Dövlət əmlakının özəlləşdirilməsi haqqında


Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı



Yüklə 291,94 Kb.
səhifə3/4
tarix27.03.2018
ölçüsü291,94 Kb.
#35218
1   2   3   4

Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı

QAYDALARI

1. ÜMUMİ MÜDDƏALAR

1.1. Bu Qaydalar "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa, "Azərbaycan Respublikasında dövlət əmlakının habelə dövlət mülkiyyətində olan torpaq sahələrinin özəlləşdirilməsinin II Dövlət Proqramı"na Azərbaycan Respublikası Prezidentinin "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli, 659 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və dövlət әmlakının hərraclar vasitəsi ilə satışının keçirilməsi qaydalarını, alıcıların hərracda iştirak etməsi və hesablaşma şərtlərini, qaliblərin müəyyənləşdirilməsi qaydalarını müəyyən edir.

1.2. Hərraclar vasitəsi ilə dövlət əmlakının  habelə torpaq sahələrinin satışı özəlləşdirilən əmlak barəsində alıcıdan hər hansı bir şərtin yerinә yetirilməsi tələb olunmadan özəlləşdirmədə alıcı kimi tanınan fiziki və hüquqi şəxslərin mülkiyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilməsidir.

Bu zaman əmlak üzərində mülkiyyət hüququ hərracın gedişində maksimum qiymət təklif etmiş alıcıya verilir. Alıcı əmlakın hərrac dəyərini pulla ödəyir.

1.3. Özəlləşdirilən dövlət əmlakının habelə torpaq sahələrinin satıcısı kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra - Satıcı) çıxış edir. 

2. HƏRRACLARIN KEÇİRİLMƏSİNƏ HAZIRLIQ

2.1. Satıcı hərraca hazırıq mərhələsində:

hərrac gününə ən azı 30 (otuz) gün qalmış hərrac haqqında məlumatın Satıcının rəsmi mətbu orqanı olan "Mülkiyyət" qәzetindә dərc olunmasını təmin edir;

hərracların keçirilməsi üzrə komissiya təşkil edir və zəruri hallarda onun işinə müstəqil ekspertlər cəlb edir;

əmlakı hərraca çıxarılan müəssisə və obyektin, dövlətə məxsus səhmin habelə torpaq sahələrinin start qiymətini müvafiq qaydada müəyyən edir;

hərracın iştirakçıları ilə hesablaşmalar aparır;

hərraclarda iştirak etmək istəyən şəxslərdən sifarişləri və ona əlavə olunmuş sənədləri qəbul edir, onların qeydiyyatını aparır.

2.2. Hərracların keçirilməsi haqqında məlumatda aşağıdakılar öz əksini tapmalıdır:

hərracın keçirilməsi forması;

hərraca çıxarılan əmlakın tam adı, hüquqi ünvanı və ya yerləşdiyi ünvan;

müəssisənin, obyektin və ya onların səhmlərinin habelə torpaq sahələrinin start qiyməti;

özəlləşdirilən müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsi və onun üzərində yerləşən tikililərin xarakteristikası, onların öhdəliklərlə yüklənməsi (əgər mövcuddursa);

müəssisənin digər müәssisәlәrdә iştirak payının (səhmlər, hissələr) həcmi;

qeyri-maddi aktivlər (patent, ticarət markası və s.);

müəssisənin öhdəlikləri (müqavilə, büdcə, kredit və digər öhdəlikləri);

müəssisənin buraxdığı məhsulların (işlərin, xidmətlərin) əsas çeşidi;

işçilərin sayı;

müəssisənin ekoloji vəziyyəti;

buraxılmış səhmlərin nominal dəyəri;

müəssisənin səhmlərinin satışı üsulu;

səhmlərin satışına qoyulan məhdudiyyətlər (bu cür məhdudiyyətlər müəyyən edilmişsə);

satışa çıxarılan səhmlərin ümumi miqdarı və növü;

bir səhmin nominal dəyəri;

sifarişlərin qəbulunun başlanma və başaçatma tarixləri;

sifariş və sənəd qəbulu məntəqələrinin ünvanları (zərurət olduqda mərtəbə, otaq, telefon nömrəsi, qəbul saatları göstərilməklə);

hərraclarda iştirak etmək üçün sifarişçilərin sifariş ilə birlikdə verəcəkləri sənədlərin siyahısı və onların tərtib edilməsi üçün irəli sürülən tələblər;

hərracların keçirilməsi tarixi, vaxtı və ünvanı;

satıcı və komissiyanın qərargahının telefon nömrələri və ünvanı;

ilkin satış qiymətinin 10 faizi həcmində hesablanan behin məbləği və behin keçirilməsi üçün müvafiq bank hesabı;

alıcıları maraqlandıran digər məlumatları almaq qaydası.

2.3. Məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı yaradılır.

3. HƏRRACLARDA İŞTİRAK ETMƏ ŞƏRTLƏRİ

3.1. Hərraca qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifariş və digər zəruri sənədləri hәrracın başlanmasına ən geci üç bank günü qalanadək təqdim etmiş və özəlləşdirmə obyektinin ilkin satış qiymətinin 10 faizi həcmində beh keçirmiş hüquqi və fiziki şəxslər buraxılırlar.

3.2. Hərraclarda iştirak etmək üçün sifarişçi satıcının müəyyən etdiyi formada sifariş təqdim edir. Sifarişin və ona əlavə edilən sənədlərin qəbulu dərc olunmuş məlumatda göstərilən müddətdə həyata keçirilir.

3.3. Hərracda iştirak etmək istəyən şəxslər sifarişə aşağıdakı sənədləri əlavə edirlər:

satıcı tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;

hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;

fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.

3.4. Hərraclarda iştirak etmək üçün sifariş hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o özünün sifarişçisi adından hərəkət etmək hüququnu təsdiq edən sənəd təqdim etməlidir.

3.5. Sifariş və ona əlavə edilmiş sənədlər satıcı tərəfindən qəbul edilib qeydiyyata alınır və bunun müqabilində hərracda iştirak etmək üçün buraxılmış şəxslərə onların hərracda iştirak etmə nömrəsi, satışa çıxarılan əmlakın adı əks olunan bilet verilir. Bilet verildiyi andan sifarişçi hərrac iştirakçısı statusu alır.

3.6. Sifarişçi aşağıdakı hallarda hərraclarda iştirak etməyə buraxılmır:

sifariş vermiş şəxs qanunvericiliyə müvafiq olaraq alıcı kimi tanınmadıqda;

sifarişçinin nümayəndəsinin səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmədikdə;

hərracın keçirilməsi haqqında məlumatda göstərilən siyahı üzrə sənədlər tam şəkildə təqdim olunmadıqda, yaxud onlar lazımi qaydada tərtib edilmədikdə;

beh satıcının hesabına sifarişdə göstәrildiyindәn az həcmdə və ya müəyyən edilmiş müddətdən gec köçürüldükdə.

3.7. Hərracların keçirilməsi haqqında məlumatda göstərilən müddət başa çatdıqdan sonra hərraclarda iştirak etmək üçün daxil olan sifarişlər və onlara əlavə edilmiş sənədlər satıcı tərəfindən qəbul olunmur.

3.8. Satıcı hərraclarda iştirak etmək üçün sifarişçilərin verdikləri sifarişlərin və əlavə sənədlərin qorunub saxlanmasını təmin edən tәdbirlәr görür.



4. HƏRRACIN KEÇİRİLMƏSİ QAYDASI

4.1. Hərracın keçirilməsi məqsədilə satıcı tərəfindən komissiya yaradılır və onun iş reqlamenti təsdiq olunur. Komissiya 5 (beş) nəfərdən ibarət olmaqla onun tərkibinə satıcının, satışa çıxarılan əmlakın yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanının, yerli maliyyə və ədliyyə orqanlarının nümayəndələri daxil edilir. Komissiyanın sədri satıcının nümayəndələrindən təyin olunur.

4.2. Komissiya:

hərracın keçirilməsini təmin edir;

hәrrac iştirakçılarının qeydiyyatını aparır və bu barədə müvafiq məlumatı hazırlayıb satıcıya təqdim edir;

hərracın gedişində mübahisəli vəziyyət yarandıqda, hərracı dayandırır və bu barәdә satıcıya müvafiq məlumat verir;

hərracın qalibini müəyyən edir;

hərracın yekun və digər protokollarını rəsmiləşdirir və onu təsdiq etmək üçün satıcıya təqdim edir;

satıcı tərəfindən ona tapşırılmış digər vəzifələri yerinə yetirir.

4.3. Komissiyanın qərarları iclasda iştirak edən komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermədə hər bir komissiya üzvü bir səsə malikdir. Komissiyanın üzvlərinin azı üçdə ikisi iclasda iştirak edərsə, komissiya öz səlahiyyətinə aid olan məsələləri həll etmək hüququna malikdir. Səslər bərabər olduqda komissiya sədrinin səsi həlledici hesab olunur. Komissiyanın işində mütəmadi olaraq iştirak etməyən və ya onun reqlamentini pozan üzvün komissiya üzvlüyündən çıxarılmasına dair satıcı məsələ qaldıra bilər. Bu halda həmin şəxs digər şəxslə əvəz olunur. Komissiyanın qərarları protokollaşdırılır və iclasda iştirak etmiş bütün komissiya üzvləri tərəfindən imzalanır.

4.4. Hərrac aşağıdakı qaydada həyata keçirilir:

hərracı satıcı tərəfindən muzdla tutulmuş hәrracı aparır;

hərrac müəssisənin (obyektin) və səhmin habelə torpaq sahələrinin qısa xarakteristikası və ilkin satış qiymətinin elan olunması ilə başlanır. Satış qiyməti elan olunduqdan sonra hərrac iştirakçıları öz biletlərini qaldırmaqla elan olunmuş qiymətə müəssisəni (obyekti) və ya səhmi habelə torpaq sahələrinin almağa razı olduqlarını bildirirlər;

ilkin satış qiyməti iştirakçılar tərəfindən əlavə etmə yolu ilə artırılır. Hər yeni təklif ilkin satış qiymətinin 1 faizindən az olmamalıdır;

hәrracı yeni satış qiymətini üç dəfə təkrar edir. Təklif olunmuş qiymətə dair digər alıcılardan heç biri biletini qaldıraraq münasibətini bildirmədikdə, hərrac başa çatmış hesab edilir. Ən yüksək qiyməti təklif etmiş iştirakçı hərracın qalibi sayılır. Hәrracı müəssisənin (obyektin) və ya səhmin (səhm zərfinin) satıldığını, satış qiymətini və qalibin biletinin nömrəsini elan edir;

ilkin qiymət 3 (üç) dəfə elan olunduqdan sonra alıcılardan heç biri biletini qaldırmazsa, hərrac baş tutmamış hesab olunur və müəssisə (obyekt), səhm satıcıya qaytarılır;

özəlləşdirilən müəssisələrin (obyektlərin), səhmlərin hərracda satışı zamanı alıcı kimi hüquqi və fiziki şəxs, o cümlədən əmək kollektivi hərracın yeganə iştirakçısı olarsa, bu halda müəssisə (obyekt) və səhmlər həmin şəxsə, qanunvericiliklə müəyyən edilmiş qaydada, start qiyməti ilə, yaxud hərrac şərtləri ilə müəyyənləşən qiymətlə satılır.

hərrac başa çatdıqdan sonra hərrac komissiyası hərracın yekunlarını protokollaşdırır. Hərracın nəticələrinə görə yekun protokolu iki nüsxədə tərtib edilir, hərraca yekun vurulan gün iclasda iştirak edən komissiya üzvləri tərəfindən imzalanır və təsdiq olunmaq üçün satıcıya verilir. Həmin protokol 3 (üç) gün müddətində satıcı tərəfindən təsdiq edilir. Protokol 2 (iki) nüsxədə alıcı və ya onun nümayəndəsi, komissiyanın sədri və üzvləri tərəfindən imzalanır. Protokolda satıcı və alıcı haqqında məlumatlar, özəlləşdirilən müəssisənin (obyektin) və səhmin adı, axırıncı satış qiyməti, habelə alqı-satqı müqaviləsini imzalamaq haqqında tərəflərin öhdəlikləri əks olunur. Hərracın yekunları haqqında protokolun bir nüsxəsi alıcıya verilir. Bu protokol obyekt üzrə alqı-satqı müqaviləsi bağlanması üçün alıcının hüququnu təsdiq edən sənəddir. Hərracın qalibi hərrac başa çatdıqdan sonra həmin gün hərracın yekunları haqqında protokola imza etməlidir;

hərrac baş tutmadığı hallarda onun yekunu protokollaşdırılır və protokolda müəssisənin (obyektin) və səhmin satıcıya qaytarılması qeyd edilir;

hərracın qalibi hərrac başa çatdığı gün onun yekunları haqqında protokolu imzalamadıqda hərracın nəticələri ləğv edilir, keçirilmiş beh geri qaytarılmır, müəssisə və obyekt satıcının sərəncamında qalır.

4.5. Kiçik müəssisələrin özəlləşdirilməsi zamanı kiçik müəssisənin nizamnamə kapitalının 85 faizi hərraca satışa çıxarılır. Kiçik müəssisənin hərraca çıxarılan hissəsinin (müəssisənin nizamnamə kapitalının, obyektin start qiymətinin 85 faizinin) qalibi əmək kollektivi olduqda, bu hissə 100 faiz hesab edilməklə:

hərrac qiymətinin 30 faizi üzrə müvafiq qaydada alqı-satqı müqaviləsi bağlandıqdan sonra ən geci 5 (beş) bank günü ərzində vəkil olunmuş şəxs tərəfindən pulla ödənilir;

hərrac qiymətinin 30 faizi üzrə ödənişi həyata keçirən alıcılara hərrac qiymətinin 30 faizi hәcmindә güzəşt edilir (bu hissə əmək kollektivi üzvləri arasında bərabər bölüşdürülməklə əvəzsiz verilir);

40 faiz alqı-satqı müqaviləsində müəyyənləşən müddətdə, lakin 2 (iki) ildən gec olmayaraq vəkil olunmuş şəxs tərəfindən ödənilir.

4.6. Dövlət əmlakının satışı üzrə keçirilən ilk iki hərracda sifariş verilmədikdə (və ya əmlak satılmadıqda), satıcı tәrәfindәn üçüncü hərracda həmin әmlakın start qiyməti ilkin start qiymətinin 10 faizi həcmində, dördüncü hərracda ilkin start qiymətinin 25 faizi həcmində, beşinci hәrracda ilkin start qiymətinin 50 faizi həcmində aşağı salınır.

4.7. Hərracın nəticələri hərracın keçirildiyi gündən 15 (on beş) gün müddətində Satıcısının rəsmi mətbu orqanı olan "Mülkiyyət" qəzetində dərc olunur. Bu məlumatda aşağıdakılar göstərilir:

4.7.1. satılmış kiçik müəssisələr və obyektlər habelə torpaq sahələrinin üzrə:

hərraca satışa çıxarılmış müəssisənin (obyektin) habelə torpaq sahələrinin yerləşdiyi ünvan;

hərracın nәticәlәrinә görə dövlət büdcəsinə ödənilməli olan pul vəsaitinin məbləği;

hərracın digər iştirakçıları ilə hesablaşmaların aparılması qaydası və müddəti.

4.7.2. satılmış səhmlər üzrə:

səhmdar cәmiyyәtinin tam və qısaldılmış adı və hüquqi ünvanı;

buraxılmış səhmlərin ümumi sayı;

satışa çıxarılmış səhm zərfinin nominal dəyəri və satış qiyməti;

satılmış səhmlərin ümumi miqdarı.

5. HƏRRACIN NƏTİCƏLƏRİ ÜZRƏ ƏQDLƏRİN BAĞLANILMASI

5.1. Satıcı və alıcı arasında hərracın yekunları haqqında protokol imzalandığı andan 10 (on) təqvim günü ərzində qüvvədə olan qanunvericiliyə müvafiq olaraq alqı-satqı müqaviləsi imzalanmalıdır. Alıcı göstərilən müddətdə müqaviləni imzalamaqdan imtina etdikdə onun tәrәfindәn ödənilmiş beh geri qaytarılmır və tam məbləğdə dövlət büdcəsinə köçürülür.

5.2. Hərracın yekunları üzrə bağlanmış alqı-satqı müqaviləsində aşağıdakılar göstərilir:

satılmış müəssisənin (obyektin) adı və ya səhm zərfinin həcmi;

obyektin alınma qiyməti;

alıcı haqqında məlumatlar və onun ünvanı;

obyektin verilməsi qaydası, ödənişin forma və müddətləri.

5.3. Hərracın qalibi müqavilənin bağlandığı andan ən geci 30 (otuz) bank günü müddətində ödənilməli olan pul vəsaitini satıcının müəyyən etdiyi hesaba köçürür.

5.4. Müəyyən olunmuş müddətdə alıcı qeyd olunan məbləği ödəmədiyi halda alqı-satqı müqaviləsi qüvvədən düşmüş hesab edilir və keçirilmiş beh geri qaytarılmır və tam məbləğdə dövlət büdcəsinə köçürülür.

5.5. Hərracda müəssisənin (obyektin) və səhmin habelə torpaq sahələrinin satışı üçün ödənilmiş beh satılan müəssisənin (obyektin) və səhmin habelə torpaq sahələrinin satış qiymətinə daxil edilir. Hərracın digər iştirakçılarının ödəmiş olduqları beh satıcı tərəfindən təqdim edilmiş siyahılar üzrə hərrac iştirakçısının tələbi ilə 10 (on) bank günü müddətində geri qaytarılır.

5.6. Satıcı hərracın nəticələri haqqında məlumatı hərracın keçirildiyi gündən 15 (on beş) gün müddətində Satıcının rəsmi mətbu orqanı olan "Mülkiyyət" qəzetində dərc etdirir, müəssisənin maliyyə-təsərrüfat vəziyyəti haqqında sənədləri alıcıya verməli, habelə alqı-satqı müqaviləsində göstərilən digər öhdəlikləri yerinə yetirməlidir.

Alıcının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və bu barədə ona reyestrdən çıxarış verilir.



6. ÖZƏLLƏŞDİRMƏ ƏQDLƏRİNİN ETİBARSIZ HESAB EDİLMƏSİ

Özəlləşdirmə əqdləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və hallarda etibarsız hesab edilir.

 

 


Azərbaycan Respublikası Prezidentinin 
2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə

TӘSDİQ EDİLMİŞDİR

 

Dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı

QAYDALARI

1. ÜMUMİ MÜDDƏALAR

1.1. Bu Qaydalar "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa, "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na (bundan sonra - II Dövlət Proqramı) müvafiq olaraq hazırlanmışdır və özəlləşdirmə prosesində yaradılmış səhmdar cəmiyyətlərinin səhmlərinin və ya səhm zərflərinin ixtisaslaşdırılmış çek və pul hərracları vasitəsi ilə satışının keçirilməsinin ümumi qaydalarının, alıcıların hərraclarda iştirak etməsi və hesablaşma şərtlərini, qaliblərin müəyyənləşdirilməsi və özəlləşdirilən əmlaka mülkiyyət hüququnun rəsmiləşdirilməsi qaydalarını müəyyən edir.

1.2. Dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı özəlləşdirmə prosesində yaradılmış səhmdar cəmiyyətlərinin səhmlərinin və ya səhm zərflərinin sifarişlər əsasında dövlət özəlləşdirmə payları (çekləri) və ya pul müqabilində özgəninkiləşdirilməsidir.

1.3. Özəlləşdirmə prosesində, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində yaradılmış səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındıqdan və səhmləri buraxıldıqdan sonra 30 (otuz) gün müddətində II Dövlət Proqramı ilə nəzərdə tutulmuş qaydada səhmdar cəmiyyətinin səhmlərinin ixtisaslaşdırılmış çek hərraclarında satılması barəsində satıcı tərəfindən qərar qəbul edilir.

Özəlləşdirmə çeklərinin tədiyə vasitəsi kimi istifadə müddəti başa çatdıqdan sonra, özəlləşdirmə prosesində yaradılmış səhmdar cəmiyyətlərinin səhmləri və ya səhm zərfləri “Dövlət əmlakının ixtisaslaşdırılmış pul hərraclarında satışı Qaydaları”na müvafiq olaraq satılır.

1.4. Özəlləşdirilən dövlət əmlakının satıcısı kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi çıxış edir. 



2. İXTİSASLAŞDIRILMIŞ ÇEK VƏ PUL HƏRRACLARININ KEÇİRİLMƏSİNƏ HAZIRLIQ

2.1. Əmlak Məsələləri Dövlət Komitəsi:

hərrac gününə ən azı 30 (otuz) gün qalmış hərrac haqqında məlumatın Əmlak Məsələləri Dövlət Komitəsi nin rəsmi mətbu orqanı olan "Mülkiyyət" qəzetində dərc olunmasını təşkil edir;

hərracların keçirilməsi üzrə komissiya təşkil edir və zəruri hallarda onun işinə müstəqil ekspertlər cəlb edir;

hərracın iştirakçıları ilə hesablaşmalar aparır;

hərraclarda iştirak etmək istəyən şəxslərdən sifarişləri qəbul edir, onların qeydiyyatını aparır.

2.2. Hərracların keçirilməsi haqqında məlumatda aşağıdakılar göstərilməlidir:

səhmləri hərraca çıxarılan səhmdar cəmiyyətinin tam adı, hüquqi ünvanı;

səhmdar cəmiyyətinin nizamnamə kapitalının məbləği;

buraxılan səhmlərin və hərracda satılan səhmlərin ümumi miqdarı;

bir səhmin nominal dəyəri;

səhmləri satışa çıxarılan səhmdar cəmiyyətinin əsas fəaliyyət (iş, xidmət) növləri;

pul vəsaitinin köçürülməsinin forması, müddəti, qaydaları və sifarişçilər tərəfindən pul vəsaitinin köçürüləcəyi hesabların rekvizitləri;

sifarişlərin qəbulunun başlanma və başa çatma tarixləri;

sifariş və sənəd qəbulu məntəqələrinin ünvanları (mərtəbə, otaq, telefon nömrəsi, qəbul saatları göstərilməklə);

hərraclarda iştirak etmək üçün sifarişçilərin sifarişlə birlikdə verəcəkləri sənədlərin siyahısı və onların tərtib edilməsinə dair tələblər;

hәrracların keçirilməsi tarixi, vaxtı və yeri;

Əmlak Məsələləri Dövlət Komitəsi nin və komissiyanın qərargahının telefon nömrələri və ünvanı;

ixtisaslaşdırılmış pul hərracının keçirilməsi barәdә elan dərc olunduqda, əlavə olaraq pul vəsaitinin keçirilməsi üçün müəyyən edilmiş hesab;

qanunvericilikdə nəzərdə tutulmuş digər məlumatlar. 

2.3. Məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.

3. İXTİSASLAŞDIRILMIŞ ÇEK VƏ PUL HƏRRACLARINDA İŞTİRAK ETMƏ ŞƏRTLƏRİ

3.1. Hərraclarda iştirak etmәk üçün qanunvericiliyə müvafiq olaraq dövlət əmlakının alıcısı kimi tanınan, hərraclarda iştirak etmək üçün vaxtında sifariş vermiş, hərracların keçirilməsinə dair dərc olunan məlumatdakı sənədləri lazımi qaydada tərtib və təqdim etmiş fiziki və hüquqi şəxslər (bundan sonra - sifarişçi) buraxılır,

3.2. Hərraclarda iştirak etmək üçün sifarişçi satıcının müəyyən etdiyi formada sifarişi tərtib edir. Sifarişin və ona əlavə edilən sənədlərin qəbulu dərc olunmuş məlumatda göstərilən tarixdən həyata keçirilir.

3.3. Hərracda iştirak etmək istəyən şəxslər sifarişə aşağıdakı sənədləri əlavə etməlidirlər:

satışa çıxarılan səhmlərin dəyərinin ödənilməsi (pul və ya özəlləşdirmə çekləri ilə) haqda sifariş;

hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;

fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;

səhmlərin dəyəri özәllәşdirmә çekləri ilə ödənildikdə - özəlləşdirmə çekləri;

ixtisaslaşdırılmış pul hərraclarında pul vəsaitinin Əmlak Məsələləri Dövlət Komitəsi nin müəyyən etdiyi hesaba ödənildiyini təsdiq edən sənəd.

Hərraclarda iştirak etmək üçün sifariş hüquqi və ya fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o özünün sifarişçi adından hərəkət etmək hüququnu təsdiq edən etibarnamə təqdim etməlidir.

Sifariş və ona əlavə edilmiş sənədlər Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qəbul edilib qeydiyyata alınır və bunun müqabilində qəbz verilir.

3.4. Hərracların keçirilməsi haqqında məlumatda sifarişlərin qəbulu üçün göstərilən müddət başa çatdıqdan sonra hәrraclarda iştirak etmək üçün daxil olan sifarişlər və onlara əlavə edilmiş sənədlər satıcı tərəfindən qəbul olunmur.

3.5. Sifarişlər 5 (beş) gün müddәtindә qəbul edilir.

3.6. Sifarişçi aşağıdakı hallarda hərraclarda iştirak etməyə buraxılmır:

sifariş vermiş şəxs qanunvericiliyә müvafiq olaraq alıcı kimi tanınmadıqda;

sifarişçinin nümayəndəsinin səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmədikdə;

hərracın keçirilməsi haqqında məlumatda göstərilən siyahı üzrə sənədlər tam şəkildə təqdim olunmadıqda, yaxud onlar düzgün tərtib edilmədikdə.

3.7. İxtisaslaşdırılmış çek hərracında bir özәllәşdirmә çekinə düşəcək səhm üçün sifarişçi tərəfindən minimum hədd qoyulmadıqda sifariş 1-ci növ, belə hədd qoyulduqda isə 2-ci növ sifariş adlanır.

İxtisaslaşdırılmış pul hərracında 1-ci növ sifarişçi ödədiyi məbləğə görə düşəcək səhmlərin miqdarına aşağı hədd qoymur, 2-ci növ sifarişçi isə almaq istədiyi səhmlərin minimum miqdarını sifarişində göstərir.

İxtisaslaşdırılmış pul hәrracının iştirakçısı tərəfindən təqdim edilən sifarişdə səhmlərin dəyərini ödəmək üçün təklif edilən pul vəsaitinin məbləği 10 000 (on min) manat və ya bu məbləğin 2 və daha çox tam mislinə bərabər olmalıdır.

3.8. Əmlak Məsələləri Dövlət Komitəsi hərraclarda iştirak etmək üçün sifarişçilərin verdikləri sifariş və əlavə sənədlərin qorunub saxlanılmasını, həmçinin sifariş vermiş şəxslərin sənədlərinin vəziyyəti, eləcə də onların ödənişləri haqqında məlumatın gizli saxlanılmasını təmin edən tədbirlər həyata keçirir. 

4. HƏRRACLARIN KEÇİRİLMƏSİ QAYDASI

4.1. Hərracların keçirilməsi məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən komissiya yaradılır və onun iş reqlamenti təsdiq olunur.

4.2. Komissiya:

hərracın keçirilməsini təmin edir;

hərrac iştirakçılarının qeydiyyatını aparır və bu barədə müvafiq məlumatı hazırlayıb Əmlak Məsələləri Dövlət Komitəsi nə təqdim edir;

hərracın gedişində mübahisəli vəziyyət yarandıqda hərracı dayandırır və bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi nə müvafiq məlumat verir;

hərracın qalibini müəyyən edir;

hərracın yekun və digər protokollarını rəsmiləşdirir və onu təsdiq etmək üçün Əmlak Məsələləri Dövlət Komitəsi nə təqdim edir;

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş digər vəzifələri yerinə yetirir. 

4.3. Komissiyanın qərarları iclasda iştirak edən komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermədə hər bir komissiya üzvü bir səsə malikdir. Komissiyanın üzvlərinin azı üçdə ikisi iclasda iştirak edərsə, komissiya öz səlahiyyətinə aid olan məsələləri həll etmək hüququna malikdir. Səslər bərabər olduqda, komissiya sədrinin səsi həlledicidir. Komissiyanın hərraclar haqqında qərarları protokollaşdırılır və iclasda iştirak etmiş bütün komissiya üzvləri tərəfindən imzalanır.

4.4. İxtisaslaşdırılmış çek hərraclarında satışa çıxarılmış səhmlərin 95 faizindən az olmayan hissəsi satılmalıdır. Bunun üçün zəruri hallarda səhmlərin bölünməsi, yəni satışa çıxarılmış səhmlərin ümumi nominal dəyərini dəyişdirmədən, bir səhmin eyni nominallı daha kiçik səhmlərə bölünməsi əməliyyatı həyata keçirilə bilər.

5. İXTİSASLAŞDIRILMIŞ ÇEK HƏRRACLARININ KEÇİRİLMƏSİ QAYDASI

5.1. İxtisaslaşdırılmış çek hərracı aşağıdakı qaydada keçirilir:

komissiya hərracın məzənnəsini (satış qiymətini), yəni səhm/çek nisbətini müəyyən edir;

1-ci növ bütün sifarişlər ödənilir;

satış qiymətindən aşağı qiymət göstərilmiş bütün 2-ci növ sifarişlər ödənilir;

satış qiymətinə bərabər qiymət göstərilmiş 2-ci növ sifarişlər 5.7-çi bənddə müəyyən olunmuş qaydada ödənilir;

satış qiymətinə bərabər qiymətdən yüksək qiymət göstərilmiş 2-ci növ sifarişlər hərracdan çıxarılır.

5.2. Sifarişləri ödənilmiş bütün iştirakçılar hərracın qalibi sayılırlar.

5.3. Hərracın məzənnəsi, yəni səhm/çek nisbəti aşağıdakı düsturla müəyyən edilir:


Yüklə 291,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə