74
- Lütf etmiş olarsınız, - komissar cavab verdi. - İcazə verin, sizə
təqdim edim, müsyö Puaro, - o, Ketrinin pasportuna nəzər saldı, -
madam, ee..., madmazel Qrey.
Puaro Ketrinə gülümsədi:
- Sözlərimin belə tezliklə çin olması qəribə deyilmi? - o bildirdi.
- Madmazel, təəssüf ki, bizə elə də çox məlumat verə bilmir, -
komissar bildirdi.
- Mən artıq izah etdim ki, - Ketrin söylədi, - o
bədbəxt ledi mənim tanışım deyildi.
- Amma o, sizinlə söhbət edib, elə deyilmi? - Puaro mülayimliklə
söylədi. - Yəqin ki, onun
barəsində müəyyən təəssüratınız yaranıb?
- Bəli, - Ketrin fikirli halda cavab verdi. - Deyəsən, yaranıb.
- Hə, madmazel, - komissar sözə qarışdı, - bizə bu barədə danışın.
Ketrin onların dünənki söhbətini təfsilatı ilə danışdı. O, hiss edirdi ki,
həmsöhbəti olan qadını satır, lakin “qətl” kəlməsi hər şeyi dəyişdirirdi.
Və o, mərhumla söhbətini mümkün qədər dəqiqliklə, sözbəsöz onlara
danışdı.
- Maraqlıdır! - komissar Puaroya müraciət etdi.
- Müsyö Puaro, həqiqətən də maraqlı deyilmi? Yoxsa bunun qətllə
heç bir əlaqəsi yoxdur... - O,
öz cümləsini sona qədər söyləmədi.
- Bəlkə bu intihardır? - Ketrin ehtimalını söylədi.
- Xeyr, - komissar cavab verdi. - İntihar deyil.
O, iplə boğulub.
- İlahi! - Ketrinin bədəni əsdi.
Müsyö Kau əlini sakitləşdirici tərzdə yuxarı qaldırdı.
- Bəli, bəli, bütün bunlar çox xoşagəlməzdir. Yəqin ki, bizim qatillər
downloaded from KitabYurdu.org
75
sizinkilərdən daha qəddardırlar.
- Bu, dəhşətdir!
- Hə, hə, - komissar mehribancasına söylədi. - Siz çox cəsarətli
qadınsınız, madmazel. Sizi
görən kimi mən öz-özümə dedim: “Bu madmazel ürəkli adamdır”.
Ona görə də mən sizdən bir şey xahiş etmək istəyirəm, çox
xoşagəlməz işdir, lakin sizi inandırım ki, bu, mütləqdir.
Ketrin karıxmış halda ona baxdı. O, sanki özünü qoruyurmuş kimi
əlini qaldırdı.
- Mən sizdən mənimlə qonşu kupeyə getməyi xahiş edirəm.
-
Bu, vacibdir? - Ketrin astadan soruşdu.
-
Kimsə onu tanımalıdır, - komissar cavab verdi. - Qulluqçu yoxa
çıxıb... - O, mənalı
tərzdə boğazını arıtladı.
- Siz onunla ünsiyyətdə olan yeganə adamsınız.
- Nə etməli, - Ketrin sakit halda söylədi. - Əgər
vacibdirsə...
O, ayağa durdu. Puaro təsdiqləyici halda başını tərpətdi:
-
Madmazel çox həssasdır, - dedi. - Mən də
gələ bilərəm, müsyö Kau?
- Əlbəttə, əziz müsyö Puaro.
Onlar dəhlizə çıxdılar və komissar qonşu kupenin qapısını açdı.
Pəncərənin pərdələri yarıya kimi qaldırılmışdı. Qətlə yetirilmiş üzü
divara sarı elə təbii halda uzadılmışdı kı, elə bil yatırdı. Müsyö Kau
onu ehtiyatla kürəyi üstə çevirdi və Ketrin əlini sıxaraq ucadan içini
çəkdi. Sifəti tanınmaz hala salınmışdı. Puaro cəld soruşdu:
-
Bu nə vaxt edilib, ölümündən əvvəl, yoxsa
sonra?
downloaded from KitabYurdu.org
76
-
Həkimlər söylədilər ki, sonra, - müsyö Kau
cavab
verdi.
- Qəribədir! - Puaro qaşlarını çatdı və Ketrinə tərəf çevrildi. -
Qətiyyətli olun, madmazel, ona diqqətlə baxın. Əminsinizmi ki, bu,
dünən sizin danışdığınız qadındır?
Ketrinin əsəbi möhkəm idi. O, özünü qətlə yetirilmiş qadına diqqətlə
baxmağa məcbur etdi. Sonra irəliyə doğru əyilərək bədbəxt qadının
əlinə toxundu.
- Mən tamamilə əminəm, - nəhayət, o bildirdi. -
Üzünü tanımaq mümkün deyil, lakin bədən quruluşu, boyu, saçların
rəngi adamda şübhə qoymur. Bir də ki, mən bunu tanıdım. - O,
mərhumun biləyindəki kiçik xalı göstərdi.
- Onunla söhbət edərkən mən onu görmüşdüm.
- Bon19, - Puaro söylədi. - Siz çox diqqətlisiniz, madmazel. Belə halda
meyitin identifikasiyası məsələsi həll olundu; lakin bütün bunlar çox
qəribədir. - O, çaşqınlıqla qətlə yetirilmişin üzünü göstərdi.
Müsyö Kau çiyinlərini çəkdi:
- Ola bilsin ki, qatil çox qəzəblənibmiş, - o, ehtimal etdi.
- Əgər qadın belə sakit uzanmasaydı, söylədiyiniz mümkün olardı, -
Puaro düşündü. - Lakin onu boğan şəxs arxadan yaxınlaşıb və
qurbanını gözlənilmədən yaxalayıb. Boğuq inilti, xırıltı, vəssalam,
başqa heç nə eşidilməyib, sonradansa sifətə vurulmuş bu qorxunc
zərbə. Nə səbəbə? Qatil ümid edib ki, əgər meyitin üzünü tanınmaz
hala salarsa, onda onu
tanımazlarını? Yaxud da, o, bu qadına elə çox nifrət edirmiş ki, artıq
ölmüş olmasına baxmayaraq, ona zərbə vurmaqdan özünü saxlaya
bilməyibmi?
downloaded from KitabYurdu.org
77
Ketrin diksindi və Puaro müqəssircəsinə ona baxdı:
- Siz mənim halınızı xarab etməyimə yol verməməlisiniz, madmazel.
- O, mülayimliklə söylədi. - Bütün bunlara siz adət etməmisiniz və bu,
sizin üçün dəhşətlidir. Mənim üçünsə, təəssüf ki, adi məsələlərdir.
Xahiş edirəm, bircə dəqiqə də gözləyin.
Puaro qətlə yetirilmişin paltarını diqqətlə nəzərdən keçirdi - rəfin
kənarına mərhumun səliqə ilə qoyulmuş paltarı, asılqandan asılmış
ağır xəz palto və tora atılmış qırmızı lak şlyapa.
Sonra Puaro Ketrinin qulluqçunun əyləşdiyini gördüyü qonşu kupeyə
keçdi. Oturacaqda üç, yaxud da dörd şal, şlyapa qutusu, sakvoyaj var
idi. Qəfildən o, Ketrindən soruşdu:
- Siz dünən burada olmusunuz. Sizcə, burada nəsə dəyişiklik
olubmu, bəlkə nəsə yoxa çıxıb?
Ketrin hər iki kupeyə diqqətlə baxdı.
- Bəli! Açıq rəngli tumacdan düzəldilmiş mücrü yoxa çıxıb. Onun
üzərində “R.V.K.” inisialı var
idi. O,
cəvahiratları saxlamaq üçün bir mücrü ola bilərdi. Mən onu
qulluqçunun dizləri üstə görmüşdüm.
- Eləmi? - Puaro dedi.
- Axı, yəqin ki... - Ketrin sözə başladı. - Mən... mənim belə işlərdən
başım çıxmır, amma çox ehtimal ki... göründüyü kimi, qulluqçu da,
mücrü də yoxa çıxıb, elə deyilmi?
- Siz demək istəyirsiniz ki, qulluqçu mücrünü
oğurlayıb? - komissar soruşdu. - Xeyr, madmazel, bu ola bilməz, buna
qarşı çox ciddi bir dəlil var.
- Hansı?
- Qulluqçu Parisdə qalıb.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |