Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə36/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   32   33   34   35   36   37   38   39   ...   64

142 

 

- Vaqon-restorandamı? 



- Xeyr. Mən onu arvadının kupesinə girərkən görmüşəm. 

Puaro başı ilə təsdiq etdi. 

-  Qəribədir,  -  o,  burnunun  altında  donquldandı.  -Yadımdadır,  siz 

demişdiniz  ki,  Lionda  oyanmışdınız  və  pəncərədən  baxırdınız. 

Qatardan  düşən  qraf  de  la  Roşa  oxşayan  qarasaçlı  bir  adam 

görmədiniz ki? 

Ketrin başını yellədi: 

-  Xeyr,  mən  kepkada  və  çiyinlikdə  olan  bir  oğlanı  gördüm,  lakin 

fikirləşmirəm  ki,  o,  qatardan  düşmüşdü.  Həmin  adam  platformada 

gəzişirdi. Bir də gecə pijamasında və paltoda 

olan bir saqqallı fransız var idi. O, qəhvə içmək istəyirdi. Qalanları 

ancaq dəmiryol işçiləri idi. 

Puaro bir neçə dəfə başını tərpətdi. 

-  Görünür, qraf de la Roşun dəmir alibisi var. 

Alibi 

-təhlükəli şeydir, o, həmişə şübhə yaradır. Budur, gəlib çatdıq. 



Onlar  Van  Aidinin  nömrəsinə  qalxdılar,  burada  onları  Nayton 

gözləyirdi.  Puaro  ona  Ketrini  təqdim  etdi.  Bir  neçə  ümumi  sözlərlə 

hal-əhval tutduqdan sonra Nayton dedi: 

-  Miss Qreyin gəlişini mister Van Aidinə xəbər 

verim. 

O, qonşu otağa getdi. Oradan sakit səslər eşidildi və sonra mister Van 



Aidin gəldi. O, 

dərhal Ketrinə tərəf gedərək əlini ona uzatdı və diqqətlə qızı süzdü: 

-  Sizinlə  görüşməyimizə  şadam,  -  dedi.  -  Mən  sizin  Rut  barədə 

söylədiklərinizi çox eşitmək istərdim. 

Milyonçunun sadəliyi Ketrində güclü təəssürat oyatdı. O, Van Aidinin 

downloaded from KitabYurdu.org




143 

 

dərdinin  necə  dərin  və  səmimi  olduğunu,  buna  görə  də  öz 



nigarançılığını gizləməyə çalışdığını duydu. 

- Zəhmət olmasa, əyləşin və hər şeyi mənə danışın. 

- Van Aidin stulu ona sarı çəkdi. 

Puaro  və  Nayton  səssizcə  otaqdan  çıxdılar  və  Ketrin  Van  Aidinlə 

otaqda tək qaldı. Onunla söhbət etmək Ketrin üçün rahat idi. Rut ilə 

söhbətini - sadəcə, heç nəyi yaddan çıxarmamağa çalışaraq - mümkün 

qədər  sözbəsöz  ona  çatdırmağa  çalışırdı.  Van  Aidin  kresloya 

söykənmiş halda əli ilə gözünü qapayaraq sözünü kəsmədən ona qulaq 

asırdı. 

Qız sözünü bitirəndə milyonçu astadan dedi: 

- Sizə minnətdaram, əzizim. 

Bir neçə saniyə onların hər ikisi susdu. Ketrin duyurdu ki, başsağlığı, 

yaxud da təsəlli sözləri indi yersizdir. 

Sonra Van Aidin tamam başqa tonda dilləndi: 

- Mən sizə çox təşəkkür edirəm, miss Qrey. Düşünürəm ki, siz mənim 

yazıq  qızımın  son  saatlarını  yüngülləşdirmisiniz.  Sizdən  bir  şey 

soruşmaq istəyirəm. Yəqin ki, Puaro qızımın 

başını  gicəlləndirən  o  yaramaz  barədə  sizə  məlumat  verib.  Qızım 

məhz  onun  barəsində  danışıb,  məhz  onunla  görüşməyə  hazırlaşırdı. 

Necə düşünürsünüz, sizinlə söhbətindən sonra Rut öz planını dəyişə 

bilərdimi? Bəlkə o, aralarındakı razılaşmanı pozmağa qərar vermişdi? 

-  Mən yəqin söyləyə bilmərəm, ser. O, müəyyən bir qərara gəlmişdi, 

mənə də elə gəldi ki, qızınız 

artıq sakitləşib. 

-  O, sizə söyləmədi ki, onların görüşləri harada 

olmalıdır, Parisdə, yoxsa adada? 

Ketrin başını yellədi: 

downloaded from KitabYurdu.org




144 

 

- O, bu barədə danışmadı. 



-  Hə, - Van Aidin fikirli-fikirli söylədi. - Eybi yox, 

zaman göstərəcək. 

O,  ayağa  durdu  və  qonşu  otağın  qapısını  açdı.  Puaro  və  Nayton 

gəldilər. 

Ketrin  milyonçunun  lenç  dəvətini  qəbul  etmədi,  Nayton  da  onu 

taksinin yanına qədər ötürdü. 

O, qayıdanda Puaro ilə Van Aidin söhbət edirdilər. 

-  Əgər  biz,  -  milyonçu  fikirli  halda  dedi,  -  Rutun  hansı  qərara 

gəldiyini bilsəydik... bu, artıq işin 

yarısı demək olardı. Bəlkə o, Parisdə düşüb mənə teleqram vurmağa 

qərar  veribmiş?  Bəlkə  də  Fransanın  cənubuna  gedib  qrafla 

münasibətlərini  aydınlaşdırmağı  düşünüb?  Biz  qaranlıqdayıq, 

tamamilə qaranlıqdayıq. Amma 

bizim  əlimizdə  qulluqçunun  ifadəsi  var:  qrafın  qatara  gəlişi  ilə  Rut 

təlaşlanmış və qorxubmuş. Demək, bu, onun planına daxil deyilmiş. 

Siz mənimlə razısınız, Nayton? 

-  Bağışlayın, mister Van Aidin! Mən sizin nə 

danışdığınızı eşitmədim. 

-  Xəyallara  daimisiniz?  -  Van  Aidin  soruşdu.  -  Heç  özünüzə 

oxşamırsınız. Nədir, yoxsa bu qız 

sizin çarxınızı çevirdimi? 

Nayton ancaq köksünü ötürdü. 

-  Əla qızdır, - Van Aidin dalğın halda dedi. - 

Əla. Siz onun gözlərinə fikir verdiniz? 

-  Heç bir kişi onlara diqqət yetirməyə bilməz, - 

Nayton cavab verdi. 

41 Bir şeyə yaramayan tip. 42 Qadınlar. 

downloaded from KitabYurdu.org




145 

 

XXI 



FƏSİL Tennis kortunda 

Bir  neçə  gün  keçdi.  Ketrin  səhər  gəzintisindən  qayıdarkən  onu 

səbirsizliklə gözləyən Lenoksu gördü. 

- Sənin gənc oğlanın zəng vurmuşdu, Ketrin. - Mənim gənc oğlanım 

sən kimə deyirsən? 

-  Sənin  yeni  pərəstişkarını  -  Rufus  Van  Aidinin  katibini  deyirəm. 

Məncə, sən onda güclü təəssüratlar oyatmısan. Sən bir-birinin ardınca 

könül sındırmağa başlamısan. Vacib qadına 

çevrilirsən,  Ketrin.  Əvvəlcə  Derek  Ketterinq,  indi  isə  gənc  mayor 

Nayton. Maraqlıdır, o, mənim çox yaxşı yadımdadır. Axı o, müharibə 

vaxtı  mənim  anamın  burada  qurduğu  hərbi  hospitalda  yatırdı.  O 

vaxtlar mənim təxminən səkkiz yaşım olardı. 

- O, ciddi yaralanmışdı? 

- Əgər səhv etmirəmsə, ayağından yaralanmışdı, amma yara çox ciddi 

idi.  Məncə,  həkimlər  nəyisə  səhv  salmışdılar.  Onlar  deyirdilər  ki, 

Nayton  axsamayacaq.  Amma  o,  buradan  gedərkən  bir  balaca 

axsayırdı. 

Ledi Templin içəri girdi. 

-  Ketrinə  mayor  Nayton  haqqında  danışırsan?  -  O  soruşdu.  -  O,  elə 

yaxşı oğlandır ki! Mən onu 

tamam unutmuşdum, o qədər şeylər olub ki, ancaq indi yadıma düşdü. 

- O, elə də vacib adam deyildi ki, onu xatırlayasan, 

-  Lenoks qeyd etdi. - İndi o, milyonçunun katibi 

olduğu zaman məsələ tamam başqadır. 

-  Əzizim! - ledi Templin məzəmmətlə qışqırdı. 

-  Mayor Nayton niyə zəng vurmuşdu? - Ketrin - 

maraqlandı. 

-  O, səni tennisə dəvət edir. Etiraz etməsən, o, sənin ardınca gələcək. 

downloaded from KitabYurdu.org



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə