıcı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanır. 

3. Özəlləşdirmə nəticəsində bağlanan alqı-satqı müqaviləsində satılmış obyektin adı, tərkibi və satış qiyməti, onun ödənilməsinin forma və müddətləri, satıcı, alıcı və vasitəçilər haqqında məlumat, onların ünvanı, obyektin sonrakı istifadəsi barədə qarşılıqlı öhdəliklər, həmin obyektin satılması şərtləri və bu şərtlərin pozulmasına görə tərəflərin məsuliyyəti, obyektin yerləşdiyi torpaq sahəsindən istifadə qaydaları və müqaviləyə xitam verilməsi qaydaları göstərilməlidir. Tərəflərin razılığı ilə müqavilədə digər şərtlər də göstərilə bilər.

4. Müqavilə bağlandıqdan sonra alıcının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və bu barədə ona reyestrdən çıxarış verilir.

Dövlət əmlakının satılmasına dair şəhadətnamələr xüsusi keyfiyyətli kağızlardan hazırlanır, onların ciddi uçotu aparılır və verilməsi xüsusi kitablarda qeyd edilir.

5. Əmlak əmək kollektivi tərəfindən möhlətlə alındıqda, mülkiyyət hüququ ona ilkin ödəmə haqqını vermәklә, sonrakı ödəmələr üçün əmlakın haqqı ödənilmiş hissəsini girov qoyaraq təminat verdikdən sonra keçir.

Özəlləşdirilmiş əmlak özəlləşdirmə əqdi qüvvədə olduğu müddətdə özgəninkiləşdirildikdə, bu əqdlə müəyyən edilmiş öhdəliklər həmin əmlakı əldə etmiş yeni mülkiyyətçi üçün məcburidir.

6. Əmlakı möhlətlə almış əmək kollektivi sonrakı ödəmələri vaxtında həyata keçirmədikdə, Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq girov qoyulmuş əmlakın mülkiyyətçisi hüququnu әldә edir və girov qoyulmuş əmlakı II Dövlət Proqramında nəzərdə tutulmuş qaydada pul hərracları vasitəsi ilə sataraq, alıcının borcunu əldə edilmiş vəsait hesabına ödəyir. Bu zaman əmək kollektivi (əmək kollektivinin üzvləri) hərracda iştirak etdikdə güzəşt hüququnu itirir. 

7. Alıcı ixtisaslaşdırılmış çek və pul hərraclarında aldıqları səhmlərə mülkiyyət hüququnu hərracların nəticələri haqqında protokolun təsdiq edildiyi gündәn əldə edir. Bu halda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ona mülkiyyәt hüququnu təsdiq edən müvafiq bildiriş verilir.  (Çıxarılıb)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       17 iyul 2001-ci il tarixli 533 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 470)



2.       11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640)

3.       26 dekabr 2002-ci il tarixli 830 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 725)

4.       27 sentyabr 2003-cü il tarixli 924 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 9, maddə 475)

5.       23 oktyabr 2003-cü il tarixli 964 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 569)

6.       23 oktyabr 2003-cü il tarixli 980 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 585)

7.       14 sentyabr 2004-cü il tarixli 124 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 9, maddə 678)

8.       27 may 2005-ci il tarixli 235 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 5, maddə 400)

9.       6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin  Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590)

10.    2 may 2007-ci il tarixli 570 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 452)

11.    6 iyun 2007-ci il tarixli 586 nömrəli Azərbaycan Respublikası Prezidentinin  Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 599)

12.    13 noyabr 2007-ci il tarixli 649 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1097)

13.    8 iyul 2008-ci il tarixli 795 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 613)

14.    5 mart 2009-cu il tarixli 71 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  6 mart 2009-cu il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №03, maddə 163)

15.    23 dekabr 2009-cu il tarixli 202 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 24 dekabr 2009-cu il, № 286)

16.    22 iyun 2010-cu il tarixli 283 nömrəli Azərbaycan Respublikası Prezidentinin  Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 6, maddə 498)

17.    2 iyul 2010-cu il tarixli 291 nömrəli Fərman (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610)

18.    22 oktyabr 2013-cü il tarixli 1 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 23 oktyabr 2013-cü il, № 233; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1146)

19.    14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101)

20.    16 sentyabr 2015-ci il tarixli 612 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 sentyabr 2015-ci il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №9, maddə 999)

 
Yüklə 291,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə