Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə18/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   ...   154

53 

 

Bəs necə olub ki, onu Sofinin çarpayısının altında itirib? 



Və Alberto Knoks. Bu nə qəribə addır belə? 

Ən  azı  bir  şey  təsdiqini  tapmışdı.  Hilde  Moller  Knaq  ilə  filosof 

arasında əlaqə var. Amma Hildenin doğma atasının onların ünvanlarını 

dəyişik salması isə heç ağlabatan deyildi. 

Sofi oturub düşüncələrə daldı; onunla Hilde Moller Knaq arasında 

nə  əlaqə  ola  bilər?  Axırda  təslim  oldu.  Filosof  yazmışdı  ki,  bir  gün 

görüşəcəklər. Bəlkə o, günlərin birində Hildeni də görə biləcək. 

Məktubu çevirdi. Yalnız indi arxasında yazılmış cümlələri gördü: 

Belə bir şey varmı: təbii iffət? 

Ən müdrik adam odur ki, bilmədiyini bilirəsi dərketmə daxildən gəlir. 

Doğrunun nə olduğunu bilən adam əməldə də doğrunu edəcək. 

Sofi bilirdi ki, ağ zərflərdə gələn bu qısa cümlələr onu bundan bir az 

sonra  çatacaq  növbəti  böyük  zərflərə  hazırlamaq  üçündür.  Qəfildən 

ağlına bir fikir gəldi. Əgər “çapar” qəhvəyi zərfi qoymaq üçün bu gizli 

guşəyə gələcəksə, Sofi elə buradaca oturub gözləyə bilər. 

Sofi fəlsəfədən çox onun kim, qadın, ya kişi olması  mövzusundan 

yapışıb  qaldı.  Məktubdan  elə  çıxırdı  ki,  “çapar”  balacadı.  Uşaq  ola 

bilər, görəsən? 

“Belə bir şey varmı: təbii iffət?” 

Sofi  bilirdi  ki,  iffət  utancaqlıq  sözünün  köhnə  dəbli  şəklidi.  Bəs 

nəyəsə görə utanmaq təbiidir? Nə isə təbiidirsə, deməli, hamıda eynidi, 

utanmaq nəyə lazım. Dünyanın neçə-neçə 

yerində çılpaq olmaq tam təbii sayılır. Deməli, cəmiyyət sənin nəyi edə 

biləcəyinə,  nəyi  edə  bilməyəcəyinə  qərar  verir.  Nənəsi  cavan  olan 

vaxtlarda  adamlar  köynəksiz  günəş  vannası  qəbul  edə  bilməzdi.  Bu 

günsə çox adam bunun “təbii” olduğunu düşünür, baxmayaraq ki, hələ 

də  bu,  bir  çox  ölkələrdə  qəti  qadağandı.  Bu  fəlsəfədi?  Sofi  təəccüb 

içindəydi. 

Növbəti cümlə bu idi: “Ən müdrik adam odur ki, bilmədiyini bilir”. 

Kimdən daha müdrik? Əgər filosof onu nəzərdə tutursa ki, hər şeyi 

bilmədiyini  anlayan  adam  az  bilən,  amma  çox  bildiyini  düşünən 

adamdan daha müdrikdir, - hə, bununla razılaşmaq elə də çətin deyil. 

downloaded from KitabYurdu.org



54 

 

Sofi  əvvəllər  bu  barədə  heç  düşünməmişdi.  Amma  düşündükcə  ona 



daha çox aydın oldu ki, nəyi bilmədiyini bilmək də bir bilik növüdü. 

Sofinin fikrincə, ən axmaq şey heç nə bilməyənlərin özlərini hər şeyi 

bilən kimi aparmasıdı. 

Növbəti  cümlə  əsl  dərketmənin  daxildən  gəlməsidi.  Bəs  bütün 

biliklər  kənardan  insanın  başına  daxil  olmur?  O  biri  tərəfdən,  Sofi 

bəzən anasının və ya müəllimlərinin ona 

qavramağa  hazır  olmadığı  şeylər  öyrətməyə  çalışdıqlarını  xatırladı. 

Amma Sofi məhz o şeyləri həqiqətən də öyrənmişdi ki, onlara özünü 

vermişdi.  Zaman-zaman  elə  olurdu  ki,  əvvəllər  tam  rədd  etdiyi  şeyi 

sonra  qəfildən  anlayaraq  qəbul  edirdi.  Bəlkə  də  insanlar  “dərketmə” 

deyəndə bunu nəzərdə tuturlar. 

Hələlik pis getmir. İlk üç sualın öhdəsindən yaxşı gəldiyini düşündü. 

Amma növbəti mülahizə elə qəribəydi ki, dodağı qaçdı. “Doğrunun nə 

olduğunu bilən adam əməldə də doğrunu edəcək”. 

Bu  o  deməkdirmi  ki,  bank  qarətçisi  bankı  ona  görə  qarət  edib  ki, 

ondan  daha  yaxşısını,  daha  doğrusunu  bilməyib?  Sofi  belə 

fikirləşmirdi.  Əksinə,  düşünürdü  ki,  həm  uşaqlar,  həm  də  böyüklər 

sonradan peşman olduqları şeylər edirlər, sırf ona görə ki, həmin şeyi 

bildikləri yaxşılığın əksinə gedərək ediblər. 

Oturub  fikirləşdiyi  vaxt  çəpərin  o  biri,  meşə  tərəfindən  kolların 

arasında  xışıltı  eşidildi.  Deyəsən,  çapardı.  Sofinin  ürəyi  sürətlə 

döyünməyə  başladı.  Ləhləyən  heyvan  səsinə  də  oxşayırdı.  Birdən 

böyük, labrador cinsindən olan bir it içəri girdi. 

Ağzında  tutduğu  böyük  qəhvəyi  zərf  Sofinin  ayaqlarının  altına 

düşdü. Bütün bunlar elə sürətli baş verdi ki, Sofinin reaksiya verməyə 

vaxtı olmadı. Bir saniyədən sonra o, əlində böyük zərfi tutub oturmuşdu 

- it isə yenidən meşəliyin dərinliklərinə götürülmüşdü. 

Nəsə deməyə, nəsə eləməyə macal tapmadığından özünə acığı tutdu, 

ağlamağa başladı. 

Beləcə vaxt hissini itirərək oturdu. 

Birdən  başını  qaldırdı.  Ah,  bu,  filosofun  dediyi  çapar  idi!  Sofinin 

ürəyi yerinə gəldi, dərindən nəfəs aldı. Əlbəttə, ona görə ağ zərflərin 

downloaded from KitabYurdu.org



55 

 

kənarları nəm, üzərində də deşiklər olurmuş. Necə olmuşdu ki, bu onun 



ağlına gəlməmişdi?! İndi filosofa məktub yazanda zərfin içinə balaca 

bir biskvit və ya bir parça qənd qoymaq heç də pis olmazdı. 

O,  heç  də  həmişə  istədiyi  kimi  ağıllı  ola  bilməzdi,  amma  kimin 

ağlına gələrdi ki,  çapar əhliləşdirilmiş itdi! Yumşaq desək, bu bir az 

qəribə idi! Çaparı Alberto Knoksun harada olduğuna aid sirr verməyə 

məcbur etmək kimi fikirlərini artıq unuda bilərdi. 

Sofi böyük zərfi açdı və oxumağa başladı. 

“Afina fəlsəfəsi 

Sən bunu oxuyanda gərək ki, artıq Hermeslə görüşmüsən. Hermes 

itin  adıdı.  Amma  narahat  olma.  O,  çox  xoşxasiyyət,  üstəlik,  bir  çox 

insanlardan  daha  ağıllı  itdir.  Əslində  olduğundan  daha  ağıllı  olması 

kimi bir görüntü yaratmağa heç vaxt çalışmır. 

Yəqin  onun  adı  diqqətindən  yayınmadı,  bu  adın  da  mənası  var. 

Yunan  mifologiyasında  Hermes  tanrıların  çaparı  idi.  O,  həm  də 

gəmiçilərin  tanrısı  idi.  Onu  da  bilmək  vacibdi  ki,  Hermesin  adından 

“hermetik”  sözü  əmələ  gəlib,  bu  isə  gizli,  yaxud  “əlçatmaz”, 

“sukeçirməz” deməkdi, Hermes burada da bizim ikimizi bir-birimizdən 

gizli tutmağa çalışır. 

Beləliklə,  çapar  təqdim  edildi.  O,  adını  çağıranda  adamın  yanına 

gəlir, əmin ol ki, bütün məsələlərdə çox yaxşı tərbiyə görüb. 

Qayıdaq fəlsəfəyə. Artıq kursumuzun birinci hissəsini tamamladıq. 

Birinci hissə deyəndə mən  mifoloji dünya mənzərəsindən qəti imtina 

etmiş təbiət filosoflarını nəzərdə 

tuturam.  İndi  isə  biz  üç  böyük  klassik  filosofla  -  Sokrat,  Platon  və 

Aristotel  ilə  tanış  olacağıq.  Onların  hər  birinin  öz  yolu  var.  Onların 

fəlsəfələri bütün Avropa sivilizasiyasına təsir göstərib. 

Təbiət filosoflarına Sokrataqədərki filosoflar da deyirlər, çünki onlar 

Sokratdan  əvvəl  yaşamışdılar.  Demokrit  Sokratdan  bir  neçə  il  sonra 

vəfat  etsə  də,  onun  bütün  ideyaları  Sokrataqədərki  təbiət  fəlsəfəsinə 

aiddir. Sokrat coğrafi və həmçinin dövri cəhətdən yepyeni bir yoldur. 

O, Afinada doğulmuş böyük filosofların ilkidir, o da, onun iki ardıcılı 

da Afinada yaşayıb, yaradıblar. Yadına gələr, Anaksaqor da bir müddət 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə