Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə25/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   ...   154

74 

 

Birlikdə  keçirdiyimiz  xoş  saatlara  görə,  çox  sağ  ol,  Sofi.  Afinanı 



nəzərdə  tuturam.  Beləliklə,  artıq  özümü  təqdim  etdim.  Platonu  da 

təqdim etdiyimdən, çox yubanmadan başlaya bilərik. 

Sokrat  zəhər  içəndə  Platonun  (428  -  e.ə.347)  iyirmi  doqquz  yaşı 

vardı. O, uzun  müddət Sokratın şagirdi olmuş və Sokrat nümunəsini 

yaxından  mənimsəmişdi.  Afinanın  ən  şərəfli  vətəndaşını  ölümə 

məhkum  etməsi  onu  çox  üzmüşdü.  Bu  onun  bütün  fəlsəfi  işinin 

gedişatını formalaşdırdı. 

Platona  görə,  Sokratın  ölümü  real  cəmiyyətlə  ideal  cəmiyyət 

arasında  ola  biləcək  münaqişənin  bariz  nümunəsidi.  Platonun  filosof 

kimi ilk cəsarətli işi çoxsaylı məhkəmə heyətinə ünvanlanmış, Sokratın 

günahsızlığının müdafiəçisi olan “Sokratın Apologiyasf’nı nəşr etməsi 

oldu. 


Yəqin xatırlayırsan ki, Sokrataqədərki filosoflar bizə gəlib çatmamış 

əsərlər  yazsalar  da,  Sokratın  özü  heç  vaxt  heç  nə  yazmayıb.  Platona 

gəlincə  isə,  bizcə,  onun  əsas  əsərləri  günü-  müzədək  qorunub. 

(“Sokratın  Apologiyasfndan  başqa,  Platon  çoxlu  məktublar  və 

təxminən, iyirmi beş fəlsəfi dialoq yazıb.) 

Bu  gün  Platonun  əsərlərinin  bizim  əlimizdə  olmasında  onun  Afina 

yaxınlığında,  əfsanəvi  yunan  qəhrəmanı  Akademusun  şərəfinə 

adlandırdığı  fəlsəfə  məktəbinin  xidməti  heç  də  az  deyil.  Məktəb 

Akademiya  kimi  tanınırdı.  (O  zamandan  bütün  dünyada  minlərlə 

akademiyalar  yaradılıb.  Biz  hələ  də  “akademiklərdən  və  “akademik 

məsələlərdən” danışırıq.) 

Platonun  Akademiyasında  fəlsəfə,  riyaziyyat,  gimnastika 

öyrədilirdi,  hərçənd  “öyrətmək”  sözü  burada  tam  uyğun  söz  deyil. 

Çünki Platonun Akademiyasında canlı müzakirə ən vacib üsul hesab 

olunurdu. Odur ki, Platonun əsərlərinin dialoq formasında olması heç 

də təsadüfi deyil. 

Əbədi həqiqət, Əbədi gözəllik və Əbədi xeyir 

Mən bu kursa girişdə demişdim: yaxşı olardı ki, hər hansı filosofun 

layihəsinin  nə  olduğunu  bilək.  Odur  ki,  indi  sual  verirəm:  Platonu 

narahat edən problemlər nələr idi? 

downloaded from KitabYurdu.org



75 

 

Qısaca desək, Platon müəyyən dərəcədə, əbədi, dəyişməz olanlarla 



keçici olanlar arasındakı qarşılıqlı münasibət məsələsilə məşğul olurdu. 

(Əslində, elə Sokrataqədərki filosoflar kimi.) Biz sofistlərin və Sokratın 

diqqətlərini təbiət fəlsəfəsindən insan və cəmiyyətlə bağlı problemlərə 

necə keçirdiklərini görmüşdük. Amma hər halda sofistlər və Sokrat da 

əbədi, dəyişməz və ötəri şeylər arasındakı əlaqə üzərində düşünüblər. 

Ona  görə  bu  problemlə  maraqlanırdılar  ki,  bu,  insan  mənəviyyatı, 

cəmiyyət  idealları  və  fəzilətlərilə  əlaqədardır.  Yığcamlaşdırsaq, 

sofistlərə görə, yaxşı və pis anlayışı bir şəhər-dövlətdən başqasına, bir 

nəsildən o biri nəslə görə dəyişən  məsələdi. Yaxşı və  pis bu  mənada 

“axırlar”. Bu, Sokrat üçün qəti qəbulolunmaz idi. O, əbədi və mütləq 

qaydaların  mövcudluğuna  inanırdı.  İnanırdı  ki,  yaxşı  və  pis  həmin 

qaydalarla tənzimlənir. İnsan təfəkkürü əslində əbədi 

və  dəyişməz  olduğundan,  biz  hamımız  mühakiməmizdən  istifadə 

etməklə bu dəyişməz normalara çata bilərik. 

Oxuyursanmı, Sofi? Onların ardınca Platon gəlir. O, hər iki tərəfdən 

- həm təbiətdə, həm də cəmiyyətdə və mənəviyyatda əbədi və dəyişməz 

olanlar şeylərlə maraqlanırdı. Platonun fikrincə, bu iki problem eynidi. 

O, əbədi və dəyişməz olan gerçəkliyi əhatə etməyə çalışırdı. 

Və açığını desək, biz, filosoflara məhz, buna görə ehtiyac duyuruq. 

Onları  bizə  gözəllik  kraliçası  seçsinlər  deyə,  yaxud  pomidor 

ticarətindən  ötrü  istəmirik  ki.  (Ona  görə  də  filosoflar  adətən  məşhur 

olmurlar!)  Filosoflar  günün  çox  aktual  məsələlərinə  əhəmiyyət 

verməməyə və insanların diqqətini əbədi “həqiqi”, əbədi “gözəl”, əbədi 

“xeyir” olanlara çəkməyə çalışırlar. 

Beləliklə,  biz  Platonun  fəlsəfi  layihəsinin  ən  azı  əsas  cizgilərini 

nəzərdən keçirməyə başlaya bilərik. Amma bəri başdan onu bilək ki, 

biz  qeyri-adi  bir  təfəkkürü  anlamağa  çalışırıq,  elə  bir  təfəkkür  ki, 

özündən sonrakı bütün Avropa fəlsəfəsinə böyük təsir göstərib. 

İdeyalar aləmi 

Empedokl və Demokrit belə bir fakta diqqət çəkirdilər ki, təbiətdə 

hər şey hərəkətdə olsa da, heç vaxt dəyişməyən şeylər (məsələn, “dörd 

ünsür”, yaxud “atomlar”) mövcuddu. Platon bu hökmlə razı idi, lakin 

downloaded from KitabYurdu.org



76 

 

tamamilə başqa mənada. 



Platon inanırdı ki, təbiətdə maddi nə varsa, “axır”. Elə maddə yoxdu 

ki, parçalanmasın,  əriməsin. Maddi aləmə  aid olan tamamən hər şey 

zamanın korlaya bildiyi maddədən yaradılıb, lakin hər şey vaxtdan asılı 

olmayan “qəlib”ə və ya “forma”ya əsasən yaradılıb ki, o qəlib və ya 

formalar əbədi, dəyişməzdi. 

Aydındı? Yox, aydın deyil. 

Atlar niyə eyni cürdü, Sofi? Yəqin bununla tam razı deyilsən. Amma 

elə bir şey var ki, bütün atlarda ümumidi, bu elə bir şeydi ki, biz məhz, 

ona əsasən həmin şeyin at olduğunu müəyyən edirik. Ayrıca bir at təbii 

olaraq, “axındadır”. At qoca 

və  axsaq  ola  bilər.  At  günlərin  birində  ölür.  Lakin  at  “forması” 

dəyişməz və əbədidi. 

Empedokl və Demokritin düşüncəsindən fərqli olaraq, Platon hesab 

edirdi ki, əbədi və dəyişməz olan şey fiziki mənada “ilkin substansiya” 

deyil.  Platonun  konsepsiyası  əbədi  və  dəyişməz,  təbiətcə  ruhi  və 

mücərrəd olan nümunələr idi. Qalan hər şey onlara əsasən yaranır. 

Qoy  belə  deyim:  Sokrataqədərki  filosoflar  təbiətdəki  dəyişikliyə 

əslində  nəyinsə  “dəyişdiyini”  fərz  etməli  olmadan  ağlabatan  yaxşı 

izahlar verirdilər. Onların fikrincə, təbiət dövranının ortasında əbədi və 

dəyişməz  ən  kiçik  hissəciklər  var  ki,  parçalanıb  dağılmırlar.  Belə 

düşünməyə əsasları vardı, Sofi! Amma bir vaxt at əmələ gətirmiş bu ən 

kiçik  hissəciklərin  dörd,  yaxud  beş  yüz  il  sonra  qəfildən  necə  dövr 

edərək tamamilə yeni bir at, qoyun, yaxud timsah şəklində birləşməsinə 

dair  ağlabatan  izahları  yox  idi.  Platonun  mövqeyi  belə  idi  ki, 

Demokritin atomları heç vaxt özlərini “qoysah” və ya “timun” şəklində 

yığmırlar. Onun düşüncəsinin gedişatını əmələ gətirən bu idi. 

Əgər artıq nə dediyimi anladınsa, növbəti paraqrafa keçə bilərsən. 

Amma  hər  ehtimala  qarşı,  sadələşdirirəm:  sənin  bir  qutu  leqo 

konstruktorun  var  və  onlardan  at  düzəldirsən.  Sonra  onu  dağıdıb 

hissələri yerinə - qutuya qoyursan. Sən yeni bir at düzəltməkdən ötrü 

qutunu sadəcə silkələmirsən. Leqolar özbaşına, öz ahənglərilə necə bir-

birini  tapıb  yenidən  ata  çevrilə  bilərlər?  Bilməzlər.  Bunun  üçün  sən 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə