190
-
Sizi nəsə narahat edir? - Puaro soruşdu.
Nayton təəccüblə dilləndi: -Tamamilə haqlısınız! Haradan bildiniz?
-
Bu ki açıq-aşkardır, - Puaro soyuq tərzdə
bildirdi.
- Bilməzdim ki, mənim fikirlərimi oxumaq belə -
asanmış.
-
Fizioqnomika mənim sənətimin ayrılmaz
hissəsidir,
- balaca adam şərəflə cavab verdi.
- İndi sizə hər şeyi danışaram, müsyö. Siz o rəqqasə Mirel barədə bir
şey eşitmisiniz?
- Müsyö Dereklə chere amie olanı deyirsiniz?
-
Bəli, o. Bunu bildiyinizə görə, mister Van Aidində nə üçün ona
qarşı belə pis fikir
yarandığını başa düşürsünüz. Mirel mister Van Aidinə məktub
yazaraq onu qəbul etməsini istəmişdi. O isə Mirelə nəzakətlə rədd
cavabı vermək üçün göstəriş verdi və təbii ki, mən də belə etdim. Bu
gün səhər isə o, bizim qaldığımız otelə gəldi, vizit vərəqəsinin üzərinə
mister Van Aidinlə təcili görüşmək istədiyini yazaraq ona göndərdi.
- Maraqlıdır, - Puaro qeyd etdi.
- Mister Van Aidin qəzəbləndi. Və söylədiyi heç də ədəbli olmayan
sözləri ona çatdırmağımı istədi. Mən onunla razılaşmamağa risk
etdim.
Mənə elə gəlir ki, Mirelin çox dəyərli bir məlumatı var. O, Mavi
qatarda olub və bizim üçün həyatı vacib olan nəyisə görmüş ola bilər.
Mənimlə razısınız, müsyö Puaro?
- Razıyam, - Puaro soyuq cavab verdi. - Müsyö Van Aidin özünü, əgər
belə demək olarsa, son dərəcə axmaq kimi aparıb.
downloaded from KitabYurdu.org
191
- Sizin bu cür fikirdə olmağınıza şadam. Mən sizə bir şeyi danışmaq
istəyirəm. Mən mister Van Aidinin davranışının yanlış olduğuna o
qədər əmin idim ki, aşağı düşərək onun istəyini
rəqqasəyə çatdırmaq əvəzinə onunla söhbət etdim.
- Eləmi?
- Mənim üçün çətin idi, o, mister Van Aidinlə şəxsən görüşməyi tələb
edirdi. Düzünə qalsa, mən mister Van Aidinin ismarışlarını bir qədər
dəyişdirdim. Dedim ki, hazırkı vəziyyətdə mister Van Aidin çox
məşğuldur və o, mənimlə danışa bilər. Amma buna baxmayaraq,
Mirel bunu istəmədi və heç nə demədən çıxıb getdi. Lakin, müsyö
Puaro, məndə qəti fikir yarandı ki, o qadın nəsə bilir.
- Bu, artıq ciddi məsələdir, - Puaro sakit halda dedi.
- Siz onun harada qaldığını bilirsiniz?
-
Bəli, - mayor Nayton otelin adını söylədi.
-
Lap yaxşı! Biz dərhal ora yollanacağıq.
Katib tərəddüd etdi:
-
Bəs mister Van Aidin? - o, inamsızlıqla
söylədi.
-
Müsyö Van Aidin uzunqulaq kimi tərsdir, - Puaro soyuq tərzdə
bildirdi. - Mən tərs
adamlarla mübahisə etmirəm. Mən onlara zidd hərəkət edirəm. Biz
dərhal o qadının yanına gedəcəyik. Deyəcəyəm ki, biz işlərini
aparmaq üçün müsyö Van Aidin tərəfindən tutulmuş vəkillərik, siz isə
buna qarşı çıxmağı ağlınıza da gətirməyin.
Nayton hələ də tərəddüd içərisindəydi, lakin Puaro ona heç məhəl də
qoymadı.
Oteldə onlara dedilər ki, madmazel öz otağındadır, Puaro da üzərinə
“mister Van Aidindən” yazıb, vizit kartını ona yolladı.
downloaded from KitabYurdu.org
192
Tezliklə Puaroya və Naytona Mirelin onları qəbul edə biləcəyini
söylədilər.
Onlar rəqqasənin otağına daxil olanda Puaro hakimiyyəti öz əlinə
götürdü.
- Madmazel, - o, hörmətlə təzim edərək dedi, - biz müsyö Van
Aidinin tapşırığı ilə gəlmişik.
- Ah! Bəs o özü niyə gəlməyib?
- O, özünü yaxşı hiss etmir, - Puaro yalan dedi.
- Riveruda soyuqlayıb, lakin mən və katibi mayor Nayton onun
adından iş görməyə vəkil tutulmuşuq. Əgər, əlbəttə ki, madmazel iki
həftə gözləmək istəyirsə...
Əgər Puaronun inamla əmin olduğu yeganə bir şey vardısa, o da Mirel
kimi qadınlar üçün “gözləmək” sözünün qəbuledilməz olduğu idi.
- Eh bien, deyəcəyəm, müsyö, - o bağırdı. - Mən dözdüm. Özümü
saxladım. Nəyin naminə?
Məni təhqir etsinlər deyə? Bəli, təhqir etdilər! Məgər Mirellə belə
davranmaq olar? Onu köhnə əlcək kimi tullamaq? Hələ heç bir kişi
məndən bezməyib. Onlardan həmişə mən bezmişəm!
O, otaqda iti addımlarla o baş, bu başa gəzişirdi, qamətli bədəni isə
qəzəbdən tir-tir əsirdi. Onun ayağı kiçik masaya ilişdi. Rəqqasə də
masanı götürüb divara çırpdı.
- Bax, onunla da belə edəcəyəm! - o qışqırdı. - Bax belə! - O, səhləb
çiçəyi ilə dolu güldanı
götürüb buxarının dəmir barmaqlığına çırpdı və güldan çilik-çilik olub
yerə səpələndi.
Nayton qadına əsl ingilisə xas olan soyuqqanlı narazılıqla baxırdı.
Onun halı özündə deyildi. Puaroda isə hər şey əksinə idi, gözlərində
alışan yaşıl parıltıdan səhnənin onu sevindirdiyini düşünmək olardı.
downloaded from KitabYurdu.org
193
- Bu, möhtəşəmdir! - detektiv ucadan dedi. - O saat bəlli olur ki,
madmazel coşqun təbiətlidir.
- Mən aktyoram. Hər bir aktyorda da coşqunluq olmalıdır. Mən
Derekə xəbərdarlıq etdim, amma o, mənə qulaq asmadı. - O birdən
Puaroya sarı sıçradı və soruşdu: - Düzdür ki, Derek o ingilis
qızla evlənmək istəyir?
Puaro boğazını arıtladı:
- On ma dit, - deyə rəqqasəyə gileyləndi. - O,
qızdan ötrü tamam başını itirib.
Mirel yerində dikəldi:
- O, öz arvadını öldürüb, - dişlərini qıcayaraq
dedi.
- Bilirsiniz! O, hələ qabaqcadan onu öldürmək istədiyini mənə
demişdi. O, küncə qısılmışdı. O,
ən asan yolu seçdi.
- Siz iddia edirsiniz ki, müsyö Ketterinq arvadını
öldürüb?
- Bəli, bəli, bəli! Bəs mən sizə nə deyirəm?
- Polis, - Puaro dedi, - bu... iddianı təsdiq edən
sübut tələb edəcək.
- Sizə deyirəm axı, mən həmin gecə onu arvadının kupesindən
çıxarkən gördüm.
- Nə vaxt? - Puaro cəld soruşdu.
- Düz Liona çathaçatda.
- Siz and içməyə hazırsınızmı, madmazel?
Bu, artıq başqa Puaro idi. O, kəskin və qərarlı danışırdı.
-Bəli.
Otağa sükut çökdü. Mirel ağır-ağır nəfəs alırdı. Onun qəddar,
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |