Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə19/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   ...   154

56 

 

Afinada  yaşamışdı,  amma  Günəşin  qırmızı  qaynar  bir  daş  olduğunu 



dediyinə  görə,  oradan  qovulmuşdu.  (Sokratın  başına  heç  də  bundan 

yaxşısı gəlməyib.) 

Sokratın  dövründən  başlayaraq,  yunan  mədəniyyətinin  paytaxtı 

Afina idi. Təbiət fəlsəfəsindən Sokrata doğru inkişaf etdiyindən fəlsəfə 

layihəsinin  özünün  xarakterindəki  dəyişikliyi  vurğulamaq  vacibdir. 

Amma Sokratla tanış olmazdan əvvəl gəl bir az Sokratın vaxtında Afina 

səhnəsində üstünlüyü olan - Sofist adlandırılan insanlar haqda danışaq. 

Pərdə qalxır, Sofi! Səhnə dedim, pərdə dedim, çünki fəlsəfi ideyalar 

tarixi bir çox cəhətlərinə görə, dram əsərlərinə bənzəyir. 

Mərkəzdə insan problemi 

Təxminən  e.ə.  450-ci  ildə  Afina  Yunan  dünyasının  mədəniyyət 

paytaxtı idi. 

O zamandan etibarən fəlsəfə yeni istiqamət götürdü. 

Təbiət  filosofları  əsasən  ətrafımızdakı  fiziki  aləmin  təbiəti  ilə 

maraqlanırdılar.  Bu,  onlara  elm  tarixində  mərkəzi  mövqe  tutmağa 

imkan verdi. Afinada isə əsas vurğu insan və insanın cəmiyyətdəki yeri 

üzərinə  salınırdı.  Bu,  o  dövr  idi  ki,  Afinada  tədricən  öz  məşhur 

məclisləri və qanunları ilə birlikdə demokratiya inkişaf edirdi. 

Demokratiyanın  işləməsi  üçün  insanlara  yetərincə  təhsil 

verilməliydi ki, onlar demokratik proseslərdə iştirak edə bilsinlər. Bu 

gün biz çağdaşımız olan dünyaya, müxtəlif ölkələrə nəzər salanda da 

gənc demokratiyanın xalqın maarifləndirilməsinə necə böyük ehtiyacı 

olduğunu görürük. 

Buna görə də afinalılar üçün birinci və başlıca məsələ sözləri inandırıcı 

tərzdə demək, bundan ötrü isə ritorika incəsənətinə yiyələnmək idi. 

Yunan müstəmləkələrindən olan bir qrup səyyar müəllim və filosof 

Afinaya  axın  etdi.  Onlar  özlərini  “sofist”  adlandırırdılar.  Bu  sözün 

mənası vətəndaşlara pul qarşılığında bilik öyrədən həyat tərzi idi. 

Sofistlərin təbiət filosofları ilə ortaq bir səciyyəvi xüsusiyyəti vardı: 

onlar ənənəvi  mifologiyaya tənqidi yanaşırdılar. Lakin eyni zamanda 

sofistlər  “bəhərsiz  fəlsəfi  spekulyasiyalar”  adlandıraraq,  fəlsəfi 

axtarışları inkar edirdilər. Onların mövqeyi beləydi ki, fəlsəfi sualların 

downloaded from KitabYurdu.org



57 

 

cavabı  mövcud  ola  bilər,  lakin  insan  təbiətin  və  kainatın  bilməcələri 



haqda həqiqətdən baş aça bilməz. Fəlsəfədə belə bir baxış skeptisizm 

adlanır. 

Lakin  biz  təbiətin  bütün  bilməcələrinin  cavabını  bilə  bilməsək  də, 

onu dəqiq bilirik ki, insanlar birgə yaşamağı öyrənməlidirlər. Sofistlər 

buna  görə  də  insan  və  onun  cəmiyyətdəki  yeri  məsələsilə  məşğul 

olmağı seçmişdilər. 

Sofist Protaqor (e.ə. 485 - 410) deyirdi: “İnsan hər şeyin ölçüsüdür”. 

Bununla onu nəzərdə tuturdu ki, bir şeyin doğru, yaxud yanlış, pis və 

ya  yaxşı  olduğunu  bilmək  üçün  həmişə  o  şeyin  insan  ehtiyacları  ilə 

münasibəti  nəzərə  alınmalıdır.  Yunan  tanrılarına  inanıb-inanmadığı 

haqda suala o, belə cavab vermişdi: “Sual mürəkkəbdir, həyatsa qısa”. 

Tanrının olub- olmadığını deyə bilməyən insana aqnostik deyirlər. 

Sofistlər  bir  qayda  olaraq,  çox  səyahət  edirdilər,  buna  görə  də 

cürbəcür  hökumət  formaları  görürdülər.  Şəhər-dövlətlərdə  cürbəcür 

konvensiyalar və  yerli qanunlar vardı. Bu, sofistləri hansı qanunların 

təbii,  hansılarınsa  sosial  təsir  altında  yarandığı  haqda  sual  qoymağa 

vadar edirdi. Bu üsulla onlar Afina şəhər-dövlətində sosial tənqidçilik 

yolunu açmışdılar. 

Məsələn,  onlar  bildirirdilər  ki,  “təbii  iffət”  ifadəsindən  istifadə 

olunmasına  haqq  qazandırmaq  olmaz,  çünki  iffətli  olmaq  “təbii” 

olsaydı, onunla doğulardın, o sənə anadangəlmə xas olardı. Amma bu 

anadangəlmədir,  Sofi,  yoxsa  cəmiyyətin  təşviqilə  yaranır?  Dünyanı 

gəzmiş  adam  üçün  cavab  sadədir:  başqalarına  çılpaq  görünməkdən 

qorxmaq “təbii”, yaxud 

anadangəlmə  hiss  deyil.  İffət  və  ya  iffətsizlik  ictimai  müqavilənin 

birinci və ən önəmli məsələsidir. 

Təsəvvür  elə  ki,  həmişə  hər  yeri  gəzib-dolaşan  sofistlər  Afina 

küçələrində  qızğın  mübahisələr  açırdılar  və  bu  mübahisələrdə  nəyin 

doğru,  nəyin  yanlış  olduğunu  bilmək  üçün  heç  bir  mütləq  normanın 

olmamasına diqqət çəkirdilər. 

Sokrat isə göstərməyə çalışırdı ki, mütləq olan bir neçə belə norma 

var və həmin normalar dünyəvi dəyərə malikdir. 

downloaded from KitabYurdu.org



58 

 

Sokrat kim idi? 



Sokrat  (e.ə.470  -  399)  bəlkə  də  fəlsəfə  tarixinin  ən  əsrarəngiz 

simasıdır.  O,  heç  vaxt  bir  cümlə  belə,  yazmamışdı.  Bununla  belə, 

Avropa  düşüncəsinə  çox  böyük  təsiri  etmiş  filosoflardandır.  Buna 

səbəb təkcə onun dramatik ölümü deyil. 

Biz  bilirik  ki,  o,  Afinada  anadan  olmuş,  ömrünün  çoxunu  şəhər 

meydanlarında  və  bazarlarda  rastına  çıxan  insanlarla  söhbət  etməklə 

keçirmişdi. Belə bir deyimi vardı: “Şəhər 

kənarındakı  üç  ağac  mənə  heç  nə  öyrədə  bilməz”.  O,  saatlarla  ayaq 

üstə, fikrə gedərək dayanardı. 

Öz sağlığında da əsrarəngiz şəxsiyyət sayılırdı, ölümündən sonra isə 

tezliklə bir çox müxtəlif fəlsəfi fikir məktəblərinin banisi hesab olundu. 

Məhz  əsrarəngizliyinə  və  hərtərəfliliyinə  görə,  bir  çox  fikir 

məktəblərinin Sokratı özlərinki elan etməyə əsasları var. 

Dəqiq  məlumatlara  əsasən,  o,  xarici  görünüşcə  çirkin  olub.  Yekə 

qarnı,  domba  gözləri,  qısa  və  dik  burnu  varmış.  Daxili  aləmi  isə, 

deyilənə görə, “xoş və mükəmməl” olub. 

Sokrat  haqqında  belə  bir  deyim  məşhurdur:  “Sən  onu  indi  axtara 

bilərsən,  keçmişdə  axtara  bilərsən,  lakin  heç  vaxt  onun  tayını-

bərabərini  tapmayacaqsan”.  Buna  baxmayaraq,  fəlsəfi  fəaliyyətinə 

görə, ölümə məhkum edildi! 

Sokratın həyatı bizə əsasən Platonun əsərləri vasitəsilə gəlib çatıb. 

Platon  onun  şagirdlərindən  biri  idi  və  sonradan  dövrünün  ən  böyük 

filosoflarından  oldu.  Platon  bir  sıra  dialoqlar  yazıb,  bunlar  fəlsəfə 

haqda dramatikləşdirilmiş 

müzakirələrdir, həmin mətnlərdə Sokrat Platonun əsas surəti, danışan 

simasıdır. 

Platon  öz  fəlsəfəsini  Sokratın  dililə  danışdığına  görə,  onun 

dialoqlarda  dediklərinin  əslində  də  Sokratın  sözləri  olub-  olmadığına 

əminliyimiz  yoxdur.  Beləcə,  Sokratın  dərsləri  ilə  Platonun  fəlsəfəsi 

arasındakı sərhədi müəyyənləşdirmək asan məsələ deyil. Eyni problem 

yazılı  mənbə  qoymayan  digər  bir  çox  tarixi  şəxsiyyətlərə  də  aiddir. 

Bunun klassik nümunəsi, əlbəttə ki, İsa Məsihdir. Biz “tarixi” İsanın 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə