Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə44/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   40   41   42   43   44   45   46   47   ...   64

174 

 

-Adını söyləmədi, dedi ki, sizinlə vacib işi var və sizi gözləyəcək. 



- O, haradadır? 

-  Kiçik salonda, müsyö. O, oranı verandadan 

üstün tutdu, dedi ki, ora daha sakitlikdir. 

Derek başını tərpətdi və salona tərəf yollandı. 

Orada Dereki görcək ayağa duraraq sırf əcnəbiyə məxsus olan böyük 

ədəblə ona təzim edən şəxsdən başqa heç kim yox idi. Derek qraf de 

la  Roşu  bir  dəfə  gördüyünə  baxmayaraq,  onu  həmin  an  tanıdı  və 

qəzəbləndi. Sən sırtıqlığa bir bax! 

-  Qraf  de  la  Roş,  elə  deyilmi?  -  Derek  dedi.  -  Qorxuram  bura 

gəldiyiniz üçün əbəs yerə vaxt 

sərf etmisiniz. 

-  Ümid  edirəm  ki,  xeyr,  -  Qraf  dümağ  dişlərini  göstərərək  inamla 

söylədi. 

Onun valehediciliyi, adətən, kişilərə təsir etmirdi. Kişilərin hamısı bir 

nəfər  kimi  ona  olan  nifrətini  gizlətmirdilər.  Derek  onu  küçəyə 

tullamağı  çox  istəyərdi.  Sadəcə,  hazırkı  zamanda  arzuolunmaz 

qalmaqal qorxusu onun əl-qolunu bağlayırdı. O, Rutun belə bir adama 

aludə olmasına bir daha təəccübləndi. 

Yaramaz,  adi  ədabaz.  O,  nifrətlə  qrafın  soyuq  əllərinə  və  manikür 

olunmuş dırnaqlarına baxdı. 

- Mən bir iş üçün gəlmişəm. Düşünürəm ki, məni dinləmək sizin üçün 

maraq doğurucu olacaq. 

Derek yenidən onu küçəyə atmaq üçün şiddətli bir arzu duydu və o, 

yenə  də  özünü  saxlamalı  oldu.  Onun  nəzərindən  qrafın  səsindəki 

hədələyici  ton  qaçmadı,  lakin  o,  bunu  özünəməxsusluqla  anladı. 

Qrafın söyləmək istədiklərini dinləmək üçün bir çox səbəbləri var idi. 

O əyləşdi və barmaqları ilə masanı səbirsizliklə - döyəclədi: 

downloaded from KitabYurdu.org




175 

 

-  Hə, deyin görək, nə məsələdir? - əsəbi halda 



soruşdu. 

Hər şeyi birdən söyləmək qrafın adəti deyildi. 

-  İcazə verin, müsyö, - o, sözə başladı, - sizə 

başsağlığımı bildirim. 

Əgər siz bu cür həyasızlığa davam  etsəniz, mən bu dəqiqə sizi 



küçəyə atacağam, - Derek 

söylədi. 

O, başı ilə bu məqamda diksinən qrafın yanındakı pəncərəni göstərdi. 

- Əgər istəyirsinizsə, mən sizə öz sekundantımı göndərə bilərəm, - o, 

ləyaqətlə bildirdi. 

Derek qəhqəhə ilə güldü: 

Duel?  Mənim  əziz  qrafım,  mən  sizə  elə  də  ciddi  yanaşmıram. 



Amma sizi Promenad 

d'Anqleyə53 təpiklə tullamaq mənə böyük həzz verərdi. 

Qraf bu hədəni əsl təhlükə kimi qəbul edəcək qədər qorxaq deyildi. O, 

sadəcə, qaşlarını dartdı və dedi: 

İngilislər necə də tərbiyəsizdirlər. 



- Yaxşı, - Derek dedi, - mənə söyləmək istədikləriniz bunlardan ibarət 

idi? 


- Sizinlə açıq danışacağam, - qraf dedi. - Və dərhal mətləbə keçirəm. 

Zənnimcə, bu, ikimizin də ürəyimizcə olacaq. 

O, öz şirin təbəssümü ilə gülümsədi. 

- Davam edin, - Derek qısaca bildirdi. 

Qraf tavana baxdı, barmaqlarını çarpazladı və astadan söylədi: 

Sizə çoxlu pul miras qalıb, müsyö. 



- Nə olsun? Bundan sizə nə? 

Qraf yerində dikəldi. 

downloaded from KitabYurdu.org



176 

 

-  Müsyö,  mənim  adım  ləkələnib.  Məni  qorxunc  cinayətdə  şübhəli 



hesab edirlər! 

-  Bu ittihamı mən irəli sürməmişəm, - Derek 

söylədi. 

-  Mən heç yerdə belə bir fikir söyləməmişəm. 

-  Mən təqsirsizəm, - qraf bildirdi, - Allaha and 

olsun, 


-  o, əlini göyə tutdu, - mənim günahım yoxdur. 

-  Mənim bildiyimə görə, bu işlə müsyö Karrej 

məşğuldur, - Derek nəzakətlə bildirdi. 

Qraf sözünə davam etdi. 

-  Məni  törətmədiyim  cinayətdə  şübhəli  bilirlər.  Bundan  əlavə, 

mənim pula çox ehtiyacım var. 

Ketterinq dərindən nəfəs alaraq sakitcə ayağa durdu: 

-  Mən  elə  bunu  da  gözləyirdim,  -  o,  sakit  tərzdə  söylədi.  -  Alçaq 

şantajçı! Mən sizə bir qəpik də 

verməyəcəyəm. Mənim arvadım artıq ölüdür, yəni sizin qaldıracağınız 

qalmaqal  da  ona  toxunmayacaq.  Yəqin  ki,  o,  sizə  səfeh  məktublar 

yazıb. Əgər indi mən onları sizdən külli miqdarda pula satın alsam, 

heç  şübhə  etmərəm  ki,  siz  onlardan  bir-ikisini  yenidən  məni  şantaj 

etmək üçün gizlətmiş olacaqsınız. Daha bir məsələ də var, müsyö de 

la Roş: “şantaj” sözü Fransada da, İngiltərədə də eyni nifrətlə səslənir. 

Mənim cavabım budur. Xudahafiz! 

-  Bir dəqiqə, - Derek otağı tərk etmək istəyəndə qraf əlini qaldırdı, - 

siz yanılırsınız. Mən... mən 

inanıram ki, centlmenəm. 

- Bu məqamda Derek ucadan qəhqəhə çəkdi. 

-  Qadının məktubu mənim üçün müqəddəsdir. - 

downloaded from KitabYurdu.org




177 

 

O,  Ketterinqin  ələsalıcı  gülüşünə  məhəl  qoymadan  başını  qürurla 



qaldırdı.  -  Mənim  təklifim  tamamilə  başqadır.  Dediyim  kimi, 

vicdanım  məni  polisə  gedib,  bildiyim  məlumatı  onlara  söyləməyə 

qoymur. 

- Siz nədən danışırsınız? 

Qrafın ağappaq dişləri gülümsədiyi zamanı yenidən parladı. 

-  Hesab edirəm ki, xırdalıqlara girməyə ehtiyac 

yoxdur, - o, qeyd etdi. - Əbəs yerə söyləməyiblər ki, cinayətin kimə 

xeyirli olduğunu axtarın. Sizə çoxlu pul qalıb. 

Derek güldü: 

Əgər bütün bunlar... - o, hədələyici surətdə 



söylədi. 

Qraf başını yellədi: 

- Bu, hələ hamısı deyil, əzizim. Əgər əlimdə sizi cinayətə görə həbs 

etmək üçün kifayət qədər inandırıcı və dəqiq məlumat olmasaydı, mən 

bura sizin yanınıza gəlməzdim. 

Derek ona yaxınlaşdı. Onun baxışlarından elə bir qəzəb saçılırdı ki, 

qraf qeyri-ixtiyari bir-iki addım geri çəkildi. 

Siz məni hədələyirsiniz? - Derek nərildədi. 



Vəssalam, siz daha məndən bir kəlmə də eşitməyəcəksiniz, - qraf 

onu əmin etdi. 

- Bu, mümkün ola biləcək ən iyrənc yalandır... 

Qraf öz ağ barmaqlarını qaldırdı. 

-  Siz  haqsızsınız.  Bu,  yalan  deyil.  Sizi  inandırıram.  Məlumat  bir 

xanımdan  alınıb.  Onun  əlində  arvadınızı  öldürdüyünüzə  dair 

təkzibolunmaz dəlil var. 

-Xanım? Hansı xanım? 

- Madmazel Mirel. 

downloaded from KitabYurdu.org



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə